Məhkəmə qərarları › İş №2-1(102)-1653/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1653/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1653/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (mənzil üzərində istifadə hüququ, mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əml akın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.05.2021-ci il tarixli, 2-1(105)-146/2021 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt şəhər İcra Hakimiyyətinin 09.03.1994-cü il tarixli, 223 saylı sərəncamına əsasən, Sumqayıt şəhəri, 9-cu mkr, 31 saylı evin 26 saylı mənzili 5 nəfər ailə üzvü olmaqla iddiaçıların atası X4 ayrılmış, bu barədə 16.03.1994-cü il tarixdə ona həmin mənzilə order verilmiş, həmin mənzil Çingiz Seyidmalıyevin adına özəlləşdirilmişdir.

2. Lakin həmin ünvanda başqa məcburi köçkün ailəsi məskunlaşdığı üçün, Ç.Seyidmalıyev icra hakimiyyətinə müraci ət edərək, qeyd olunan mənzildən imtina etmiş və əvəzində onlara başqa yaşayış sahəsinin verilməsini xahiş etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 08.06.2004-cü il tarixli 201 saylı sərəncamına əsasən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 09.03.1994-cü il tarixli 223 saylı sərəncamına əsasən X3 adına 9-cu mkr., ev 31, mənzil 26 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsinə 16.03.1994-cü ildə verilmiş 24/246 saylı order və orderlə bağlı özəlləşdirmə ləğv edilmiş, həmin mənzilin xüsusi mülkiyyət fondundan çıxarılaraq dövlət mənzil fonduna qaytarılması, eyni zamanda ünvan 1 ünvanında yerləşən və yaşayış sahəsi 53,13 kv.m olan 4 otaqlı mənzilin 5 nəfər ailə üzvü olmaqla X7 verilməsi və onun adına order yazılması qərara alınmışdır.

3. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 14.03.2019-cu il tarixli, 59 saylı sərəncamına əsasən məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədi ilə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə dair iddiaçılarla hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq kirayə müqaviləsi bağlanmışdır. 25.11.2019-cu il tarixdə iddiaçılar “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26.01.1993-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, həmin mənzilin özəlləşdirilməsi və mülkiyyət hüququna dair çıxarışın verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişlər. Lakin cavabdeh tərəfindən onların müraciətinin təmin olunmasından imtina edilmişdir.

4. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə Sumqayıt şəhər İcra hakimiyyə ti Başçısının 14 mart 2019-cu il tarixli, 59 nömrəli sərəncamı mövcuddur və həmin sərəncam Sumqayıt Şəhər Məhkəməsinin 09 iyul 2018-ci il tarixli, 2(060)-6437/2018 nömrəli qətnaməsi əsasında verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin həmin qətnaməsi ilə mənzil üzərində iddiaçıların yalnız istifadə hüququ tanınmışdır. Bundan başqa, mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə iddiaçılar tərəfindən əvvəllər qaldırılmış iddia Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1335/2019 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar 25 dekabr 2019-cu il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 31 ünvanında yerləşən 26 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 1994-cü ildən hazırki vaxtadək ünvan 3 ünvanında qeydiyyatdadırlar. Sumqayıt şəhər Məhkəməsinin 09.07.2018-ci il tarixli, 2(060)-6437/2018 saylı qətnaməsi ilə onların cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “mənzilə istifadə hüququ tanınmaqla mənzilə dair kirayə müqaviləsinin bağlanması tələbi”nə dair iddiaları təmin olunmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 14.03.2019-cu il tarixli, 59 nömrəli sərəncamı ilə həmin tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 31 ünvanında yerləşən 26 saylı mənzilə dair İd diaçı2 və İddiaçı1 ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq “Dövlət mənzil fonduna aid yaşayış sahəsinin kirayə Müqaviləsi” bağlanmışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsaslanaraq, mənzilin özəlləşdirilməsi və mülkiyyət hüququna dair çıxarışın verilməsi barədə 25.11.2019-cu il tarixdə ərizə ilə cavabdehə müraciət etmişlər. Lakin cavabdeh tərəfindən müraciətlərinə imtina verilmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2-1(118)-513/2020 saylı (hakim İ.Quliyev) qərarı ilə iddia rədd edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, mübahisəsi gedən mənzilə dair 08.06.2004-cü il tarixli sərəncama əsasən, mərhum Çingiz Seyidmalıyevin adına verilmiş order ləğv edildiyi tarixdən Çingiz Seyidmalıyevlə birgə onun ailə üzvlərinin də, o cümlədən hazırkı iş üzrə iddiaçıların da mübahisəli mənzilə istifadə hüquqları itirilmişdir. İddiaçıların həmin mənzildən istifadə hüquqların qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən, 2018-ci ildə tanınmışdır. Bu səbəbdən də, iddiaçılar Mənzil Məcəlləsi qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququna malik şəxslər hesab edilmirlər.

9. İddiaçılar apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahi ş etmişlər. Apelyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.05.2021-ci il tarixli, 2-1(105)-146/2021 nömrəli (hakimlər Hökümə Babayeva-sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Fuad Məmmədov ) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 23.09.2020-ci il tarixli, 2-1(118)-513/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçılar kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin həmin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHA TLARİ Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, qərar çıxarılarkən maddi və prosessual hüquq normalarının ciddi pozuntularına yol verilmişdir. Apelyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş halları və faktları yenidən öz qərarında şərh etməklə və qərar qəbul edərkən şərh etdiyi hallara istinad etməklə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyini və preyudisiallığını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15, 82 və 233-cü maddələrinin tələblərini pozmuş və qanunla müəyyən edilmiş səlahiyyətlərini aşmışdır. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmək olmaz. Belə ki, qeyd edildiyi kimi iddiaçıların mərhum atalarına verilm iş orderin ləğv edilməsi və digər faktlar artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində araşdırılmış və həmin faktlara hüquqi qiymət verilmişdir. Hazırki işdə iddiaçılarla bağlanmış müqaviləni heç bir halda sosial kirayə müqaviləsi kimi xarakterizə etmək və adlandırmaq olmaz. Buna görə də, apelyasiya instansiyası məhkəməsinin guya tərəflər arasında sosial kirayə müqaviləsi bağlanması ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab etmək mümkün deyildir. Beləliklə də, yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermiş, bununla da əsassız və qanunsuz qərar çıxarmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə

1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. M a d d ə

5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digə rindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. M a d d ə

7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

8. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 8.0.11. Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırıl masının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini). Onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə

15. Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq, bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatından imtina edilir.

17. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

19. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayət i əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin, şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd et mələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

22. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

23. Hazırkı işin materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin 09.03.1994-cü il tarixli, 223 saylı sərəncamından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 22.08.2001-ci il tarixli Fərmanına uyğun olaraq Sumqayıt şəhəri, 9-cu mkr, 31 saylı evin 26 saylı mənzili 5 nəfər ailə üzvü ilə birlikdə X4 ayrılmış, bu bar ədə həmin mənzilə aid 16.03.1994-cü il tarixli order verilmişdir.

24. Qeyd edilən mənzildə 1993-cü ildən məcburi köçkün ailəsi məskunlaşdığından, Ç.Seyidmalıyev İcra Hakimiyyətinə müraciət edərək, həmin mənzildən imtina etmiş, əvəzində onlara başqa yaşayış sahəsinin verilməsini xahiş etmişdir.

25. Həmçinin iş üzrə materiallarla müəyyən olunmuşdur ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 08.06.2004-cü il tarixli, 201 saylı sərəncamı ilə X3 adına Sumqayıt şəhəri, 9-cu mkr., ev 31 ünvanında yerləşən 26 saylı mənzilə aid 24/246 saylı order ləğv edilmiş, həmin mənzil xüsusi mülkiyyət fondundan çıxarılaraq dövlət mənzil fonduna qaytarılmışdır.

26. Eyni zamanda həmin sərəncamla Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 10 ünvanında yerləşən 14 saylı mənzil, 5 nəfər ailə üzvü olmaqla X3 adına ayrıl mışdır.

27. İş üzrə materiallarla müəyyən olunmuşdur ki, X5 Sumqayıt şəhər İcra hakimiyyəti Başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən 23.07.2004-cü il tarixli, 16/2b saylı order verilmiş və həmin orderdə 5 nəfərdən ibarət ailə tərkibi də qeyd olunmuşdur. Hazırkı mübahisə üzrə iddiaçılar da həmin orderdə ailə üzvü kimi qeyd edilmişlər.

28. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mübahisə ilə bağlı işə əlavə olunmuş MA seriyalı ******* saylı çıxarışında qeyd edilmişdir ki, ünvan 5 ünvanda yerləşən evin 14 saylı mənzili hazırda xüsusi mülkiyyət hüququ əsasında X8 məxsusdur.

29. İş materiallarından görünür ki, Nargilə Əsəd qızı X1 həyat yoldaşı və iddiaçıların anasıdır.

30. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 15-ci bən dində istinad olunan normalara görə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

31. Yuxarıda istinad olunan həmin normalara görə, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

32. Yuxarıda istinad olunan qanunvericiliyin imperativ xarakter daşıyan m üddəalarına əsasən, dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər.

33. Nəzərə almaq lazımdır ki, iddiaçıların dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan artıq bir dəfə yararlandığı iş üzrə materiallarla təsdiq olunur. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə yeni mənzil kirayə müqaviləsinin bağlanması iddiaçıların yenidən dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququnun yaranması anlamında qəbul edilə və bu baxımdan dəyərləndirilə bilməz.

34. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun müddəaları baxımından iddiaçılar dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququna malik deyildirlər. Bu mənada iddiaçılar iddia etdikləri tələbdə haqlı sayıla bilməzlər.

35. Beləliklə, cavabdeh inzibati orqanın iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinası qanuni və əsaslı olmuşdur. Bu baxımdan apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və düzgündür.

36. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.05.2021-ci il tarixli, 2-1(105)-146/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar