Məhkəmə qərarları › İş №2-1(102)-1653/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1653/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1653/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (ödənilmiş məcburi sosial sığorta haqqının fərdi sosial sığorta hesabına köçürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müd afiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə qarşı “ödənilmiş məcburi sosial sığorta pulunun fərdi sosial sığorta hesabına köçürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 21(103)-610/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1963-cü il 7 yanvar təvəllüdlüdür.

2. İddiaçıya məxsus ИТ 257523 saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1999-cu il 19 mart tarixindən 2008-ci il 1 fevral tarixinədək “AJ CRANE” LTD şirkətində kran maşınisti vəzifəsində işləmişd ir.

3. İddiaçı hazırki tələblə bağlı 2021-ci il 4 noyabr tarixində inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və iddiaçının 2006-cı il 1 yanvar tarixindən 2008-ci il 1 fevral tarixinədək işlədiyi “AJ CRANE" LTD şirkəti tərəfindən ödənilmiş məcburi sosial sığorta pulunun hesablanaraq iddiaçının fərdi sığorta hesabına köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qə rar qəbul olunmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1999-cu il 19 mart tarixindən 2008-ci il 1 fevral tarixinədək “AJ CRANE” LTD şirkətində kran maşınistı vəzifəsində işləmişdir.“AJ CRANE” LTD şirkəti İngiltərə krallığına məxsus olduğundan, Azərbaycan Respublikasında işlərini bitirdikdən sonra 2008-ci ilin fevral ayından Azərbaycan Respublikasını tərk etmişdir.Şirkət tərəfindən işlədiyi aylar ərzində əmək haqqı iddiaçının “X1 Azərbaycan” QSC-də olan hesabına köçürülmüşdür. İddiaçı qeyd edir ki, 2006-cı ilin yanvar ayının 1-dən işdən azad olunduğu günədək, yəni 2008-ci il 1 fevral tarixinədək ona ödənilməli sosial sığorta pulu işlədiyi müəssisə tərəfindən DSMF-nin İri Sığortaedənlərlə İş Departamentinin (indiki cavabdehin) hesabına köçürülsə də, həmin pullar iddiaçının fərdi sığorta hesabına köçürülməmişdir. Cavabdeh qurumdan əldə etdi arayışlardan da göründüyü kimi, işlədiyi “AJ CRANE" LTD şirkəti tərəfindən ondan tutulan vergi, sosial sığorta və s, ödənişlər tam olaraq hesablanmış və cavabdeh qurumun hesabına ödənilmiş, lakin cavabdeh qurum həmin pulları iddiaçının fərdi sığorta hesabına köçürməmişdir. Həmin arayışa əsasən iddiaçının işlədiyi müddətdə, yəni 2006-cı il 1 yanvar tarixində məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirlər ******* manat, 2007-ci ildə ******* manat və 2008-ci ildə isə 285436,8 manat təşkil etmişdir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi sənədlərlə birlikdə 2021-ci il 4 noyabr tarixində Dövlət Vergi Xidmətinə və cavabdehə ərizə ilə müraciət edərək, 2006-cı il 1 yanvar tarixindən 2008-ci il 1 fevral tarix inədək işlədiyi “AJ CRANE” LTD şirkəti tərəfindən hesablanaraq DSMF-nin İri Sığortaedənlərlə İş Departamentinə köçürülmüş sosial sığorta pullarının “əmək haqqı barədə bank tərəfindən ona verilmiş çıxarışa müvafiq olaraq hesablanıb onun fərdi sığorta hesabına köçürülməsi və 2006-cı il 1 yanvar tarixindən 2008-ci il 1 fevral tarixinədək hər il, aylar üzrə nə qədər pul vəsaitinin köçürülməsi barədə iddiaçıya rəsmi məlumat verilməsini xahiş etmişdir. Cavabdeh qurumun nümayəndələri tərəfindən bir neçə dəfə ona telefonla zəng edilərək 2006-cı il 1 yanvar tarixindən 2008-ci il 1 fevral tarixinədək olan dövrlər ərzində işlədiyi “AJ CRANE” LTD şirkəti tərəfindən sığorta haqqının hesablanaraq İri Sığortaedənlərlə İş Departamentinə köçürüldüyü, lakin həmin qurumun işçiləri tərəfindən “səhlənkarlıq" edildiyi üçün onun fərdi sığorta hesabına köçürlmədiyi, həmin pulların onlar tərəfindən hesablanaraq iddiaçının fərdi sığorta hesabına köçürülməsi üçün baş idarədən icazə verildiyi halda, yenidən hesablanaraq həmin pulların onun fərdi hesabına köçürüləcəyi bildirilmişdir. Lakin buna baxmayaraq, Dövlət Vergi Xidmətindən ona rəsmi cavab verilərək sosial sığorta ödənişlərinin 2019-cu il 1 yanvar tarixindən Dövlət Vergi Xidmətinə həvalə olunduğu, həmin tarixədək olan mübahisələrin həllinin onların səlahiyyətində olmadığı bildirilmiş, cavabdeh qurum isə bu günədək iddiaçıya heç bir rəsmi məlumat verilməmişdir.

6. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 304.1-ci, “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1, 10, 14-cü, maddələrinə istinad edilm işdir.

7. Cavabdeh iddia ərizəsinə qarşı etirazında iddianı qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının ərizəsində qeyd etdiyi məcburi dövlət sosial sığortasına cəlb olunan məbləğlər sığortaolunanın gəlirləri deyil, sığortaedənin həmin dövrdə işləyən bütün işçilərinə görə ödədiyi əmək haqlarının ümumi məbləğidir. Əlavə olaraq, sığortaedən “AJ Crane” LTD şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta" (Hesabat) altsisteminə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) təqdim edilmədiyi üçün, şirkətdə çalışan sığortaolunanların məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə m əlumatlar onların fərdi şəxsi hesablarında əks olunmamışdır. Sığortaedən tərəfindən qeyd olunan hesabatların təqdim olunacağı təqdirdə, sığortaolunan İddiaçı xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunması təmin olunacaqdır.

8. Bakı İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(112)-5590/2022 saylı qərarı ilə iddia təmin edilmiş və cavabdehin hərəkət və hərəkətsizliyi qanunsuz hesab edilmişdir (hakim F.Mədətli).

9. Məhkəmə işin hallarına istinadən qeyd edir ki, “X1” ASC tərəfindən təqdim olunmuş iddiaçının 2006-cı il 1 yanvar tarixindən 2008-ci il 1 fevral tarixinədək “AJ CRANE” LTD şirkətindən aldığı əmək haqqı barədə hesabdan çıxarışdan görünüdüyü kimi, “AJ CRANE" LTD şirkəti tərəfindən 2006-cı ilin yanvar ayından 2008-ci ilin yanvar ayınadək iddiaçı üçün müəyyən edilmiş əmək haqqı onun bank hesabına köçürülmüş və iddiaçı onun üçün müəyyən edilmiş əmək haqqını almışdır.

10. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sosial sığorta - bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

11. Həmin Qanunun 14-cü maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir.

12. Həmin Qanunun 9-cu maddəsinə əsasən, bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək, sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq, sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək sığortaçının hüquq və vəzifələrinə aiddir.

13. İstinad olunan Qanunun tələblərinə uyğun olaraq, sığortaçı kimi cavabdeh tərəfindən sığorta edən “AJ CRANE” LTD şirkətindən fərdi sığorta hesabatı (B3) tələb edilməmişdir.

14. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməklə, iddiaçının 2006-2008-ci illər ərzidə işlədiyi “AJ CRANE” LT D şirkəti tərəfindən ödənilmiş sosial sığorta pulunun hesablanaraq müəyyən edilmiş məbləğin sığortaolunan iddiaçının fərdi sığorta hesabına köçürülməsi cavabdeh qurumun vəzifələrinə aid olduğundan, iddiaçının 2006-2008-ci ilərdə “AJ CRANE” LTD şirkətində işlədiyi müddət ərzində ödənilmiş sosial sığorta pulunun sığorta olunan olaraq iddiaçının fərdi sığorta hesabına köçürülməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.

15. Məhkəmə öz qərarını İnzibati Prosessual Məcəllənin 1.2, 2.2.3, 34.1, 52, 68.1-ci, 68.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci, hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1, 9, 14-cü maddələrinə, Əmək Məcəlləsinin 9-cu maddəsinin İ bəndinə, 304.1-ci maddəsinə istinad etməkl ə əsaslandırmışdır.

16. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 2 mart tarixli, 2-1(103)610/2023 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər: C.Yusifov/sədrlik edən, P.Hüseynov və N.Cəfərov).

18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, onun istinad etdiyi qanunvericilik normalarına istinad etmiş və əlavə olaraq aşağıdakıları qeyd etmişdir.

19. Cavabdeh qeyd etmişdir ki, iddiaçının “AJ CRANE” LTD şirkətində 2006-cı il 1 yanvar tarixindən 2008 -ci il 1 fevral tarixinədək işlədiyi müddət üçün hesablanmış sığorta haqları həmin şirkət tərəfindən sığortaçının hesabına köçürülərkən, məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) «Forma B1» hesabatları təqdim edilsə də, sığortaolunanlar haqqında məlumatları ehtiva edən «Forma B3» hesabatı təqdim edilməmiş, nəticədə hesabat olmadığına görə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi şəxsi hesabına əlavə edilməsi mümkün olmamışdır.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin qeyd olunan əsasla iddiaçının işlədiyi həmin dövrün məcburi sosial sığorta haqlarının 2008-ci ildən etibarən hesablanıb iddiaçının fərdi hesabının sığorta hissəsinə köçürməməsi tamamilə qanuna zidd olmaqla yanaşı, həm də onun sosial sığorta hüququnu və ən azından, yaxınlaşmaqda olan yaşa görə pensiya təminatı hüququnu əsaslı surətdə pozmuşdur.

21. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

22. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apelyasiya şikayətinin məzmununa əsaslanır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşd ırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qə rarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən i ş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillərini tə krarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin istinad olunan normaları baxımından iddiaçının 2006-cı il 1 yanvar tarixindən 2008-ci il 1 fevral tarixinədək işlədiyi “AJ CRANE" LTD şirkəti tərəfindən ödənilmiş məcburi sosial sığorta haqqının onun fərdi sığorta hesabına köçürülməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə alm aqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. 33. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (eləcə də hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş) 9-cu maddəsinə əsasən, bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək, sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq, sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək və qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək sığortaçı kimi cavabdehin məsuliyyət sferasına aiddir.

34. Eyni zamanda istinad olunan qanunla sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək, sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən cavabdehin vəzifəsi kimi müəyyən olunmuşdur.

35. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən yuxarıda istinad olunan normalarda təsbit edilmiş hüquq və vəzifələr yerinə yetirilməmiş və nəticədə iddiaçının sosial sığorta hüququ pozulmuşdur. Belə ki, həmin normalar baxımından sığortaedən tərəfindən müvafiq sənədlərin təqdim olunmadığı təqdirdə, sığortaçı həmin sənədlərin, o cümlədən “Forma B3” hesabatının təqdim edilməsi üçün müvafiq tədbirlər görməyə borcludur. Lakin cavabdeh həmin sənədləri tələb etməmiş və bununla da onun məsuliyyət sferasına aid edilmiş vəzifəni layiqincə yerinə yetirməmişdir.

36. İddiaçının “AJ CRANE” LTD şirk ətində 2006-cı il 1 yanvar tarixindən 2008-ci il 1 fevral tarixinədək işlədiyi müddət üçün hesablanmış sığorta haqlarının həmin şirkət tərəfindən sığortaçının hesabına köçürülməsinin mübahisə olunmadığı nəzərə alındıqda, hazırkı mübahisəyə münasibətdə cavabdehin istinad etdiyi hal, yəni “Forma B3” hesabatının sığortaedən tərəfindən təqdim olunmaması ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabına köçürülməsini istisna edə bilməz. Bu zaman həm də nəzərə almaq lazımdır ki, cavabdehin xidməti vəzifələrini layiqincə yerinə yetirməməsinin iddiaçının hüquqi vəziyyətinə münasibətdə neqativ nəticələr doğurması yolverilməzdir.

37. Bundan başqa, mübahisəyə dair iş üzrə materiallardan görünür ki, analoji iş üzrə başqa bir məhkəmə icraatında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 21(81)-90/2018 saylı qərarı ilə sığortaolunanın 2006-cı il yanvar tarixindən 2008-ci il yanvar tarixinədək işlədiyi “AJ CRANE” LTD şirkəti tərəfindən ödənilmiş məcburi sosial sığorta haqqının hesablanaraq müəyyən olunmuş məbləğin onun fərdi hesabına köçürülməsi vəzifəsi cavabdehə həvalə edilmişdir (həmin qərarın qanuni qüvvəsini aldığı və cavabdeh tərəfindən icra olunduğu mübahisələndirilməmişdir).

38. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasə n məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 2-1(103)610/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar