Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1653/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi (nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər və elektrik avadanlıqlarının təmiri ilə məşğul olan mexanik)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İdd iaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2022-ci il) əvvəlki üç il üçün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 fevral 2024-cü il tarixli, 2-1(103)-882/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuş, xx.xx.1983-cü i l tarixdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1986-cı il tarixdə instituta bərpa olmuş və xx.xx.1990-cı il tarixdə təhsilini bitirmişdir.
2. İddiaçı xx.xx.1990-cı ildən xx.xx.1999-cu ilədək SOCAR-ın X1ma işləri idarəsində “Şelf-3” X11 Qazma Qurğusunda nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, xx.xx.2000-ci il tarixdən xx.xx.2012-ci il tarixədək “Xəzər-4” X10 Qurğusunda elektrik avadanlıqları üzrə 11-ci dərəcəli mexanik, elektrik avadanlıqları üzrə 12 dərəcəli mexanik, 8 saylı DDSO-də rəis müavini, “Xəzər-6” ÖQÜQQ-nda 12-ci dərəcəli mexanik vəzifələrində, xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “Xəzər-6” ÖQÜQQ-da 12ci dərəcəli mexanik, 12-ci dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə mexanik vəzifəsində, xx.xx.2014-cü il tarixdən “Xəzər-6” ÖQÜQQ-da 12-ci dərəcəli NÖÇ və avtomatika üzrə mexanik, mühəndis, böyük mühəndis vəzifələrində işləmiş, xx.xx.2021-ci il tarixdən “Neft Daşları-Günəşli” İstehsalat bölümü 8 saylı briqadaya 12-ci dərəcəli böyük mexanik vəzifəsinə keçirilmiş və hazırda tutduğu vəzifə üzrə işləyir.
3. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X7” Tresti tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiq etdiyi “Fəhlə peşələri və işlərin Vahid tarif-ixtisas sorğu kitabçasında nəzarət ölçü cihazları və avtomatika üzrə cihazçı peşəsi mövcud deyildir. Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinin əsas yerinə yetirdiy i işlər isə istehsalatda istifadə olunan nəzarət ölçü cihazları, yanğından mühafizə və avtomatik yanğınsöndürmə sistemlərinin keyfiyyətli təmiri, istismarına nəzarət və texniki xidmətin yerinə yetirilməsindən ibarətdir.
4. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X7” Tresti tərəfindən iddiaçıya verilmiş 11 avqust 2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı SOCAR-ın “X7” trestinin nəzdində olmuş müxtəlif idarələrdə işləmişdir. X1ma işləri idarəsi üzrə: xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Şelf-3" X11 Qazma Qurğusunda nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “Xəzər-4" X11 Qazma Qurğusunda elektrik avadanlığı üzrə mexanik, “Bayıl Limanı” X8 İdarəsi üzrə: xx.xx.2003-cü il tarixdən xx.xx.2010-cu il tarixəd ək "Xəzər-4” X11 Qazma Qurğusunda elektrik avadanlığı üzrə mexanik, xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək 8 saylı X4 rəis müavini, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək “Xəzər-6" X11 Qazma Qurğusunda mexanik, “Sahil” Qazma İşləri İdarəsi üzrə: xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “Xəzər -6” X11 Qazma Qurğusunda mexanik, nəzarət ölçü cihazları və avtomatika üzrə mexanik, “X7” tresti üzrə: 04.02 2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Bulla, 8 Mart, Ümid istehsalat bölümü, "Xəzər -6” X11 Qazma Qurğusunda nəzarət ölçü cihazları və avtomatika üzrə mexanik, mühəndis, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Qaradağ, Qalmaz istehsalat bölümü, 542 saylı buruqda nəzarət ölçü cihazları və avtomatika üzrə böyük mühəndis, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək “Neft Daşları" istehsalat bölümü, 1887 saylı DSÖ-də elektrik avadanlığı üzrə böyük mexanik, xx.xx.2021-ci il tarixdən hal-hazıradək “Neft DaşlarıGünəşli” istehsalat bölümü 8 saylı briqadada elektrik avadanlığı üzrə böyük mexanik vəzifəsində işləyir. 2003-cü il tarixdən ARDNŞ-nin 8 saylı əmri ilə "Üzən Qurğularla” Kəşfiyyat Qazma İdarəsi, “Bayıl Limanı" X8 idarəsinin tərkibinə verilib. ARDNŞ-nin 51 saylı xx.xx.2007-ci il tarixli və 60 saylı xx.xx.2007-ci il tarixli əmrləri ilə X7 Tresti yaradılmışdır. X7 trestinin 62 saylı xx.xx.2012-ci il tarixli əmrinə əsasən “Bayıl Limam” DKQİİ, “Xəzər" DKQİİ adlandırılmışdır. X7 trestinin 82 saylı xx.xx.2012-ci il tarixli əmrinə əsasən “Xəzər" DKQİ qazma sexi kimi “Sahil" Qİİ-nin tərkibinə verilmişdir. ARDNŞ-nin xx.xx.2013-cü il tarixli ARDNŞ/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “X7” trestinin “Sahil” Qİİ ləğv olunaraq trestin bölümü kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarının 1 saylı siyahısına uyğun olaraq, iddiaçının (Xİ Qazma: 1100000a-18494; 1100000b- 23485-24094) güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən zərərli və ağır olan işlərdə çalışdığı üçün onun güzəştli əmək stajı 23 il 8 aydır.
5. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı ilk dəfə xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı yoxdur. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə “X7“ Trestinin iddiaçıya dair 11 avqust 2022-ci il tarixli SOCAR**********80020123X00005 nömrəli arayışında onun xx.xx.1990-xx.xx.1999-cu il və xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən müəssisədə nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, elektrik avadanlığının təmiri ilə məşğul olan mexanik vəzifələrində işlədiyi qeyd olunmuşdur. Belə ki, iddiaçının müvafiq işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına və siyahı üzrə müəyyən olunmuş vəzifələrə uyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya m əhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 52 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2022-ci il) əvvəlki üç il üçün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçının tələbi hazırki qərarın 1-5-ci bəndlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.
8. Cavabdehin iddia tələbinə yazılı etirazının əsasını iddiaçının müraciətindən imtinaya dair cavab məktubunda qeyd olunanlar təşkil edir.
9. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR “X9” tərəfindən iddiaçının xx.xx.1990-xx.xx.1999-cu il və xx.xx.2000-xx.xx.2003-cü il tarixlərdə X1ma işləri idarəsində işlədiyi nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, elektrik avadanlığının təmiri ilə məşğul olan mexanik vəzifələrinin əmək funksiyaları və vəzifə təlimatlarına uyğun gördüyü işlər barədə izahlı arayış məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş arayışdan görünür ki, Özül və qurğularda (buruqlarda) “Nəzarət-ölçü cihazları (NÖÇ) və avtomatika üzrə çilingər”in əmək funksiyaları: Nəzarət-ölçü cihazları və elektrik avadanlıqlarının quraşdırılması; Nəzarət ölçü cihazlarının daim işlək vəziyyətdə olmasını təmin etmək; Nəzarət-ölçü cihazlarının işinə nəzarət etmək və baş verən dəyişikliklər haqqında briqadirə məlumat vermək; nəzarət-ölçü cihazlarının quruluşu və cari təmiri; Mürəkkəb elektrik cihazlarının sazlanma və təmir qaydaları; Ölçücü, qaynaqedici, güc transformatorları, gücləndiricilər və digər avtomatik tənzimləmə cihazlarının iş prinsipi aiddir. Özül və qurğularda (buruqlarda) “elektrik avadanlığı üzrə mexanikin əmək funksiyalarına: Elektrik avadanlıqlarının vaxtında və keyfiyyətli profilaktik yoxlanmasını təşkil etmək; Elektrik avadanlıqlarının istismar qaydalarına əməl olunmasına və təhlükəsizlik qaydalarının tələblərinə nəzarəti həyata keçirmək, onların təhlükəsiz istismarını təşkil etmək; Elektrik avadanlıqlarının vaxtından əvvəl aşınma səbəblərini aşkar etmək məqsədilə avadanlığın, ayrı-ayrı hissə və qovşaqlarının iş şəraitini öyrənmək; Aşınmış və mənəvi köhnəlmiş avadanlıqların vaxtında dəyişdirilməsi üzrə tədbirlər görmək; Elektrik avadanlıqlarının yeni nümunələrinin sınağında iştirak etmək; Avadanlıqların q uraşdırılması keyfiyyətinə nəzarət etmək; Alınan yeni qurğuların komplektliliyinə nəzarəti təşkil etmək; Elektrik avadanlıqlarında baş vermiş qəzaların səbəblərinin araşdırılmasında və onların qarşısının alınması üzrə tədbirlərin işlənməsində iştirak etmək; Avadanlıqların vaxtlı-vaxtında təmir edilməsini planlaşdırmaq və onları təmir edən işçilərə rəhbərlik etmək; Tabeliyində olan fəhlələr üçün işlərin təhlükəsiz aparılması üzrə təlimat, xüsusi ilə təhlükəli işlərin yerinə yetirilməsi üzrə xüsusi təlimat aparmaq; Avadanlıqların işinin, ehtiyat hissələri və materiallar sərfinin ilkin uçotunu aparmaq; Mövcud avadanlıqlar və onların texniki vəziyyəti haqqında hesabların tərtib edilməsini təmin etmək; Avadanlıqların ehtiyat hissələri, materiallarla təmin edilməsini və avadanlıqlar üçün texniki pasportların mövcudluğuna nəzarəti həyata keçirmək; Elektrik avadanlıqlarına xidmət edən zaman xüsusi geyimlərdən, rezin əlcək, rezin ayaqqabı və digər qoruyucu vasitələrdən istifadə edilməsinə nəzarət etmək; Elektrik avadanlıqlarının təmirinin keyfiyyəti üzrə rəy vermək, yanacaq və sürtgü materiallarının, enerjinin sərf normalarına riayət olunmasına nəzarəti həyata keçirmək; Yanacaq-energetika ehtiyatlarının qənaəti üzrə tədbirlərin işlənməsində iştirak etmək; Yanğına qarşı sistemlərin siqnal hissəsinə nəzarət etmək; Vaxt jurnallarında gündəlik qeydlərə nəzarət etmək aiddir. Elektrik avadanlığı üzrə böyük mexanik SOCAR tərəfindən təsdiq olunmuş “Azərbaycan neft sənayesində əməyin mühafizəsini X6”ni, Neftqazçıxarma Sənayesində təhlükəsizlik qaydalarını tələblərini rəhbər tutulur.
10. SOCA R “X7” Trestinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının işlədiyi (Nəzarət-ölçü cihazları (NÖC) və avtomatika üzrə çilingər, elektrik avadanlığı üzrə mexanik) vəzifələri dənizdə neftin qazılması ilə birbaşa bağlıdır. Özül və qurğularda (buruqlarda) “elektrik avadanlığı üzrə mexanik" vəzifəsinin funksiyaları aşağıdakılardır: Qazma avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarının və etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi; Qəza generatoruna texniki baxışın həyata keçirilməsi, generator akkumulyatorunun balonlarında turşunun səviyyəsinin və sıxlığının yoxlanılması; Özül və qurğularda (buruqlarda) qazmaya xidmət edən elektrik avadanlıqlarının daim işlək vəziyyətdə olması; Mexanik tərəfindən elektr ik avadanlıqlarının vaxtından əvvəl aşınma səbəblərinin aşkar edilməsi məqsədilə avadanlığın, ayrı-ayrı hissə və qovşaqlarının iş şəraitinin öyrənilməsi üzrə, aşınmış və mənəvi köhnəlmiş avadanlıqların vaxtında dəyişdirilməsi üzrə tədbirlərin görülməsi; Gündəlik olaraq generatorun işə salınaraq səs adekvatlığına nəzarət edilməsi, kabel birləşmələrində boşluqların olmamasına nəzarət edilməsi; Avadanlıqların quraşdırılması keyfiyyətinə nəzarət edilməsi, alınan yeni qurğuların komplektliliyinə nəzarət edilməsi və elektrik avadanlıqlarının cari təmirinin təşkil edilməsi; Qazma avadanlıqlarında baş vermiş qəzaların səbəblərinin araşdırılmasında və onların qarşısının alınması üzrə tədbirlərin işlənməsində iştirak etmək; Qazma avadanlıqlarının təmiri sexində dəzgahların elektrik hissələrinin texn iki baxışının həyata keçirilməsi, maqnit işə salanlarının, relelərin, diodların, qoruyucuların işlək vəziyyətdə olmasına nəzarət edilməsi; Qaldırıcı kranların texniki baxışın həyata keçirilməsi, torpaqlanmanın, mühərrikin izolyasiyasının yoxlanılması, kabel təsərrüfatına baxış keçirilməsi; Avadanlıqların vaxtlı-vaxtında təmir edilməsini planlaşdırılması və onları təmir edən işçilərə rəhbərlik edilməsi. Qeyd olunan işlər qazma prosesində, mənimsəmə işlərində, əsaslı təmir işlərində, ümumiyyətlə quyuların qazılması üzrə istehsalat proseslərində icra edilir.
11. SOCAR “X7” Trestinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının işlədiyi elektrik avadanlığının təmiri ilə məşğul olan mexanik vəzifəsi dənizdə və quruda quyuların qazılması üzrə istehsalat proseslərində quyuların ə saslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsi ilə birbaşa bağlıdır.
12. Bakı İnzibati Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2-1(112)-4059/2023 nömrəli qərarı ilə (hakim: T.R.Məlikov) iddia təmin edilmiş, iddiaçıya xx.xx.2018-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2022-ci il) əvvəlki üç il üçün hesablanıb ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarından müəyyən edildiyi kimi xx.xx.1966-cı il təvəllüdlü iddiaçının ona xx.xx.2019-cu il tarixdən hesablanmaqla 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciəti təmin edilməmişdir. Cav abdeh inzibati orqan iddiaçının xx.xx.1990-xx.xx.1999-cu il və xx.xx.2000-xx.xx.2003-cü il tarixlərdə “X7” Trestinin nəzdində olan X1ma işləri idarəsində işlədiyi nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər və elektrik avadanlığı üzrə mexanik vəzifələrinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin (X) Qazma bəndinin (1) fəhlələr yarımbəndinə (a) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və t əmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər (1100000a-18494) və rəhbərlər və mütəxəssislər yarımbəndində (b) quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər (1100000b-23485) vəzifələrinə aid olmadığını hesab etmiş və iddiaçının 01 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının olmadığı qənaətinə gəlmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır və hazırkı iddia ilə bu imtinanı mübahisələndirir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır.
14. Belə ki, iddiaçıya “Vətəndaşların pens iya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün iki element mövcud olmalıdır - xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajı və xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının (Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə). Cavabdeh iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatmasını və ümumi iş stajını mübahisələndirməmişdir. İş materiallarından məlum olur ki, xx.xx.1966-cı il təvəllüdlü iddiaçının xx.xx.2018-ci il tarixdə 52 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Ümumi iş stajına gəldikdə isə iddiaçının əmək kitabçasındakı məlumatlardan onun Qanunla tələb olunan 20 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının olmamasıdır. İddiaçının iş yerindən təqdim etdiyi arayışlardan və məhkəmə sorğusu ilə əldə edilmiş vəzifə təlimatlarından müəyyən edilir ki, iddiaçının işlədiyi və cavabdeh tərəfindən xüsusi staja daxil edilməyən “nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər” və “elektrik avadanlığı üzrə mexanik” vəzifəsi dənizdə neftin qazılması ilə birbaşa bağlı olmaqla, işlər qazma prosesində, mənimsəmə işlərində, əsaslı təmir işlərində, ümumiyyətlə quyuların qazılması üzrə istehsalat proseslərində icra edildiyindən 1 nömrəli Siyahının X bölməsindəki peşələrə uyğunlaşdırılmalıdır. Belə ki, iddiaçının xx.xx.1990- xx.xx.1999-cu il və xx.xx.2000-xx.xx.2003-cü il t arixləri arasındakı dövr ərzində işlədiyi “nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər” və “elektrik avadanlığı üzrə mexanik” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının 10-cu bölməsinin “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Qazma bəndinin (1) fəhlələr yarımbəndinə (a) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi aparan əsas fəhlələ r güzəştli pensiya hüququna malikdir (1100000a-18494) şifrinə və rəhbərlər və mütəxəssislər yarımbəndində (b) quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər (1100000b-23485) vəzifələri şifrinə uyğundur. Ona görə də iddiaçının SOCAR “X5” müxtəlif idarələrində xx.xx.1990-xx.xx.1999-cu və xx.xx.2000xx.xx.2003-cü illərdə işlədiyi “nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər” vəzifəsi onun güzəştli iş stajına daxil edilməlidir. Bu halda isə iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etmək üçün qanunla tələb olunan 10 ildən artıq xüsusi iş stajı yaranmış olur (11 il, 03 ay, 24 gün).
15. Göstərilənlərə əsasən, məhkəmə cavabdehi n dəlilini əsaslı saymamış və belə nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus əmək kitabçası və iş yerindən təqdim edilmiş arayışla onun cavabdeh tərəfindən mübahisələndirilən vəzifələr üzrə işlədiyi öz təsdiqini tapdığından və təqdim olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən sübut təqdim olunmadığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, iddiaçı 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi, 10 ildən artıq güzəştli əmək stajına malik olduğundan ona 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası təyin edilməsi üçün əsaslar mövcuddur.
16. Məhkəmə həmçinin vurğulamışdır ki, iş m aterialları ilə iddiaçının cavabdeh inzibati orqana 03 iyun 2022-ci il tarixdə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müraciət etdiyi müəyyən edildiyindən pensiya müraciət edilən tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməlidir. Cavabdehin imtinası qanunazidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin a) bəndinə əsasən xx.xx.2018-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2022-ci il) əvvə lki üç il üçün hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) 01 fevral 2024-cü il tarixli, 21(103)-882/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
19. Apellyas iya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
21. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaçının müraciətindən imtinanın, etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası:
23. Maddə
38. Sosial təminat hüququ 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həd dinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
24. Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pens iya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
25. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyə n etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
26. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər....
27. Maddə 32.1. Yaşa görə əmək pensiyası, bun a hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun:
28. Maddə 13- “a” bəndi. Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.199 3-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı – Bölmə 10“Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Qazma bəndi (1) fəhlələr yarımbəndi (a) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
30. Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətl ənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. …
31. Maddə
58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …
32. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
34. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması b arədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər....
35. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
36. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırıl mış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
39. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xü susən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
42. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
43. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
44. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının 10-cu bölməsinin “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Qazma bəndinin (1) fəhlələr yarımbəndinə (a) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar nəzərdə tutulmuşdur.
45. Aşağı instansiya məhkəmələri düzgün olaraq göstərmişlər ki, iddiaçının işlədiyi vəzifələr siyahıda adıçəkilən vəzifələrə uyğun olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verir. Belə ki, həm onun işlədiyi müəssisə tərəfindən verilmiş güzəştli iş stajına dair arayış, həm də məhkəmə sorğusu ilə əldə edilmiş vəzifə təlimatları ilə müəyyən edilmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün iş stajı 20 ildən artıq təşkil edir. Belə olan halda, iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajı yaranmış olur.
46. İşin mübahisələndirilməyən halı olsa da, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1966-cı il tarixdə doğulmaqla, tələb etdiyi xx.xx.2018-ci il tarixə qanunvericiliklə tələb olunan yaş həddinə çatdığından və həmin tarixə ümumi və güzəştli iş stajı tamamlandığından iddia əsaslıdır. Odur ki, iddia təmin edilməklə, iddiaçıya həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il üçün hesablanmaqla ödənilməlidir.
47. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı d əyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavbdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 fevral 2024-cü il tarixli, 21(103)-882/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.