Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1654/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikinti altındakı torpaq sahəsinin normativ qiymətə əsasən özəlləşdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X2, Cavabdehin vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “tikinti altındakı torpaq sahəsinin normativ qiymətə əsasən özəlləşdiril məsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 may tarixli, 21(105)-97/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək x məhəllə ünvanında yerləşən 600 kv.metr torpaq sahəsinin dəyərinin qiymətləndirilməsinin hansı əsaslarla müəyyən olunması barədə məlumatın təqdim olunmasını xahiş etmişdir.
2. Cavabdeh 2018-ci il 10 may tarixli məktubla iddiaçıya bildirmişdir ki, x məhəllə ünvanında yerləşən 600 kv.metr torpaq sahəsinin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və oby ektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin 6-1-ci bəndinə uyğun müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2017-ci il 9 avqust tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı mülkiyyətində olan torpaq sahəsinin özəlləşdirilməsi təklif olunan prosesdə dəyər qiyməti qanunla düzgün təyin edilmədiyindən qanunla qorunan maraq və hüquqlarının pozulmasını nəzərə alıb mülkiyyətində olan 6 sot torpaq sahəsinin özəlləşdirilməsini cavabdehin üzərinə qoyulmasını və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 5 aprel tarixli, 2-1( 102)-690/2017 saylı qərarı cavabdeh tərəfindən icra olunmadığı üçün inzibati tədbir görülməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli, 27 saylı qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə 2016-cı il 5 iyun tarixli, 377 saylı qərar əsasında əlavə edilmiş 6-1 bəndinin müddəalarını tətbiq etmədən İddiaçı istifadəsində olan x prospektində tikinti altında olan 600 kv.m. torpaq sahəsinin Əsasnamənin 6-cı bəndinin tələblərinə uyğun normativ qiymətinin müəyyən edilməsi öhdəliyi nin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 5 aprel tarixli, 2-1(102)-690/2017 saylı qərarında İddiaçı istifadəsində olan 6 sot torpaq sahəsinin özəlləşdirilməsində Agentliyin üzərinə iddiaçının müraciətinə yenidən baxmaq və həmin müraciətlə bağlı məhkəmənin bu qərarda təsbit edilmiş hüquqi mövqeyini nəzərə almaqla əsaslandırılmış qərar qəbul etmək öhdəliyini qoymuşdur. Qərar 2017-cı il 1 avqust tarixədək icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə göndərilmişdir. Komitə qərarın icrasından imtina etmiş və 2017-ci il 01 avq ust tarixli, ********** saylı məktubunda müraciətini baxılmamış saxlamışdır. Cavabdeh bildirmişdir ki, satın alınması üçün 6 sot torpaq sahəsi təklif edilsə də, İddiaçı tərəfindən torpaq sahəsinin satın alınması ilə bağlı heç bir tədbir görülmür. Halbuki, təklifdə torpağın qiyməti həddindən artıq şişirdilmişdir. Həmin torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı iddiaçı cavabdehə müraciət edərkən Əsasnamənin 6-1-ci bəndi mövcud deyildi. Hesab edir ki, müəssisənin istifadəsində olan 600 kv.m. torpaq sahəsi qiymətləndirici tərəfindən müəyyən edilən qiymət ilə deyil, torpağın normativ qiyməti ilə müəyyən olunmalıdır. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarix li, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, x prospekti ünvanında yerləşən, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyətində olan və daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri 60100 manat təşkil edən 601 kv.metr torpaq sahəsi satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi üçün cavabdeh tərəfindən 2016-cı il 29 sentyabr tarixli, **********05 nömrəli bildirişlə iddiaçıya təklif olunmuşdur. Buna baxmayaraq, iddiaçı torpaq sahəsinin özəlləşdirilməsi və ya icarəyə götürülməsinə razılığını cavabdehə bildirməmişdir. İddiaçı torpaq sahəsinin dəyərinin qanunvericiliyə uyğun olaraq düzgün müəyyən edilmədiyini qeyd etmişdir. Bununla bağlı bildirmişdir ki, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri özəlləşdirilərkən həmin torpaq sahələrinin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli, 377 nömrəli Qərarı ilə qeyd edilən Əsasnaməyə yeni məzmunda 6-1-ci hissə əlavə edilmiş və həmin normaya əsasən torpaq sa hələrinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alğı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna uyğun olaraq həyata keçirilir. Qeyd edilən yeni norma 2016-cı il 5 oktyabr tarixdən sonra özəlləşdiriləcək bütün torpaq sahələrinin qiymətləndirilməsinə aiddir. Belə ki, Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Beləliklə, tərəflər arasında mübahisəli torpaq sahəsinin alğı-satqısına dair bağlanacaq müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2- ci maddəsinə əsasən həmin müqavilənin bağlandığını zaman qüvvədə olan hüquq normalarına uyğun olmalıdır. Həmçinin tərəflər arasında torpaq sahəsinin qiyməti ilə bağlı mübahisə 2016-cı il 29 sentyabr tarixdə iddiaçıya torpaq sahəsinin satın alınmasına dair müvafiq bildiriş göndərildikdən sonra yarandığından, Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə uyğun olaraq həmin mübahisənin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları əsas götürülməklə iddiaya hüquqi qiymət verilməlidir ki, bu halda da iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bel əliklə, mübahisənin yarandığı zaman qüvvədə olan maddi hüquq norması tətbiq edilməklə iddia rədd edilməlidir. İddiaçının Azərbaycan Respublikası Ali Məhkəməsinin 2017-ci il 5 aprel tarixli, 2-1(102)-690/2017 nömrəli qərarının icra edilməməsinə dair iddiası da əsassızdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi cavabdehin 2016-cı il 29 sentyabr tarixli, **********05 nömrəli bildirişi ilə torpaq sahəsinin satın alınması və satınalma hüququ ilə icarəyə götürülməsi iddiaçıya təklif edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 15 may tarixli, 2-1(85)149/2018 saylı qərardadı ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin özəlləşdirilməsi təklif olunan prosesdə dəyər qiyməti qanunla düzgün təyin edilmədiyindən qanunla qorunan ma raq və hüquqlarının pozulmasını nəzərə alıb mülkiyyətində olan 6 sot torpaq sahəsinin özəlləşdirilməsini cavabdehin üzərinə qoyulmasını və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 5 aprel tarixli, 2-1(102)-690/2017 saylı qərarı cavabdeh tərəfindən icra olunmadığı üçün inzibati tədbir görülməsini iddia mümkün sayılmamışdır.
8. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 13 oktyabr tarixli, 2-1(118)-89/2020 saylı qərarı ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının istifadəsində olan 600 kv.m. torpaq sahənin özəlləşdirilməsi hüququ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 23 noyabr tarixli, 2-1(105)129/2016 saylı qərarının Azərbaycan Respublikası Ali Məhkəməsinin 2017-ci il 5 aprel tarixli qərarı ilə qüvvədə saxladığı müddətdən etibarən yaranmışdır. İddiaçının 600 kv.m. torpaq sahəsinin özəlləşdirilməsi hüququ yaranmamışdan öncə qeyd olunan əsasnamənin 6-1-ci bəndi artıq qüvvədə idi. Belə olduğu təqdirdə iddiaçının istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi zamanı normativ qiymətin müəyyən edilməsi üçün qiymətləndiricinin rəyinə cavabdeh tərəfindən istinad edilməsi əsaslıdır.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli, 27 saylı qərarı ilə təsdiq edilm iş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə 2016-cı il 5 iyun tarixli, 377 saylı qərar əsasında əlavə edilmiş 6-1 bəndinin müddəalarını tətbiq etmədən İddiaçı istifadəsində olan x məhəllə ünvanında özəlləşdirilmiş əmlak kompleksinin yerləşdiyi 1650 kv.m. torpaq sahəsinin normativ qiymətə əsasən iddiaçının adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 may tarixli, 2-1(105)-97/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 13 oktyabr tarixli qərarı ləğv edilmiş, iddia təmin olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli, 27 saylı qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli, 377 saylı qərarı əsasında əlavə edilmiş 6-1 bəndin müddəaları tətbiq edilmədən x prospekti ünvanında iddiaçı tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış binasının yerləşdiyi 601.0 kv.m tikinti altındakı torpaq sahəsinin normativ qiymətə əsasən iddiaçının adına özəlləşdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sah əsini özəlləşdirmək hüququ 2011-2012-ci illərdə torpağın özəlləşdirilməsi ilə bağlı ilkin müraciətlər etdiyi andan yaranmış, inzibati orqan isə iddiaçının müraciətinə onun hüququ yaranan zaman qüvvədə olan maddi hüquq normalarını rəhbər tutmaqla baxmaq və müvafiq qərar qəbul etmək öhdəliyi daşımışdır. Birinci instansiya məhkəməsi isə qərarda səhv nəticəyə gələrək, iddiaçının torpaq sahəsini özəlləşdirmək hüququnun yaranma anını Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 23 noyabr tarixli, 21(105)-129/2016 saylı qərarının qüvvəyə minmə anı ilə əlaqələndirərək, işin faktiki hallarını düzgün müəyyən etməmiş və hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin t əmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, 2016-cı il 5 oktyabr tarixədək torpaq sahəsinin özəlləşdirilməməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkətlərinin qanuni olub-olmaması nə əvvəlki, nə də hazırkı məhkəmə prosesi zamanı araşdırılmamış, buna hüquqi qiymət verilməmişdir. Hazırkı iş üzrə məhkəmə icraatı zamanı 2016-cı il 5 oktyabr tarixə qədər iddiaçı tərəfindən torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı cavabdehə müraciətlərin olunduğu, lakin həmin müraciətlərin təmin olunmadığı müəyyən edilmişd ir. Lakin həmin müraciətlərin təmin edilməməsinin qanuni olub-olmaması ilə bağlı məhkəmə heç bir araşdırma aparmamışdır. Yalnız müraciətlərin təmin edilməməsinə görə cavabdehin hərəkətsizliyi qanunsuz sayılmışdır. Eyni zamanda, məhkəmə işin həqiqi hallarını təhrif edərək, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə cavabdehin torpaq sahəsinin ozəlləşdirilməsindən imtinasının qanunsuz sayıldığını qeyd etmişdir. Halbuki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2016-cı il 23 noyabr tarixli, 2-1(105)129/16 nömrəli qərarı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq sahəsinin özəlləşdirilməməsi ilə bağlı hərəkətsizliyinin qanuni olub-olmaması mahiyyəti üzrə araşdırılmamış və buna hüquqi qiymət verilməmiş, cavabdehin torpaq sahəsinin özəlləşdirilməsindən imtinası qanunsuz sayılmamışdır. Həmin qərarla c avabdeh tərəfindən yalnız formal tələblərə riayət edilmədiyi (iddiaçının müraciəti üzrə inzibati akt qəbul edilmədiyi) müəyyən edilmiş və bununla bağlı inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Eyni zamanda, həmin qərarda torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilməsinin cavabdehin diskresion hüququ olduğu qeyd edilmişdir. Beləliklə, məhkəmə işin həqiqi hallarını təhrif edərək, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə torpaq sahəsinin özəlləşdirilməsindən cavabdehin imtinasının qanunsuz sayıldığını qeyd etmişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsi əsassız olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəx slər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli qərarı ilə əlavə edilmiş 6-1-ci bəndinin iddiaçıya münasibətdə şamil edilməməli olduğunu qeyd etmişdir. Belə ki, torpaq sahəsinin dəyəri ilə bağlı mübahisə qanunvericilikdə 2016-cı il 5 oktyabr tarixdə dəyişiklik edildikdən sonra yaranmışdır.
17. İddiaçı tərəfindən iş apellyasiya məhkəməsinin icraatında olan zaman iddianın dəyişdirilməsi və apellyasiya məhkəməsinin də dəyişdirilmiş tələbi təmin etməsi prosessual normaların aşkar surətdə pozulması ilə müşayiət olunmuşdur. Belə ki, İnzibati Prosessual Məcəllənin apellyasiya instansiyası məhkəməsində şikayət üzrə icraata aid normaları müəyyən edən X fəslində apellya siya instansiyası mərhələsində iddianın dəyişdirilməsinin mümkünlüyü nəzərdə tutulmamışdır. Məhkəmə işin bu halı ilə bağlı qərarında “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 17 sentyabr tarixli qərarına istinad edərək, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım edilməsini müəyyən edən müddəaların inzibati apellyasi ya icraatında tətbiqinin istisna edilmədiyini qeyd etmişdir. İddiaçı tərəfindən apellyasiya icraatı zamanı məhkəməyə təqdim edilmiş ərizə hər hansı formal xətanın aradan qaldırılması, aydın olmayan tələbin dəqiqləşdirilməsi və ya natamam məlumatların tamamlanması ilə bağlı olmamış, həmin ərizə ilə iddia tələbi dəyişdirilmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialar və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar (məcburetmə haqqında iddia) və 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəm ə icraatı qaydasında baxılan ayrı-ayrı iddia növləridir. Göründüyü kimi iddiaçı tərəfindən birinci instansiya məhkəməsində irəli sürülmüş torpaq sahəsinin normativ qiymətinin müəyyən edilməsi barədə tələb inzibati aktın qəbul edilməsi ilə bağlı olmadığı halda, apellyasiya instansiyası məhkəməsində təqdim edilmiş ərizədə “Əsasnaməyə Nazirlər Kabinetinin 2016-cı il 05 oktyabr tarixli, 377 saylı qərarı əsasında əlavə edilmiş 6-1 bəndinin müddəaları tətbiq edilmədən mübahisəli torpaq sahəsinin normativ qiymətə əsasən iddiaçının adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələb isə inzibati orqanın üzərində inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulmasına yönəlmişdir. Beləliklə, iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş ərizə iddianı n dəyişdirilməsi barədə ərizə kimi qiymətləndirilməli idi ki, buna da prosessual normalar yol vermədiyindən apellyasiya instansiyası məhkəməsi həmin ərizəni icraata qəbul etməməli idi. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla birinci instansiya məhkəməsinin qanuni qərarını əsassız olaraq ləğv etmişdir. kassasiya şikayətinə etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, etirazda qeyd edilmişdir ki, cavabdehin kassasiya şikayətindən göründüyü kimi məhkəmənin vaxtını almaqla prosesin daha çox illər uzadılmasını istəmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 saylı Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən mü əssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin, yerləşdiyi torpaq sahəsinin satılması qaydaları haqqında Əsasnamə»nin 3-cü, 6-cı və 12-ci bəndləri tam pozulmuş və bu qanun pozuntuları 15 ildir davam edir. Sumqayıt Apellyasiya Məhkəməsi işi aidiyyəti üzrə araşdırıb bütün tutarlı səbəbləri cavabdehə ətraflı sübut etmişdir. Cavabdeh bütün hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət torpaq sahəsinin normativ qiyməti haqqında Əsasnaməyə əsasən torpağın alğı-satqı qiymətini iddiaçının etdiyi müraciətlər əsasında qiymətləndirməlidir. Cavabdeh əsassız bildirişlə 6 sot torpaq sahəsini iddiaçıya təklif etmiş və iddiaçı bundan imtina etmişdir. Bundan başqa cavabde h əvvəllərdə bu kimi saxta bildirişləri tez-taz Xırdalan qəsəbəsində sahibkarlara paylamışdır. Bildirişdə göstərilən qiymətlər heç bir sahibkarı razı salmadığından buna imtina edilmişdir. 19. “Normativ qiymət haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən obyektlərin yerləşdiyi dövlət torpaq sahələri iki hissəyə bölünür. Birincisi bina və əsaslı tikintilərin altında yerləşən torpaq sahələri (bundan sonra-tikinti altında torpaq sahələri) və ikincisi bu kateqoriyaya aid edilməyən torpaq sahələri (bundan sonra - sərbəst torpaq sahələri). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət, müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahə sinin normativ qiyməti haqqında Əsasnamə»yə uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli, 377 nömrəli qərarına tikinti altında olan torpaq sahəsinin alğı-satqı zamanı normativ qiymətə əlavə barəsində dəyişiklik olmamışdır.. Göründüyü kimi mübahisəli tikinti altında olan torpaq sahəsinin özəlləşdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş dəyər qiymətinin artması Nazirlər Kabinetinin 2016-cı il 05 oktyabr tarixli, 377 saylı qərarı ilə tikinti altında olan torpaqlara şamil olunmamışdır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli, 93 saylı qərarı ilə müəssisənin tikinti altında olan 600 kv. metr torpaq sahəsi zona və əmsal tətbiq etməklə özəlləşdirilməlidir. Buna baxmayaraq cavabdeh iddiaçının ilk müraciət etdiyi 2010cu il 10 noyabr tarixdə torpaq sahəsinin özəlləşdirilməsi üçün 60100 min manat pul tələb edərək bir neçə günə özəlləşdirmə sənədlərinin təqdim edəcəyini bildirirdi. 2010-cu ildə 60100 min manata Xırdalan qəsəbəsində 16 hektar torpaq sahəsi almaq olardı. Komitənin qanunsuz tələblərini rədd etdiyi üçün müəssisənin hüquqi sənədlərinin ləğv olunması barədə göstəriş vermişdir. İddiaçı istifadəsində olan 6 sot torpaq sahəsinin özəlləşdirilməsi hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin 2017-cı il 5 aprel tarixli qərarına əsasən müəyyən edilmişdir. Cavabdehin hərəkətsizliyi və qanun pozuntuları nəticəsində iddiaçı 2017-ci il 27 may tarixdə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmişdir. Avropa Məhkəməsi tərəfindən müəssisənin şikayətini təmin edilmiş, Azərbaycan Resp ublikası Prezidentinin İşlər İdarəsi tərəfindən İddiaçınə 4212 manat 18 qəpik təzminat ödənilmiş və pozulmuş hüquqların bərpa olunmasını Azərbaycan dövlətinin üzərinə qoyulmuşdur. Beləliklə, cavabdehin torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı hərəkətsizliyi, qanun pozuntuları və imtinası qanunsuz hesab olunmuşdur. b. məhkəmə icraatı iştirakçılarının izahatları
21. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
22. İddiaçının nümayəndəsi məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsin in qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
27. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın preambulasına əsasən, İİ Dövlət Proqramı... özəlləşdirilən müəssisə və obyektlərin, fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin satılmasını,...dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər məsələləri müəyyən edir.
28. Həmin Proqramın 9-cu bəndinin müddəalarına görə, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər oldu qda torpaq sahələrinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir (9.1). Əmlak Məsələləri Dövlət Komitəsi fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir (9.2).
29. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 №-li Fərmanı (2006-cı il 6 iyul tarixli, 426 №-li Fərmanla edilmiş əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Özəlləşdiri lən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin (bundan sonra mətndə Əsasnamə) 1-ci bəndinə əsasən, bu Əsasnamə Azərbaycan Respublikasının “Torpaq Məcəlləsinə”, “Torpaq islahatı haqqında”, “Torpaq vergisi haqqında”, “Yerin təki haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanunlarına və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin fiziki və hüquqi şəxslərə satılması qaydalarını müəyyən edir.
30. Əsasnamənin müddəalarına görə, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedi kdə, dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur (2). Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır (4). Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə, torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər (11). Əmlak Məsələləri Dövlət Komitəsi ərizənin daxil olduğu andan 20 gün müddətində özəlləşdirilmiş müəssisənin (obyektin) mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alğı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir.(13)
29. Hazırkı işin hallarından görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 1990-cı il 23 oktyabr tarixli, 271 saylı qərarı ilə Xırdalan qəsəbəsində mağazalar cərgəsi tikintisi üçün ayrılmış 0.09 ha torpaq sahəsinin 0.06 ha hissəsində iddiaçının öz vəsaiti hesabına qeyri-yaşayış sahəsi inşa edilmiş və hazırda RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, 538.9 m2 ticarət təy inatlı qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında, eləcə də, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi dövlət mülkiyyətində olan tikintialtı 0.0601 ha torpaq sahəsi istifadə hüququ əsasında İddiaçı ÇKM-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyri yaşayış sahəsinin texniki pasportuna əsasən, tikinti altındakı torpağın sahəsi 601 kv m-dir.
30. Yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə əsasən, iddiaçı 2011-ci ildə etibarən istifadəsində olan tikinti altı 0.0601 ha torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana təkrar müraciətlər etsə də, sonuncu müxtəlif əsaslarla (tələb olunan sənədlərin tam təqdim edilməməsi, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsinə dair iddia üzrə yekun məhkəmə qərarının qüvvəyə minməməsi, müqav ilə azadlığı prinsipinə görə Komitənin müqavilə bağlamağa məcbur edilə bilməməsi və s) iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
31. İş üzrə yuxarıda sadalanan çoxsaylı məhkəmə qərarları qəbul edilmiş, o cümlədən Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 23 noyabr tarixli, 2-1(105)-129/2016 saylı qərarı ilə İddiaçı müraciətinə yenidən baxmaq və həmin müraciətlə bağlı məhkəmənin bu qərarda təsbit edilmiş hüquqi mövqeyini nəzərə almaqla, əsaslandırılmış qərar qəbul etmək öhdəliyi X1 Təşkili üzrə Dövlət Agentliyinin üzərinə qoyulmuşdur. Ali Məhkəmənin 2017-ci il 5 aprel tarixli qərarı ilə qeyd edilən qərar dəyişdirilmədən saxlanılmışdır.
32. Həmin qərarın icrası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi 2016-cı il 29 sentyabr tarixdə iddiaçıya **********05 nömrəli bildiriş ünvanlayaraq, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, x prospekti ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyətində olan və daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri 60100 manat təşkil edən 601 kv.metr torpaq sahəsinin satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsini təklif etmişdir. Bildirişə qeyd edilmişdir ki, torpaq sahəsinin satın alınmasına və ya icarəyə götürülməsinə razılıq bildirildiyi halda onun satış qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunun a uyğun olaraq müəyyənləşdiriləcəkdir. 33. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməsinin 2-ci bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri iki hissəyə bölünür: 1)texniki pasportlarında göstərilmiş bina və əsaslı tikililərin altında yerləşən torpaq sahələri (bundan sonra - tikinti altındakı torpaq sahələri) və 2)bu kateqoriyaya aid edilməyən torpaq sahələri (bundan sonra - sərbəst torpaq sahələri).
34. Hazırkı halda iş materiallarından müəyyən edilir ki, iddiaçının özəlləşdirmək istədiyi torpaq sahəs i birinci qrup torpaq sahəsinə aid olmaqla tikinti altındakı sahədir.
35. Əsasnamənin 5-ci bəndinə əsasən, Respublikanın qəsəbə və kənd yerlərində özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin altında yerləşən dövlət torpaq sahələrinin normativ qiyməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Kadastr qiymət rayonları və yarımrayonları üzrə torpaqların normativ qiyməti”nə uyğun olaraq müəyyən edilir.
36. Adı çəkilən Əsasnaməyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli, 377 nömrəli qərarı ilə əlavə olunmuş 6-1-ci maddəsində qeyd olunmuşdur ki, torpaq sahələrinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qi yməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alğı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir.
37. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından görünür ki, cavabdeh iddiaçıya torpaq sahəsini normativ qiymətlə deyil, 2016-cı il 5 oktyabr tarixdə edilmiş dəyişikliyə, yəni Əsasnaməyə əlavə edilmiş 6-1 bəndə əsasən, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyən edilmiş qiymətlə özəlləşdirilməsini təklif etmiş, iddiaçı isə bununla razılaşmayaraq hazırkı iddianı qaldırmışdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi gedən torpaq sahəsini n özəlləşdirilməsi ilə bağlı iddiaçının çoxsaylı müraciətləri “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnaməsinə 2016-cı il 5 oktyabr tarixdə edilmiş dəyişikliyə qədər olduğundan, həmin dəyişiklik ona münasibətdə şamil olunmamalıdır. Belə ki, iddiaçının müraciətləri 2016-cı il 5 oktyabr tarixli dəyişikliyə qədər olmuş, cavabdeh hərəkətsizlik edərək iddiaçının müraciətinin təmin olunması üçün inzibati icraat başlamamış, heç bir tutarlı səbəb göstərmədən torpaq sahəsinin özəlləşdirilməsindən imtina etmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə cavabdehin imtinası qanunsuz sayılaraq iddiaçının müraciətinə yenidən baxaraq məhkəmənin hüq uqi mövqeyini nəzərə almaqla, əsaslandırılmış qərar qəbul etmək öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
39. Hazırda isə iddiaçının müraciətini tənzimləyən normativ hüquqi aktlarda dəyişiklik olmuş və bu da iddiaçının vəziyyətini ağırlaşdırmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
40. Digər tərəfdən, cavabdehin özü iddia olunan torpaq sahəsinin satın alınması ilə bağlı iddiaçıya **********05 nömrəli bildirişi 2016-cı il 29 sentyabr tarixdə ünvanlamış, həmin tarixdə isə “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə 6-1 bənd əlavə edilməmiş, 5-ci bəndə əsasən isə tikinti altındakı torpaq sahəsinin normativ qiymətlə özəlləşməsi nəzərdə tutulmuşdur.
41. Bundan əlavə, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 6-cı bəndində qeyd edilir ki, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır.
42. Dövlət Proqramının 2-ci bəndinə əsasən, özəlləşdirilməsi qadağan olunan əmlakın siyahısı "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasın ın Qanunu ilə müəyyən edilir. Özəlləşdirmə haqqında qanunvericilik aktlarında göstərilən hallardan başqa, özəlləşdirmə sahəsində məhdudiyyətlərin qoyulmasına yol verilmir. 43. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 6.2.1-6.2.20-ci maddəsində Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan və özəlləşdirilməsi qadağan edilən əmlak növlərinin təsnifatı dəqiq olaraq qeyd edilmişdir. Həmin Qanunun 29.6-cı maddəsinə əsasən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Bu sahədə məhdu diyyət olduğu halda, o cümlədən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, xarici hüquqi şəxs olduqda isə o, torpaq sahəsini satınalma hüququ olmadan icarəyə götürə bilər.
44. Hazırkı işin hallarından görünür ki, iddiaçının mülkiyyətində olan obyektin yerləşdiyi tikinti altındakı torpaq sahəsi özəlləşdirilməsi qadağan edilən və yaxud məhdudiyyət qoyulan əmlak deyildir. Belə olan halda, cavabdeh inzibati orqan iddiaçının torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı müraciətinə müraciət etdiyi vaxt qüvvədə olan qanunvericilik normalarının tələblərinə əsasən baxmaq və torpağın özəlləşdirilməsi barədə qərar qəbul etmək öhdəliyi daşımışdır.
45. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar y oxdur.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 may tarixli, 2-1(105)-97/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.