Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1654/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.NNNN-ci il tarixli N487 nömrəli əmrinin ləğv edilməsi və ehtiyata buraxıldığı vaxtdan məhkəmə qərarının qəbul edildiyi günə kimi zabitlər üçün nəzərdə tutulmuş bütün təminat xərcliyinin ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may NNNN-ci il tarixli, N-1(1N5)N31/NNNN nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.199N-ci il tarixdə anadan olmuş, NN13-cü ildə Ali Hərbi Məktəbi yerüstü artilleriya ixtisası üzrə bitirmiş, xx.xx.NN13-xx.xx.NN14-cü il tarixlərdə Silahlı Qüvvələrin Təlim-tədris Mərkəzində dinləyici olmuş, xx.xx.NNNN-ci il tarixdə ehtiyata buraxılmadan əvvəl sonuncu xidmət yeri N17-ci Motoatıcı briqadanın (N17№-li hərbi hissə) N174-cü motoatıcı taborunun minaatan batareyasının minaatan tağımın komandiri vəzifəsi olmuşdur.
2. Azərbaycan Respublikası Müdafiə nazirinin 3N iyun NNN N-ci il tarixli, N487 saylı əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
3. Ehtiyata buraxıldıqdan sonra Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.NNNN-ci il tarixli Sərəncamına əsasən xx.xx.NNNN-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş, 13N-cu Motoatıcı Briqadanın (13N№-li hərbi hissə) 13N1-ci motoatıcı taborunun minaatan batereyasının komandiri təyin edilmiş, Murovdağ istiqamətində N saylı hərbi hissədə xidmət etmiş və həmin hərbi hissə tərəfindən müsbət xarakterizə edilərək Fəxri Fərmanlarla mükafatlandırılmışdır,Azərbaycan Respublikası Prezidenti, habelə müdafiə naziri tərəfindən medallarla təltif edilmişdir.
4. N nömrəli hərbi hissənin komandiri N8 noyabr NNNN-ci il və N8 dekabr NNNN-ci il tarixlərdə verilmiş Fəxri Fərmanları ilə iddiaçı döyüş hazırlığı, nizam-intizam və qoşun xidmətinin təşkilində yüksək nəticələr əldə etdiyinə və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə, eləcə də döyüş və ictimai siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə təltif edilmişdir, xx.xx.NNN1-ci il tarixli əmrlə səfərbərlikdən təxris edilmişdir. 5. “Vətən müharibəsi” zamanı xidmət etdiyi N saylı hərbi hissənin rəhbərliyi tərəfindən verilmiş xx.xx.NNN1-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, leytenant İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə özünü nizam-intizamlı, bacarıqlı və savadlı bir zabit kimi göstər ilmişdir. Tutduğu vəzifənin icrasına vicdanla yanaşmış, rəhbərlik etdiyi bölmədə və ya iş sahəsində mövcud vəziyyəti düzgün şəkildə qurmağı bacarmışdır. İxtisasına uyğun nəzəri biliyi, hazırlıq səviyyəsi və onun praktiki tətbiqi qənaətbəxş olmuşdur.
6. Azərbaycan Respublikası Prezidentinin xx.xx.NNN1-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş hərbi qulluqçu kimi “Cəsur döyüşçü” medalı ilə də təltif edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciə t edərək, xx.xx.NNNN-ci il tarixli N487 nömrəli əmri qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv edilməsi, həqiqi hərbi xidmətdən qanunsuz tərxis edildiyi vaxtdan məhkəmə qərarının qəbul edildiyi günə kimi zabitlər üçün nəzərdə tutulmuş bütün təminat xərcliyi həddində ona dəymiş maddi ziyanın tam ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.NNNN-ci il tarixli N-1(11N)-5871/NNNN saylı qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.NNNN-ci il tarixli N487 nömrəli əmrinin ləğv edilməsi və ehtiyata buraxıldığı vaxtdan məhkəmə qərarının qəbul edildiyi günə kimi zabitlər üç ün nəzərdə tutulmuş bütün təminat xərcliyinin ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. 10.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 14 avqust NNN9-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunmuş və NN13-cü ilə kimi həmin ali hərbi məktəbdə “Yerüstü artilleriya” ixtisası üzrə ali təhsil almışdır. N3 iyul NN13-cü ildən N3 iyul NN14-cü ilə qədər TəlimTədris Mərkəzində zabit ixtisası üzrə kurs keçmişdir. Təlim-TədrisMərkəzində zabit kursunu başa vurduqdan sonra əvvəlcə N nömrəli hərbi hissədə xidmətə başalamış, N4 iyul NN14-cü ildən isə N nömrəli hərbi hissənin 4-cü Diviziyanın 1-ci batareyasının N-ci atəş tağımı vəzifəsinə xidmətini davam etdirmişdir. N5 iyun NN15-ci il tarixdən NN iyul NN17-ci il tarixə kimi N16 nömrəli hərbi hissənin 5-ci taborunun tank əleyhinə artilleriya batareyasının baş zabiti vəzifəsində xidmət etmişdir. NN iyul NN17-ci il tarixdə daxili əmrlə N16-cı hərbi hissənin artilleriya divizionunun N-ci artilleriya batereyasının baş zabiti vəzifəsinə təyin edilmişdir. NN15-ci ilin sonundan etibarən N16 nömrəli hərbi hissənin qərargah rəisi olmuş X1 hər hansı ciddi əsas olmadan onunla qarşılıqlı münasibətlərində nizamnamə qaydalarını pozmuş və onunla qərəzli davranaraq ordu sıralarından tərxis ediləcəyi ilə təhdid etmişdir. Bununla bağlı həmin hərbi hissənin komandiri olmuş Niyaməddin Tağıyevə məruzə etdiyi üçün qəraragah rəisi onun tərəfindən məzəmmət edilmişdir. 13 iyun NN18-ci ildə N17 nömrəli hərbi hissənin 1-ci taborunun minaatan batareyasının idarəetmə tağım komandiri vəzifəsinə təyin edilmişdir. Bu hərbi hissədə x idmət etdiyi müddət ərzində həmin hərbi hissəyə komandir təyin edilən X1 onunla bu hərbi hissədə də qərzli münasibətini davam etdirmiş və vəzifə səlahiyyətindən sui-istifadə edərək bir neçə dəfə əsassız olaraq ona intizam cəzası vermişdir. NNNN-ci ilin yanvar ayından həmin ilin iyun ayına kimi 4N dəfə tabor növbətçisi olmuş və növbətçi olduğu zaman hər hansı mənfi hadisə baş verməmişdir. Hətta NNNN-ci ilin ilik 1N günündə ardıcıl olaraq 3 gün istirahət etmədən tabor növbətçiliyinə cəlb edilmişdir. Bununla bağlı hərbi hissədə növbətçiliyə dair N nömrəli naryadların təlimat kitabında müvafiq yazılı qeydlər vardır. Halbuki, İntizam Nizamnaməsinə əsasən zabit heyətindən olan hərbi qulluqçulara törətdiyi intizam pozuntusuna görə təkrar naryada cəlb edilməsi şəklində intizam cəzasının verilməsi qadağandır. Eyni zamanda onunla söhbətləşmə hərbi qanunvericiliklə ehtiyata buraxılası zabitlə söhbət aparmaq hüququ olmayan hərbi hissənin kadrlar rəisi olmuş mayor Ramiz Cəbiyev tərəfindən aparılmış, nə hərbi hissə komandiri, nə də bilavasitə rəisi söhbət aparmalı olduğu halda söhbətləşmə aparmamışlar. Hərbi xidmətdən ehtiyata buraxılma ərəfəsində kadrlar rəisi tərəfindən söhbətləşmə aparılarkən N7 may NNNN-ci il tarixdə növbətçi olduğu zaman hərbi hissənin ərazisində yerləşən silah-sursat anbarının təhvil-təslimi vaxtı anbarın qapısında qıfıl olmadığına görə intizam pozuntusuna yol verməyi nəzərinə çatdırılmışdır. Halbuki, silah-sursat anbarının qapısı plastik qapı olduğu üçün həmin qapı sadəcə normal zamokla bağlanırdı və ümumiyyətlə, bu qapının qıfılla bağlanılması hərbi hissədə nəzər də tutulmamışdır. Bundan başqa həmin yoxlama zamanı iddiaçı özü yoxlayıcıların qarşısında həmin qapını açmasına baxmayaraq sonradan qapının açıq olması ona irad kimi bildirilmişdir. İddiaçının törətmədiyi intizam pozuntularına görə qanunsuz və əsassız olaraq hərbi rütbəsi baş leytenant hərbi rütbəsindən leytenant hərbi rütbəsinə endirilmiş, həmçinin zabitlər və digər hərbi qulluqçular üçün NN19 və NNNN-ci illərin yekunlarına görə Müdafiə Nazirinin müvafiq əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatından məhrum edilmişdir. NN19-cu ilin iyul ayında N17 nömrəli hərbi hissənin 4-cü taborunda qulluq etdiyi zaman həmin dövrdə hərbi vəzifələrdə irəli çəkilmək üçün keçirilən ixtisas imtahanlarında iştirak etmək istəməsinə baxmayaraq hərbi hissə komandiri X1 müxtəlf vasitələrlə onun həmin im tahanlarda iştirakına mane olmuşdur. NN may NNNN-ci il tarixdə Ümumqoşun Ordunun artilleriya rəisi tərəfindən hərbi hissəyə telefonoqramma göndərilərək onun Ümumqoşun Ordusunda fiziki hazırlıq, ixtisas hazırlığı, texniki hazırlıq və ümumqoşun nizamnamələrindən keçirilməsi nəzərdə tutulan imtahanda iştirak etməyi tələb edilmişdir. O, həmin imtahanları müvəffəqiyyətlə verərək hamısından müsbət qiymət almış və Ümumqoşun Ordunun artilleriya rəisi hər dəfə keçirilən imtahanlardan uğurla keçdiyi halda hərbi vəzifələrdə irəli çəkilmədiyi səbəbini soruşduqda, o, səbəb kimi hərbi hissə komandirinin onunla qərəzli münasibət saxlaması ilə bağlı olduğunu bildirmişdir. N4 may NNNN-ci il tarixdə tabor növbətçisi olduğu zaman növbətçilikdən çıxarılaraq N17 nömrəli hərbi hissəyə çağırılmış və hərbi hissən in kadrlar rəisi mayor Ramiz Cəbiyev tərəfindən aparılan söhbətləşmə zamanı uzun müddət eyni vəzifədə qalmağını əsas gətirərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə xidməti uyğunsuzluğa görə ordu sıralarından tərxis ediləcəyini bildirmişdir. O, kadrlar rəisi ilə söhbətləşmə zamanı uzun müddət eyni vəzifədə qalmağının ən mühüm səbəbini hərbi-həkim komissiyasının rəyinə əsasən böyrəyində olan kistanın olmasını qeyd etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.NNNN-c il tarixli N487 nömrəli əmri ilə Silahlı Qüvvələrin ehtiyyatına buraxılmışdır. O, barəsində verilmiş əmri qanunsuz və əsassız hesab edir. Belə ki, zabit kimi xidmət etdiyi dövrdə, xüsusi ilə də N17 nömrəli hərbi hissədə bir neçə dəfə keçirilən imtahanlardan, sonuncu dəfə isə NN may NNNN-ci ildə Ümumqoşun Ordusunda fiziki hazırlıq, ixtisas hazırlığı, texniki hazırlıq və ümumqoşun nizamnamələrindən keçirilən imtahanlarda müsbət qiymət aldığı halda, həmçinin NNNN-ci ilin yanvar ayından tərxis edilənə kimi N dəfəyə yaxın hərbi hissənin tabor növbətçisi naryadına təyin edildiyi və naryad zamanı vəzifə borclarını layiqincə yerinə yetirdiyi halda onun hərbi xidmətdən xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmağı tamamilə əsassız və qanunsuzdur. Çünki hərbi hissələrdə daxili naryada, xüsusilə də zabitlərdən təyin edilən növbətçiliyə daha hazırlıqlı və nizam-intizamlı hərbi qulluqçular təyin edilirlər. Əgər mənəvi və işgüzar keyfiyyətlərə malik olmasaydı, bu məsuliyyətli növbətçiliyə təyin edilməzdi. Onun ehtiyata buraxılmağına dair Müdafiə Nazirliyinin xx.xx.NNNN-ci il tari xli N487 nömrəli əmri barədə məlumatı xx.xx.NNNN-ci il tarixdə hərbi hissənin nəzarət-buraxılış məntəqəsində təyinat vərəqəsi verilərkən almış və dərhal məhkəmədə iddia qaldırmışdır. Bundan sonra başlayan Vətən müharibəsi zamanı o, çağırışa əsasən ordu sıralarına qoşulmuş, Murovdağ istiqamətində N saylı hərbi hissədə xidmət etmiş və həmin hərbi hissə tərəfindən müsbət xarakterizə edilərək Fəxri Fərmanlarla mükafatlandırılmışdır.
11. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı xx.xx.NN18-ci il tarixdən N17 nömrəli hərbi hissədə xidmət keçmiş, minaatan batareyasının minaatan tağımının komandiri olmuşdur. Onun haqqında verilən təqdimatda qeyd olunur ki, xidmət etdiyi müddətdə özünü işgüzar və mənəvi keyfiyyətləri aşağı olan, bacarıqsız, intizamsız bir zabit k imi göstərmiş, vəzifəsinə aid sənədləri zəif bilmiş və onların tələblərini gündəlik fəaliyyətində tətbiq etməmiş, bilik və bacarığı aşağı səviyyədə olmuş, tabeliyində olanlarla maraqlanmamış, onların məişətinə qayğı göstərməmiş, vəzifəsinin məsuliyyətini və ağırlığını dərk etməmişdir. İddiaçı ilə söhbət aparılmış, xidmətində dönüş yaratmaq üçün ona vaxt verilmiş, lakin o, nəticə çıxarmamış, dəfələrlə intizam məsuliyyətinə cəlb olunmuş, hətta rütbəsi bir pillə aşağı salınmışdır.Verilən intizam cəzaları öz tərbiyəvi təsirinə çatmadığından iddiaçının məsələsinə xx.xx.NNNN-ci ildə kiçik zabitlərin şərəf məhkəməsində baxılmış, onun həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İddiaçının göstərilən əsasla ehtiyata bur axılması barədə təqdimat verilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.NNNN-ci il tarixli N487 nömrəli əmri ilə leytenant İddiaçı N17 nömrəli hərbi hissənin motoatıcı taborunun minaatan batareyasının minaatan taqımının komandiri vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı söhbət vərəqələrində xidmət müddəti ərzində nailiyyətlər əldə etməyə çalışdığını, lakin xidmətində yol verdiyi bəzi nöqsanlara görə komandanlığın etimadını doğrulda bilmədiyini göstərmiş, vədlər verməklə öz işində dönüş yaradacığını bildirmişdir. İddiaçı NN19-cu ilin attestasiyasında 1NN ballıq qiymətləndirmə üzrə 19 bala yaxın nəticə göstərmişdir. 12.Sumqayıt İnzibati Məhkəməsinin N-1(118) -558/NNN1 nömrəli, N5 noyabr NNN1-ci il tarixli qərarı ilə (hakim V.Əzizova) iddia tələbi təmin edilmiş, İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.NNNN-ci il tarixli N487 nömrəli əmrinin ləğv edilməsi və ehtiyata buraxıldığı vaxtdan məhkəmə qərarının qəbul edildiyi günə kimi zabitlər üçün nəzərdə tutulmuş bütün təminat xərcliyinin ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. 13.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehin tabelyində olan, dinc dövrdə sonuncu xidmət etdiyi N17 saylı hərbi hissə tərəfindən mənfi və nizam intizam qaydalarına riayət etməyən, bacarıqsız zabit kimi xarakterizə edilməklə, xidməti uyğunsuzluğa görə ehtiyata bu raxılmanın əsasını qeyd edilən hallar təşkil etsə də, cəmi üç ay sonra başlayan “Vətən müharibəsi” zamanı xidmət etdiyi cavabdehin tabelyində olan digər hərbi hissənin komandanlığı tərəfindən müsbət və yüksək keyfiyyətlərə malik zabit kimi qiymətləndirilmiş, eyni zamanda yüksək peşəkarlıq, şücaət və fədəkarlığına görə cavabdehin özü tərəfindən döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarıın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş hərbi qulluqçu kimi isə Azərbaycan Respublikası Prezidenti tərəfindən medalla təltif edilmişdir. Bütün qeyd olunanlar isə iddiaçı barəsində qəbul olunmuş xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair 3N iyun NNNN-ci il tarixli əmrin qeyri-qanuniliyinə dəlalət edir. 14.Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilərək və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may NNNN-ci il tarixli, N-1(1N5)-N31/NNNN nömrəli qərarı ilə (sədrlik edən-Z.T.Məmmədov, hakimlərH.Ç.Babayeva və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin N5 noyabr NNN1-ci il tarixli, N-1(118)-558/NNN1 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may NNNN-ci il tarixli, N-1(1N5)-N 31/NNNN nömrəli qərarını ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayəti iddia tələbinə edilən etirazın məzmunu ilə eynidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etiraza əsasən iddiaçı kassasiya şilayətinin təmin edilməməsini Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may NNNN-ci il tarixli, N-1(1N5)-N31/NNNN nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: -156-cı b əndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. 161-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. 16N-ci bəndinə əsasən, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri v ə üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. 165-ci bəndinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. 168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Əsasnaməyə 6 saylı əlavə olan “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması üçün təqdimatların tərtib edilməsi” Qaydalarının 9-cu bəndinə əsasən, həqiqi hərbi xidmətdən buraxılmaya təqdim edildikdə təqdimatla birlikdə söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, axırıncı attestasiya, şəxsi iş (bu Əsasnamənin 156-cı maddəsinin «v», «q», «e», «ə» bəndləri, 158-ci maddəsinin «b» bəndi ilə buraxıldıqda) göndərilir. 21. “İnzibati icraat haqqında” Qanun: Maddə N.N.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Maddə
14. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəx slərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16.N. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. NN. İnzibati Prosessual Məcəllə Maddə 1N.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 1N.N. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1N gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilə r. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ N3. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. N4. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi N5. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apel lyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. N6. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). N7. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdı rmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. N8. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya N17 saylı hərbi hissənin müvafiq əmrləri ilə xx.xx.NN19-cu il, xx.xx.NN19-cu il, xx.xx.NN19-cu il, xx.xx.NN19-cu il, xx.xx.NN19-cu il, xx.xx.NNNN-ci il və xx.xx.NNNN-ci il tarixlərdə töhmət intizam tənbehi verilmiş, onun barəsində verilmiş təqdimatın əsaslandırma hissəsində qeyd edilmişdir ki, leytenant İddiaçı xidmət etdiyi müddətdə özünü işgüzar və mənəvi keyfiyyətləri aşağı olan, bacarıqsız, intizamsız bır zabit kimi göstərmişdir. Vəzifəsinə aid rəhbər sən ədləri zəif bilir və onların tələblərini gündəlik fəaliyyətində tətbiq etmir, bilik və təcrübəsi aşağı səviyyədədir. Vəzifə borclarının icrasına səhlənkar yanaşmasına, məsuliyyətsiz və səhlənkar bir zabit olmasına görə xx.xx.NNNN-ci il tarixdə onun hərbi rütbəsi bir pillə “leytenant” hərbi rütbəsinədək aşağı salınaraq cəzalandrılmışdır. Xidmətində yol verdiyi ciddi nöqsanlarına görə xx.xx.NNNN-ci il tarixdə iddiaçının məsələsinə kiçik zabitlərin şərəf məhkəməsində baxılmış və şərəf məhkəməsi onun həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılmış, daha sonra cavabdehin 3N iyun NNNN-ci il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N9. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti il ə razılaşaraq qeyd edir ki, təqdimatda iddiaçı barəsində əks olunmuş hallar, ilk növbədə onun işgüzar və mənəvi keyfiyyətləri aşağı olan, bacarıqsız, intizamsız zabit olmasına dair göstərilənlər həm təqdimatın özü, həm də iş materiallarında olan digər sənədlərlə, əsasən də iddiaçının 44 günlük Vətən Müharibəsində göstərdiyi şücaətlə təkzib olunmuşdur. 3N. İşin yuxarıda qeyd edilən hallarından aydın olduğu kimi, iddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxıldıqdan cəmi üç ay sonra elan edilmiş səfərbərliklə əlaqədar yenidən Müdafiə Nazirliyinə tabe olan hərbi hissədə zabit vəzifəsində bilavasitə döyüş əməliyyatlarında iştirak etməklə hərbi xidmətə başlamış, cavabdehin 3 oktyabr NNNN-ci il tarixli əmri ilə xx.xx.NNNN-ci il tarixdən 13N-cu motoatıcı briqadada minaatan batareyanın komandir i vəzifəsinə təyin edilmiş, minaatan batereyanın komandiri kimi “Vətən müharibəsi”ndə iştirak etmiş, göstərdiyi xidmətlərə görə ölkə Prezidentinin Sərəncamı ilə “Cəsur döyüşçü”, müdafiə nazirinin əmri ilə ölkə Prezidenti adından “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə, döyüşdüyü hərbi hissə komandiri tərəfindən iki dəfə fəxri fərmanla təltif edilmiş, müsbət xarakterizə edilmiş, daha sonra isə xidməti vəzifəsinin davam etdirilməsi üçün müraciət edilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xidməti uyğunsuzluğa görə ordu sıralarından tərxis olunması barədə cavabdehin mövqeyi iddiaçının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi, cavabdehin özünün xx.xx.NNNN-ci il tarixli NN5 t saylı əmri ilə döyüş zamanı yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunması, xidmət etdiyi hərbi hissə tərəfindən iki dəfə fəxri fərman verilməsi, müsbət xarakterizə edilməsi ilə təkzib olunur. 3N. Belə ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.NNN1-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş hərbi qulluqçu kimi “Cəsur döyüşçü” medalı ilə də təltif edilmişdir.
33. Daha sonra N nömrəli hərbi hissənin komandirinin imzaladığı N8 noyabr NNNN-ci il və N8 dekabr NNNN-ci il tarixli Fəxri Fərmanlardan görünür ki, leytenant İddiaçı döyüş hazırlığı, nizam-intizam və qoşun x idmətinin təşkilində yüksək nəticələr əldə etdiyinə və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə, eləcə də döyüş və ictimai siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə təltif edilmişdir.
34. İddiaçının “Vətən müharibəsi” zamanı xidmət etdiyi N saylı hərbi hissənin rəhbərliyi tərəfindən verilmiş xx.xx.NNN1-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, o, N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə özünü nizam-intizamlı, bacarıqlı və savadlı bir zabit kimi göstərilmişdir. Tutduğu vəzifənin icrasına vicdanla yanaşmış, rəhbərlik etdiyi bölmədə və ya iş sahəsində mövcud vəziyyəti düzgün şəkildə qurmağı bacarmışdır. İxtisasına uyğun nəzəri biliyi, hazırlıq səviyyəsi və onun praktiki tətbiqi qənaətbəxş olmuşdur.
35. Eyni zamanda 483N saylı arayışdan gö rünür ki, iddiaçı “Vətən müharibəsi” zamanı xidmət etdiyi N saylı hərbi hissənin göndərişi ilə xx.xx.NNNN-ci ildə hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, ona “döş qəfəsinin sol yarısının küt travması, yumşaq toxumaların əzilməsindən sonrakı vəziyyət” “travmadır, hərbi xidmət dövründə alınmışdır” diaqnozu qoyulmuş, hərbi xidmətə yararlı hesab edilmişdir.
36. Bütün qeyd olunan dəlillər iddiaçı barəsində qəbul olunmuş xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma barədə cavabdehin 3N iyun NNNN-ci il tarixli əmrinin əsaslı olmamasına dəlalət edir
37. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda ş ərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may NNNN-ci il tarixli, N-1(1N5)-N31/NNNN nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.