Məhkəmə qərarları › İş №2-1(102)-1654/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1654/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1654/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka (bağ sahəsinə) dair hüquqların dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 2-1(103)-487/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan SSR Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1998-ci il tarixli, 1/16 nömrəli qərarı ilə Goradil ərazisində yerləşən 321m saylı bağ sahəsi iddiaçıya ayrılmışdır.

2. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 14 oktyabr 2011-ci il tarixli, 2(001)5741/2011 nömrəli qətnaməsi əsasında Goradil ərazisində yerləşən 321m saylı bağ sahəsinə cavabdeh tərəfindən plan-sxem verilmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən sahəsi 0.12 hektar olan 321 “m” torpa q sahəsinə dair çıxarışın, plan və ölçüsünün verilməsini xahiş etmişdir.

4. Cavabdeh 22 iyun 2021-ci il tarixli, **********44 nömrəli imtina məktubu ilə bildirmişdir ki qeyd edilən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş, həmçinin iddiaçı tərəfindən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X3 Bağlar sahəsindəki 152 nömrəli kooperativi tərəfindən onun istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən sahəsi 0.12 hektar olan 321 “m” sahəsinə dair çıxarışın, plan və verilmə si öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

6. İddiaçı Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X3 bağlar sahəsindəki 152 saylı kooperativi tərəfindən verilmiş orderə və məhkəmə qətnaməsinə əsaslanaraq mübahisəli bağ sahəsi üzərində mülkiyyət hüququnun olduğunu bəyan edir. Müvafiq olaraq qeyd edilən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət olunmuş, lakin cavabdeh iddiaçının hüquqlarının qeydiyyatından imtina edilmişdir.

7. Cavabdeh iddia tələbinə dair 22 iyun 2021-ci il tarixli imtina məktubuna uyğun etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2- 1(112)-1907/2022 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi təmin edilmiş, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X3 Bağlar sahəsindəki 152 nömrəli kooperativi tərəfindən X1 istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən sahəsi 0.12 hektar olan 321 “m” sahəsinə dair çıxarışın, plan və ölçüsünün X2 verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, cavabdehin mülkiyyət hüququnun qeydə alınmasından imtinanın əsası kimi bağ sahəsi ilə sxematik xəritə arasında uyğunsuzluğun mövcud olmaması xüsusi əhəmiyyət daşıyır. Çünki, baxılmış mülki mübahisənin nəticəsində qəbul edilmiş məhkəmə qətnaməsi əsasında iddiaçıya “torpaq sahəsinin planı”nın verilməsi qət edilmişdir ki, bu da həm orderin mövcudluğu, həmçinin sxematik xəritədə olan uyğunsuzluqlar ilə bağlı cavabdehin irəli sürdüyü mülahizələri aradan qaldır. Belə olan halda, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır.

10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 21(103)-487/2023 nömrəli qərarı ilə (hakimlər: A.Hüseyn - sədrlik edən və məruzəçi, V. Baxışova və R.Qurbanov) apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, orderin hazırki mərhələdə müəyyən edilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, Binəqədi rayon Məhkəməsinin 2(001)-5741/2011 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən və təkrar sorğu zamanı təqdim edilmiş sənədlərlə orderin mövcudluğu müəyyən olunmuşdur.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikay ətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayəti imtina məktubu, eləcə də iddiaya dair etiraz ərizəsinə uyğun tərtib edilmiş eləcə də qeyd edilmişdir ki, sxematik xəritəyə əsasən göstərilən ərazi 254 nömrəsi ilə başlayan bağ sahələrinin ərazisinə uyğun gəlir. Elektron kadastr məlumatlarına əsasən iddiaçının xx.xx.2021-ci il tarixli müraciəti zamanı göstərdiyi ərazinin 184 kv.m hissəsi X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi 256e saylı bağ sahəsi ilə üst-üstə düşür. Mübahisəli ərazi ilə bağlı Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən “256z” saylı bağ sahəsi kimi X6 tərəfindən, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən “302M” saylı torpaq sahəsi kimi X4 tərəfindən müraciət daxil olmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətlərinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Torpaq islahatı haqqında” Qanun Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.... Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etd ikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda....

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidi r. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli ar aşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün tələb olunan hüquqi əsasın mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış, məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Cavabdehin həm iddiaya dair etirazının, həm də apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının hüququnun qeydiyyata alınmasından imtina olunarkən cavabdeh onun arxivində həmin bağ sahəsinin ayrılmasına dair orderin və eyni zamanda bağ sahəsinin sxematik xəritədə aşkar olunmamasına istinad edir.

27. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edil ənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

28. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

29. Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyə n edilmiş hallarından görünür ki, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-5741/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar cavabdeh tərəfindən iddiaçıya həmin bağ sahəsinə münasibətdə plan-sxem tərtib edilmişdir. Həmçinin məhkəmənin sorğusu əsasında tələb olunmuş mülki məhkəmə icraatının materiallarından görünür ki, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-5741/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsi məhz Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X3 bağlar sahəsi üzrə 152 saylı kooperativinin notarial qaydada təsdiq olunmuş orderi əsasında qəbul olunmuşdur. Başqa sözlə, iddiaçının ona bağ sahəsinin ayrılması barədə orderə malik olduğu qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir.

30. Bununla b ağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmiş, bundan əlavə həmin qətnamə cavabdeh tərəfindən icra edilərək bağ sahəsinin plan-sxemi tərtib olunaraq iddiaçıya təqdim edilmişdir.

31. Bu baxımdan şəxsin tələbi üzrə qərarın qəbulu zamanı hazırda həmin məhkəmə qətnaməsinin qüvvədə olduğu, həmçinin həmin dövrdə cavabdeh tərəfindən qətnamə əsasında bağ sahəsi ilə bağlı plan-sxem tərtib edilərək iddiaçıya təqdim olunduğu, eləcə də istinad olunan orderin notarial qaydada təsdiq edilməsinə dair notariat işi ilə Azərbaycan SSR Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X3 bağlar sahəsi üzrə 152 saylı kooperativi tərəfindən iddiaçının adına verilmiş orderin mövcudluğunun təsdiq edildiyi də nəzərə alınmalıdı r.

32. Bununla bağlı həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində nəzərdə tutulmuşdur ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətini n məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması aşağıdakı tələblərə riayət edilməklə həyata keçirilsin:... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.29-cu maddəsində vətəndaşların qanuni i stifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdehin vəzifələrinə aid edilmişdir.

33. Beləliklə apellyasiya instansiyası məhkəməsi qeyd olunanları, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir.

34. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 21(103)-487/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar