Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1655/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsi cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRARDAD (kassasiya şikayətinin mümkünlüyü barədə) iş № 2-1(102)-1655/18 Bakı şəhəri 19 iyun 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, cavabdeh “xxxx” MMC-nin qanuni təmsilçisi XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2019-cu il tarixli, 2-1(103)401/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsi (bundan sonra mətndə iddiaçı) cavabdeh “xxxx” MMC-yə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 01 yanvar 2017-ci il tarixə 6392,74 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunun onun fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 avqust 2017-ci il tarixli, 2-1(81)4117/2017 sayl ı qərarı ilə (hakim Elçin Məmmədov) iddia təmin edilmişdir. Həmin qərardan cavabdehin hüquqi varisi “xxxx” MMC apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2019-cu il tarixli, 2-1(103)-401/2019 saylı qərardadı ilə (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Vüsalə Baxışova) cavabdehin apellyasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. Həmin qərardaddan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, apellyasiya şikayətinin mümkün sayılaraq qəbul edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olduqdan sonra onun mümkünlüyü məsələsinə 29 may 2019-cu il tarixdə baxılacağına dair məhkəmə bild irişi cavabdehə və vəkilinə göndərilmişdir. Bildirişdə cavabdehin nəzərinə çatdırılmışdır ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Bu səbəbdən təyin olunan vaxta qədər göstərilmiş nöqsanların aradan qaldırılması, prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin təqdim olunması cavabdehə təklif edilmişdir. Lakin cavabdeh təyin edilmiş vaxta qədər göstərilmiş nöqsanların aradan qaldırılmasına və yaxud müddətin bərpasına dair ərizəsini təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları İclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti aşağıdakı hüquqi əsaslara görə mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM): - 90.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər; - 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. - 89-cu maddəsinə əsasən, bu Məcə llənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. - 96.2.-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; - 96.3-ci maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiy ası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddələrdən göründüyü kimi, kassasiya icraatı zamanı şikayətin mümkünlüyü məsələsi həll olunmalı və kassasiya şikayətinin verilməsinə dair tələblərə riayət edilibedilməməsi yoxlanılmalıdır. Bu tələblərə həmçinin kassasiya şikayətinin apellyasiya məhkəməsinin qərardadının alındığı gündən 10 gün müddətində verilməsi aiddir. Bu müddət ötürüldükdə isə, proses iştirakçısı onun bərpasını xahiş edə bilər. Bu müddəaların tətbiq edərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti prosessual müddət buraxılmaqla verilmişdir. Belə ki, işin 60-cı səhifəsində olan məhkəmə qəbzindən göründüyü kimi, apellyasiya məhkəməsinin qərardadı 18 fevral 2019-cu il tarixində cavabdehin nümayəndəsinə təqdim edilmişdir. İşin 63-cü səhifəsində olan kassasiya ş ikayətinin göndərilməsinə dair poçt qəbzindən göründüyü kimi, şikayət apellyasiya məhkəməsinə çatdırılması üçün 28 fevral 2019-cu il tarixdə təqdim olunmuşdur. İstinad edilmiş qanunvericiliyin müddəalarına əsaslanmaqla, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxarkən belə nəticəyə gəlirəm ki, şikayət mümkün hesab edilə bilməz, çünki müəyyən edilmiş 10 günlük prosessual müddət ötürülməklə verilmiş, müddətin ötürülmədiyinə dair hər hansı bir sübut təqdim olunmamış, həmçinin müddətin bərpası ilə bağlı əsaslandırılmış vəsatət təqdim olunmamışdır. Habelə, yuxarıda göstərilmiş 96.3-cü maddədə nəzərdə tutulmuş proses iştirakçılarının dinlənilmə hüququnu təmin edilməsi məqsədilə cavabdehə müvafiq bildiriş göndərilmiş və təyin edilmiş müddətə qədər təsvir edilmiş n öqsanların aradan qaldırılması təklif olunmuşdur. Lakin cavabdeh tərəfindən müddətlərə dair hər hansı müvafiq sübut və ərizə təqdim edilməmişdir. Bu səbəbdən şikayətin qəbulundan imtina edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı isə cavabdehə münasibətdə qanuni qüvvəyə minməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 90, 91, 94, 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, qərar aldım: cavabdeh “xxxx” MMC-nin qanuni təmsilçisi XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2019-cu il tarixli, 2-1(103)401/2019 saylı qərardadından verilmiş kassasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1655/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1655/2019
19.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver