Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1655/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Abşeron rayonu X1rşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinin hərrac keçirmədən satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Abşeron rayonu X1rşı “Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində istifadəsində olan 0.08 ha torpaq sahəsinin hərrac keçirmədən satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.05.2021-ci il tarixli, 2-1(105)-89/2021 nömrəli qərarından id diaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yaşayan Dostaliyev Şahin Vəfalı oğlu ona torpaq sahəsi ayrılması üçün X3 müraciət etmiş, ərizəyə həmin bələdiyyənin üzvlərinin iclasında baxılmış və bələdiyyənin 10 oktyabr 2006-cı il tarixli, 11 saylı qərarına əsasən, Dostaliyev Şahin Vəfalı oğluna bələdiyyə torpaqlarının Baş planına əsasən 0.08 ha torpaq sahəsi ayrılması qərara alınmışdır.
2. Dostaliyev Şahin Vəfalı oğluna ayrılmış 0.08 ha torpaq sahəsinin yerquluşu planı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi və X6 tərəfindən təsdiq edilmiş, həmçinin 10 oktyabr 2006-cı il tarixli akta əsasən h əmin torpaq sahəsi naturada Ş.Dostaliyevə təhvil verilmişdir. 3. 2006-cı ilin sonlarında iddiaçı Əsədov X5 Şahin Vəfalı oğluna məxsus olan 0.08 ha torpaq sahəsini heç bir rəsmi sənəd olmadan özbaşına tutmuş, Ş.Dostaliyevin qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozaraq həmin sahədə tikinti işləri aparmışdır.
4. Qeyd edilən fakt üzrə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmış, Abşeron rayon məhkəməsinin 1-170/2007 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 188ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmişdir. Məhkəmə hökmü qanuni qüvvəyə minmişdir. Eyni zamanda Dostaliyev Şahin Vəfalı oğlunun mülki iddiası təmin edilmiş, İddiaçı həmin torpaq sahəsindən çıxarılması qər ara alınmış, mübahisəli torpaq sahəsi boşaldılaraq tələbkar Dostaliyev Şahin Vəfalı oğluna təhvil verilmişdir. 5. 31 oktyabr 2014-cü il tarixdə İddiaçı cavabdeh Abşeron rayonu X3, üçüncü şəxslər Dostaliyev Şahin Vəfalı oğlu və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində istifadəsində olan 0.08 ha torpaq sahəsinin ölçülərinin müəyyən edilərək hərrac keçirilmədən onun mülkiyyətinə verilməsinin X3 həvalə edilməsi və üçüncü şəxs Dostaliyev Şahin Vəfalı oğlu tərəfindən həmin sahədə aparılan özbaşına tikililərin sökülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-214/2015 saylı, 09 ap rel 2015-ci il tarixli qərarına əsasən, iddia təmin edilərək Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən İddiaçı istifadəsində olan 0.08 ha torpaq sahəsinin ona satılması öhdəliyinin Abşeron rayonu, X2 üzərinə qoyulması qərara alınmışdır. 7. 23.11.2018-ci il tarixdə Dostaliyev Şahin Vəfalı oğlu Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-214/2015 saylı, 09 aprel 2015-ci il tarixli qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
8. Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-67/2019 saylı, 21 may 2019-cu il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2015-ci il tarixli, 21(85)-214/2015 saylı qərarından Dostaliyev Şahin Vəfalı oğlu tərəfindən verilmiş apelyasiya şikay əti mümkün sayılmamış, apelyasiya şikayətinin qəbulundan imtina edilmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-2368/2019 saylı, 14 avqust 2019-cu il tarixli qərarı ilə Dostaliyev Şahin Vəfalı oğlunun kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(105)-67/2019 saylı, 21 may 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya baxışına göndərilmişdir.
10. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)673/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qərarı ilə işin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə qaytarılması qərara alınmışdır.
11. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-214/2015 saylı, 13 dekabr 2019-cu il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2015-ci il tarixli, 2-1(85)-214/2015 saylı qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş, Ş.Dostaliyev və A.Almazov üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
12. Sumqayıt İnzibati Məhkəməsinin 04.09.2020-ci il tarixli, 2-1(118)-1/2020 nömrəli (sədrlik edən hakim C.Məmmədov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
13. Məhkəmə hesab etmişdir ki, bələdiyyə ona məxsus torpaq sahəsinin ayrılmasında muxtar hüquqa malikdir və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun torpaq sahəsinin ayrılması ilə bağlı imperativ xarakterli normalarına əsasən torpaq sahəsi yalnız bələdiyyələr tərəfindən “Bələdiyyə torp aqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin müddəalarına uyğun olaraq onun ayrılmasının məqsədəuyğunluğu müəyyən edildikdən sonra ayrıla bilər.
14. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
15. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.05.2021-ci il tarixli, 2-1(105)-89/2021 nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Fuad Məmmədov və Məhəmmədəli Rzayev) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 04.09.2020-ci il tarixli, 2-1(118)-1/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsin in hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsində işə baxarkən məhkəmə kollegiyası işin hərtərəfli, ədalətli araşdırılması üçün lazımı şərait yaratmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, apelyasiya məhkəməsi iş üzrə qərar qəbul edərkən iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət vermədən, iş materiallarında olan mütəxəssis rəyini nəzərə almadan, araşdırılma aparılmadan əsasız olaraq şikayəti təmin et məmişdir. 1999cu ildən onun istifadəsində olan torpaq sahəsi qanunsuz olaraq Şahin Dostəliyev tərəfindən öz torpaq sahəsi kimi etibarnamə əsasında Ariz Almazova satılmışdır. Lakin məhkəmə bu halı da araşdırmamışdır. Halbuki, həmin torpaq sahəsi iddiaçının istifadəsində olarkən onun üzərində heç bir tikinti aparmamışdır. Həmin torpaq sahəsinin iddiaçıya satılması barədə tərəfindən məhkəməyə müraciət edildikdən bir il sonra Ariz Almazov 2016-cı ildə qanunsuz olaraq orada tikintiyə başlamışdır. Həmin dövrdə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Şahin Dostəliyevin dəstəyi ilə bilərəkdən orada tikinti aparmışlar. Bunun təsdiqi kimi Dövlət Xəritəçəkmə Komitəsi tərəfindən 2014-cü ilin iyul ayında verilmiş məktuba baxıla bilər. Həmin məktubda bildirilmişdir ki, sözügedən ərazi İddiaçı ist ifadəsindədir və orada heç bir tikili aşkar edilməmişdir. Ona görə də açıq-aşkar görünür ki Şahin Dostəliyev və X7 Abının istifadəsində olan torpaq sahəsində İddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən dərhal sonra zorakılıqla ev tikmişlər. Dostaliyev Şahin öz torpaq sahəsindən etibarnamə ilə Ariz Almazova torpaq sahəsi satsa da, iş materiallarında olan mütəxəssis rəyi ilə müəyyən edilir ki, onun istifadəsində olan torpaq sahəsi ilə Dostaliyev Şahinin torpaq sahəsi üst-üstə düşmür. X8 Dostəliyev Şahindən torpaq sahəsi almışdırsa, niyə Dostaliyev Şahinin deyil İddiaçı istifadəsində olan torpaq sahəsi üzərində qanunsuz olaraq tikinti aparırdı. Məhkəmə tərəfindən əsassız olaraq həmin torpaq sahəsinin Dostəliyev Şahinə aid olması müəyyən edilir və həmin mübahisəli torpaq sahəsinin 10 okty abr 2006-cı il tarixli 11 saylı qərarla Dostəliyev Şahinə ayrılmış torpaq sahəsi olduğu bildirilir. Bu tamamilə qanunsuz bir yanaşmadır. İş materiallarında Dostaliyev Şahin ilə İddiaçı torpaq sahələrinin üst-üstə düşmədiyi açıqaşkar görünür. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.
21. Azərbaycan Respublikasın ın 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamə. Bənd 15-16. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. 22. “İnzibati icraat haqqında” Qanun Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüqu qi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
23. İnzibati Prosessual Məcəllə: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam o laraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhk əmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin, şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. Bu Qərarın 22-ci bəndində istinad olunan normalara görə, İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə ol ma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
30. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.
31. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə mübahisəli torpaq sahəsinin üçüncü şəxsə verilməsi barədə X2 10 oktyabr 2006-cı il tarixli 11 saylı qərarı mövcuddur. Həmin qərar hüquqi qüvvəyə minmiş və hüquqi cəhətdən etibarlıdır. Həmin qərar mübahisələndirilməmiş, qanunla müəyyən olunmuş qaydada ləğv edilməmiş və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab ed ilməmişdir. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
32. Belə ki, mübahisə ilə bağlı işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, müvafiq aidiyyəti qurumlarla qanunvericiliklə müəyyən olunmuş qaydada razılaşdırmaqla, X2 10 oktyabr 2006-cı il tarixli 11 saylı qərarına və torpaqların alqı-satqısına dair akta əsasən Aşağı Güzdək qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi Dostaliyev Şahin Vəfalı oğluna ayrılmış, həmin torpaq sahəsi naturada ölçülərək nişangahlar qoyulduqdan sonra ona təhvil verilmişdir.
33. X4 Vəfalı oğluna məxsus torpaq sahəsini 2006-cı ilin sonlarında heç bir rəsmi sənəd olmadan özbaşına zəbt etdiyinə görə iddiaçı cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmuşdur və məhkəmənin qanuni qüvvəyə minmiş həmin hökmü hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir.
34. Eyni zamanda, həmin hökmlə Dostaliyev Şahin Vəfalı oğlunun mülki iddiası təmin edilərək, İddiaçı Abşeron rayonu, X2 10 oktyabr 2006-cı il tarixli, 11 saylı qərarı ilə Dostaliyev Şahin Vəfalı oğluna ayrılmış 0.08 hektar torpaq sahəsindən çıxarılması qərara alınmışdır.
35. Beləliklə, iddiaçının bələdiyyə tərəfindən hərrac keçirilmədən ona satılmasını tələb etdiyi 0.08 ha torpaq sahəsinin X2 10 oktyabr 2006-cı il tarixli, 11 saylı qərarı ilə Dostaliyev Şahin Vəfalı oğluna ayrıldığı iş üzrə materiallarla təsdiqini tapmışdır.
36. Yuxarıda istinad edilən normalara görə, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələ rin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.
37. Bələdiyyələr yalnız başqa şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmiş boş torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edə bilərlər.
38. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hərrac keçirilmədən ona satılmasını tələb etdiyi torpaq sahəsi bələdiyyə qərarı ilə üçüncü şəxsin mülkiyyətinə verildiyindən və həmin qərar hüquqi cəhətdən etibarlı olduğundan, bələdiyyə həmin sahənin başqa şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi və ya hərrac keçirilmədən başqa şəxsə satılmasına səlahiyyətli deyildir.
39. Beləliklə, kollegiya hesab edir ki, y uxarıda qeyd olunan səbəblərdən iddiaçının sözügedən torpaq sahəsinin hərrac kecirilmədən ona satılması barədə tələbi əsassızdır və həmin sahənin hərrac keçirmədən iddiaçıya satılması öhdəliyi cavabdehin üzərinə qoyula bilməz. Odur ki, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
40. Nəticə etibarı ilə, iddiaçının kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Bu baxımdan şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.05.2021-ci il tarixli, 2-1(105)-89/2021 nömrəli