Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1655/2022 06.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müadfiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü, iddiaya cavab verməli olmayan cavabdeh) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1975-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı yaşayış binasında aparılan qanunsuz yenidənqurma işlərinin dayandırılması tələbinə dair iş üz rə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 may 2022-ci il tarixli, 2-1(105)328/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu, 2-ci yaşayış massivi, 3cü bina, 1-ci blok, mənzil 11 ünvanında yaşayır.
2. İddiaçı cavabdehə və müxtəlif digər dövlət orqanlarına müraciət edərək, yaşadığı ünvanda bina sakinləri tərəfindən icazəsiz aparılan qanunsuz yenidənqurma işlərinin dayandırılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəmsinə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu, 2-ci yaşayış massivi, 3-cü bina, 1-ci blok ünvanında aparılan qanunsuz yenidənqurma işlərinin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu, 2-ci yaşayış massivi, 3-cü bina, 1-ci blok, mənzil 11 ünvanında yaşayır. Lakin, son vaxtlarda qonşuların qanunsuz hərəkətlərinə göz yuma bilmir. Belə ki, onlar mənzillərində qeyri-qanuni dekonstruktiv dəyişikliklər aparırlar, binaya bərpaolunmaz dərəcədə ziyan vurur, onun təməl divarlarını zədələyirlər. Mübahisəli bina uşaq evlərindən məzun olan və yaşayış yeri olmayan şəxslər üçün tikilib istifadəyə verilmişdir. Belə olan halda dövlət tərəfindən tikilib istifadəyə verilmiş binalar və mənzillərdə heç kim qeyriqanuni formada əsa slı dəyişiklik apara bilməz. Bu, iddiaçını bir sakin kimi narahat edir. Habelə görülən işlər nəticəsində iddiaçının da mənzilinə ziyan dəyir. Qonşuların hərəkətlərindən dəfələrlə cavabdehə müraciət edilmiş lakin, məktublar cavabsız qalmış, heç bir rəsmi cavab gəlməmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8657/21 nömrəli, 18 avqust 2021-ci il tarixli qərardadı ilə hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
6. Cavabdeh etiraz təqdim edərək iddianın mümkünsüz hesab olunmasını xahiş etmişdir. Belə ki, iş üzrə cavabdeh kimi göstərilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyd olunan iddia tələbinə cavab verməli orqan deyildir. Çünki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin 1-ci maddəsi nə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1898/21 nömrəli, 10 dekabr 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxs üçüncü şəxs qismində işə cəlb edilmişdir.
8. Abşeron Rayon İcra Hakimiyyəti 10 de kabr 2021-ci il tarixli məktubunda Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu, 2-ci yaşayış massivində yerləşən 3-cü binanın Abşeron Rayon İcra Hakimiyyətinin balansında olmadığını bildirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 31 yanvar 2022-ci il tarixli məktubunda isə sözügedən yaşayış binasının dövlət əmlakının registrində qeydə alındığı göstərilmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2-1(118)-288/2022 nömrəli qərardadı (hakim C.Məmmədov) ilə iddia mümkün sayılmamışdır.
10. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan yaşayış binasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inşa etməsinə baxmayaraq, həmin yaşayış binası Azərbaycan Respubl ikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin balanssaxlayıcısında olan məlumatlara görə dövlət əmlakının Registrində qeydə alınmışdır. Hal-hazırda müvafiq yaşayış binası, Əmlak Məsələləri Dövlət Xidmətinin balansında olduğundan iddia tələbi üzrə cavabdeh olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (və ya nazirlik tabeliyində hər hansı bir qurum) iddiaya cavab verməli olmadığına görə, ona qarşı verilmiş iddia tələbi mümkün hesab edilməməlidir.
11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-328/2022 nömrəli 05 may 2022-ci il tarixli qərardadı (hakimlər: F.Məmmədov - sədrlik edən və məruzəçi, H.Babayeva və Z.Məmmədov) ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
15. Birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi qənaətə uyğun olaraq əgər cavabdeh şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi deyildirsə, nəyə görə onun məktublarını qanunsuz olaraq cavab landırmış və vətəndaş olaraq ona düzgün istiqamət verməmişlər ki, o da uzun müddət vaxtını və sağlamlığını itirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Mənzil Məcəlləsi Maddə
23. Yaşayış sahəsinin yenidən qurulmasının və yenidən planlaşdırılmasının növləri 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bac alar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. M addə
24. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Maddə
26. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması 26.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. 26.2. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz ə mlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Maddə
27. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının nəticələri 27.1. Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. 27.2. Razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddə lərində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. 27.3. Bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət e tməlidir. 27.4. Razılaşdırmanı həyata keçirən orqanın bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələbi ilə razılaşmayan yenidən qurulmanı və (və ya) yenidən planlaşdırılmanı həyata keçirən şəxs həmin tələbdən məhkəmə qaydasında şikayət verə bilər. 27.5. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. 18. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi məqsədi ilə qəra ra alıram:
1. Müəyyən edilsin ki: 1.4. həmin Məcəllənin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir;
19. İnzibati Xətalar Məcəlləsi Maddə
393. Yaşayış sahələrindən istifadə qaydalarının pozulması (-) 393.3. Yaşayış sahələrinin özbaşına yenidən qurulmasına və (və ya) yenidən planlaşdırılmasına, onlardan başqa məqsədlər üçün istifadəyə görə, əgər bu, şəxslərin hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına real təhlükə yaradırsa – fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Maddə
395. Özbaşına tikinti işlərinin aparılması 395.1. Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görəfiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan i yirmi beş min manatadək məbləğdə cərimə edilir. 395.1-1. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına və onlara konstruktiv dəyişikliklərin edilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. 395.2. Tikintisinə icazə tələb olunan tikinti obyektlərinin (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğuları istisna olmaqla) funksional təyinatı dəyişdirilməklə, onlarda qanunsuz olaraq yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılmasına, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğ ularına qoşulmasına və dəyişikliklər edilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Qeyd: Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan inşa edilən tikinti obyektlərinə mülkiyyət hüququ məhkəmə qaydasında tanındığı hallarda şəxs inzibati məsuliyyət daşımır.
20. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanı
5. Azərbaycan Respub likası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilsin ki: (-) 5.30. həmin Məcəllənin 393, 393-1.5, 395.1 (həmin əməlin Azərbaycan Respublikasının Mənzil X1 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi halları istisna olmaqla), 395.2 (həmin əməlin Azərbaycan Respublikasının Mənzil X1 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi halları istisna olmaqla), 396, 400, 455.1 və 587-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları baxırlar; 21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarı Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
22. İnzibati Prosessu al Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhk əmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİY A BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətd ə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər.
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Kassatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası vurğulayır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
29. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə N azirliyinin hazırkı iddiaya cavab verməli olmayan şəxs olduğuna dair nəticə düzgün olmuşdur. Belə ki, qüvvədə olan qanunvericilikdə sözügedən Nazirliyin yaşayış binalarında aparılan qanunsuz yenidənqurma işlərinin dayandırılması ilə bağlı vəzifə və səlahiyyətlərə malik olduğu müəyyən olunmamışdır. Beləliklə, cavabdehin hazırki iddiaya cavab verməli inzibati orqan olmadığı müəyyən olunduğundan, iddianın mümkün hesab edilməməsi əsaslı olmuşdur.
30. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının tələbinin mahiyyətinin müəyyən olunur ki, o, yaşadığı binada digər sakinlər tərəfindən yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılması işlərinin aparılmasından narazıdır. Belə olan halda, onun hüquqi müdafiə imkanları qanunsuz aparıldığını iddia etdiyi yenidən qurma və (v ə ya) yenidən planlaşdırmanın nəticələrinin onun qanunla qorunan maraqlarını toxunduğunu əsaslandırdığı hallarda aradan qaldırılmasının təmin olunmasına yönəlməlidir. Bunun üçün isə iddiaçı ilk növbədə, yenidən qurma və (və ya) yenidən planlaşdırmanın nəticələrinin aradan qaldırılmaqla əvvəlki vəziyyətin bərpasına dair mülki məhkəmə icraatı qaydasında iddia qaldıra bilər. Lakin belə iddia yalnız sözügedən yenidən qurma və (və ya) yenidən planlaşdırma nəticələrinin birbaşa iddiaçının qanunla qorunan maraqlarına toxunduğu halda mümkün hesab edilməklə baxıla bilər. Çünki iddiaçı ümumi- publik hüquqi maraqları qorumaq üçün iddia qaldırmaq hüququna mailk deyildir, publik maraqları yalnız səlahiyyətli dövlət orqanları qoruyurlar və lazımi gəldikdə bununla bağlı iddia qaldırmaq hüququna da mali kdirlər. Odur ki, iddiaçı yalnız, aparılmış yenidən qurma və (və ya) yenidən planlaşdırmanın birbaşa onun qanunla qorunan maraqlarına toxunduğunu sübut etdiyi halda, müvafiq iddiaya dair subyektiv hüququn sahibi kimi qəbul edilə bilər.
31. İddiaçı həmçinin publik hüquqi maraqlar naminə müvafiq icraatın aparılması üçün səlahiyyətli orqanlara da müraciət edə bilər. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılması işləri aparılmışsa, bununla bağlı məsuliyyət tədbirləri kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş tədbirlər görülə bilər. İddiaçının halına münasibətdə belə tədbirləri yerli icra hakimiyyəti orqanları həyata keçirmək səlahiyyətinə malikdirlər. Odur ki, iddiaçı Azərbaycan Respublikasının Mənzil Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün müvafiq səlahiyyətli yerli icra hakimiyyəti orqanına da müraciət edə bilər.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 may 2022-ci il tarixli, 2-1(105)-328/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.