Məhkəmə qərarları › İş №2-1(102)-1656/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1656/2021

14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1656/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Bakı şəhər İcra Hakimiyyəti Badamdar Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: İddianın mümkünlük şərtlərinin yoxlanılması, subyektiv hüquq, prosessual hüquq varisliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Bayramova Kəmalə Fətulla qızının katibliyi, iddiaçının vəkili Vəkil1, Ərizəçi, onun vəkili Vəkil2 iştirakı ilə İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin cavabdeh Badamdar Bələdiyyəsinə qarşı “cavabdeh inzibati orqanı n qərarlarının etibarsız hesab olunması, həmin qərarların hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1359/2021 nömrəli 19 may 2021-ci il tarixli qərardadından Ərizəçi və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1359/2021 nömrəli 03 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti cavabdeh Badamdar Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Badamdar X1, X23 və X11 “Torpaq sahələrinin ayrılmasına (əslində satılmasına)” dair 22.04.2005-ci il tarixli 022, 023, və 024 s aylı qərarlarının və həmin torpaq sahələrinin sonradan X9 mülkiyyətinə verilməsi barədə 26.12.2006-cı il tarixli 226, 227, və 228 saylı qərarların etibarsız hesab edilməklə, həmin qərarların hüquqi nəticələrinin ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Badamdar Bələdiyyəsinin 22.04.2005-ci il tarixli, 024 saylı qərarı ilə Badamdar qəsəbəsi, 2-ci y/m-də 600 kv.m. torpaq sahəsi X11 ayrılmışdır. Sonradan vətəndaş X10 ərizəsi nəzərə alınaraq qeyd edilən torpaq sahəsi Badamdar Bələdiyyəsinin 26.12.2006-cı il tarixli, 228 saylı qərarı ilə X9 adına rəsmiləşdirilmişdir. Badamdar Bələdiyyəsinin 22.04.2005-ci il tarixli, 023 saylı qərarı ilə Badamdar qəsəbəsi, 2-ci y/m-də 600 kv.m. torpaq sahəsi X23 ayrılmışdır. Sonradan vətəndaş X17 ə rizəsi nəzərə alınaraq qeyd edilən torpaq sahəsi Badamdar Bələdiyyəsinin 26.12.2006-cı il tarixli, 227 saylı qərarı ilə X9 adına rəsmiləşdirilmişdir. Badamdar Bələdiyyəsinin 22.04.2005-ci il tarixli, 022 saylı qərarı ilə Badamdar qəsəbəsi, 2-ci y/m-də 600 kv.m. torpaq sahəsi X8 ayrılmışdır. Sonradan vətəndaş X6 ərizəsi nəzərə alınaraq qeyd edilən torpaq sahəsi Badamdar Bələdiyyəsinin 26.12.2006-cı il tarixli, 226 saylı qərarı ilə X9 adına rəsmiləşdirilmişdir. Bununla yanaşı, Səbail rayon İcra Hakimiyyəti Başçısının 28.06.1994-cü il tarixli, 2005 saylı sərəncamı ilə Badamdar qəsəbəsi, 1-ci y/mdə 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X4, 13.08.1999-cu il tarixli, 1200 saylı sərəncamı ilə hər birinə 600 kv.m. olmaqla X24 və X12 torpaq sahələri ayrılmışdır. Eyni zamanda m üəyyən edilmişdir ki, həmin torpaq sahələri ilə Badamdar Bələdiyyəsinin ayırmış olduğu torpaq sahələri üst -üstə düşür. Həmin mübahisəyə məhkəmə qaydasında baxılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 26.12.2018-ci il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır. Ali Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, torpaq sahəsi ayrılmış şəxslərin həmin Bələdiyyə qərarlarını mübahisələndirmək üçün subyektiv hüquqları yoxdur. Ali Məhkəmənin qərarından vətəndaşlar tərəfindən Konstitusiya Məhkəməsinə şikayət edilmiş və Konstitusiya Məhkəməsi 22.07.2019-cu il tarixli qərardadı ilə şikayəti icraata qəbul etməkdən imtina etmişdir. Həmçinin, qərardadda qeyd edilmişdir ki, Bələdiyyə tərəfindən həmin torpaq sahələrinin istifadəyə verilməsinin əsaslılığının yoxlanılması müvafiq icra hakimiyy əti orqanı tərəfindən həyata keçirilə bilər. Bu əsasdan iddiaçı tərəfindən hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Qeyd edilməlidir ki, mübahisə olunan torpaq sahələrinin Badamdar Bələdiyyəsinin mülkiyyətində olmasını təsdiq edən hər hansı bir fakt mövcud deyildir. Əksinə, Bakı şəhər Badamdar Bələdiyyəsinin 044 saylı, 04 aprel 2019-cu il tarixli məktubundan görünür ki, Bələdiyyənin arxiv materialları araşdırılarkən Badamdar Bələdiyyəsinin 26.12.2006-cı il tarixli X13, X8 və X23 məxsus ərazilər və X14 məxsus Bələdiyyə qərarları və onların tərkib hissəsi olan eskiz, alqı-satqı aktları aşkar edilməmişdir. Məktubda əlavə olaraq bildirilmişdir ki, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində heç bir yerdə qeydiyyatı aparılmayan 26.02.2006-çı il tarixli X13, X8 və X23 verilmiş bələdiyyə q ərarları və ya onların ərizəsi əsasında X9 adına verilmiş 26.02.2006-cı il tarixli qərarlarda göstərilən ərazilər ümumiyyətlə Badamdar Bələdiyyəsinin mülkiyyətində olmayan torpaqlara aiddir. Göründüyü kimi, Badamdar Bələdiyyəsinin 22.04.2005-ci il tarixli, 022, 023, 024 saylı qərarları ilə X8, X23 və X13 ayrılmış və sonradan Badamdar Bələdiyyəsinin 26.12.2006-cı il tarixli, 226, 227 və 228 saylı qərarları ilə X9 adına rəsmiləşdirilmiş torpaq sahələrinin Badamdar Bələdiyyəsinə hər hansı bir aidiyyəti olmamış, həmin torpaq sahələri dövlət mülkiyyətində olmuş və sonuncunun iradəsi əleyhinə, qanunsuz olaraq onun mülkiyyətindən çıxarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. Bakı İnzibati Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2-1(112)-723 /2020 nömrəli qərardadı ilə (hakim: Ş.A.Həsənova) X16, X25, X18 və X19 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar.

4. Bakı İnzibati Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2-1(112)-723/2020 nömrəli qərardadı ilə (hakim: Ş.A.Həsənova) iddia mümkün sayılmamışdır.

5. Məhkəmə qeyd etmişdir ki, hazırki iddianın qaldırılması üçün Bakı şəhər İcra Hakimiyyətinin subyektiv hüququ yoxdur. Belə ki, hər iki orqan inzibati orqandır və hazırki mübahisə onların səlahiyyətləri ilə əlaqədardır.

6. İddiaçı həmin qərardadla razılaşmayaraq apelyasiya şikayəti vermiş, qərardadın ləğv olunmasını və mübahisənin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 2-1(103)-1303/2020 nömrəli iş üzrə 02 sentyabr 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və A.Ə.Hüseyn) apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2-1(112)-723/2020 nömrəli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

8. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisənin predmetini cavabdeh Badamdar Bələdiyyəsinin torpaqayırma haqqında olan qərarlarının əsaslılığının yoxlanılması deyil, həmin qərarlar əsasında ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətində yox, dövlət mülkiyyətində olması və bu baxımdan bələdiyyənin həmin torpaq sahələrinə dair sərəncam vermək səlahiyyətinin olmaması təşkil edir. Odur ki, iddiaçı həmin qərarları n etibarsızlığının tanınması haqqında iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. c) birinci instansiya məhkəməsindəki ikinci icraat 9. 11 fevral 2021-ci il tarixdə X7, X20 və X27 vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə 3-cü şəxs qismində işə cəlb olunmalarını xahiş etmişlər.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-407/2021 saylı 11 fevral 2021-ci il tarixli qərardadı ilə (hakim: Ş.A.Həsənova) vəsatət təmin edilməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə iddia mümkün sayılmadığından və bununla da mübahisəyə mahiyyəti üzrə baxılaraq ərizəçilərin qanunla qorunan maraqlarına toxunacaq qərar qəbul edilmədiyindən vəsatət əsassızdır.

12. Bakı İnzibati Məhkəməsinin eyni tarixli (11 fevral 2020-ci il tarixli), 2-1(112)407/2021 nömrəli qərardadı ilə (hakim: Ş.A.Həsə nova) iddia mümkün sayılmamışdır.

13. Məhkəmə hesab etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti hazırki iddianın qaldırılması üçün subyektiv hüquqa malik deyil.

14. Həmçinin, iddiaçı vəsatətlə məhkəməyə müraciət edərək hazırki mübahisə üzrə yekun məhkəmə qərarı qəbul edilənədək cavabdehə və üçüncü şəxslərə mübahisəli torpaq sahəsi ilə əlaqədar hər hansı bir hərəkətin edilməsinin qadağan olunmasını xahiş etmişdir.

15. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2-1(112)-407/2021 nömrəli qərardadı ilə (hakim: Ş.A.Həsənova) ərizə təmin edilməmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, müvəqqəti xarakterli ərizə aşkar surətdə mümkün sayılmaması məlum olan tələb üzrə olduğundan iddiaçının müvəqqəti xarakterli müdafiə barədə ərizəsi təmin edilə bilməz. 17. “İddianın mümkün sayılmaması” bar ədə qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-407/2021 saylı 11 fevral 2021-ci il tarixli qərardadının ləğv edilməsi və mübahisənin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmasına dair müvafiq məhkəmə qərarının qəbul olunmasını xahiş etmişdir.

18. Həmin qərardaddan X7 və X21 tərəfindən apelyasiya şikayəti verilərək vəsatətin təmin edilməsi və iddianın qeyri-mümkün hesab edilməsi barədə qərardadların ləğv edilməsi və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunması xahiş edilmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1359/2021 nömrəli iş üzrə 03 may 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: N.Ş.Cəfərov və E.C.Kazımov) apelyasiya şikayəti X4 münasibətdə mümkün sayılmış, X15 münasibətdə isə qeyri-mümkün hesab edilərək onun qəbulundan imtina edilmişdir.

20. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1359/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: N.Ş.Cəfərov və A.Ə.Hüseyn) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-407/2021 saylı 11 fevral 2021-ci il tarixli “üçüncü şəxs kimi işə cəlb edilmə barədə vəsatətin təmin olunmaması” barədə qərardadı X4 münasibətdə ləğv edilmiş və onun üçüncü şəxs kimi işə cəlb edilməsi ilə bağlı verdiyi vəsatət üzrə icraata xitam verilmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 177706 saylı, 29 mart 202 1-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X7 18 mart 2021-ci il tarixdə vəfat etdiyindən onun üçüncü şəxs kimi işə cəlb edilməsi ilə bağlı verdiyi vəsatət üzrə icraata xitam verilməlidir.

22. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1359/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: M.N.Tağızadə və A.S.Hüseynov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-407/2021 saylı 11 fevral 2021-ci il tarixli “iddianın mümkün sayılmaması” barədə qərardadı dəyişdirilmədən saxlanılmışdır.

23. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. 2

4. İddiaçı 2-1(103)-1359/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qərardaddan kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və mübahisənin mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair müvafiq məhkəmə qərarının qəbul olunmasını xahiş etmişdir.

25. Ərizəçi Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1359/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli “üçüncü şəxs kimi işə cəlb edilmə ilə bağlı vəsatət üzrə icraata xitam verilməsi” barədə qərardadından kassasiya şikayəti verərək qərardadının ləğv edilməsini və onun X2 hüquqi varisi qismində tanınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ ETİRAZİN DƏLİLLƏRİ, a) İddiaçı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilən kassasiya şikayəti

26. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.16.1 və 4.1.15-ci bəndlərinin tələbləri nəzərə alınmamışdır. b) Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti

27. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə kollegiyası əsassız olaraq Ərizəçi atası X2 hüquqi varisi kimi prosesə cəlb etməmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

29. Mə hkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

30. Ərizəçi və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.

31. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara göndərilmiş məhkəmə bildirişində məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

32. Azərbaycan Respublikası Prezidentinin 516 nömrəli 4 may 2015-ci il tarixli Fərma nı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X3 Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə: Bənd: 3.0.8. Dövlət və özəlləşdirilən müəssisələrə məxsus torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq;... Bənd: 3.0.16. Torpaqlardan səmərəli istifadə, onların mühafizəsi məsələləri, torpaq islahatı, torpaqla bağlı digər məsələlərin həlli ilə əlaqədar dövlət orqanlarının və bələdiyyələrin torpaq qanunvericiliyinin tələblərinə uyğun gəlməyən inzibati aktlarının ləğv edilməsi barədə müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırmaq....

33. Azərbaycan Respublikasının İnziba ti Prosessual Məcəlləsi: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul ed ilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməs i vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, kassasiya şikayətləri mümkün hesab edilmişdir.

35. Apelyasiya instansiyası məhkəməsinin qərardadları bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

37. Əvvəlcə, məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir.

38. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin məlum qərardadı ilə iddia bütövlükdə mümkün iddia olmad ığından mümkün sayılmamışdır. İddiaçı həmin qərardadı mübahisələndirmiş, lakin apelyasiya şikayəti təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsi iddianı mümkün saymayan birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

39. İddiaçı kassasiya şikayətində məhkəmələr tərəfindən əsassız olaraq verilmiş iddianın mümkün sayılmadığını qeyd edir.

40. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul e dilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır.

41. Yuxarıda göstərilənləri nəzərə almaqla kollegiya qeyd edir ki, apelyasiya məhkəməsi hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul etməməkdə haqlı olmuşdur.

42. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflə rin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

43. Məhkəmə kollegiyası qeyd edir ki, bu növ iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərti olan iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Başqa sözlə, iddiaçı öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir.

44. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfi ndən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

45. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 201 5-ci il tarixli Qərarında həmçinin qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bən d); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

46. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan is tənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırki işdə iddiaçı tərəfindən müvafiq iddia tələbləri ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun mövcud olmadığı müəyyən olunur. İddiaçı belə hüququn ona məxsus olduğunu Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16.4-cü bəndi ilə əsaslandırsa da, həmin bənddə yerli icra hakimiyyəti başçısının dövlətin mülkiyyətində ola n torpaq sahəsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququna malik olduğu göstərilməmişdir. Belə ki, sözügedən Əsasnamənin 4.16.4-cü bəndinin tələbinə görə, müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aid edilmişdir.

47. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 516 nömrəli 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X3 Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin 3.0.8ci bəndində dövlət və özəlləşdirilən müəssisələrə məxsus torpaq sahələr inin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq, 3.0.16-cı bəndində torpaqlardan səmərəli istifadə, onların mühafizəsi məsələləri, torpaq islahatı, torpaqla bağlı digər məsələlərin həlli ilə əlaqədar dövlət orqanlarının və bələdiyyələrin torpaq qanunvericiliyinin tələblərinə uyğun gəlməyən inzibati aktlarının ləğv edilməsi barədə müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırmaq Agentliyin fəaliyyət istiqamətinə uyğun olaraq vəzifələri kimi müəyyən edilmişdir.

48. Odur ki, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı iddianın mümkünsüzlüyü barədə düzgün nəticəyə gəlmişdir.

49. Ərizəçi kassasiya şikayətinin dəlilinə gəlincə, məhkəmə kollegiyası həmin şikayəti də əsassız hesab edir. Belə ki, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, X2 hazırki iş üzrə hələ prosessual “tərəf” statusunu almadığını, yəni üçüncü şəxs qismində işə cəlb olunmasını istəyən şəxs olduğunu, onun bu barədə vəsatətinin təmin olunmaması ilə bağlı çıxarılmış qərardaddan şikayət verdikdən sonra vəfat etməsini, iddianın mümkün sayılacağı halda və mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol verəcəyi halda onun hüquq varisinin işə cəlb edilmə imkanının tükənmədiyini nəzərə alaraq onun oğlu - Ərizəçi hazırda üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilməsinə lüzum yoxdur.

50. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından mübahisələndirilən qərardadların ləğv edilməsi, iddiaçı və Ərizəçi tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur.

51. Odur ki, kassasiya şikayətləri təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1359/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli və 03 iyun 2021-ci il tarixli qərardadları dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar