Məhkəmə qərarları › İş №2-1(102)-1656/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1656/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1656/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1937-ci il, FİN: xxxxxxx) cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-712/2023 nömrəli, 9 mart 2023-cü il ta rixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şəhər İcra Hakimiyyətinin 678 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamı ilə iddiaçıya Binəqədi rayonun Sulu-Təpə qəsəbəsindən cənub-qərb hissəsində zeytun ağaclarının əkilməsi məqsədilə 2 ha torpaq sahəsi ayrılmışdır. Sərəncamda həmin torpaq sahəsində tikinti aparılmalı olmaması barədə şərt mövcuddur.

2. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir.

3. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 26 oktyabr 2021-ci il tarixli məktubda Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində İddiaçı tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı müəyyən olunmuş və qanunsuz tikintinin dayandırılması ona tövsiyə olunmuşdur.

4. İddiaçı cavabdehin tövsiyəsinə baxmayaraq orada fərdi yaşayış evi tikintisi aparmışdır.

5. Həmin evin tikintisi başa çatdıqdan sonra cavabdeh tərəfindən tikili sökülmüşdür.

6. İddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbə nümayəndəsinin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 31.000 manat maddi, 10.000 manat mənəvi ziyana görə kompensasiyanın alınıb iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İHB-nın 1-ci müavinin imzaladığı xx.xx.1992-ci il tarixli, 678 saylı “Torpaq sahəsinin ayrılması haqqında” Sərəncamı ilə iddiaçıya zeytun ağaclarını əkmək məqsədi ilə 2 ha torpaq sahəsi ayrılmışdır. 1993-cü ildə torpaq sahəsinə su verilməsi dayandırıldığından 2 ha torpaq sahəsinin 7 sot hissəsini nəvələrinə ev tikmək üçün çəpərləmişdir. 2021-ci ilin yanvar ayından 2 mərtəbəli ev tikmişdir. xx.xx.2021-ci ildə evin şiferi vuruldu. Evin üst örtüyü vurulan zaman Binəqədi rayon İH-nin və Bələdiyyənin nümayəndələri çox böyük zəhmət və külli miqdarda pul xərcləyərək tikdiyi fərdi yaşayış evini traktorla sökərək tikinti materiallarını naməlum istiqamətə aparmışlar. Binəqədi rayon İH-nın əməkdaşları tərəfindən 2 mərtəbə evinin qanunsuz sökülməsi nəticəsində ona ümumilikdə 31.000 man at maddi, 10.000 manat mənəvi ziyan vurulmuşdur. Ona məxsus olan 2 mərtəbəli fərdi yaşayış evinin sökülməsini və maddi zərərin vurulmasını hadisəni özündə əks etdirən video disk, şahidlər təsdiq edə bilərlər. 9. "xxxx" MMC-nin 01//22-388 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 678 nömrəli Sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsində aparılmış tikinti işlərinə çəkilən tikintinin xx.xx.2022-ci il tarixə: Tikintitəmir işlərinin həcmi: 27 000 (iyirmi yeddi min) manat təşkil edir.

10. Bakı İnzibati Məhkəməsinin 2 sentyabr 2022-ci il tarixli, 2-1(112)-1506/2022 nömrəli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia qismən təmin edilərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 27.000 (iyirmi yeddi min) manat maddi zərər kimi kompensasiyanın cavabdehdən tutularaq İddiaçı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsində aparılmış tikintinin cavabdeh inzibati orqan tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmaqla sökülməsi, İddiaçı hər hansı kompensasiyanın ödənilməməsi işin mübahisələndirilməyən halıdır. Həmçinin, tikilinin sökülməsinə dair müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarının olmasına dair müvafiq sübut cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin 10.000 manat vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı qeyd edir ki, mənəvi ziyanın dəyməsi iş materialları ilə sübut olunmadığından, iddia həmin hissədə əsassızdır və təmin edilməməlidir.

12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 mart 2023-cü il tarixli, 21(103)-712/2023 nömrəli qərarı ilə (hakimlər A.P.Oruczadə – sədrlik edən və məruzəçi, X.A.Cəmilova və R.Ə.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2 sentyabr 2022-ci il tarixli, 2-1(112)-1506/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçının istinad etdiyi sərəncamda torpaq sahəsinin tikinti işlərinin aparılması üçün deyil, zeytun ağacları əkilməsi üçün ayrıldığı qeyd edilsə də, həm birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə protokolundan, həm də təqdim edilmiş fotoşəkillərdən aydın olur ki, sözügedən torpaq sahələrində zeytun ağacları mövcud deyildir. Ətrafda yaşayış məntəqələri tikilmişdir. Bundan başqa, cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd edir ki, söküntü işlərinin aparılması zamanı Xocəsən bələdiyyəsinin əməkdaşları iştirak etmiş və bələdiyyənin müavini söküntüyə rəhbərlik etmişdir, lakin kompensasiya Rayon İcra Hakimiyyətindən tutulur. Göstərilən dəlillə bağlı da məhkəmə kollegiyası qeyd edir ki, rayon icra hakimiyyətinin idarəçiliyində olan ərazilərdə müəyyən söküntü işlərinin həyata keçirilməsi və bunun rəsmiləşdirilməsi rayon icra hakimiyyətlərinin məsuliyyət sferasına aiddir. Bu baxımdan cavabdehin nümayəndələrinin iddiaçıya məxsus torpaq sahəsində yerləşən tikililərdə söküntü işlərinin bilavasitə iş üzrə cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən aparılmaması onun məsuliyyətini istisna edən hal kimi qiymətləndirilə bilməz.

15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin qeyri-mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə materiallar araşdırılıb qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Mövcud qanunvericil iyin müddəalarına əsasən Azərbaycan Respublikasında tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. İddiaçı dövlətin qanunlarını pozmaqla qanunsuz əməllərə yol verir, özbaşına hüquq müəyyənedici sənədləri olmadan dövlət torpaq fonduna aid torpaq sahəsində qanunsuz fərdi yaşayış evinin tikintisini aparır. Məhkəmə qanunsuz əməllərə hüquqi qiymət verməklə iddiaçının qanunsuz tələbi əsasında xeyrinə dövlətdən kompensasiya tutur və bununla da vətəndaşın qanuna zidd hərəkətlərini qanuniləşdirir. Bundan başqa, qanunverici özbaşına tikililərə dair h üquqi tənzimləmə qaydaları təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bu şərtlərə tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmaması daxildir. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir.

17. Bundan başqa, Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin p rinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsasları Məcəllənin 14.2-ci maddəsində sadalanmışdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139-1-ci maddəsində əks olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən qüvvədə olan qanunvericiliyin müddəalarını və sübutetmə prezumpsiyasını pozmuşdur. İddiaçı tələbində və məhkəmə prosesində söküntü zamanı Xocəsən bələdiyyəsinin əməkdaşlarının orada olmasını, bələdiyyənin müavinin söküntüyə rəhbərl ik etdiyini bildirsə də, nədənsə kompensasiya Binəqədi Rayon İcra Hakimiyyətindən tutulur.

18. İddiaçı rayon icra hakimiyyətində, istintaq orqanında və məhkəmə iclasları zamanı izahatında bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 678 saylı, xx.xx.1992-ci il tarixli Sərəncamına əsasən Dövlət Neft Şirkətinin balansında olan Xocəsən qəsəbəsi ərazisində 2.0 ha torpaq sahəsində şəhid ailəsi kimi İddiaçı zeytun ağaclarının əkintisinə icazə verilmişdir. İddiaçı dövlətin ona göstərdiyi qayğı və hörmətdən sui-istifadə edərək 2.0 ha torpaq sahəsini qanunsuz olaraq satmışdır. Buna baxmayaraq dövlət tərəfindən İddiaçı 2021-ci ilin dekabr ayında Xocəsən qəsəbəsində inşa edilmiş çoxmənzilli binadan üçotaqlı ev verilmişdir.

19. Göstərilənlərdən məlum olur ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən yu xarıda qeyd edilən hallar nəzərə alınmamış və bununla da, mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq edilməyərək əsassız qərar qəbul olunmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikası Konstitusiyası Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İV bənd. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mən sub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimi yyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

23. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olund uğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı o lduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qismən prosessual hüquq normalarının tələblərinə riay ət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları qismən düzgün tətbiq olunmuşdur.

27. İşin faktiki hallarına əsasən iddiaçı qanunla fərdi yaşayış evi tikintisi üçün ayrılmayan torpaq sahəsində yaşayış evi tikmişdir. Cavabdeh iddiaçıya xəbərdarlıq edərək fərdi yaşayış evinin tikintisi üçün ayrılmayan torpaq sahəsində tikintinin dayandırılmasını xahiş etmiş, lakin iddiaçı cavabdehin xəbərdarlığına məhəl qoymayaraq evi tikmiş, ev cavabdeh tərəfindən qismən sökülmüşdür.

28. İddiaçının təqdim etdiyi mütəxəssis rəyinə görə xx.xx.2022-ci il tarixə, tikintitəmir işlərinin həcmi 27.000 (iyirmi yeddi min) manat təşkil edir.

29. Apellyasiya instansiyası məhkəməsi mütəxəssis rəyinə istinadən hesab etmişdir ki, cavabdehdən həmin məbləğdə kompensasiya tutulub iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçının sahiblik, istifadə hüququna cavabdeh tərəfindən qanunsuz müdaxilə olmuş və nəticədə iddiaçı öz vəsaiti hesabına tikmiş olduğu tikilisindən məhrum olmuş, cavabdeh inzibati orqanın təqsirli hərəkəti nəticəsində ona maddi ziyan vurulmuşdur.

30. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə qismən razılaşmayaraq qeyd edir ki, iş materiallarında (səh 118) sökülmüş tikiliyə dair fotolar var, iddiaçı da tikilinin əvvəlki fotolarını təqdim edib, söküntünü göstərən fotolardan görünür ki, tikinti materialları yerində qalıb, ev tam sökülməmişdir. Apellyasiya məhkəməsinin mütəxəssis rəyində göstərilən tikinti materiallarının cavabdeh tərəfindən götürülməsi və aparılması təsdiq olunmur. Əksinə, iddiaçının təşəbbüsü ilə mütəxəssis tərəfindən çəkilən fotolara görə demək olar ki, evə sərf edilən bütün tikinti materialı həmin torpaq sahəsində qalmışdır.

31. Mütəxəssis rəyində tikinti-təmir işlərinin həcmi 27.005 manat qiymətləndirilərkən tərtib edilmiş cədvəldən görünür ki, nəqliyyat xərci 650 manat, fəhlə zəhmət haqqı 2500 manat, elektrik işi 950 manat, santexnik işi 600 manat, elektrik naqili 1000 manat, dikt 720 manat, dam örtüyü 3900 manat, daş (tikili və hasar daxil) 5200 manat, qum 2100 manat, sement 435 manat, hörgü işi (hasar daxil) 4250 manat, betonlama işləri 3600 manat, bünövrə işləri 400 manat, armatur 700 manat olmuşdur.

32. Qeyd edilməlidir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə sərəncamda torpaq sahəsinin tikinti işlərinin aparılması üçün deyil, zeytun ağaclarının əkilməsi üçün ayrıldığı, həmin torpaq sahəsində tikinti işlər inin qadağan olunması nəzərdə tutulmuşdur.

33. Məhkəmə kollegiyası hesab edir ki, qanunla fərdi yaşayış evinin tikintisi üçün ayrılmayan torpaq sahəsində şəhərsalma və tikinti qaydalarına əməl edilmədən iddiaçı tərəfindən tikinti aparıldığı üçün riski də iddiaçı daşıyır. Bundan başqa, tikinti materialının əksəriyyəti - nəqliyyat xərci, fəhlə zəhmət haqqı, elektrik işi, santexnik işi, betonlama işləri, bünövrə işləri, hörgü işi (hasar daxil) üçün cavabdehdən kompensasiya tutula bilməz, qeyd edilən işlərlə bağlı iddiaçı özü risk daşıyır və onun özünə aid edilməlidir.

34. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, yuxarıda qeyd edilən fotoşəkillərdən müəyyən edilir ki, mütəxəssis rəyində nəzərdə tutulan dam örtüyü, daş (tikili və hasar daxil), qum, sement cavabdeh tərəfindən götürülməmiş, hə min materiallar iddiaçının özündə qalmışdır. Odur ki, iddiaçının özü tərəfindən görülən işlərə görə, habelə onda qalan tikinti materiallarına görə cavabdeh məsuliyyət daşıya bilməz

35. Məhkəmə kollegiyası hesab edir ki, yalnız söküntü nəticəsində zərər dəymiş, bərpası mümkün olmayan materiallardan elektrik naqili 1000 manat, dikt 720 manat, armatur 700 manat, cəmi 3.420 manat kompensasiyanın cavabdehdən tutulması hissəsində apellyasiya məhkəməsi haqlı olmuşdur. Həmin hissədə apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, qalan 23.580 manat hissədə qərar ləğv edilməli, iddia həmin hissədə rədd edilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin kas sasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 mart 2023-cü il tarixli, 21(103)-538/2023 nömrəli qərarı qismən – 23.580 manat maddi zərər kimi kompensasiyanın cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətindən tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. İddia həmin hissədə rədd edilsin. Qərar cavabdehdən 3.420 manat tutulub iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar