Məhkəmə qərarları › İş №2-1(102)-1656/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1656/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1656/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" MMC) qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması; işin hallarının araşdırılması prinsipinin pozulması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" MMC) qarşı ““Azərelektromaş” EİB-nin xx.xx.1990-cı il tarixli Bağçılıq Yoldaşlığının iclasının protokolundan çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-Ləhiş bağ massivi ünvanında yerləşən, ölçüsü 0.05 ha olan 34 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2-1(103)-126/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığının xx.xx.1990-cı il tarix li 02 nömrəli protokolundan çıxarışı əsasən, “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığının sədri tərəfindən Bakı şəhəri X7 İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli 6/255 nömrəli qərarı əsasında Nardaran-Ləhiş kəndində, “Azərelektromaş’' bağçılıq yoldaşlığının 102 üzvünə 5.96 ha torpaq sahəsi ayrılmışdır. 2. “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığının bağçılıq və bostançılıq sahəsindən torpaq sahəsi ayrılmış işçilərinin siyahısında 93-cü sırada iddiaçının adı qeyd edilmiş, adının qarşısında 34 saylı bağ sahəsi yazılmışdır. 3. “Azərelektromaş” EİB tərəfindən iddiaçıya verilmiş xx.xx.1990-cı il tarixli üzvlük kitabçasından görünür ki, bağçılıq yoldaşlığın üzvü olan iddiaçıya Nardaran-Ləhiş qəsəbəsi ərazisində, 34 saylı sahədə 0.05 ha torpaq sahəsi ayrılmışdır. 4. “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığı təsərrüfatının torpaq sahəsinin payçılar arasında bölüşdürülməsi barədə sxemində 34 saylı bağ sahəsi mövcuddur.

5. İddiaçı ona ayrılmış bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2020-ci il tarixli məktubla (bildiriş) imtina edərək bildirmişdir ki, sözügedən bağ sahəsi bir neçə bağ sahələri ilə birlikdə digər fiziki şəxslər tərəfindən hasarlanmış ümumi ərazinin daxilində yerləşdiyindən dəqiq yerini müəyyən etmək mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Azərelektromaş” E İB-nin xx.xx.1990-cı il tarixli Bağçılıq Yoldaşlığının iclasının protokolundan çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-Ləhiş bağ massivi ünvanında yerləşən, ölçüsü 0.05 ha olan 34 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini işin yuxarıda qeyd edilən hallarına ( bu qərarın 1-4-cü bəndləri) istinad etməklə əsaslandırmışdır.

8. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə müəyyən edilən hallar: 8.1. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli məktubda “Azərelektromaş” bağçılıq yoldaşlıq birliyinin üzvlük siyahısında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 33 nömr əli bağ sahəsinin Babaşova Tərgül Eyyub qızına, 35 nömrəli bağ sahəsinin X4 ayrılmasına dair məlumatın olduğu, lakin sözügedən bağ sahələrinə dair sənədin İdarənin arxivində aşkar edilmədiyi bildirilmişdir. Həmçinin, “Azərelektromaş’’ bağçılıq yoldaşlıq birliyi nəzdində ayrılmış bağ sahələrinin yerləşmə sxemi arxiv qovluğunda aşkar olunmamışdır. 8.2. “Azərelektromaş” X2 Yoldaşlığının 102 üzvünə ayrılmış torpaq sahəsinə dair sxematik xəritənin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli məhkəmə sorğusuna cavab olaraq, cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, “Azərelektromaş’’ bağçılıq yoldaşlıq birliyinə dair arxiv qovluğunda birliyin üzvlərinə ayrılmış torpaq sahəsinə dair sxematik xəritə (bölgü sxemi) aşkar edilməmişdir. 8.3. Cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış mütəxəssis rəyində qeyd edilmişdir ki, “Azərelektromaş” X1 Yoldaşlığının nəzdində olan “34” nömrəli bağ sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən bir neçə bağ sahəsi ilə birlikdə digər fiziki şəxs tərəfindən mişar daşı ilə hasara alınmış ümumi ərazinin daxilində yerləşir. 8.4. Rəydə qeyd edilən digər şəxs barədə məlumatı, həmçinin mişar daşı ilə hasara alınmış əraziyə dair hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surəti tələb edilmiş, məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, elektron baza məlumatlarına əsasən, göstərilən hasar daxilindəki ərazinin kimin istifadəsində olması barədə məlumat aşkar edilmədiyindən əraziyə dair hüquqmüəyyənedici sənədlərin məhkəməyə təq dim edilməsi mümkün deyildir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: E.Ə.Əliyev) 02 fevral 2023-cü il tarixli 21(112)-70/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya verilmiş, “Azərelektromaş” EİB-nin xx.xx.1990-cı il tarixli Bağçılıq Yoldaşlığının iclasının protokolundan çıxarışına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-Ləhiş bağ massivi ünvanında yerləşən ölçüsü 0.05 ha olan 34 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsinin əsaslandırması: 10.1. Mütəxəssis rəyində göstərilən torpaq sahəsinin digər fiziki şəxsin hasara almış torpaq sahəsinin ərazisi daxilində yerləşdiyi qeyd olunur. Lakin cavabdeh məhkəməyə mübahisəli tor paq sahələrinin digər fiziki şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsini sübut edəcək hər hansı mötəbər dəlil təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.1990-cı il tarixli 02 saylı protokoldan çıxarışdan görünür ki, “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığının sədri M.N.Mürsəlovun birliyin işçilərinə Bakı şəhəri X7 İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli 6/255 saylı qərarı ilə Nardaran-Ləhiş kəndində, “Azərelektromaş’' bağçılıq yoldaşlığının 102 üzvünə 5.96 ha torpaq sahəsi ayrılmışdır. Protokolda “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığının 102 nəfər üzvünə bağ sahəsi ayrılması ilə bağlı Bakı şəhəri X7 İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli 6/255 nömrəli qərarına istinad edilmişdir. Həmin qərar və “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığının 102 nə fər üzvünə bağçılıq və bostançılıq sahəsindən torpaq sahəsi ayrılmış işçilərin siyahısı əldə edilmişdir. Həmin siyahı üzrə 93 sıra nömrəsi ilə qeyd edilmiş şəxs olan iddiaçıya 34 nömrəli bağ sahəsi ayrılmışdır. “Azərelektromaş” EİB-nin tərəfindən iddiaçıya verilmiş xx.xx.1990-cı il tarixli üzvlük kitabçasının surətindən müəyyən olunur ki, bağçılıq yoldaşlığın üzvü olan iddiaçıya Nardaran-Ləhiş qəsəbəsi ərazisində 34 nömrəli sahədə 0.05 ha torpaq sahəsi ayrılmışdır. Həmçinin, iş materiallarına əlavə edilmiş, “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığı təsərrüfatının torpaq sahəsinin payçılar arasında bölüşdürmə sxemində 34 nömrəli bağ sahəsi mövcuddur. 10.2. Məhkəmə bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinə ayrılmış torpaq sahəsinə dair təqdim edilməli olan hüquqmüəyyəndici sənədlər barə də qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Qeyd edilən Qanunun 8.0.7-ci maddəsinin məzmunundan görünür ki, üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi halda daşınmaz əmlak üzərində mülkiyyət hüq uqunun yaranmasına əsas ola bilər. İddiaçının üzvlük kitabçasının və üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. 10.3. İddiaçı qanuni əsaslarla ona ayrılmış 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlıdır. Belə ki, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bağ sahəsi üzərində hüquqların yaranmasının əsaslarından biri hesab olunur. Mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyy atına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış belə əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Beləliklə, xx.xx.1990-cı il tarixli 02 nömrəli Protokoldan çıxarışın surətindən müəyyən olunur ki, bağçılıq yoldaşlığın üzvü olan iddiaçıya (“Azərelektromaş” EİB-nin tərəfindən Nardaran-Ləhiş qəsəbəsi ərazisində 34 saylı sahədə 0.05 ha torpaq sahəsi ayrılmasına dair xx.xx.1990-cı il tarixli X6 mövcuddur) Nardaran-Ləhiş qəsəbəsi ərazisində 34 nömrəli sahə ayrılmışdır. Məhkəmə iş materialların ı araşdırıb hesab etmişdir ki, iddiaçının tələbinin təmin edilməsi üçün hər hansı bir məhdudiyyət yoxdur. Cavabdeh orqanın imtinasında göstərdiyi dəlil məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2023-cü il tarixli 2-1(103)-2381/2023 nömrəli qərardadı ilə "xxxx" MMC adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və A.P.Oruczadə) 14 fevral 2024-cü il tarixli, 21 (103)-126/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin olunmamışdır.

14. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 14.1. Cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtinanın əsası kimi “sözügedən bağ sahəsinin bir neçə bağ sahələri ilə birlikdə digər fiziki şəxslər tərəfindən hasarlanmış ümumi ərazinin daxilində yerləşdiyindən dəqiq yerinin müəyyən edilməməsi”ni bildirsə də, apellyasiya şikayətində sözügedən bağ sahəsinin "xxxx" MMCnin icarəsinə verilmiş ərazi daxilində yerləşdiyini göstərmişdir. 14.2. Apellyasiya baxışı zamanı məlum olmuşdur ki, 680458 nömrəli xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bak ı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən 168.94 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə 4284 nömrəli xx.xx.2023-cü il tarixli hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən dövlət tərəfindən "xxxx" MMC-yə icarəyə verilmişdir. Bu səbəbdən, "xxxx" MMC hazırkı iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb olunmuşdur. 14.3. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində məlum olmuşdur ki, iddiaçı adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsi ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədləri təqdim etsə də, həmin torpaq sahəsinin konkret olaraq harada yerləşdiyini göstərə bilməmiş, bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən də həmin torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamış dır. Hazırkı vəziyyətdə isə iddiaçının iddia etdiyi torpaq sahəsinin ümumilikdə üçüncü şəxs "xxxx" MMC-nin adına icarə hüquqlarının qeydiyyata alındığı torpaq sahəsinin hüdudları daxilində olduğu müəyyən olunur. Belə olan halda üçüncü şəxsin adına icarə hüquqlarının qeydiyyatı ilə bağlı müvafiq sənəd (reyestrdən çıxarış) hal-hazırda qüvvədə olduğundan, ləğv və ya etibarsız sayılmadığından, bu hal həmin torpaq sahəsi üzərində həm də iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını mümkünsüz edir.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

16. İlk növbədə artıq iddiaçının mülkiyyəti hesab oluna n 34 nömrəli bağ sahəsinin və eyni zamanda Bakı şəhəri Xalq DeputatlarıSoveti İcariyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli 6/255 nömrəli qərarı ilə Nardaran-Ləiş kəndində, “Azərelektromaş” bağçılıq yoldaşlığının 102 üzvünə ayrılan torpaq sahələrinin dövlət tərəfindən "xxxx" MMC-yə icarəyə verilməsi mümkün deyildir və etibarsızdır. Digər tərəfdən, apellyasiya baxışı zamanı məlum olan 680458 nömrəli xx.xx.2023-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən, "xxxx" MMC-yə icarəyə verilən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, şimal hissəsində yerləşən 168.94 ha torpaq sahəsinə, iddiaçıya məxsus 34 nömrəli bağ sahəsinin də daxil olmasının məhkəmə tərəfindən hansı qaydada müəyyən edildiyi qərarda əsaslandırılmamış, bu istiqamətdə heç bir araşdırılma aparılmamışdır. Odur ki, hər h ansı mötəbər sübut olmadan apelyasiya məhkəməsinin belə qənaətə gəlinməsi əsassızdır. Bundan əlavə, həmin bağ sahəsinin digər bağ sahələri ilə birlikdə icarəyə verilməsi qəbul edilsə belə, bu iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına hər hansı maneəçilik yarada bilməz. Belə ki, icarədə olan torpaq sahəsinə münasibətdə mülkiyyətçinin dəyişməsi icarə münasibətlərinə hər hansı təsir göstərmir və "xxxx" MMC-nin də hər hansı hüququ pozulmur. Məhz bu səbəbdən, "xxxx" MMC hazırkı iş üzrə zəruri deyil, adi cəlbetmə qaydasında 3-cü şəxs qismində cəlb olunmuşdur. Digər tərəfdən, iddiaçı tərəfindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün inzibati orqana həqiqiliyi şübhə doğurmayan mötəbər sənədlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarış təqdim edilmişdir. Təqdim edilmiş hüquqmüəyyənedici sənədlər iddiaçının həmin bağ sahəsinin reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb hüququnun, cavabdeh inzibati orqanın isə iddiaçı qarşısında həmin bağ sahəsini qeydiyyata alma öhdəliyinin mövcudluğunu şərtləndirir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçü n əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində m üvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kolleg iyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən - apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. İş üzrə əlavə araşdırmanın və onun nəticəsində asılı olaraq müvafiq qiymətləndirmənin aparılması zəruri olduğu üçün mübahisəyə dair hazırkı mərhələdə yekun qərarın çıxarılması mümkün deyildir. Buna görə də, iş təkrar apellyasiya baxışına göndərilməlidir.

22. İşə baxan apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi barədə nəticəyə gələrkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Həmin torpaq sahəsinin ümumilikdə üçüncü şəxs "xxxx" MMC-nin adına icarə hüquqlarının qeydiyyata alındığı torpaq sahəsinin hüdudları daxilində olduğu müəyyən olunur. Belə olan halda, üçüncü şəxsin adına icarə hüquqlarının qeydiyyatı ilə bağlı müvafiq sənəd (reyestrdən çıxarış) hal- hazırda qüvvədə olduğundan, ləğv və ya etibarsız sayılmadığından, bu hal həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını mümkünsüz edir.

23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığı tərəfindən Bakı şəhəri X7 İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli 6/255 nömrəli qərarı əsasında Nardaran-Ləhiş kəndində, “Azərelektromaş’' bağçılıq yoldaşlığının 102 üzvünə, o cümlədən, iddiaçıya 0,05 ha torpaq sahəsinin ayrılması işin mübahisəsiz halıdır.

24. Cavabdehin imtinasının əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçıya ayrılmış həmin torpaq sahəsinin yerini, koordinatlarını müəyyən etmək mümkün deyildir.

25. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın 1.1-ci bəndinə əsasən, bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunv ericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir.

26. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasn aməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir.

27. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. 3.0.50-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifəsidir.

28. Sadalanan qanunvericilik normalarının tələblərindən göründüyü kimi, hüquqmüəyyənedici sənədlər təqdim edildiyi təqdirdə həmin torpaq sahəsinin xəritə və elektron kadastr üzrə yerləşmə məlumatlarını müəyyən etmək hazırkı iş üzrə cavabdeh ola n Xidmətin vəzifələrinə aid edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsinin yerləşmə yerini müəyyən etmədən və mötəbər sübutlara əsaslanmadan həmin torpaq sahəsinin üçüncü şəxsin icarəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi barədə nəticəyə gəlmiş, bu əsasla iddianı rədd etmişdir. Halbuki, mübahisəli torpaq sahəsinin üçüncü şəxsin icarəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi barədə iş materiallarında heç bir sübut yoxdur və bu istiqamətdə heç bir araşdırma aparılmamışdır. Bununla da işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən səbəblərdən apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, İPM-in 12.1 və 58.7-ci maddələrinin tələbləri təmin edilməklə təkrar bax ılması üçün iş həmin məhkəməyə göndərilməlidir. 31.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 21(103)-126/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar