Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1657/2021 05.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nəqliyyat vasitəsinin gömrük orqanında rəsmiləşdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, X7 ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə “avtomobilin gömrük orqanında rəsmiləşdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.04.2021-ci tarixli, 2-1(103)-1079/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şika yətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 28.10.2019-cu il tarixində ərizə ilə cavabdeh orqana müraciət edərək “Lexus LX 570” markalı, dövlət nömrə nişanı *** və *** olan nəqliyyat vasitəsi 2011-ci il tarixdə idxal olduğu üçün gömrük rüsumlarının həmin zaman mövcud olan gömrük tarifləri üzrə hesablanmasını xahiş etmişdir.
2. Cavabdeh 26.11.2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, qeyd olunan nəqliyyat vasitəsi Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən sonuncu dəfə 04.10.2013-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmiş kimi göründüyü üçün həmin nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı 2011-ci ildə qüvvədə olan gömrük ödənişləri ilə he sablanması mümkün deyildir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Nizami qızı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək *** identifikasiya (şassi) nömrəli, hazırda üzərində *** qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı Lexus LX 570 markalı avtomobilin onun idxal edildiyi 2011-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirilməsi, habelə avtomobilin iddiaçıya qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, *** identifikasiya (şassi) nömrəli, hazırda üzərində *** qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı Lexus LX 570 markalı avtomobili iddiaçı 2017-ci ildə X2 vasitəsilə X6 29000 manata almışdır. Lakin avtomobilin sənədlə rində nöqsanlar olduğu üçün onu adına rəsmiləşdirə bilməmişdir. Belə ki, avtomobilin faktiki sahibi X8 olduğu halda, avtomobil mülkiyyət hüququ ilə Rusiya Federasiyasının vətəndaşı X3 adına dövlət qeydiyyatında olmuşdur. Ona görə də o, Rusiya Federasiyasına gedib orada alğı-satqı müqaviləsini rəsmiləşdirib avtomobili adına keçirmişdir. Bundan sonra avtomobilin Rusiya Federasiyasının ərazisindən kənara çıxarmaq üçün Rusiya Federasiyasının DİN-nin X4 Dövlət İnspeksiyası İdarəsi tərəfindən ona icazə arayışı verilmişdir. Alğı-satqı sonradan rəsmiləşdirilmiş olsa belə, avtomobil Azərbaycan Respublikasının ərazisinə faktiki olaraq 2011-ci ildə Ülvin Tağıyev tərəfindən gətirilmiş və bir daha həmin avtomobil Azərbaycan Respublikasından kənara çıxarılmamışdır. Avtomobili əldə edib, gömrükdən keçiri b adına rəsmiləşdirmək istərkən müəyyən edilmişdir ki həmin avtomobil “İNTERPOL” bazasında axtarışdadır və bununla bağlı Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair X13 və Təhqiqat Şöbəsində cinayət araşdırılmasına başlanmış, avtomobil cavabdehin cərimə meydançasına yerləşdirilmiş və bu günə kimi həmin meydançada saxlanılır. Aparılmış araşdırma nəticəsində cinayət faktı təsdiq edilməmiş və DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair X13 və Təhqiqat şöbəsinin rəis müavini 09.09.2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və avtomobilin iddiaçıya qaytarılması barədə qərar verilmişdir. İddiaçı avtomobilin dövlət gömrük rüsumunu ödəyib onu X16 İdarəsində adına qeydiyyata salmaq istər kən, cavabdeh gömrük rüsumlarını hazırda qüvvədə olan yeni tariflər üzrə hesablamış və həmin tariflər üzrə ödənilməsini iddiaçıdan tələb etmişdir. İstintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, avtomobilin faktiki sahibi olan X9 onu satmaq məqsədilə Azərbaycan Respublikasına 2011-ci il tarixdə idxal etmişdir. X14 həmin zaman qüvvədə olan dövlət gömrük rüsumları üzrə avtomobilin gömrük ödənişlərini ödəmək imkanına malik olmamış və bu səbəbdən həmin avtomobili ona mövcud vəziyyətdə bu şərtlə satmışdır ki, həmin gömrük rüsumlarını iddiaçı ödəsin. İddiaçı avtomobili əldə edəndən sonra yaranmış problemlər ilə bağlı gömrük rüsumlarını vaxtında ödəyə bilməmiş, problemləri həll etmək üçün zaman tələb etmiş və keçən müddət ərzində gömrük rüsumları tarifləri bir neçə dəfə artmışdır. Hazırda qüv vədə olan gömrük rüsumları ilə həmin avtomobili əldə etmək isə ümumiyyətlə sərfəli deyil. Belə ki, göstərilən tariflər üzrə gömrük rüsumlarının ödənildiyi halda avtomobil ona ifrat dərəcədə bahalı qiymətə düşür, halbuki oxşar vəziyyətdə olan avtomobillər ölkənin maşın bazarında qat-qat aşağı qiymətə satılır. Yəni şəraitin dəyişməsi, avtomobilin köhnəlməsi və gömrük rüsumların dərəcələrinin artması göstərilən avtomobili cavabdehin hesabladığı gömrük qiymətləri üzrə əldə edilməsini əlverişsiz edir. Lakin nəzərə alınmalıdır ki, o, avtomobil dəyərini artıq ödəmiş, avtomobili faktiki mülkiyyətinə keçirmiş və hazırda bu faktlar qarşısında qalmışdır.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Dövlət Gömrük Komitəsinin X1 Sistemi proqram təminatında (VAİS) *** ba n (şassi) nömrəli, *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 07.05.2011-ci il tarixdə Azərbaycan Respublikasına daxil olmuş, 22.07.2011-ci il tarixdə isə ölkə ərazisini tərk etmişdir. Bundan əlavə həmin nəqliyyat vasitəsinin 19.03.2013-cü il tarixdən bir neçə dəfə ölkə ərazisinə dövlət nömrə nişanı *** olaraq giriş-çıxış etdiyi və sonuncu dəfə 04.10.2013-cü il tarixdə saat 23:33 radələrində Şimal Ərazi Baş Gömrük İdarəsinin Xanoba gömrük postundan keçərək ölkə ərazisini tərk etdiyi VAİS vasitəsilə müəyyən olunmuşdur. Qeyd olunan nəqliyyat vasitəsi faktiki olaraq ölkə ərazisində olsa da, 04.10.2013-cü il tarixdən sonra ölkə ərazisinə girişi Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən təyin olunmamışdır. Bununla da iddiaçının iddia ərizəsinə əsasən qeyd olunan nəqliyyat vasitəsinin g ömrük rəsmiləşdirilməsi zamanı 2011-ci ildə qüvvədə olan gömrük ödənişləri ilə hesablanması mümkün deyildir. Bundan əlavə, İddiaçı nəqliyyat vasitəsini öz adına rəsmiləşdirmək istədiyini, lakin sənədlər düz olmadığı üçün Rusiya Federasiyasına gedərək maşının mülkiyyətçisi X5 alğı-satqı müqaviləsi bağlayaraq avtomobili öz adına keçirmiş, Rusiya Federasiyasının DİN-nin X4 Dövlət İnspeksiyası İdarəsindən avtomobili ölkə ərazisindən çıxartmaq üçün icazə arayışı almışdır. Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün 2018-ci il dekabr ayında Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə müraciət olunmuşdur. Bundan əlavə, nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün sənəd Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə 2018-ci il dekabr ayında təqdim olunmuşdur. 11.01.2019-cu il tarixdə Aksizli Mallar üzrə B aş Gömrük İdarəsinin əməkdaşları tərəfindən *** ban (şassi) nömrəli, *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş və ban nömrəsinin kustar üsulla vurulmasına dair şübhə yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat şöbəsində araşdırma aparılmış və toplanmış materiallar 2100- 013/001-22/000696 nömrəli 08.07.2019-cu il tarixli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair X13 və Təhqiqat şöbəsində araşdırma aparılmışdır. Araşdırma nəticəsində cinayət faktı öz təsdiqini tapmamışdır və 09.09.2019-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir.
6. Bakı İnzibati Məhk əməsinin 05.06.2020-ci il tarixli 2-1(112)-986/2020 nömrəli qərarı (hakim Elvin Əliyev) ilə iddia qismən təmin edilmiş, *** identifikasiya (şassi) nömrəli, hazırda üzərində *** qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı Lexus LX 570 markalı avtomobilin 2018-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirilməsi, rəsmiləşdirildikdən sonra avtomobilin iddiaçıya qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
7. Məhkəmə hesab etmişdir ki, nəqliyyat vasitəsi faktiki olaraq 2011-ci ildə Azərbaycan Respublikasına idxal olunsa da, iddiaçı həmin nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün 2018-ci ilin dekabr ayında cavabdehə müraciət etdiyindən həmin vaxt qüvvədə olan gömrük rüsumları tətbiq olunmalıdır.
8. İddiaçı həmin qərardan ap ellyasiya şikayəti verərək qərarın qismən – iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin olunmasını xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.08.2020-ci il tarixli 21(103)-1389/2020 nömrəli qərarı ilə (sədrlik edən Valeh Ağayev, hakimlər İkram Şirinov və Aida Hüseyn) Bakı İnzibati Məhkəməsinin 05.06.2020-ci il tarixli 2-1(112)-986/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın qismən – iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin olunmasını xahiş etmişdir.. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17.11.2020ci il tarixli, 2-1(102)-2105/2020 saylı qərarına əsasən (sədrlik edən İlqar Hüseynov, hakimlər Rahib Nəbizadə və Kəmaləddin Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 avqust tarixli 2-1(103)-1389/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə avtomobilin 2018-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla iddia tələbindən kənara çıxmış, tələbin tərkibinə aid olmayan məzmunda qərar qəbul etmişdir ki, bu da, “avtomobilin onun idxal edildiyi 2011-ci ili n gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirilməsi” məzmununda tələbin hər hansı hissədə və ya məzmunda təmin olunması kimi qiymətləndirilə bilməz. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 23.04.2021-ci il tarixli 21(103)-1079/2021 saylı qərarına əsasən (sədrlik edən Afaq Nuriyeva, hakimlər Cahangir Yusifov və Xumar Mərdanova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 05.06.2020-ci il tarixli 2-1(112)-986/2020 nömrəli qərarı – avtomobilin 2018-ci ilin gömrük rüsumları üzrə hesablanması hissəsində ləğv edilmiş, qərar iddianın təmin edilmiş - *** identifikasiya (şassi) nömrəli, hazırda üzərində *** qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı Lexus LX 570 markalı avtomobilin 2018-c i ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirilməsi, rəsmiləşdirildikdən sonra avtomobilin iddiaçıya qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulması hissəsində və qalan təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin avtomobilin onun idxal edildiyi 2011-ci ilin gömrük rüsumları üzrə hesablanması hissəsini təmin etməməkdə haqlı olsa da, iddia tələbindən kənara çıxaraq avtomobilin 2018-ci ilin gömrük rüsumları üzrə hesablanması öhdəliyini cavabdehin üzərinə qoymuşdur.
16. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 23.04.2021-ci il tarixli 2-1(103)-1079/2021 saylı qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul e dilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, mübahisə predmeti olan avtomobil 2011-ci ildə Azərbaycan Respublikasına daxil olmuş, bir daha ölkə hüdudlarından kənara çıxarılmamışdır. Bu hal Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən qəbul edilmiş 09.09.2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda öz təsdiqini tapmışdır. Məhkəmə isə istintaq orqanı tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda qeyd edilmiş izahatı mötəbər sübut kimi qəbul etməmişdir. M əhkəmənin qəbul etdiyi qərar iddiaçının vəziyyətini ağırlaşdırmağa yönəlmişdir ki, bu da Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Belə ki, Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edil məsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
21. Gömrük Məcəlləsinin 242.3-cü maddəsinə əsasən gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibə tdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür.
22. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
23. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
24. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə b ağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiy yəti üzrə qərar qəbul etmədikdə.
26. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
27. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etməmiş, prosessual hüquq normalarının tələblərinə əməl etməmişdir.
31. Belə ki, işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, hazırkı iş üzrə mübahisələndirilən məsələ “Lexus LX 570” markalı avtomobilin 2011-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirilməsi ilə bağlıdır.
32. İddiaçı həm iddia ərizəsində, həm də kassasiya şikayətinin dəlillərində avtomobilin 2011-ci ildə Azərbaycan Respublikasına daxil olduğuna istinad edərək həmin tarixdə qüvvədə olan qanunvericiliyin tətbiq edilməsini tələb edir.
33. Ali Məhkəmənin 17.11.2020-ci il tarixli qərarında da məhkəmə göstəriş vermişdir ki, işin halları və həmin hallara aid sübutlar iddianın predmetin ə, iddiaçının arzuladığı nəticəyə uyğun araşdırılmalı, məhkəmə “avtomobilin onun idxal edildiyi 2011-ci ilin gömrük rüsumları üzrə hesablanmalı və rəsmiləşdirilməli” olub-olmadığına dair məsələni həll etməlidir.
34. İşin araşdırılmış halları ilə “Lexus LX 570” markalı avtomobilin 2011-ci ildə Azərbaycan Respublikasına gətirildiyi müəyyən edilmiş və cavabdeh orqan bunun əksini mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Belə olan halda, məhkəmə hazırkı qərarın 2021-ci bəndlərində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından qərar qəbul etməli idi.
35. Belə ki, Gömrük Məcəlləsinin 242.3-cü maddəsinə əsasən gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Yəni, həmin maddənin tələblərinə görə Azərbaycan Respublikasına idxal olunan mallara həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Odur ki, məhkəmə kollegiyası gömrük rüsumlarının hesablanma qaydası ilə bağlı kassatorun dəlillərini əsaslı hesab edir.
36. Apellyasiya instansiyası məhkəməsi də mübahisənin həlli üçün yuxarıda qeyd edilən normanın tələbi baxımından işin hallarına qiymət verməli idi. Lakin məhkəmə işin hallarına tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, bununla da əsassız qərar qəbul etmişdir.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassa siya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 23.04.2021-ci il tarixli 2-1(103)-1079/2021 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
38. İşə təkrar baxan məhkəmə iddiaçıya məxsus “Lexus LX 570” markalı avtomobilin rəsmiləşdirilməsi zamanı tətbiq edilən gömrük rüsumlarını hazırkı qərarın 21-ci bəndində göstərilən maddi hüquq normasının tələblərinə uyğun hesablamaqla iddia tələbinə hüquqi qiymət verməlidir.
39. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.04.2021-ci tarixli, 21(103)-1079/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. İddiaç ının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.