Məhkəmə qərarları › İş №2-1(102)-1657/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1657/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1657/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X1 Konsaltinq” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraatın dayandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı “X1 Konsaltinq” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisi nin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 19 aprel 2022-ci il tarixli **********156590 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1383/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh vergi orqanı tərəfindən iddiaçı cəmiyyətə səyyar vergi yoxlaması keçirilməklə yoxlamanın nəticəsi olaraq vergi orqanı tərəfindən vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmiş və həmin qərarla iddiaçı cəmiyyətə müxtəlif dövrlərə aid vergilərlə yanaşı, 2020-ci ilin ilk 6 ay dövrü üçün ƏDV hesablanmışdir. İddiaçı vergi orqanının sözügedən qərarını inzibati məhkəmə icraatında mübahisələndirmiş və Bakı İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli 2-1(112)550/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2020-ci il tarixli **********143348 nömrəli qərarı 2017-ci il üzrə 180 manat, 2018-ci il üzrə 180 manat, 2019-cu il üzrə 5752.16 manat və 2020-ci il üzrə 933,56 manat ƏDV, 2017-ci il Mənfəət vergisi üzrə 2050.65 manat, MDSS işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2017-ci il üzrə 2500 manat, MDSS-işəgötür ənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2018-ci il üzrə 3196.62 manat, MDSSişəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2019-cu il üzrə 6381.03 manat, MDSS-Muzdla işəgötürənləri – işə götürən siğortaedənlər 2019-cu il üzrə 4549.74 manat, işsizlik sığortası üzrə rüblük hesabat 2018-ci il üzrə 127.84 manat, işsizlik sığortası üzrə rüblük hesabat 2019-ci il üzrə 255.28 manat, muzdla işləyənləri işəgötürən sığortaedənlər 2019-cu il üzrə 181.98 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2017-ci il üzrə 2236.60 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2018-ci il üzrə 1266.72 manat və ümumilikdə 14936.10 manat maliyyə sanksiyası hissəsində ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdi r.

2. Cavabdeh vergi orqanı tərəfindən iddiaçı cəmiyyətə növbəti dəfə səyyar vergi yoxlaması keçirilməklə yoxlamanın nəticəsi olaraq vergi orqanı tərəfindən vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə hazırda mübahisə predmeti olan 19 aprel 2022-ci il tarixli **********156590 nömrəli qərar qəbul edilmiş və həmin qərarla iddiaçı cəmiyyətə müxtəlif dövrlərə aid vergilərlə yanaşı, 2020-ci il üzrə əmlak və mənfəət vergisi hesablanmışdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı “X1 Konsaltinq” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə mü raciət edərək, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 19 aprel 2022-ci il tarixli **********156590 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2-1(112)-8503/2022 nömrəli qərardadı ilə iş üzrə icraat İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 29 dekabr 2020-ci il tarixli, **********143348 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin icaatında olmuş 2-1(112)-550/2022 saylı inzibati işə baxılıb yekun məhkəmə aktı qəbul edilə nədək dayandırılmışdır.

5. Birinci instansiya məhkəməsi icraatın dayandırılması barədə qərardadını onunla əsaslandırmışdır ki, əvvəlki xx.xx.2020-ci il tarixli, **********139184 nömrəli səyyar vergi yoxlaması ilə iddiaçının həm də xx.xx.2020-ci il tarixədək olan dövrü, yəni 2020-ci ilin ilk 06 ayı yoxlanılmış, həmin dövr üzrə iddiaçıya ƏDV hesablanmış və bununla bağlı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarı inzibati məhkəmə icraatında mübahisələndirilmişdir. Eyni zamanda hazırkı məhkəmə icraatında təqdim edilmiş xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə ƏDV-nin hesablanmasının müqayisəli cədvəlindən görünür ki, 2020-ci ilin yanvar ayı hesabatı üzrə 24169,44 manat, yoxlama ilə 26969,44 manat olmaqla dövriyyə fərqi 2800,00 manat təşkil edir.

6. Gö ründüyü kimi vergi yoxlaması ilə 2020-ci ilin yanvar ayı üzrə vergi ödəyicisinin verdiyi hesabatla vergi orqanı tərəfindən aparılmış yoxlama nəticəsində dövriyyə fərqi yaranmışdır. Məhkəmə hesab etmişdir ki, nə qədər ki, əvvəlki yoxlama ilə 2020-ci ilin ilk 6 ayı yoxlanılmış, ilin əvvəlinə yoxlama ilə dövriyyə fərqi yaranmış, həmin dövr üzrə ƏDV hesablanmış və qeyd edilən dövriyyə, hesablanmış ƏDV məbləğləri digər inzibati mübahisənin predmetini təşkil etməklə məhkəmə icraatında mübahisələndirilmişdir, hesab olunur ki, əvvəlki yoxlama ilə 2020-ci ilin ilk 06 ayı üzrə müəyyən edilmiş dövriyyə fərqinin yoxlanılması, hesablanmış ƏDV məbləğinin ləğv edilməsi və yaxud vergi orqanının hesablamasının həmin hissədə qanuniliyinin müəyyən edilməsi bütövlükdə 2020-ci ilin ümumi dövriyyəsinə və nəticə olaraq mübahisələndirilən 2020-ci ilin mənfəət vergisinin hesablanmasına da təsir edəcəkdir. Beləliklə, mübahisəli 2020-ci ilin ilk 06 ayının dövriyyəsi üzrə inzibati mübahisənin inzibati məhkəmə icraatında həlli ilə bağlı yekun məhkəmə aktı çıxarılmadığından və bununla da yuxarıda qeyd edilənlərə əsasən 21(112)-550/2022 saylı inzibati işin hüquqi nəticəsi hazırkı 2-1(112)-8503/2022 saylı işin gedişatına təsir edə biləcəyindən iş üzrə icraat dayandırılmalıdır.

7. İddiaçı qərardaddan apelyasiya şikayəti vermiş və qərardadın ləğv edilməsi, iş üzrə icraatın davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda mübahisələndirilən inzibati akt vergi orqanının sonrakı, yəni 01 iyul 2020-01 iyul 2022-ci illər üzrə 04 oktyabr 2021-ci il tarixli **********150301 nömrəli qərarı ilə təyin edilmiş və 19 aprel 2022-ci il tarixli **********156590 nömrəli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarı qəbul edilmişdir. 2020-ci il üzrə mənfəət vergisini yoxlayan vergi orqanı illik gəlir və xərci yoxladığı üçün gəliri və xərci təsdiq edən sənədləri yoxlamaq imkanı mövcuddur. Çünki bu barədə müvafiq tələbnamə təqdim etmiş və protokol tərtib edərək sənədlər yoxlamaya təqdim edilmiş, səyyar vergi yoxlaması aktı tərtib edilmiş və müvafiq qərar çıxarılmışdır. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 mart 2023-cü il tarixli, 2-1(103)-1383/2023 nömrəli qərardadı (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova ) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi qərardadında birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iş üzrə icraatın bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.

13. İddiaçı kassasiya şikayətində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7 və 8.5-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etir azın dəlilləri:

14. Cavabdeh kassasiya şikayətinə etirazla məhkəməyə müraciət edərək kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 mart 2023-cü il tarixli, 2-1(103)-1383/2023 nömrəli qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir.

15. Cavabdeh kassasiya şikayətinə etirazında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.1-ci maddəsinə istinad etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 g ün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qəra rını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. İddiaçının kassasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndiri ldiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. İddiaçı şikayətində göstərmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-550/2022 nömrəli inzibati iş üzrə iddia qismən təmin edilmişdir. Bu da onu sübut edir ki, yoxlama üzrə olan dövrlərdə hər hansı vergidən yayınma halları mövcud olmamışdır.

21. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın 19 avqu st 2020-ci il tarixli **********139184 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə 01 iyul 2017 – 01 iyul 2020-ci il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, səyyar vergi yoxlaması nəticəsində 29 dekabr 2020-ci il tarixli **********143348 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarla iddiaçıya mənfəət vergisi üzrə (2017-ci il) 2050,65 manat verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 2050,65 manat vəsaitin 50 % miqdarında, yəni 1025,33 manat maliyyə sanksiyası, ödəmə mənbəyi ndən tutulan vergi üzrə (2019-2020) 70,52 manat verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 70,52 manat vəsaitin 50 % miqdarında, yəni 35,26 manat maliyyə sanksiyası, əlavə dəyər vergisi üzrə (2017-2020) 2195,37 manat verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 7045,72 manatın 50 % miqdarında, yəni 3522,86 manat maliyyə sanksiyası, muzdlu işdən gəlir vergisi üzrə (2017-2018) 3040,91 manat verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 3503,22 manatın 50 % miqdarında, yəni 1751,66 manat maliyyə sanksiyası, əmlak vergisi üzrə (2017-2019) 145,39 manat verginin azaldılması, 2020-ci il 2-ci rüb üzrə ödəmə mənbəyindən tutulan vergi bəyənnaməsini vergi orqanına vaxtında təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 57.1-ci maddəsi əsasında 40 manat maliyyə sanksiyası, məcburi dövlət sosial sığorta haqqı üzrə (oktyabr 2018 – noyabr 2019) 16627,39 manat vəsaitn hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 16627,39 manat sığorta haqlarının 50 %-i miqdarında, yəni 8313,70 manat maliyyə sanksiyası, işsizlikdən sığorta haqqı üzrə (oktyabr 2018 – noyabr 2019) 565,10 manat vəsaitin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 565,10 manatın 50 % miqdarında, yəni 282,55 manat maliyyə sanksiyasının, cəmi 29862,70 manat verginin və 14971,36 manat maliyyə sanksiyasının tətbiq olunması qərara alınmışdır.

22. Həmin qərarın ləğvi ilə bağlı iddia tələbi Bakı İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli 2-1(112)-550/2022 nömrəli qərarı ilə qismən təmin edilmiş, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş "xxxx" MMC-nin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsinə dair 29 dekabr 2020-ci il tarixli **********143348 nömrəli qərarı 2017-ci il üzrə 180 manat, 2018-ci il üzrə 180 manat, 2019-cu il üzrə 5752,16 manat və 2020-ci il üzrə 933,56 manat ƏDV, 2017-ci il mənfəət vergisi üzrə 2050,65 manat, MDSS işəgötrürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər 2017-ci il üzrə 2500 manat, 2018-ci il üzrə 3196,62 manat, 2019-cu il üzrə 4549,74 manat, işsizlik sığortası üzrə rüblük hesabat 2018-ci il üzrə 127,84 manat, 2019-cu7 il üzrə 255,28 manat, muzdla işləyənləri işəgötürən sığortaedənlər 2019cu il üzrə 181,98 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2017-ci il üzrə 2236,60 manat, 2018-ci il üzrə 1266,72 manat və ümumilikdə 14936,10 manat maliyyə sanksiyası hissəsində ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməməmişdir.

23. Göründüyü kimi, əvvəlki 19 avqust 2020-ci il tarixli **********139184 nömrəli səyyar vergi yoxlaması ilə iddiaçının həm də 01 iyul 2020-ci il tarixədək olan dövrü, yəni 2020-ci ilin ilk 6 ayı yoxlanılmış, həmin dövr üzrə iddiaçıya ƏDV hesablanmış və bununla bağlı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarı inzibati məhkəmə icraatında mübahisələndirilmişdir. Eyni zamanda 01 iyul 2017- 30 iyun 2020-ci il tarixədək olan dövr üzrə ƏDV-nin hesablanmasının müqayisəli cədvəlindən görünür ki, 2020-ci ilin yanvar ayı hesabatı üzrə 24169,44 manat, yoxlama ilə 26969,44 manat olmaqla dövriyyə fərqi 2800 manat təşkil edir. Vergi yoxlaması ilə 2020-ci ilin yanvar ayı üzrə iddiaçının verdiyi hesabatla cavabdeh tərəfindən aparılmış yoxlama nəticəsində dövriyyə fərdi yaranmışdır.

24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli 2020-ci ilin ilk aktı ayının dövriyyəsi üzrə inzibati mübahisənin məhkəmə icraatında həlli ilə bağlı yekun məhkəmə aktı çıxarılmadığından və yuxarıda qeyd olunanlara əsasən 2-1(112)550/2022 nömrəli işin hüquqi nəticəsi hazırki işin gedişatına təsir edə biləcəyindən hazırki iş üzrə icraatın dayandırılması barədə qərardad qanuni və əsaslıdır.

25. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının kassasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 7.2, 7.3 və 8.5-ci maddələrinin hazırki işə heç bi r aidiyyəti yoxdur və hazırki iş üzrə icraatın dayandırılması məsələsinə iddiaçının istinad etdiyi (yuxarıda sadalanan) maddi hüquq normaları tətbiq edilə bilməz.

26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

27. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 mart 2023-cü il tarixli, 21(103)-1383/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar