Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1658/2019 02.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı oğlunun Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Bakı şəhəri Binəqədi rаyоn şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: sosial təminat hüququ ilə bağlı mübahisələr; güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi GİRİŞ HİSSƏ Hakimlər: Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı oğlunun iştirakı ilə, İddiаçı İddiaçı oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Bakı şəhəri Binəqədi rаyоn şöbəsinə qаrşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qərarından cavabdeh şöbətərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı oğlu cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Bakı şəhəri Binəqədi rаyоn şöbəsinə qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, iddiaçıya 01 iyul 2009-cu il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiy a məbləğinin bu günədək hesablanıb, yaranmış borc məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 05 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova; iş No 2-1(81)-2047/2018) iddianın təmin edilməsi; iddiaçıya yaşa görə əmək pensiyasının yenidən, 01 iyul 2009-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanıb yaranmış borc məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən H.Həmidov, hakimlər E.Nağıyeva və V.Baxışova; iş № 21(103)-1 30/2019) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 05 oktyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması; cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxarkən iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək maddi və prosessual hüquq normalarını pozmuşdur, nəticədə əsassız və qanunsuz qərar qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh şöbənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı xx.xx.1952-ci il tarixdə doğulmuşdur. Ona 01.07.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İşin materiallarında olan iddiaçıya məxsus olan əmək kitabçasının surətinə görə, O, 06.03.1970 - 02.09.1970-ci il tarixlərdə Keşlə dəmir yolu stansiyasında markalayıcı; 09.10.1970 - 01.09.1971-ci il tarixlərdə Bakı metropolitenində yol montyoru işləmiş; 13.10.1971 - 19.11.1973-cü il tarixlərdə orduda xidmət etmiş; 26.12.1973 - 01.06.1978-ci il tarixlərdə Bakı metropoliteninin hərəkət xidmətində stansiya növbətçisi; 1 nömrəli evtikmə kombinatında 01.06.1978 - 01.02.1978-ci il tarixlərdə armatur sexində fəhlə, 01.02.1978 02.03.1987-ci il tarixlərdə tor və karkas qaynaqçısı; Keşlə stansiyasında 06.04.1987 11.07.1989-cu il tarixlərdə qatar tərtibatçısının köməkçisi; 11.07.1989 - 13.08.1991-ci il tarixlərdə yük qəbuledicisi və təhvilvericisi; 17.09.1991 - 18.05.1994-cü il tarixlərdə Tramvay - Troilleybus İdarəsinin hərəkət xidmətində hərəkət dispetçerliyinin operatoru; 19.05.1999 - 18.12.1999-ci il tarixlərdə “Təmirçi” KM-də təchizatçı; 02.11.2009 01.04.2010-cu il tarixlərdə və 02.08.2010 - 01.11.2010-ci il tarixlərdə “xxxx” MMC-də texniki təhlükəsizlik mühəndisi işləm işdir. İşin materiallarında olan 593636 nömrəli diploma əsasən iddiaçı 1968 - 1971-ci il tarixlərdə Bakı Dəmir Yolu Texnikumunda təhsil almışdır. İddiaçı hesab edir ki, ona 57 yaşdan, yəni 01.07.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır, çünki O, qanunla müəyyən edilmiş həddə həm ümumi iş stajına, həm də güzəştli iş ştatına malikdir. Bu əsasla iddiaçı cavabdeh Şöbəyə müvafiq ərizə ilə müraciət etmişdir. Lakin həmin inzibati orqan iddiaçıya ünvanladığı 16.05.2018-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 saylı 23.01.20 07-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 35-ci “Ümumi peşələr” bölməsində kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçılarına, təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçılarına, 21-ci “Nəqliyyat” bölməsində qatar tərtibçilərinə güzəştli şərtlərlə yaşa gö rə əmək pensiyasının təyin edilməsi nəzərdə tutulmuşdur. İşin hallarına əsasən qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 57 yaşı tamamdır, 25 ildən çox əmək stajı (təhsil aldığı və hərbi xidmət keçdiyi dövrlər daxil olmaqla) vardır, qanunla müəyyən edilmiş müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32-ci maddəsinin iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yarandığı vaxtda qüvvədə olan redaksiyasına əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi günd ən tez olmamaqla ömürlük təyin edilir. Ona görə də, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmuş, iddiaçının iddia tələbi əsaslı və qanuni olduğundan həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qismən düzgün deyil, cavabdeh şöbənin kassasiya şikayətində qeyd olunan dəlillər qismən əsaslı olduğundan qismən qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd olunan 1 nömrəli Evtikmə Kombinatında 01.06.1978 - 01.02.1978-ci il tarixlərdə armatur sexində işlədiyi fəhlə, 01.02.1978 - 02.03.1987-ci il tarixlərdə tor və karkas qaynaqçısı (8 il 9 ay); habelə Keşlə Stansiyasında 08.04.1987 - 10.07.1989-cu il tarixlərdə işlədyi vaqonların hərəkət surətinin tənzimləyicisi və qatar tərtibçisi (2 il 3 ay) peşələri (cəmi 11 il 2 ay) yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd edilsə də, bu Siyahıda iddiaçının işlədiyi qalan peşələr göstərilməmişdir. Belə ki, sözügedən Siyahının “Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlanan 21.4-cü bölməsində yalnız “kükürdlü neft və aşındırıcı maddələri töküb-axıtma məntəqələrində məşğul olan yük və baqajı qəbul edib və təhvil verə n fəhlələr” qeyd olunmuşdur. Məsələnin aydınlaşdırılması üçün iddiaçının qeyd etdiyi X2 adı çəkilən məntəqələrin mövcud olub-olmaması müəyyən edilməlidir, onun özünün həmin məntəqədə hansı yüklərin emalı ilə məşğul olduğu müəyyən edilməlidir. Daha sonra, Siyahının yuxarıda qeyd edilən 21.4-cü bölməsində iddiaçının qeyd etdiyi dispetçerliyin operatoru vəzifəsi Tramvay-Trolleybus İdarəsinin hərəkət xidməti sahəsində deyil, dəmiryolu sahəsində göstərilmişdir: “qatarların dispetçerləri və baş qatar dispetçerləri”. Ümumiyyətlə tramvay-trolleybus nəqliyyatı sahəsində peşələr həmin Siyahıda qeyd olunmamışdır. Nəhayət, iddiaçı iddia ərizəsində göstərir ki, O, Bakı Metropliteninin bir çox stansiyalarında növbətçi vəzifəsində işdəmişdir, lakin Siyahının “Metropolitenlər” adlanan 21.5-ci bölməsində m əhz, belə zərərli peşə sahəsi qeyd olunmamışdır. Görünür ki, iddiaçı belə hesab edir ki, əgər Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı bir yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə qısa müddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və ya zərərsiz hesab oluna bilər. Məhz ona görə də, apellyasiya instansiya məhkəməsinin qərarında qeyd edilə nlərdən fərqli olaraq iddiaçının bəzi sahələrdə zərərli iş şəraitində fəaliyyət göstərməsi iş üzrə təsdiq olunmur. Göründüyü kimi, hazırki işin əlavə araşdırılmasına ehtiyac yaranmışıdır ki, işə yenidən baxacaq apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd edilən məsələyə dəqiq hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barəl ərində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmışdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərb aycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Bakı şəhəri Binəqədi rаyоn şöbəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1658/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1658/2019
02.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver