Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1658/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiаçı İddiaçı MMC cavabdeh Səbail Rayon İcra və Probasiya şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun hərəkətinin mübahisələndirilməsi, icra məmurunun qərarına qarşı verilmiş iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Səyyad Kərimov (sədrlik edən və məruzəçi), Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinə qarşı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 24.06.2021-ci il tarixli, 2-1(103)-1551/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinin icrası ilə əlaqədar ipoteka predmeti olan əmlakın hərrac vasitəsi ilə satışının həyata keçirilməsi məqsədi ilə hərrac təşkilatina müvafiq sifariş verilmişdir.
2. Sifariş 149616\2020-16-12\9078 saylı, 02.11.2020-ci il tarixli məktubla "xxxx" MMC-yə verilmişdir.
3. İddiаçı məhkəməyə müraciət edərək cavabadehin ipoteka predmeti olan, X1 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 9A ünvanında (yeni ünvan-ünvan 2xarılmaqla satılması barədə hərəkətlərinin qanunsuz sayılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. Bakı İnzibati Məhkəməsinin 05.03.2021-ci il tarixli, 2-1(112)-2589/2021 saylı qərardadı ilə (hakim P.Hüseynov) iddia mümkün sayılmamışdır.
5. Məhkəmə hesab etmişdir ki, mülki məhkəmə qətnaməsi üzrə icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qəbul edilmiş qərarlar və həyata keçirilmiş hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların ayrıca iddia vasitəsilə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir və icra məmurunun həmin hərəkətlərindən şikayətə mülki işin davamı kimi işə baxmış məhkəmə tərəfindən baxılmalıdır.
6. İddiaçı apely asiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərardadının ləğv edilməsini və cavabdehin hərəkətlərinin qanunsuz sayılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.06.2021-ci il tarixli, 2-1(103)-1551/2021 nömrəli qərardadı ilə (hakimlər A.Hüseynov - sədrlik edən və məruzəçi, M.Tağızadə və E.Mehdiyev) iddiаçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 05.03.2021-ci il tarixli, 2-1(112)-2589/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq iddianın mümkün sayılmaması ilə bağlı məhkəmənin gəldiyi nəticəni düzgün saymış və hesab etmişdir ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanun unun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10.10.2017-ci il tarixli qərarını, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 №-li Qərarının 15.3-cü bəndini, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsini nəzərə alaraq, iddiaçı hazırki iddia tələbi ilə əlaqədar icra sənədinin icrasına nəzarəti həyata keçirən ümumi məhkəməyə şikayət ərizəsi ilə müraciət etməli olduğundan iddia mümkün sayılmamalıdır.
9. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bundan əlavə, iddiaçı vəsatət verərək, Mediasiya Şurası tərəfindən təyin olunmuş mediatorun iştirakı ilə barışıq və ya razılaşma sazişi hazırlanana qədər mübahisə üzrə işin təxirə salınmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri
10. Məzmun və mahiyyət etibarı ilə kassasiya şikayəti iddia ərizəsinə və apelyasiya şikayətinin dəlillərinə uyğundur. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə müraciətə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, “İcra haqqında” Qanunun 29-cu maddəsində tərəflərin hüquq və vəzifələrinin aydın şəkildə nəzərdə tutulmasına baxmayaraq, icra məmuru tərəfindən hüquqların həyata keçirilməsi üçün heç bir şərait yaradılmamışdır. Məhz bu səbəbdən icra məmurunun hərəkətlərindən inzibati qaydada şikayət verilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 12. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 2 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228- 232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununu n 20-ci maddəsinin şərh edilməsinə dair” 10.10.2017ci il tarixli qərarına görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Həmin qərarda Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödəni lməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir.
14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ay rılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar)
15. İnzibati Prosessuаl Məcəllə: Maddə 1.1. Bu məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra – inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından təmin edilməməli və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.06.2021-ci il tarixli, 2-1(103)-1551/2021 saylı qərardadı dəyişdir ilmədən saxlanılmalıdır.
18. Məzmun və mahiyyət etibarı ilə kassasiya şikayəti iddia ərizəsinə və apelyasiya şikayətinin dəlillərinə uyğundur.
19. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Qeyd olunan hüquqi mövqeyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apel yasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
20. Hazırkı mübahisə mülki məhkəmə qətnaməsinin icrası üzrə cavabdehin iddiaçıya aid ipoteka predmeti olan əmlakın hərrac vasitəsi ilə satılmasına yönəlmiş hərəkətləri ilə bağlıdır. Bu baxımdan qeyd olunan mübahisə predmet aidiyyəti üzrə inzibati məhkəmələrin səlahiyyətinə aid edilə bilməz. Məhkəmənin predmet üzrə aidiyyəti məhkəmə hesab olunması üçün, onun həmin mübahisəyə dair qərar qəbul etmə səlahiyyətinə malik olması şərti ödənilmiş olmalıdır. İnzibati prosesdə bu şərt o zaman ödənil miş sayılır ki, mübahisə inzibati və ya ümumi (publik) hüquq münasibətləri ilə bağlı və həmin münasibətlərdən yaranmış olsun. Bu şərt ödənilmədiyi təqdirdə mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Yuxarıda istinad olunan normalarda təsbit edilmiş qaydaya görə, inzibati məhkəmələr yalnız inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxmaq və həll etmək səlahiyyətinə malikdir.
21. Mübahisənin inzibati (publik) – hüquqi xarakteri həmin mübahisəyə (iddia və ya ərizəyə) inzibati məhkəmələr tərəfindən baxılması üçün əsas mümkünlük şərtlərindən sayılır. Hazırkı işdə bu şərt ödənilmədiyi üçün iddianın mümkün sayılmaması barədə məhkəmənin gəldiyi nəticə düzgündür.
22. Digər tərəfdən, məhkəmə qətnaməsinin məcburi icrasına nəzarət, həmin qətnaməni qəbul etmiş məhkəmənin mə suliyyət sferasına aiddir və icra sənədi üzrə tədbirlər yalnız müvafiq məhkəmə tərəfindən müəyyən edilə bilər. İcra məmurunun hərəkətinin və ya qərarının hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi hallarda, şəxs sözügedən hərəkətdən və qərardan müdafiə olunmaq üçün icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət edə bilər. Nəzərə almaq lazımdır ki, məhkəmə qərarının icrası ədalətli məhkəmə məhkəmə araşdırması prinsipinın tərkib hissəsi sayılmalı və onun davamı kimi qəbul edilməlidir. Bu mənada hazırkı iş üzrə şəxs bu qaydaya uyğun olaraq, icra sənədini vermiş və icraya nəzarət edən mülki məhkəməyə müraciət etməli idi.
23. Belə ki, Səbail rayon İcra və Probasiya şöbəsinin mübahisə olunan hərəkəti məzmun etibarı ilə mülki hüquq normalarına əsaslanan mü vafiq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun, yəni mülki hüquq normalarına əsaslanan tələb üzrə borcun ödənilməsinə yönəlmişdir. Nəzərə alınmalıdır ki, tələbin icraya yönəldilməsi barədə icra sənədi də borc üzrə mübahisəyə baxmış məhkəmə tərəfindən verilmişdir. Məhkəmə qətnaməsinin icrasına möhlət vermə və ya qətnaməni hissə-hissə icra etdirmə, onun icra üsulunu və qaydasını dəyişdirmə həmin işə baxmış və qətnaməni çıxarmış məhkəmənin səlahiyyət sferasına aiddir. Məhz bu səbəblərdən icra məmurunun məhkəmə qətnaməsinin və həmin qətnamə əsasında verilmiş icra sənədinin icrası üzrə qərarı və ya hərəkəti ilə bağlı mübahisələr inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələr kimi qiymətləndirilə və bu səbəbdən onlara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.
24. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanların davamı və təsdiqi olaraq bir daha vurğulayır ki, Avropa İnsan hüquqları Məhkəməsinin “Assanidze Gürcüstana qarşı” işi üzrə 8 aprel 2004-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə, istənilən məhkəmənin qəbul etdiyi qərarın icrası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə araşdırmasının tərkib hissəsi sayılmalıdır. Məhkəmə tərəfindən verilən qərarın icra olunması Konvensiyanın 6-cı maddəsinin məqsədləri çərçivəsində "məhkəmə araşdırmasının" ayrılmaz tərkib hissəsini təşkil etməlidir (Gülməmmədova Azərbaycana qarşı, § 35, Romańczyk Fransaya qarşı, § 53, aliment üzrə borcların bərpası üzrə məhkəmə qərarının icrası ilə bağlı).
25. Məhkəmə kollegiyasının bu qənaəti həmçin in Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 2017-ci il 10 oktyabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqe ilə də uzlaşır. Belə ki, həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsi baxımından tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 2015-ci il 2 sentyabr tarixli qərarında müəyyən edilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmi n edilməsinə dair işlərə baxırlar.
26. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, hazırkı iddianın inzibati məhkəmə tərəfindən aidiyyətlə bağlı mümkün sayılmaması, müvafiq iddia ilə predmet aidiyyəti üzrə səlahiyyətli məhkəməyə, konkret mübahisəyə münasibətdə isə əsas iş üzrə qətnamə çıxarmış mülki məhkəməyə müraciət etmək hüququnu istisna edə bilməz və etməməlidir. Şəxsin dövlət orqanlarının qərar və hərəkətlərindən məhkəmə qaydasında müdafiə hüququ konstitusiyanın qoruma sferasına aiddir və hər bir halda təmin olunur. Lakin bu tələb şəxsin məhkəmə qaydasında müdafiə hüququnun predmet aidiyyəti üzrə səlahiyyətli məhkəmələr tərəfindən təmin edilməsi prinsipini istisna edən hal kimi təfsir edilməməlidir.
27. İddiaçının Mediasiya Şurası tərəfindən təyin olunmuş mediatorun iştirakı ilə barış ıq və ya razılaşma sazişi hazırlanana qədər mübahisə üzrə işin təxirə salınması barədə vəsatətinə münasibətdə kollegiya qeyd edir ki, yuxarıda qeyd olunmuş səbəblərdən vəsatət təmin olunmamalıdır. Başqa sözlə, hazırkı iş inzibati məhkəmənin səlahiyyətinə aid olmadığı üçün həmin iş üzrə icraatın dayandırılması zərurəti mövcud deyildir. X3 tərəfindən təyin olunmuş mediatorun iştirakı ilə barışıq və ya razılaşma sazişinin hazırlanması hazırkı mübahisənin predmet aiddiyətinə hər hansı şəkildə təsir etməyəcəkdir.
28. Beləliklə, mülki məhkəmə qətnaməsinin icrası üzrə həmin məhkəmə tərəfindən verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qərarına və ya hərəkətinə dair mübahisəyə aidiyyəti mülki məhkəmə tərəfindən baxılmalı və həll edilməlidir.
29. Yuxarıda şərh edilənlərə və İPM-in 96 v ə 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.06.2021-ci il tarixli, 2-1(103)-1551/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.