Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1659/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMFnin Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin Xətai rayon şöbəsinə qarşı təqaüdün ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 09 yanvar 2019-cu il tarixli, 2-1(103)-141/19 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kasasiya ş ikayətinə əsasən işə 01 may 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DSMF-nin Xətai rayon şöbəsinə qarşı təqaüdün 01 sentyabr 2008-ci il tarixdən ödənilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 28.09.2018-ci il tarixli iş № 2-1(82)-2695/2018, (sədrlik edən hakim R.Kərimli) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 28.09.2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərarınqəbul edilməsini məhkəmə ko llegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 09.01.2019-cu il tarixli iş № 2-1(103)141/2019 (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və V.Baxışova) qərardadı ilə birinci instansiya məhkəməsinin 28.09.2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkün sayılmaması və apelyasiya şikayətinin icraata qəbulundan imtina edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,müddətin ötürülməsi ilə bağlı bildirmək istəyirlər ki, həmin dövrdə DSMF-nin Xətai rayon şöbəsində iki dəfə struktur (şöbə müdiri) vəzifəsində dəyişiklik baş vermişdir. Yeni müdir təyin olunan zaman onun imza səlahiyyətləri təsdiq olunmalı və bu da müəyyən vaxt itkisinə səbəb olur ki, bu səbəbdən də apelyasiya şikayəti vermə müddəti üzrlü səbəbdən ötürülmüşdür.Həmçinin bu səbəbdən də hazırkı iş üzrə tərəflərindən apelyasiya şikayətinin verilməsiüçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə ilə də məhkəməyə müraciət edə bilməmişdilər. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 09.01.2019-cu il tarixli qərardadının ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 09.01.2019-cu il tarixli qərardadının ləğv edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesa b edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 09 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi bax ılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 09 yanvar 2019-cu il tarixli, 2-1(103)-141/2019 saylı qərardadla, birinci instansiya məhkəməsinin 28.09.2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkün sayılmaması və apelyasiya şikayətinin icraata qəbulundan imtina edilməsi qənaətinə gələrkən, İnzibati Prosessual Məcəllənin 12.1, 13, 20.1, 22.1, 75.3, 85.1-ci maddələrinə istinad edərək belə hesab etmişdir ki, apelyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən apelyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir, bu səbəbdən həmin şikayət üzrə apelyasiya mümkün sayılmamalı və şikayətin icraata qəbulundan imtina edilməlidir. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,müddətin ötürülməsi ilə bağlı bildirmək istəyirlər ki, həmin dövrdə DSMF-nin Xətai rayon şöbəsində iki dəfə struktur (şöbə müdiri) vəzifəsində dəyişiklik baş vermişdir. Yeni müdir təyin olunan zaman onun imza səlahiyyətləri təsdiq olunmalı və bu da müəyyən vaxt itkisinə səbəb olur ki, bu səbəbdən də apelyasiya şikayəti vermə müddəti üzrlü səbəbdən ötürülmüşdür. Həmçinin bu səbəbdən də hazırkı iş üzrə tərəflərindən apelyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə ilə də məhkəməyə müraciət edə bilməmişdilər. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiy a şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarında olan məhkəmənin göndəriş məktubundan görünür ki, hazırkı iş üzrə birinci istansiya məhkəməsinin qərarı cavabdeh inzibati orqanın əməkdaşı tərəfindən qəbzə imza edilərək 08.10.2018-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibatiiqtisadi məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses işt irakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə müvafiq olaraq müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, müddət qərar ın cavabdeh inzibati orqana rəsmi təqdim edildiyi 08.10.2018-ci il tarixdən hesablanmalıdır. Cavabdeh isə yalnız 16.11.2018-ci il tarixdə apelyasiya şikayəti verərək həmin qərarın qanuniliyinə apelyasiya qaydasında baxılmasını xahiş etmişdir. Qeyd edilənlərdən görünür ki, cavabdeh orqanın məhkəmə qərarına qanuni müddət çərçivəsində şikayət etmək vaxtı olsa da, o, bu etməmiş, 30 gün müddət 08.11.2018-ci il tarixdə bitdikdən 8 gün sonra 16.11.2018-ci ildə apelyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən 28 sentyabr 2018-ci il tarixli qərardan apelyasiya şikayəti onun verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət 8 gün ötürülməklə verildiyindən, bu müddətin bərpası ilə bağlı hər hansı ərizə məhkəməyə təqd im olunmadığından, verilmiş apelyasiya şikayətinin mümkün sayılması üçün hər hansı əsas mövcud deyildir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 09.01.2019-cu il tarixli qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09.01.2019-cu il tarixli 2-1(103)-141/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsı n. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-1659/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1659/2019
01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver