Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-166/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-166/2020) Bakı şəhəri xx xxxxxx 2020-ci il (açar sözlər: cavabdeh qanuni əsaslar olmadan hüquqların qeydiyyatından imtina etmişdir) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, cavabdehin vəkili Vəkil iştirakı, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələ ləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair çıxarışın və plan-ölçünün verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 21(103)-2136/2019 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, XXXyoldaşlığının idarə heyətinin xx xxx 1998-ci il tarixli iclasında həmin bağçılıq yoldaşlığın üzvü XXXin öz xahişi ilə üzvlükdən azad edildiyini və istifadəsində olan Bakı şəhəri, XXX yerləşən ölçüsü 600 kv.m olan 1 saylı bağ sahəsinin ona ayrıldığını, bununla əlaqədar onunla XXXyoldaşlığı arasında xx xxx 1998-ci il tarixli müqavilə bağlandığını və ona bağçının üzvlük kitabçasının verildiyini, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx xxx 2011-ci il tarixdə 25415 nömrə ilə X2 kitabında həmin bağ sahəsinin qeydiyyata alındığını, bağ sahəsinin A seriyalı, 342459 saylı planı və ölçüsünün ona verildiyini, bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın, plan-ölçünün verilməsi barədə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etd iyini, sonuncu, xx xxxx 2019-cu il tarixli məktubla bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adının aşkar olunmadığına, bundan əlavə həmin bağ sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən verilmiş plan və ölçünün mövcud olduğuna, lakin həmin plan-ölçünün təqdim edilmədiyinə, İdarənin elektron kadastr baza məlumatlarına əsasən həmin plan və ölçüdə zəbt sahəsi şərq hissədə göstərilsə də, faktiki olaraq qərb hissədən təcrid olunduğuna, həmçinin bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş protokolun tarixinin üzvlük kitabçası və plan-ölçüdə qeyd olunan protokolun tarixindən fərqli olduğuna istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, Bakı şəhəri, XXX yerləşən ölçüsü 600 kv.m olan 1 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrind ə qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)1620/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, XXX yerləşən ölçüsü 600 kv.m olan 1 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, plan-ölçünün verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakim – S.A.Bəşirov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2136/2019 saylı qərarı ilə (sədrlik edən S.S.Seyidova, hakimlər V.M.Məmmədov və İ.B.Ə hmədov) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilm iş, İddiaçı müvafiq bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 1 saylı Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixdə müraciət etmiş, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamış, həmin bağ sahəsinə dair keçmiş DTXK tərəfindən plan və ölçü verilmiş, lakin sözügedən plan-ölçü İdarəyə təqdim edilməmiş, İdarənin elektron kadastr baza məlumatlarına əsasən həmin plan və ölçüdə zəbt sahəsi şərq hissədə göstərilsə də, faktiki olaraq qərb hissədən təcrid olunmuş, həmçinin bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş protokolun tarixi üzvlük kitabçası və plan-ölçüdə qeyd olunan protokolun tarixindən fərqli olduğundan, ərizənin icrası mümkü n olmamış, məhkəmə tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 67, 68, 111.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 7.1, 9, 11.1, 12.1-ci maddələrinin tələbləri pozulmuşdur. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında apardığını və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Ərazi İdarəsinin dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdeh olduğunu qeyd etməklə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş i şdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayar kən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 21(103)-2136/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, XXXyoldaşlığının idarə heyətinin xx xxx 1998-ci il tarixli iclas protokoluna görə bağçılı q yoldaşlığın üzvü XXX öz xahişi ilə üzvlükdən azad edilərək, onun istifadəsində olan Bakı şəhəri, XXX yerləşən ölçüsü 600 kv.m olan 1 saylı bağ sahəsi İddiaçı ayrılmış, İddiaçı ilə XXXyoldaşlığı arasında bağlanmış xx xxx 1998-ci il tarixli, 2/1 saylı müqaviləyə görə Bakı şəhəri, XXX yerləşən ölçüsü 600 kv.m olan 1 saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmiş, XXXyoldaşlığının üzvlük kitabçasına görə iddiaçı həmin bağçılıq yoldaşlıq təsərrüfatının üzvlüyünə qəbul olunmuş və bununla əlaqədar olaraq ölçüsü 600 kv.m olan 1 saylı bağ sahəsi onun istifadəsinə verilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx xxx 2011-ci il tarixli, 342459 saylı torpaq sahəsinin planı və ölçüsünə görə həmin bağ sahəsinin kadastrı İddiaçı adına 25415 nömrə ilə X2 kitabında qeydiyyata alınmış, “Azəryeyintiətsüdsənaye” Dövlət Baş Layihə X1 nəzdində yaradılmış XXXyoldaşlığının üzvlərinin dəqiqləşmiş siyahısına görə 40-cı sırada iddiaçının adı, habelə torpaq sahəsinin nömrəsi və ölçüsü göstərilmiş, iddiaçı, həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın, plan-ölçünün verilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu, xx xxxx 2019-cu il tarixli məktubla bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmadığına, bundan əlavə həmin bağ sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən verilmiş plan və ölçünün mövcud olduğuna, lakin plan-ölçünün təqdim edilmədiyinə, İdarənin elektron kadastr baza məlumatlarına əsasən həmin pl an və ölçüdə zəbt sahəsi şərq hissədə göstərilsə də, faktiki olaraq qərb hissədən təcrid olunduğuna, həmçinin bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş protokolun tarixinin üzvlük kitabçası və plan-ölçüdə qeyd olunan protokolun tarixindən fərqli olduğuna istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, bağ sahəsinin iddiaçıya ayrılması ilə əlaqədar keçirilən iclasın protokolunun xx xxx 1998-ci il tarixdə tərtib olunmasına, lakin müqavilənin xx xxx 1998-ci il tarixdə bağlanmasına qanunvericiliklə heç bir məhdudiyyət qoyulmamış, bundan başqa XXXyoldaşlığının idarə heyətinin xx xxx 1998-ci il tarixli iclasında həmin bağçılıq-yoldaşlığın üzvü XXXin öz xahişi ilə üzvlükdən azad edilməsi və onun istifadəsində olan Bakı şəhəri, XXX yerləşən ölçüsü 600 kv.m olan 1 saylı bağ sahəsinin İddiaçı ayrılması, bununla əlaqədar olaraq onun bağ sahəsinə dair müqaviləyə və kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına, müvafiq olaraq verilmiş üzvlük kitabçasına, habelə üzvlərin iclasının protokoluna malik olması iş materialları ilə təsdiq edilmiş, həmçinin iddiaçı yalnız Bakı şəhəri, XXX yerləşən ölçüsü 600 kv.m olan 1 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə və daha sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, iddia tələbində də yalnız həmin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın reyestrdən çıxarışın, plan-ölçünün verilməsi göstərilmiş, iddiaçı tərəfindən həmin bağ sahəsinin hüdudlarından kənarda yerləşən başqa heç bir əraziyə iddia edilməmiş, beləliklə, cavabdehin imtinası qanuna zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqla r vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, h əyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə K omitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin X2, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funks iyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Resp ublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmət in vəzifələrindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası XXXyoldaşlığının idarə heyətinin xx xxx 1998-ci il tarixli iclasında həmin bağçılıqyoldaşlığın üzvü XXXin öz xahişi ilə üzvlükdən azad edilərək onun istifadəsində olan Bakı şəhəri, XXX yerləşən ölçüsü 600 kv.m olan 1 saylı bağ sahəsinin İddiaçı ayrıldığını, onunla bağ sahəsinə dair müqavilə bağlanaraq kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına daxil edildiyini, müvafiq olaraq üzvlük kitabçası verildiyini, bağçılıq üzvlərinin dəqiqləşdirilmiş siyahısında iddiaçının adının 40-cı sırada qeyd edildiyini, iddiaçının yalnız Bakı şəhəri, XXX yerləşən ölçüsü 600 kv.m olan 1 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə və daha sonra hazırki iddia ilə məhkəməyə müraciət etdiyini, iddia tələbində də yalnız həmin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın reyestrdən çıxarışın, plan-ölçünün verilməsinin göstərildiyini, iddiaçı tərəfindən həmin bağ sahəsinin hüdudlarından kənarda yerləşən başqa heç bir əraziyə iddia edilmədiyini, beləliklə, cavabdehin imtinası qanuna zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olduğunu nəzərə alaraq kassasiya şikayətinin məhkəmə tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67, 68 və 111.1-ci maddələrinin pozulması və iddiaçının adının siyahıda qeyd edilmədiyi barədə dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməmə si barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)2136/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2136/2019 saylı qərarı dəyişdirilmədən saxlanıls
Məhkəmə qərarları › İş №2-1(102)-166/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-166/2020
08.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver