Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-166/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 63.5 yaşı tamam olmuş kişiyə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Binəqədi Xidmət nümayəndəliyi) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 iyul tarixli, 2-1(103)-301/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 3 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təqdim edilmiş sənədlərə əsasən tələb olunan pensiya kapitalı olmadığından İddiaçı pensiya təyin edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 15 may tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan pensiya kapitalının yenidən düzgün hesablanması və bunun əsasında əmək pensiyası təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 63 yaş 6 ayı tamam olduğu tarixdən, yəni 2018-ci il 20 aprel tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 1 oktyabr tarixli, 2-1(81)2443/2019 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1 976-cı il 10 mart tarixdən 2004cü il 21 noyabr tarixə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin, cavabdeh inzibati orqan imtina məktubu ilə ona pensiya təyin olunmasından imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, işlədiyi dövrlərin düzgünlüyü öz təsdiqini tapmamışdır. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 4 noyabr tarixli, 2-1(81)2443/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 63 yaş 6 ayı tamam olduğu 2018-ci il 20 aprel tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il 1 yanvar tarixə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Həmçinin qanunvericiliklə həmin müəssisə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı il 1 yanvar tarixə yaranmış borcları 2018-ci il 1 aprel tarixdən silinmişdir. Beləliklə, iddia təmin edilməlidir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 10 iyun tarixli, 2-1(103)-586/2020 nömrəli qərarı ilə 1 s aylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 4 noyabr tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 25 il və daha artıq müddətdə sığorta stajı olmalı və ya pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən məbləğdə olmalıdır. apellyasiya şikayətində İddiaçı Nəzər oğlunun 1994-cü il 15 avqust tarixdən 2007-ci il 21 noyabr tarixədək işlədiyi dövr mübahisələndirilmişdir. Əmək kitabçasının surətindən göründüyü kimi, iddiaçı mübahisəli «Xidmət-İ» İKF adlı müəssisəyə 1994-cü il 15 avqust tarixdə elektrik çilingəri vəzifəsinə qəbul olunmuş, 2004-cü il 21 noyabr tarixdə müəssisənin maliyyə vəziyyəti ağır olduğu üçün öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da həmin müəssisədə elektrik çilingəri vəzifəsində işləmiş olduğunu qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X2 İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab məktubundan görünür ki, idarədə olan reyestrdə “Xidmət-İ” İKF və “Xidmət-1” adlı kommersiya qurumu aşkar edilməmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin cavab məktubundan görünür ki, “Xidmət-1” X1 arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Beləliklə, iddiaçının əmək kitabçasında göstərilmiş həmin staj dövrün ün ümumi əmək stajına hesablanması mümkün deyil və İddiaçı “Xidmət-1” X1 1994-cü il 15 avqust tarixdən 2004-cü il 21 noyabr tarixlərdə sosial sığorta üzrə ayırmaların olmasını sübut edə bilməmiş, cavabdeh inzibati orqan arxiv məlumatlarında iddiaçının həmin müəssisədə işlədiyi illərdə sosial sığorta stajının qarşılıqlı yoxlanılmasının mümkün olmadığına əsaslanmış, məhkəmə sorğusu əsasında əldə edilmiş məlumatlarda isə həmin dövrlə bağlı arxiv sənədlərinin aşkar edilmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, 2017ci il 01 iyul tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əsaslardan biri də pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına i mkan verməsidir. Lakin iddiaçı kifayət qədər pensiya kapitalı toplamamışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 sentyabr tarixli, 2-1(102)-1871/2020 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 10 iyun tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
15. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyala rı haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2.1-ci bəndinə əsasən 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, hazırda qüvvədə olan qaydalarda da 2006-cı il 1 yanvar tarixə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Digər tərəfdən kollegiya qeyd etmişdir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında göstərilən məlumatla rın həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin yuxarıda göstərilmiş normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, məhkəmələr hazırkı inzibati mübahisəni həll edərkən İPM-nin 12-ci maddəsinin tələblərinə riayət etməmişlər. Belə ki, istənilən müəssisələrin dövlət qeydiyyatı şəhər (rayon) icra hakimiyyətlərində, sonradan Ədliyyə Nazirliyində aparılmış və nəhayət hal-hazırda Dövlət Vergi Xidmətinin müvafiq strukturlarında a parılmaqdadır. Apellyasiya məhkəməsi isə bunu nəzərə almayaraq, “Xidmət İ” İKF-nin “Xidmət 1” adlı kommersiya qurumunun qeydiyyatı ilə bağlı yuxarıda sadalanan 3 dövlət orqanından yalnız 1-nə sorğu göndərmişdir. Digər tərəfdən, iddiaçının əmək kitabçasında “Xidmət İ” İKF ilə bağlı qeydlərdə həmin hüquqi şəxsin möhürü də vurulmuş, lakin apellyasiya məhkəməsi həmin möhürün mötəbərliyi ilə bağlı Maliyyə Nazirliyinə müraciət etməmişdir. Eyni zamanda, “Xidmət İ” İKF-nin fəaliyyət göstərdiyi dövrdə vergi orqanına bəyannamələrin verilib-verilməməsi də araşdırılmamışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi inzibati mübahisəni tam və hərtərəfli araşdırmamış, işə səthi və formal yanaşmışdır. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 2021-ci il 27 iyul tarixli, 2-1(103)-301/2021 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 4 noyabr tarixli qərarı dəyişdirilmiş, iddiaçıya 63 yaş 6 ayı tamam olduğu tarixdən, yəni 2018-ci il 20 oktyabr tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq iddiaçıya yaşa görə əmək pensiyasının 63 yaş 6 ayı tamam olduğu vaxtdan təyin edilməsi nəticəsinə gəlsə də, pensiyanın təyin edilməsi tarixini düzgün müəyyənləşdirməmişdir. İddiaçının 1955-ci il aprelin 20-də doğulduğu nəzərə alındıqda, onun 63 yaş 6 ayının tamam olduğu 2018-ci il 20 oktyabr tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Həmçinin iddiaçının 25 ildən artıq staja malik olduğu ona məxsus hərbi bileti, orta ixtisas təhsili haqqında sənədi, əmək kitabçası ilə təsdiq olunduğundan pensiya kapitalının müəyyən edilməsinə zərurət yoxdur.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 16 sentyabr tarixdə qəbul edilmiş qərarı üzrə Bakı Apellyasiya Məhkəməsi Ali Məhkəmənin göstərişlərinə tamı şəkildə əməl etməmişdir. Bakı Apellyasiya Məhkəməsi qərarında müəssisənin möhürünün mötəbərliyi ilə bağlı Maliyyə Nazirliyinə göndərilmiş sorğunun cavabını qeyd etməmi ş və ya ümumiyyətlə belə bir sorğu göndərməmişdir. Həmçinin, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər İdarəsinin Hüquqi X2ı idarəsinin göndərdiyi cavabda Xidmət-1” X1 1994-cü il 3 may tarixdən qeydiyyatdan keçməsi barədə cavab alınsa da, bu hələ iddiaçının həmin müəssisədə işləməsi faktını özlüyündə təsdiq etmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası bu məqamlara əhəmiyyət verməmiş və öz qərarını qanuna zidd şəkildə qəbul etmişdir. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 iyul tarixli qərarı əsassızdır və ləğv edilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxı mdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
26. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə görə, sı ğortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir.
27. Hazırkı işdə də iddiaçı öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslan ır.
28. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
29. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
30. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
31. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmi n olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 iyul tarixli, 21(103)-301/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.