Məhkəmə qərarları › İş №2-1(102)-166/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-166/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-166/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi əmək pensiyasına əlavənin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığ ı vaxtdan ona ödənilməli olan pensiyanın hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyul 2023-cü il tarixli, 2-1(103)-1316/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək (1 il 6 ay 21 gün) və xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək (1 il 5 ay 8 gün) SSRİ Texniki Peşə Təhsili Komitəsində mühəndis vəzifəsində işləmiş, xx.xx.1975-ci il tarixdən xx.xx.1977- ci il tarixədək (2 il 1 ay 2 gün) ezamiyyətdə (Nigeriya Federativ Respublikasında) olmuşdur (işlədiyi müəssisə tərəfindən göndərilmişdir).

2. İddiaçıya xx.xx.1999-cu il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, dövlət qulluğu stajı 5 ildən az (2 il 11 ay 29 gün (xx.xx.1973xx.xx.1975-ci il və xx.xx.1977 xx.xx.1978-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ona ödənilməli olan pensiyanın hesablanaraq ödənilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1938-cü il təvəllüdlü olmaqla, xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək Azərbaycan SSR Texniki Peşə Təhsili Komitəsində işləmişdir. xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək əmək haqqı saxlanılmaqla Nigeriya Federativ Respublikasında ezamiyyətdə olmuş və qayıtdıqdan sonra Azərbaycan SSR Texniki Peşə Təhsili Komitəsində işləməyə davam etmişdir. Onun 24 aylığa ezam olunmağı faktı əmək kitabçasında da öz əksini tapır. Hesab edir ki, ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməli və hüququnun yarandığı vaxtdan ona ödənilməli olan pensiyanın hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.

6. Cavabdeh iddiaya qarşı yazılı etirazında işin hall arına istinad edərək iddia tələbinin əsassız olduğunu qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 7-ci bəndinə əsasən, dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması şərtilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət onun qulluq stajına daxil edilir. İddiaçı ezamiyyətdə olduğu müddətdə onun qulluğu vəzifəsinin və əmək haqqının saxlanılmasını təsdiq edən müvafiq sənədi təqdim etmədiyi üçün qeyd olunan dövrlərin qulluq stajına daxil edilməsi mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası T əhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli 00-25-57/10 nömrəli məktubunda qeyd olunanlara əsasən, İddiaçı Azərbaycan SSR Texniki Peşə Təhsili Komitəsi tərəfindən Nigeriya Federativ Respublikasına ezamiyyətə göndərildiyi illərdə qulluğu vəzifəsinin və əmək haqqının saxlanılmasına dair məlumatı, Komitənin arxiv sənədlərində onun barəsində müvafiq əmr tapılmadığı üçün təqdim etmək mümkün olmamışdır. Beləliklə də, iddiaçının qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımından, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ yaranmır.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: G.A.Sevdimalıyeva) 14 noyabr 2022-ci il tarixli, 2-1(112)-10435/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasına əlavənin təyin edilərək yaşa görə pensiya hüququnun yarandığı vaxtdan hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirilən dövlət qulluğu stajı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək ezamiyyətdə olduğu müddətdir ki, bu da 2 il 1 ay 2 gün təşkil edir. Cavabdehin dəlili ondan ibarətdir ki, iddiaçının ezamiyyətdə olduğu müddətdə onun qulluğu vəzifəsinin və əmək haqqının saxlanılmasını təsdiq edən müvafiq sənədi təqdim edilmədiyi üçün qeyd olunan dövrlərin onun qulluq stajına daxil edilməsi mümkün olmamışdır. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli İ-3328/23-24 nömrəli arxiv arayışınd a edilir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin arxiv sənədlərinə əsasən, İddiaçı həqiqətən, Azərbaycan SSRİ Texniki Peşə Təhsili üzrə Komitənin xx.xx.1973-cü il tarixli 260 saylı əmri ilə İstehsalat Texniki şöbəsinə böyük mühəndis vəzifəsinə təyin edilmişdir. xx.xx.1975-ci il tarixli 67 ok saylı əmr ilə xaricə işləməyə göndərilmiş və xaricdə ezamiyyə müddəti bitdikdən sonra xx.xx.1977-ci il tarixli 95 ok saylı əmr ilə Bakı Texniki Peşə təhsili üzrə idarənin rəis əvəzi vəzifəsinə təyin olunmuş və xx.xx.1978-ci il tarixli 284 ok saylı əmr ilə həmin vəzifədən azad edilmişdir. İddiaçının qeyd edilən dövrdə ezamiyyətdə olması müvafiq olaraq əmək kitabçasında da öz əksini tapmışdır. Beləliklə, iddiaçının dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxs kimi qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi hüququ var.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçının 1973-1978-ci illərdə Azərbaycan SSR Texniki Peşə Təhsili Komitəsində iş müddətinin dövlət qulluqçusunun qulluq stajı hesablanarkən nəzərə alınıbalınmaması məsələsinə münasibət bildirilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə müvafiq sorğu göndərilmiş və sonuncu 24 may 2023-cü il tarixli, 9-3/2-1095/2023 nömrəli cavab məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqan larında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uy ğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın 1-ci və 2ci bəndlərinə əsasən aparılmışdır. Həmin Siyahının 1.16-ci bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabe liyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin Təsnifat Toplusunda göstərilən Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) Nazirlər Kabineti yanında və yaradılan orqanların aparatında mövcud olan dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 25 avqust 1970-ci il tarixli 328 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR Nazirlər Sovetinin Texniki Peşə Təhsili Dövlət Komitəsinin Əsasnaməsinin 1-ci hissəsinə əsasən, Komitə ittifaq-respublika orqanı olmuşdur. Əsasnamədə Komitənin maliyyələşdirilmə mənbəyi ilə bağlı heç bir norma nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, Komitənin maliyyələşdirilmə mənbəyini və təqdim edilən sənədə əsasən iddi açının çalışdığı struktur bölmə və vəzifəni müəyyən etmək mümkün olmadığından, məsələyə rəy verilməsi mümkün olmamışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) 11 iyul 2023cü il tarixli, 2-1(103)-1316/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2-1(112)-10435/2022 nömrəli qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq və X1 xx.xx.2023-cü il tarixli məktubunun məzmununa istinad edərək qeyd etmişdir ki, iddiaçının vəzifəsinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən hər hansı dövlət qulluğu vəzifəs inə uyğunluğu müəyyən edilmir.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

14. İddiaçı kassasiya şikayətində iddia ərizəsində sadaladığı dəlilləri təkrarlamış, əlavə olaraq qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianı yalnız ona görə rədd etmişdir ki, iddiaçının dövlət qulluğu vəzifəsinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən hər hansı dövlət qulluğu vəzifəsinə uyğunluğu müəyyən olunmur. Məhkəmənin istinad etdiyi həmin hal cavabdeh tərəfind ən işə apellyasiya instansiyasında baxılan zaman yeni dəlil kimi irəli sürülmüşdür. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın 1.15-ci bəndində onun çalışdığı vəzifələrin hansı vəzifələrə uyğunlaşdırıldığı göstərilmişdir. Belə ki, Azərbaycan SSR Texniki Peşə Təhsili Komitə sində baş mütəxəssis və şöbə müdirinin müavini vəzifələrində çalışmışdır. Siyahıda həmin vəzifələr müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi İcra Hakimiyyəti orqanlarının aparatında böyük məsləhətçi və yardımçı şöbə müdirinin müavini vəzifələrinə uyğunlaşdırılmışdır. Bundan əlavə, Azərbaycan SSR Texniki Peşə Təhsili Komitəsinin maliyyələşmə mənbəyinin müəyyən edilməsinin mümkün olmaması dəlili əsassızdır. Çünki, SSRİ dövründə bütün dövlət qurumlarının yeganə maliyyələşmə mənbəyinin dövlət büdcəsi olması bəlli haldır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək p ensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu (xx.xx.2017-ci il tarixədək qüvvədə olan): Maddə 20.Qulluq stajına görə əmək pensiyasına əlavələr... 20.11.1. Dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; … 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənil məklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 18. “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası” (14 iyul 2021-ci il tarixədək qüvvədə olmuş) Bənd

7. Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması şərti ilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət onun qulluq stajına daxil edilir.

19. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və tək lifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin tə min edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 2

0. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. Hazırkı işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı ha qqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xx.xx.1999-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

24. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasına əsasən onun işlədiyi xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək 1 il 6 ay 21 gün və xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 1 il 5 ay 8 gün olmaqla, ümumilikdə 2 il 11 ay 29 gün müddəti mübahisələndirməməklə dövlət qulluğu stajına daxil edir.

25. İddiaçının cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən dövlət qulluğu stajı isə xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək ezamiyyətdə olduğu dövrü əhatə edir ki, cavabdeh inzibati orqan bu müddətdə onun dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılmasını təsdiq edən müvafiq sənəd təqdim etmədiyini əsas gətirə rək, bu müddətin iddiaçının dövlət qulluğu stajına daxil edilməsindən və onun pensiyasına dövlət qulluğu vəzifəsinə görə əlavələr hesablanmasından imtina edir.

26. Göründüyü kimi, cavabdeh iddiaçıya verdiyi imtina məktubunda iddiaçının Azərbaycan SSRİ Texniki Peşə Təhsili üzrə Komitədə işlədiyi vəzifələrin dövlət qulluğu sayılmaması ilə bağlı hər hansı dəlil irəli sürməmişdir. İmtinanın yeganə dəlili- iddiaçının ezamiyyətdə olduğu dövrlə bağlıdır. Bununla belə, apellyasiya instansiyası məhkəməsi X1 xx.xx.2023-cü il tarixli məktubunun məzmununa istinad edərək qeyd etmişdir ki, iddiaçının mübahisələndirilən dövrdə işlədiyi vəzifənin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunluğu müəyyən olunmur.

27. Məhkəmə kollegiyası apellyasiya inst ansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifəsindəki məlumata əsasən, “1940-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Əmək Ehtiyatları İdarəsi yaradılıb və texniki-peşə təhsili müəssisələri həmin idarənin tabeliyinə daxil edilib. Hökumətin qərarı ilə həmin idarə əsasında 1959-cu ildə yaradılan X2 Təhsili Komitəsi 1988-ci ilədək fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə Ali və Orta İxtisas Təhsili Komitəsi (1964-cü ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilib) yaradılıb. Respublikanın ali və orta ixtisas məktəbləri bu qurumun tabeliyinə verilib və Ali və Orta İxtisas Təhsili Nazirliyi 1988-ci ilədək fəaliyyət göstərib. Ümumiyyətlə, 1959-cu ildən 1988-ci iləd ək Azərbaycanda təhsillə bağlı 2 nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, X2 Təhsili Komitəsi) fəaliyyət göstərib. 1988-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə hər üç nazirlik ləğv edilərək onların bazasında Xalq Təhsili Nazirliyi yaradılıb və nazirliyin strukturu təsdiq olunub. Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1993-cü il tarixli sərəncamı ilə Xalq Təhsili Nazirliyinin adı dəyişdirilərək Təhsil Nazirliyi adlandırılıb” (mənbə: https://edu.gov.az/accessibility/ministry.

28. Göründüyü kimi, X2 Təhsili Komitəsi müstəqil dövlət komitəsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının (bundan sonra-Siyahı) 1.15-ci bəndində “Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında” müəyyən vəzifələr təsbit edilmişdir. Həmin vəzifələr arasında da “aparıcı idarənin şöbə rəisinin müavini, müstəqil şöbə rəisinin müavini, baş mütəxəssis (iqtisadçı, maliyyəçi, hüquqşünas, mühasib və digər)” göstərilmişdir. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh imtinasında da bu halı mübahisələndirməmi ş, əksinə, iddiaçının 2 il 11 ay 29 gün dövlət qulluğu stajı olmasını qeyd etmişdir.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi vəzifələrin dövlət qulluğuna uyğunlaşdırılmasının mümkün olmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsassızdır.

30. Məhkəmə kollegiyası cavabdehin “iddiaçının ezamiyyətdə olduğu müddətdə onun dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılmasını təsdiq edən müvafiq sənədi təqdim etməməsi”nə dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının xx.xx.1975xx.xx.1977-ci il tarixləri arasında ezamiyyətdə olması işin mübahisəsiz halıdır (bu fakt əmək kitabçası və dövlət orqanının arayışı ilə təsdiq olunur). İddiaçının ezamiyyətdə olduğu müddətdə onun dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılmasını təsdiq edən m üvafiq sənədin təqdim edilməsinin hazırda mümkün olmaması isə iddiaçının təqsiri ilə bağlı olmadığından bu hal onun ziyanına şərh edilə bilməz. Bundan əlavə, əmək kitabçasında da iddiaçının xx.xx.1977-ci ildə ezamiyyətdən qayıtdığı və xx.xx.1977-ci ildən idarə rəisinin müavini əvəzi təyin olunduğu qeyd edilmişdir. Göründüyü kimi, ezamiyyətdən qayıtdıqdan dərhal - 1 gün sonra əvvəlki qurumda işə başlaması iddiaçının ezamiyyətə getdiyi vaxt iş yerinin saxlanılması anlamına gəlməyə əsas verir.

31. Beləliklə, iddiaçının ezamiyyətə gedərkən onun işlədiyi dövlət qulluğu vəzifəsinin saxlanılması iş materialları ilə təsdiqləndiyindən, onun pensiyasına dövlət qulluğuna görə müvafiq əlavələr hesablanıb ödənilməlidir.

32. Bununla yanaşı, iddiaçıya dövlət qulluqçusu kimi pensiya “Əmək pensiyaları ha qqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən müraciət etdiyi tarixdən (xx.xx.2022-ci il) əvvəlki üç il üçün ödənilməlidir (xx.xx.2019-xx.xx.2022-ci illərdə aldığı pensiya məbləği nəzərə alınmaqla fərq ödənilməlidir).

33. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

34. Ali Məhkəmənin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx.xx.2020-ci il ta rixli kollegial qərardadındakı hüquqi mövqeyə əsasən: 34.1 “2006-cı il 01 yanvar tarixdən qüvvəyə minən və hazırda da qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən vahid normativ-hüquqi akt kimi çıxış edir. 34.2. Həmin Qanunun 31.1-ci maddəsinin ilkin redaksiyasına əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin maddəyə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir) edilmiş dəyişikliyə əsasən maddədən “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılmışdır. 34.3. Həmin Qanunun 32.1-ci maddəsinin ilkin redaksiyasına əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən ömürlük təyin edilir. 34.4. 2007-ci il 6 noyabr tarixli 474-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-ci maddə yeni redaksiyada verilmişdir - yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. 34.5. Həmin maddəyə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir) edilmiş dəyişikliyə əsasən maddədən “əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla” sözləri çıxarılmışdır. 34.6. 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir) Qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, 2018-ci il 30 noyabr tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə isə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. 34.7. Qanunun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesabl anan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.... 34.8. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından (bax: 39-45-ci bəndlər) göründüyü kimi 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. 34.9. Nəhayət kollegiya onu da qeyd edir ki, keçmiş dövr üçün alınmamış p ensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur (məs; Vergi Məcəlləsinin 85-ci maddəsi, “ Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi və s.). Odur ki, kollegiya hesab edir ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir”. 34.10. Həmin kollegial qərardadın nəticə hissəsində qeyd edilmişdir ki: “”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.”

35. Beləliklə, hazırkı iş üzrə iddiaçının pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış olsa da, iş m ateriallarında cavabdehə xx.xx.2022-ci il tarixdə müraciət etdiyi müəyyən olunduğundan, ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi tətbiq edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyul 2023-cü il tarixli, 2 1(103)-1316/2023 nömrəli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasına əlavənin təyin edilməsi və xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar