Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1660/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçıvə vəkili Vəkil, cavabdehin vəkili Gülbala Zamanovun iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin i nzibati-iqtisadi kollegiyasının 25 dekabr 2018-ci il tarixli, 2-1(103)-2861/18 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kasasiya şikayətlərinə əsasən işə 01 may 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü, İddiaçı Astara rayonunda anadan olmuşdur. Onun əmək fəaliyyəti əmək kitabçasına əsasən 01.02.1976-cı il tarixdən 06.11.1978-ci il tarixədək Astara rayonunun Kuybışev adına sovxozda fəhlə, 16.11.1979-cu il tarixdən 01.08.1983-cü il tarixədək Bakı “Kondisioner” zavodunda müxtəlif peşələrdə, 16.04.1984-cü il tarixdən 25.09.1984-cü il tarixədək Bakı ayaqqabı fabrikində “biçici” şagirdi peşəsində, 02.10.1989-cu ildən 07.06.1990-cı il tarixədək 5-ci dərəcə verilməklə fəhlə, 02.10.1989-cu il tarixdən 07.06.1990-cı il tarixədək 2 saylı Bakı ayaqqabı fabrikində 5-ci və 6-cı dərəcə ilə “biçici" peşəsində, 01.07.1998-ci ildən hal-hazıradək “xxxx” ASC-də kəsmə, doğrama sahəsində “biçici” peşəsində işləyir kimi qeyd olunmuşdur. Onun 42 il əmək stajı mövcuddur. Həmin stajın 34 ilini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatda işləmişdir. Bildirir ki, onun güzəştli şərtlərlə yaşa, görə əmək pensiyası hüququ 29.04.2014-cü il tarixdə yaranmışdır. Ancaq qanunu bilmədiyinə və savadsız olduğuna görə həmin vaxt yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etməmişdir. Buna baxmayaraq, ona yaşa görə əmək pensiyası 29.04.2014-cü il tarixdən təyin edilm əmişdir. İddiaçı cavabdeh DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddiaçının 55 yaşı olması ilə əlaqədar 29 aprel 2014-cü il tarixindən güzəşti şərtlərlə əmək pensiyası təyin edilməsi 29.04.2014-cü il tarixdən bu günə qədər ona ödənilməli olan əmək pensiyasının məbləğinin “Əmək pensiyası haqqında" Azərbaycan Respublikası Qanununun 29.04.2014-cü il tarixində qüvvədə olan tələbləri əsasında hesablanıb birdəfəyə ona ödənilməsi cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 12.09.2018-ci il tarixli iş № 2-1(82)-2932/2018, (sədrlik edən hakim E.Mustafayev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qəra rından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 12.09.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 25.12.2018-ci il tarixli iş № 2-1(103)2861/2019 (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və V.Baxışova) qərarı ilə apelyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın qismən təmin edilməsi, İddiaçı 22 may 2015-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilərək həmin tarixdən bu günə qədər ona ödənilməli olan əmək pensiyasının məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında hesablanıb birdəfəyə ona ödənilməsi vəzıfəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,o, xx xxxxx 1959-cu ildə Astara rayonunda dünyaya gəlmişdir. 01 fevral 1976-cı ildən bu günə kimi müxtəlif peşələrdə işləmişdir. 16 aprel 1984-cü ildən 25 sentyabr 1984-cü ilədək Bakı Tikinti Fabrikində “Biçinçi” şagirdi vəzifəsində 25 sentyabr 1984-cü ilə kimi biçinçi 5-ci fəhlə dərəcəsində işləmişdir. 02 oktyabr 1989-cu ildən 07 iyun 1990-cu il tarixədək 2 saylı Bakı Ayaqqabı fabrikində 5-ci və 6-cı dərəcə ilə biçinçi vəzifəsində işləmişdir. 01 iyul 1998-ci ildən indiyədək “xxxx” ASC-də kəsmə-doğrama sahəsində biçinçi vəzifəsində işləyir. Ümumi əmək stajı 42 ildir. Adı çəkilən əmək stajının 34 ilini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən istehsalatda işləmişdir. Əvvəla qeyd etmək istəyir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 16 aprel 1984-cü ildən qanunda göstərilən zərərli peşə ilə məşğul olduğu üçün 16 aprel 2014-cü ilədək olan müddət üçün müəyyən edilə bilər. Həmin günədək qüvvədə olan qanunun tələblərinə uyğun olaraq ödənilməlidir. Bu əsasla ki, qanunun keçmiş tələblərinə görə pensiya yaşı 52 olmasına baxmayaq o, həmin vaxt 56 yaşı olub 20 il sığorta stajına ma lik olmuşdur və müəyyən edilən 10 ildən artıq, yəni, həmin 16 aprel 2014-cü il tarixədək 30 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranıb. Bu halların heç biri apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymətləndirilməyib. Belə ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etmiş olduğu qərarda onun cavabdehə ünvanlanmış olduğu müraciət məktubun 22 may 2015-ci il tarixdən hesablanması göstərilir. “Əmək pensiyası haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdə ki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bu maddənin tələblərini əsas tutmaqla iddia tələbini qismən təmin etmişdir. Halbuki qeyd etdiyi bu maddə adı çəkilən qanuna 10 mart 2017-ci ildə əlavə olunub o, isə qanunla müəyyən edilən əmək pensiyası almaq hüququ yaşına 16 aprel 2014-cü ildən yaranıb. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2-1(103)2861/2018 saylı qərarını ləğv edib iddia tələbinin tam təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbini tam, hərtərəfli və obyektiv araşdırmadan formal bir qərar qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir.Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı 01.02.2007-ci ildən 01.08.201 7-ci il tarixədək 7 il 10 ay sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və 01.01.2018-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 11812,06 manat pensiya kapitalı vardır.Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 50 yaşının tamam olduğu 29 oktyabr 2009-cu il tarixdə yaranmışdır. Lakin o, inzibati orqana 22.05.2018-ci il tarixdə müraciət etdiyinə görə onun mü raciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün, yəni 22.05.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanaraq birdəfəlik ödənilməsi hüququ vardır.Lakin hesab edir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbi əsassızdır.Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin “Siyahısı” üzrə əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrin də, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.İşçinin güzəştli şərtlərlə əmək pensiya hüququnun yaranmasından ötrü onun müəyyən olunmuş müddətdə güzə ştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında adı göstərilmiş işlərdə tam iş günü ərzində çalışması zəruri şərtdir.İddiaçı işlədiyi "biçici” peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamış, zərərli iş sayılmır və güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranmasına səbəb ola bilməz.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2-1(103)-2861/2 018 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2-1(103)-2861/2018 saylı qərarını ləğv edib iddia tələbinin tam təmin edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı d a, onun vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2-1(103)-2861/2018 saylı qərarını ləğv edib iddia tələbinin tam təmin edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili G.Zamanov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, apelyasiya instansiyası məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2-1(103)-2861/2018 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qərarı qismən, yəni, iddiaçının iddiasının qismən təmin edilməsi hissəsində ləğv edilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının iddiası sözügedən əmək pensiyasının təyi n edilməsinə dair hissəsi iddiaçının tələb etdiyi tarixdən, yəni, 29 aprel 2014-cü il tarixindən təyin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 25 dekabr 2018-ci il tarixli, 2-1(103)-2861/2018 saylı qərarla, apelyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın qismən təmin edilməsi, İddiaçı 22 may 2015-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilərək həmin tarixdən bu günə qədər ona ödənılməli olan əmək pensiyasının məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında hesablanıb birdəfəyə ona ödənilməsi vəzıfəsinin cavabdeh Azərb aycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulması qənaətinə gələrkən 01 avqust 1997-ci ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 25 dekabr 2018-ci il tarixli, 2-1(103)-2861/2018 saylı qərarı və həmin qərardan həm iddiaçı və həm də cavabdeh tərəfindən verilmiş kasasiya şikayətləri ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə qarşı “iddiaçının 55 yaşı olması ilə əlaqədar 29 aprel 2014-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi 29 aprel 2014-cü il tarixdən bu günə qədər ona ödənilməli olan əmək pensiyasının məbləğinin “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 29 aprel 2014-cü il tarixində qüvvədə olan tələbləri əsasında hesablanın birdəfəyə ona ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmisdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün zəruri staja malik olmaqla yanaşı həm də buna əsas verən peşələrdə işləmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 29 aprel 2014-cü il tarixdə yarandığ ından, həmin tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Lakin apelyasiya instansiyası məhkəməsi bununla əlaqədar olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğunu müəyyən edərkən düzgün qənaətə gəlmişdir, lakin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını düzgün olmayaraq 55 yaşdan təyin etmiş, həmçinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 01 avqust 1997-ci ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, iddiaçı 01 fevral 1976-cı il tarixdə əmək fəaliyyətinə başlamışdır, onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi vaxtı, yəni 01 yanvar 2006-cı ilə qədər 30 ilə yaxın əmək stajı olmaqla, qanunvericiliklə nəzərdə tutulmuş 20 il əmək stajından artıqdır. İddiaçının 20 il stajı 1998-ci ildə tamam olduğundan onun “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, 50 yaş yarımdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçının çalışdığı “biçici” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetınin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə tə sdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərın, peşələrın, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında “Dəri və xəz istehsalatları, dəri-xəz xammalının ilkin emalı” adlı bölməsində dərilərə lak vuranlar, dəri boyaqçıları adı ilə 22108000 nömrəli kodla qeyd edilmişdir. Bu peşə həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Dəri və xəz istehsalatları, dəri-xəz xammalının ilkin emalı” adlı 26.7-ci bölməsində nəzərdə tutulmuşdur. İddiaçının həmin peşə üzrə güzəştli şərtlərlə y aşa görə pensiya hüququ verən xüsusi stajı 10 ildən artıqdır. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçıya 50 yaş yarımdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün əsaslar mövcuddur. Həmçinin apelyasiya instansiyası məhkəməsi belə hesab etmişdir ki, qanunverici güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun qadınların 55 yaşdan deyil, 50 yaşdan malik olduğunu nəzərdə tutmuşdur. Məhkəmə isə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını 55 yaşdan təyin edərkən qanunun bu tələbini nəzərə almamışdır. Eyni zamanda iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 50 yaş yarımın tamam olduğu 29 oktyabr 2009-cu il tarixdə yaransa da, o, cavabdeh inzibati orqana 22 may 2018-ci il tar ixdə güzəştli şərtlərlə yaşa görə əmək pensıyasının təyin edilməsi üçün müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının cavabdeh DSMF-nin Nizami rayon şöbəsinə 22 may 2018-ci il tarixdə müraciət etdiyi nəzərə alınarsa, o zaman onun müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün, yəni, 22 may 2015-ci il tarixdən güzəştli şərtlərlə ya şa görə əmək pensiyasının hesablanaraq birdəfəlik ödənilməsi hüququ vardır. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə həll edilərkən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi düzgün tətbiq edilməmiş, belə ki, həmin maddənin müddəaları yalnız 01 iyul 2017-ci il tarixdən etibarən yaranmış hüquq münasibətlərinə tətbiq olunmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə (01 iyul 2017-ci il tarixinədək olan redaksiyada) əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə görə axırın cı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 27.2-ci maddəsinə görə 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Həmin Qanunun 27.3-cü maddəsinə əsasən 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda, daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. 27 oktyabr 2009-cu il tarixli 904-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 10.2-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 10.1. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PS + (PSK / T), burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK -·sığortaolunanın fərdi hesabının sığorta hissəsində ya şa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 27 oktyabr 2009-cu il tarixli 904-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 27-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: (maddə 27.1) Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ q anun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Qeyd olunan Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Sözügedən Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08 oktyabr 2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə ə sasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək” pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazi rlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01 avqust 1997-ci ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü mad dəsinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 nömrəli əlavədə Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siy ahısında Dəri və xəz istehsalatları, dəri-xəz xammalının ilkin emalı bölməsində (********) dərilərə lak vuranlar, dəri boyaqçıları qeyd edilmişdir. Beləliklə, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün zəruri staja malik olmaqla yanaşı həm də buna əsas verən peşələrdə işləmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 29 aprel 2014-cü il tarixdə yarandığından, həmin tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Hazırkı halda qanunvericiliklə hüquqi vəziyyəti yaxşılaşdırmayan normaların geriyə tətbiqi qadağan olunsa da, cavabdeh dövlət orqanı bu tələbə zidd olaraq iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. İddiaçı 55 yaşı olması ilə əlaqədar 29 aprel 2014-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, 29 aprel 2014-cü il tarixdən bu günə qədər ona ödənilməli olan əmək pensiyasının məbləğinin “Əmək pensi yası haqqında” Azərbaycan Respublikası Qanununun 29 aprel 2014-cü il tarixində qüvvədə olan tələbləri əsasında hesablanıb birdəfəyə ona ödənilməsinin cavabdehin üzərinə qoyulması” vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinin üzərinə qoyulmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayəti təmin edilməməli, iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qərarı qismən, yəni, iddiaçının iddiasının qismən təmin edilməsi hissəsində ləğv edilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının iddiası sözügedən əmək pensiyasının təyin edilməsinə dair hissəsi iddiaçının tələb etdiyi tarixdən, yəni, 29 aprel 2014-cü il tarixindən təyin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinın Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 25 dekabr 2018-ci il tarixli, 2-1(103)-2861/2018 saylı qərarı qismən, yəni, iddiaçının iddiasının qismən təmin edilməsi hissəsində ləğv edilsin. İddiaçı iddiası təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Ə halinın Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə qarşı “iddiaçının 55 yaşı olması ilə əlaqədar 29 aprel 2014-cü il tarixindən güzəşti şərtlərlə əmək pensiyası təyin edilməsi 29 aprel 2014-cü il tarixdən bu günə qədər ona ödənilməli olan əmək pensiyasının məbləğinin “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 29 aprel 2014-cü il tarixində qüvvədə olan tələbləri əsasında hesablanıb birdəfəyə ona ödənilməsi cavabdehin üzərinə qoyulsun. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-1660/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1660/2019
01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver