Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1660/2021 12.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “imtina cavablarının qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.2021-ci il tarixli, 2-1(103)-937/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kas sasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1992-ci ilin dekabr ayında xidmətdə olduğu Müdafiə Nazirliyinin 806 saylı Taborunun Komandanlığı tərəfindən təltif olunmağı barəsində verilən təqdimata əsasən onun təltif olunmasının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar idarəsinin əvəzinə Nazirliyin özünün göstərilməsini xahiş etmişdir. Ərizə mə hkəmə tərəfindən icraata qəbul edilmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.06.2018-ci il tarixli, 2-1(82)1561/2018 saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının sabiq hərbi qulluqçu kimi təltif olunması məsələsi cavabdehin mülahizəsindən, yəni qiymətləndirməsindən asılı olan haldır və belə təltifin verilməsinə həmin qurumun məcbur edilməsi yolverilən hal olmadığından, sonuncunun imtinası qanunazidd hal kimi qiymətləndirilə bilməz.
3. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.11.2018-ci il tarixli, 2-1(103)-2672/2018 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti t əmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Həmin qərardan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.04.2019-cu il tarixli 2-1(102)1123/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.11.2018-ci il tarixli, 2-1(103)2672/2018 saylı qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanuni qüvvədə olan məhkəmə qətnaməsinin indiyə qədər icra olunmamasının səbəbləri barəsində əsaslandırılmış cavabın verilməsi vəzifəsinin cavabdeh kimi Müdafiə Nazirl iyinin üzərinə qoyulması barəsində qərar verilməsini, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasının təmin olunması məqsədilə üçüncü şəxslər olan Məhkəmə-Hüquq Şurasının və İnsan Hüquqları üzə Müvəkkilin (Ombudsmanin) üzərinə vəzifə səlahiyyətləri daxilində işlərin görülməsi vəzifəsinin üzərilərinə qoyulmasının təmin olunmasını xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 20.11.2020-ci il tarixli, 2-1(112)-6608/2020 saylı qərardadı ilə (hakim Mehriban Qarayeva) iddia mümkün sayılmamışdır.
7. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddiada tələbin formal olaraq dəyişdirilməsi mahiyyət etibarı ilə eyni hüquqi nəticənin əldə edilməsinə yönəlmiş, bununla bağlı isə mövcud mübahisəyə məhkəmə müstəvisində artıq bir dəfə iddianın mümkünlüyü ilə bağlı qiymət verildiyindən hazırkı işə yenidən mahiy yəti üzrə baxılması mümkün hesab edilə bilməz.
8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.2021-ci il tarixli 21(103)-937/2021 saylı qərardadına əsasən (sədrlik edən Afaq Nuriyeva, hakimlər – Vidadi Məmmədov və Elmira Nağıyeva) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20.11.2020-ci il tarixli, 2-1(112)-6608/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı 07.06.2021-ci il tarixində vəsatət təqdim edərək dövlət büdcəsi hesabına vəkillə təmin olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli qərard adı ilə iddiaçının ərizəsi təmin edilmiş, iddiaçı 08.07.2021-ci il tarixində vəkillə təmi edilmişdir.
12. İddiaçı 15.07.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.2021-ci il tarixli 2-1(103)-937/2021 saylı qərardadının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu m addəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarı qanuna əsaslanmalıdır. Məhkəmə isə qanunun müddəalarını pozaraq işə baxdığından onun iş barəsində çıxarmış olduğu qərardad da əsassızdır. İddiaçı öz kassasiya şikayətində Mülki Prosessual Məcəllənin 9.1, 9.2, 9.3, 14.1, 14.2, 76.1, 76.2, 76.3, 77.1, 77.2, 77.3, 80, 88-ci maddələrinə istinad edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
17. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutul mamışdırsa, ərizəçinın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
18. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
19. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
20. Həmin Məcəllənin 98.1 -ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 nömrəli qərarında göstərilir ki, İMP-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndiril diyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Hazırkı qərarın 21-ci bəndində göstərilən Ali Məhkəmə Plenumunun mövqeyinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
26. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq göstərilən hüquqi mövqeyi əsas götürməklə iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır.
27. Kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 1-4-cü bəndlərindən göründüyü kimi iddiaçının mübahisələndirdiyi hallara artıq hüquqi qiymət verilmişdir. Belə ki, hazırkı iddia tələbinin formal olaraq dəyişdirilməsi mahiyyət etibarı ilə eyni hüquqi nəticənin (hərbi hissədən göndərilən təqdimata əsasən yox, qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən təltif olunmaq) əldə edilməsinə yönəldilmişdir. Bununla bağlı isə mövcud mübahisəyə (təltif olunmasının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) məhkəmə müstəvisində artıq bir dəfə iddianın mümkünlüyü ilə bağlı hüquqi qiymət verilmişdir. Odur ki, hazırkı işə yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz.
28. Göstərilənlərə əsasən iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.2021-ci il tarixli 2-1(103)937/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.2021-ci il tarixli 21(103)-937/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.