Məhkəmə qərarları › İş №2-1(102)-1660/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1660/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1660/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" ASC Ləğvetmə Komissiyasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı İstehsalat Xidməti Mərkəzi Bazası DNQ-4” ASC Ləğvetmə Komissiyasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti”) “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2-1(103)-603/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Əmlakın Özəlləşdirilməsi Departamentinin 41 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamı ilə «Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı» rəhbər tutularaq, Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208- İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə»yə uyğun olaraq, «Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 651 nömrəli sərəncamına əsasən Dənizdə Neft və X1 tabeçiliyində olmuş Bakı şəhəri, Səbail rayonu, Şimal körpüsü 3 ünvanda yerləşən İstehsalat Xidməti Mərkəzi Bazasının bazasında, "xxxx" açıq səhmdar cəmiyyəti yaradılmışdır.

2. Həmin sərəncama əsasən ASC-nin emissiya prospekti hazırlanmış, o cümlədən, cəmiyyətin nizamnaməsi hüquqi şəxslərin dövlət reyestrində, buraxılmış səhmləri isə “qiymətli kağız mülkiyyətçilərinin reyestrində” qeydiyyata alınmış, əmlak kompleksinin texniki pasportu tərtib olunmuş dur. 3. 25 noyabr 2005-ci il tarixdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Əmlakın İnventarlaşdırılması bürosu tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına tərtib olunmuş həmin Texniki pasporta əsasən Bakı şəhəri Səbail rayonu Salyan şosesi 10 ünvanında yerləşən müəssisənin və onun əmlak kompleksinin balansaxlayıcısı və mülkiyyətçisi kimi iddiaçı "xxxx" ASC təsbit olunmuşdur.

4. Eyni zamanda, "xxxx" ASC-nin 29 iyun 2018-ci il tarixli ümumi yığıncağının qərarına əsasən "xxxx" ASC-nin Ləğvetmə prosesinə başlanılmış və buna müvafiq olaraq ləğvetmə komissiyası yaradılmışdır.

5. İddiaçı cavabdehə müraciət edərək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir.

6. Cavabdeh iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, əmlak kompleksi kimi müəssisəy ə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər və yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsinə (və ya özəlləşdirilməsinə) dair sənəd təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 10 ünvanda yerləşən qeyri- yaşayış sahəsinin (texniki pasportda göstərilən göstəricilərə uyğun olaraq) daşınmaz əmlakın dövlət reyestrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) adına qeydə alınması və buna dair müvafiq öhdəliyin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:

8. İddiaçı tələbini onunla əsas landırmışdır ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 41 saylı, 17 iyul 2001-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı» rəhbər tutularaq, Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə»yə uyğun olaraq, «Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 651 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə Dənizdə Neft və X1 tabeçiliyində olmuş Bakı şəhəri, Səbail rayonu, Şimal körpüsü 3 ünvanda yerləşən İstehsalat Xidməti Mərkəzi Bazasın ın bazasında "xxxx" açıq səhmdar cəmiyyətinin yaradılması qərara alınmışdır. Beləliklə, İstehsalat Xidməti Mərkəzi Bazası dövlət əmlakının özəlləşdirilməsi əsasında «İstehsalat Xidməti Mərkəzi Bazası - DNQ-4» açıq səhmdar cəmiyyətinə çevrilmiş, bununla da Bazanın əmlakı səhmdar cəmiyyətinin balansına verilmişdir. Belə ki, Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-1 saylı Qanunu ilə təsdiq edilmiş «Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında” Əsasnamə»nin 7.3-cü bəndinə əsasən dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan müəssisə çevrilmiş, onun əmlakı isə səhmdar cəmiyyətinin balansına verilmiş hesab olunur. "xxxx" ASC Bakı Vergilər D epartamentinin X2 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış və buna dair dövlət reyestrindən çıxarış verilmişdir. Bazanın balansında olmuş, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 10 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair 25 noyabr 2005-ci il tarixdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Əmlakın İnventarlaşdırılması bürosu tərəfindən ASC-nin adına texniki pasport tərtib edilmiş və balans saxlayıcı və mülkiyyətçi kimi "xxxx" ASC göstərilmişdir. ASC-nin ümumi yığıncağının 29 iyun 2018-ci il tarixli qərarı ilə Cəmiyyətin Ləğvetmə prosesinə başlanılmış və buna müvafiq olaraq ləğvetmə komissiyası yaradılmışdır. Bazanın balansında olmuş və çevrilmə nəticəsində Cəmiyyətin balansına verilmiş - Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 10 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində Cəmiyyətin adına qeydə alınması üçün cavabdehə müraciət olunmuş, lakin sonuncu tərəfindən qeydiyyatın aparılmasından imtina olunmuşdur. Cavabdehin etirazları:

9. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək bildirmişdir ki, iddiaçının idarəyə müraciəti ilə əlaqədar torpaq sahəsinə texniki baxış keçirilərkən şərait yaradılmamış, ərizəsinin icrası mümkün olmamışdır. İddiaçının eyni məzmunlu xx.xx.2013-cü il tarixində müraciət zamanı ona izah edilmişdir ki, tərtib edilmiş xx.xx.2005-ci tarixli texniki pasporta əsasən baş planda göstərilən S1 və S2 tikililəri, İV, Vİ, Vİİ, Xİ və Xİİİ saylı qurğular və 188,8 m2 hasar sökülmüşdür. Qeyri-yaşayış binasının emissiya prospektindən çıxarışı təqdim edilməmişdir. Bakı şəhər Ərazi İdarəsinin e lektron baza məlumatlarına əsasən qeyri-yaşayış binasının 1700,0 m2 hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərhədləri daxilindədir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Bununla əlaqədar vətəndaşa **********88 saylı xx.xx.2013-cü il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikas ı Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir (İPM-in 38.1-ci maddəsinə istinad olunur). birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Bakı İnzibati Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2-1(112)-666/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 10 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (texniki pasportda göstərilən göstəricilərə uyğun olaraq) daşınmaz əmlakın dövlət reyestrində "xxxx" ASC-nin adına qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik h üquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

11. Məhkəmə hesab etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 10/6333 nömrəli xx.xx.2022-ci il tarixli Ekspert rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi-10 ünvanında yerləşən daşınmaz əmlakın xx.xx.2005-ci il tarixli, 009715 nömrəli texniki pasportunda S1 və S2 tikililərinin, İV, Vİ, Vİİ, Xİ və Xİİİ saylı qurğularının göstərilmədiyi müəyyən olunur. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi-10 ünvanında yerləşən əmlakın naturada yerləşmə yerinə görə Əmlakın İnvertarlaşdırılması Bürosunun müəssisə və obyektin xx.xx.2005-ci il tarixli, 009715 nömrəli texniki pasportunda göstərilən ərazi ilə üst-üstə düşdüyü müəyyən edilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaya dair gətirdiyi dəlillər M əhkəmə Ekspertizası Mərkəzinin 10/6333 nömrəli xx.xx.2022-ci il tarixli Ekspert rəyi ilə təkzib olunur. Həmçinin, məhkəmə cavabdeh inzibati orqanın “qeyri-yaşayış binasının emissiya prospektindən çıxarışın təqdim edilməməsi” dəlili ilə bağlı qeyd edir ki, qeyd edilən əsas daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas deyildir.

12. Həmin qərardan cavabdeh və üçüncü şəxs Dövlət Neft Şirkəti apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 21(103)-603/2023 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qər arı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin məzmunu imtina məktubunun, iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətinin məzmunu ilə oxşardır. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlakın dövlət reyestrində hüququn əmələ gəlməsi üçün əsasdır.;... 19. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatları n tələb olunması qadağandır.

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikay ət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

24. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, o nun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həm in məsələləri təkrarlamağa lüzum qalmır.

27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, ekspertiza tədqiqatı zamanı tədqiqat obyektinə yerində baxış keçirilərək iş materiallarında olan sənədlərlə qarşılıqlı surətdə tədqiq olunmuşdur. Digər tərəfdən, cavabdehin və üçüncü şəxsin istinad etdikləri hallar hər hansı sübutlarla əsaslandırılmamışdır.

29. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normaların məzmunundan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

30. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 21(103)-603/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar