Məhkəmə qərarları › İş №2-1(102)-1661/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1661/2019

19.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1661/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRARDAD (kassasiya şikayətinin mümkünlüyü barədə) iş № 2-1(102)-1661/18 Bakı şəhəri 19 iyun 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunç u rayon şöbəsinin müdiri XXXtərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli, 2-1(103)-2966/2019 saylı qərarından verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh DSMF-nin Bakı şəhər Sabunçu rayon Şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 12 iyun 1976-cı il tarixdən 25 may 1978-ci il tarixədək hərbi xidmət illərinin və əmək kitabçasında qeyd olunan illərin güzəştli iş stajı kimi nəzərə alınmaqla 12 fevral 2014-cü il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2-1(82)3636/2018 saylı qərarı ilə (hakim Zaur Tağıyev) iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli, 2-1(103)-2966/2018 saylı qərarı ilə (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Vüsalə Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olduqdan sonra onun mümkünlüyü məsələsinə 29 may 2019-cu il tarixdə baxılacağına dair məhkəmə bildirişi cavabdehə və vəkilinə göndərilmişdir. Bildirişdə cavabdehin nəzərinə çatdırılmışdır ki, kassasiya şikayətinin giriş və nəticə hissəsində apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının tarix və nömrəsi düzgün göstərilməmişdir. Bu səbəbdən təyin olunan vaxta qədər göstərilmiş nöqsanların aradan qaldırılması, yənin mübahisələndirilən qərar barədə dəqiq məlumatları əks etdirən kassasiya şikayətinin məhkəməyə təqdim olunması cavabdehə təklif edilmişdir. Lakin cavabdeh təyin edilmiş vaxta qədər göstərilmiş nöqsanları aradan qaldırılmamış və mübahisələndirilən qərar barədə dəqiq məlumatları əks etdirən kassasiya şikayətini məhkəməyə təqdim et məmişdir. Tərəflərin iştirakı və izahatları İclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti aşağıdakı hüquqi əsaslara görə mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM): - 90.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər; - 94.2-ci madd əsinə əsasən, kassasiya şikayətində mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. - 96.2.-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; - 96.3-ci maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddələrdən göründüyü kimi, kassasiya icraatı zamanı şikayətin mümkünlüyü məsələsi həll olunmalı və kassasiya şikayətinin verilməsinə dair tələblərə riayət edilibedilməməsi yoxlanılmalıdır. Bu tələblərə həmçinin kassasiya şikayətinin mübahisə edilən apellyasiya məhkəməsinin qərar və qərardadı barədə məlumatların göstərilməsi də aiddir. Bu müddəaları tətbiq edərkən müəyyən olunmuşdur ki, kassasiya şikayətində mübahisə edilən qərar barədə məlumatlar düzgün göstərilməmişdir. Belə ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarının 27 dekabr 2018-ci il tarixli və 2-1(103)-2966/2018 saylı olmasına baxmayaraq, cavabdehin kassasiya şikayətinin giriş və nəticə hissəsində qərarın tarixi müvafiq olaraq 18, 19 dekabr 2018-ci il, nömrəsi isə 2-1(103)-2966/2018 və 2-1(103)-2923/2018 olaraq yanlış göstərilmişdir. İstinad edilmiş qanunvericiliyin müddəalarına əsaslanmaqla, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələs inə baxarkən belə nəticəyə gəlirəm ki, şikayət mümkün hesab edilə bilməz, çünki cavabdehin kassasiya şikayətində mübahisələndirilən məhkəmə qərarı barədə dəqiq məlumatlar göstərilməmişdir. Habelə, yuxarıda göstərilmiş 96.3-cü maddədə nəzərdə tutulmuş proses iştirakçılarının dinlənilmə hüququnu təmin edilməsi məqsədilə cavabdehə müvafiq bildiriş göndərilmiş və təyin edilmiş müddətə qədər təsvir edilmiş nöqsanların aradan qaldırılması təklif olunmuşdur. Lakin cavabdeh mübahisələndirilən məhkəmə qərarı barədə dəqiq məlumatları əks etdirən kassasiya şikayətini təqdim etməmişdir. Bu səbəbdən şikayətin qəbulundan imtina edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı isə cavabdehə münasibətdə qanuni qüvvəyə minməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbayca n Respublikasının İnzibati Prosessual Məcəlləsinin 90, 91, 94, 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, qərar aldım: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunçu rayon şöbəsinin müdiri XXXtərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli, 2-1(103)-2966/2019 saylı qərarından verilmiş kassasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar