Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1661/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, cavabdehin vəkili Habil Cavadovun və nümayəndəsi Natiq Salayevin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl iyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1191/2021 nömrəli iş üzrə 19.05.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 22 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı 01.01.12.1982-ci ildən 10.08.2006-cı il tarixə kimi "xxxx"nin İstehsalat Təmir müəssisəsinin Turbin Avadanlıqlarının təmiri üzrə çiling ər və usta peşələrində və "xxxx" ASC-nin Əlibayramlı DRES-ində usta işlədiyi illərin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısı”na daxil olunaraq onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olmasına dair müvafiq qərarın qəbul edilməsi öhdəliyinin DSMF-nin üzərinə bir vəzifə olaraq qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1960-cı ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuş, əmək fəaliyyətinə 1979-cu ildə başlamış, 16.01.1979-cu ildə “Muğanmeliovodstroy” Trestinin 16 saylı Təmir Tikinti İdarəsinə 2-ci dərəcəli fəhlə qəbul olunmuş, 1981-ci ildə hərbi xidmətə getmiş, 1982-ci ildə hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra Əli-Bayramlı şəhəri Cihazqayırma zavoduna Plastmas sexinə 3-cü dərəcəli fəhlə qəbul olunmuşdur. 1982-ci ildə "xxxx"nin İstehsalatTəmir müəssisəsinin turbin avadanlıqlarının təmiri üzrə Əli-Bayramlı daimi təmir sexinə çilingər peşəsinə qəbul olunmuş və sonradan usta işinə keçirilmişdir. 2002-ci ildə həmin yerdən öz xahişi ilə işdən azad olunmuşdur. 14.02.2002-ci ildə "xxxx" ASC-nin Əlibayramlı DRESİN-ə 7-ci dərəcəli usta vəzifəsinə qəbul olunmuş və 10.08.2006-cı ildə öz xahişi ilə işdən azad olunmuşdur. 12.03.2007-ci ildə “Monoton-elektrik” İdarəsinə usta vəzifəsinə qəbul olunmuş və 21.12.2009-cu ildə həmin işdən öz razılığı ilə azad olunmuşdur. 26.05.2010-cu ildə "xxxx" ASC-nin Quraşdırma sahəsinə 6-cı dərəcəli quraşdırıcı işinə qəbul olunmuş, 2015-ci ildə həmin İdarə MAQ və T. İdarəsi adl andırılmışdır. İddiaçı güzəştli şərtlərlə pensiya yaşına çatdığından pensiyaya çıxmaq üçün aidiyyəti üzrə Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. 18 sentyabr 2019-cu il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, onun "xxxx"nin İstehsalat Təmir müəssisəsində və "xxxx" ASC Əlibayramlı DRESİ-nin təmir quraşdırma sexində işlədiyi çilingər və usta peşələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermir. İddiaçı həmin halın aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikası "xxxx" ASC-yə rəsmi müraciət etmiş və ona 05.09.2019-cu il tarixdə rəsmi cavab verilmişdir ki, 01.12.1982-ci ildən 10.08.2006-cı il tarixə kimi "xxxx"nin İstehsalatTəmir müəssisəsində və Əlibayramlı DRES-nin Təmir Quraşdırma sexində işlədiyi vəzifəl ər güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən sahələrdir.
3. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək, 11.12.2017-ci il tarixdən əmək kitabçası, iş materiallarında olan arayışlarda göstərilən iş stajının nəzərə alınması və ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əvəzinə əsl cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosia l Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsini qəbul edilmişdir.
5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçıya 57 yaşının tamam olduğu 11.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
6. Bakı İnzibat Məhkəməsinin 03.12.2020-ci il tarixli, 2-1(112)-364/2020 nömrəli (s ədrlik edən hakim Mehriban Qarayeva) qərarı ilə iddianın təmin edilməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbinə uyğun olaraq İddiaçı 57 yaşının tamam olduğu 11.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən 2006-cı il 01 yanvar tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1 9.8, 31.1 və 32.1-ci maddələrinə, 1992-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qa nununun (2007-ci il 6 mart tarixli 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13 və 67-ci maddələrinə, Azərbaycan Respublikası «İnzibati icraat haqqında» Qanunun 23.1 və 24.1-ci maddələrinə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 1.2, 68.2 və 73.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993cü il tarixli 320 say lı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısı”na istinad etməklə belə hesab etmişdir ki, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin, həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 03.12.2020-ci il tarixli, 2-1(112)-364/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiya məhkəməsi) 19.05.2021-ci il tarixli, 2-1(103)-1191/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Aida Hüseyn) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 03.12.2020-ci il tarixli, 2-1(112)364/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi hüquq normalarına əsaslanm ışdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
11. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, 01.01.2006-cı il tarixədək iddiaçının topladığı güzəştli iş stajı 12 il 6 aydan azdır. 01.01.2006-cı il tarixdə k iddiaçının topladığı güzəştli iş stajı 12 il 6 aydan azdır. Belə olan halda iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” qanun tətbiq edilə bilməz. Qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur.
12. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli, 2-1(103)-1191/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edil məsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili H.Cavadov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Salayev də vəkili H.Cavadovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
15. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi İntiqam Kazımov məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
16. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apelyasiya instansiyası məhkəməsi nin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
18. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
20. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
21. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, 01.01.2006-cı il tarixədək iddiaçının topladığı güzəştli iş stajı 12 il 6 aydan azdır. 01.01.2006-cı il tarixdə k iddiaçının topladığı güzəştli iş s tajı 12 il 6 aydan azdır. Belə olan halda iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” qanun tətbiq edilə bilməz. Qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur.
22. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki dəlilləri əsassızdır.
23. Belə ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müə yyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
24. Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir.
25. Göründüyü kimi, iddiaçının Sovet Ordu sıralarında 09.11.1979-cu il tarixdən 25.11.1981-ci il tarixədək müddətli həqiqi hərbi xidmət müddəti də ümumi iş stajı kimi nəzərə alınmalıdır.
26. Cavabdeh kasasiya şikayətində daha sonra qeyd etmişdir ki, arayışda Nazirlər Kabinetinin müvafiq qərarının 24 və 29-cu fəsillərinə istinad edilmiş, lakin peşənin konkret kodu göstərilməmişdir.
27. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki bu dəlili də əsassızdır.
28. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlər də çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 13-cü, yəni “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” fəslinin a yarımbəndində 2140000a— 18455 şifri ilə “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” vəzifələri, b yarımbəndində 2140000b—23362 şifri altında isə “avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaq ötürmə, tozhazırlama” peşələri təsbit edilmişdir.
29. İddiaçının əmək kitab çasında qeyd olunan peşələr (“çilingər” və “usta”) Nazirlər Kabinetinin müvafiq qərarındakı peşələr ilə üst-üstə düşməməsi dəlillərini qəbul etmir, çünki iddiaçının “qazanxana sexlərinin avadanlıqlarının təmiri üzrə çilingər” işlədiyi peşə birinci instansiya məhkəməsi tərəfindən qərarında qeyd edildiyi kimi 2-li Siyahının “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” fəslinin “a” yarımbəndində 2140000a—18455 şifri ilə “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” peşələrində, həmin sahədə işlədiyi digər “usta” peşəsi Siyahıının “b” yarımbəndində 2140000b—23362 şifri altında isə “a vadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaq ötürmə, tozhazırlama” peşələrində nəzərdə tutulmuşdur.
30. İş materiallarından iddiaçının 2006-cı il 01 yanvar tarixədək 25 ildən artıq (riyazi hesablamanın nəticəsi olaraq 25 il 10 aydan artıq) ümumi iş stajı vardır və bunun 12 il 6 aydan ildən artığını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş işlərdə çalışdığı müəyyən edilmişdir.
31. Görün düyü kimi, iddiaçı da müvafiq sahədə çilingər və usta vəzifələrində işləməklə riyazi hesablamanın nəticəsinə əsasən 01.01.2006-cı il tarixədək 19 il 06 aydan artıq güzəştli iş stajını toplamışdır.
32. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.05.2021-ci il tarixli, 21(103)-1191/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.