Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1661/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1982-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) qarşı “əmrin ləğv edilməsi, tutduğu vəzi fəyə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2-1(103)-818/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 14 sentyabr 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, cavabdehin 3 oktyabr 2019-cu il tarixli, 7160-016-19 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilərək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəm əsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(112)-6457/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2-1(103)-944/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(112)-6457/2020 nömrəli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(112)-5372/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üçüncü şəxs qismində işə cəlb edilmişdir.
6. İddiaçı 3 may 2021-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməs i barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin 27 sentyabr 2019-cu il tarixli, Ə140-016-19 nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa edilərək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5372/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2-1(103)-818/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiy a şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5372/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 10. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən 11 may 2022-ci il tarixli çıxarışa əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2-1(103)-818/2022 nömrəli qərarı 11 may 2022-ci il tarixdə, saat 11:30-da elektron imza ilə təsdiq edilməklə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
12. İddiaçının və vəkilinin nəzərinə çatdırılmışdır ki, iş materiallarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022 -ci il tarixli, 2-1(103)- 818/2022 nömrəli qərarı elektron imza ilə təsdiq edilməklə iddiaçıya məxsus elektron kabinetdə 11 may 2022-ci il tarixdə yerləşdirilmiş, kassasiya şikayəti 13 iyul 2022-ci il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra elektron məhkəmə sisteminə yerləşdirilmişdir. İddiaçıya prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks təqdirdə, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişdir.
13. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək elektron kabinetdən istifadə etmədiyini, qərarı bilavasitə məhkəmə qəbzinə imza etməklə 2022-ci ilin iyun ayında aldığını v ə kassasiya şikayətini vaxtında verdiyini bildirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilmə li və şikayət əsaslandırılmalıdır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya s istemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. KASSASİYANİN MÜMKÜNLÜYÜ
16. Ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
17. İddiaçı ərizənin əsası kimi qeyd edir ki, o, qərarın elektron kabinetə hansı tarixdə yerləşdirilməsini bilməmiş, elektron kabinetdən istifadə etməmişdir. O, müvafiq qərarı apellyasiya instansiya məhkəməsindən 2022-ci ilin iyun ayında qəbzi imza etməklə almış və dərhal da şikayət verilməsi üçün vəkilə müraciət etmişdir. Vəkil də ən qısa müddətdə şikayəti hazırlayaraq elektron kabinet vasitəsilə göndərmi şdir. Bildirişdə kassasiya şikayəti verməyi ilə bağlı bir aylıq müddətin keçirilməsi barədə göstərilənlər əsassızdır, o, şikayəti vaxtında vermişdir.
18. Məhkəmə kollegiyası ərizənin dəlillərini əsaslı hesab etmir. Belə ki, Bakı Apellyasiya Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq edilməkdədir və hazırkı iş üzrə iddiaçı 13 aprel 2022-ci il tarixdə, yəni iş apellyasiya instansiya məhkəməsinin icraatında olan zaman “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişdir.
19. Məhkəmə kollegiyası İPM-nin 20.3-cü və MPM-nin 135.5, 135.6-cı maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2-1(103)-818/2022 nömrəli qərarının iddiaçıya təqdim edilməsi tarixi həmin qərarın iddiaçın ın “elektron kabinet”ində yerləşdirildiyi 11 may 2022-ci il kimi qəbul edilməli və müddətin axımının başlanğıcı həmin tarixdən hesablanmalıdır.
20. İddiaçının ərizəsində göstərdiyi dəlil - elektron kabinetdən istifadə etməməsi və buna görə də qərarın elektron kabinetə yerləşdirilməsindən məlumatsız olması vəziyyəti iddiaçının xeyrinə dəyişmir və müddətin axımının iddiaçının ərizədə göstərdiyi vaxtdan hesablanmasına əsas vermir.
21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin ötürülmədiyinə dair ərizə rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2-1(103)-818/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.