Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1661/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi təyin edilmiş pensiyanın yenidən hesablanması (əlavələr nəzərə alınmaqla), qazanılmış hüquq konsepsiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “3-cü qrup əlilliyə görə dövlət qulluqçusu kimi aldığı pensiyanın dövlət qulluğuna xitam verildiyi xx.xx.2020-ci il tarixdən dövlət qulluqçusu kimi bərpa edilərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7 və 20.11-ci maddələrində (2008-ci ildə qüvvədə olan) nəzərdə tutulmuş əlavələrin ödənilməsi və yaranmış pensiya məbləği fərqinin bir dəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2023-cü il tarixli, 2-1(103)-301/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2007-ci il tarixdən 3-cü qrup əlillik təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə iddiaçıya İİİ qrup əlilliyə görə dövlət qulluqçusu kimi xx.xx.2007-ci il tarixdən pensiya təyin edilmişdir. Onun 2005-ci və 2006-cı illər üzrə əmək haqqının aylar üzrə məbləğinə dair arayışlar təqdim edilmiş və pensiya hesablanan zaman aldığı mükafat, rütbəyə görə əlavə, staja görə əlavələr nəzərə alınmışdır.
2. Dövlət Sosial Müdafiə Fondunun 02 fevral 2011-ci il tarixli, 103/K nömrəli əmrinə əsasən Fondun Bakı şəhər Xəzər rayon şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi vəzifəsində işləmiş iddiaçı 03 fevral 2011-ci il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə, həmin şöbənin pensiya təyinatı sektorunun məsləhətçisi vəzifəsinə bərpa edilmişdir. Fondun 10 iyun 2013-cü il tarixli, 789 nömrəli əmri ilə Bakı şəhəri Xəzər rayon şöbəsinin Gəlirlər sek torunda 1 ştat vahidi aparıcı məsləhətçi, 1 ştat vahidi məsləhətçi, pensiya təyinatı sektorunda 2 ştat vahidi məsləhətçi, maliyyə-uçot şöbəsinə 1 ştat vahidi aparıcı məsləhətçi-mühasib və 1 ştat vahidi məsləhətçi mühasib ştatlarının ixtisar edilməsi qərara alınmışdır. İddiaçı 05 may 2014-cü il tarixli, 642/K nömrəli əmrlə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3cü hissəsinə əsasən həmin tarixdən tutduğu vəzifədən azad edilməklə onunla bağlanmış 02 fevral 2011-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 sentyabr 2016-cı il tarixli, 2-1(81)2081/2016 nömrəli qərarı ilə Fondun 05 may 2014-cü il tarixli, 642/k nömrəli əmri ləğv edilmiş, iddiaçının Fondun Bakı şəhər Xəzər rayon şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının tam hesablanaraq bir dəfəyə onun hesabına köçürülməsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(102)-1043/2017 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir.
5. İddiaçı fəaliyyətini davam etdirmiş, xx.xx.2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş və həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
6. İddiaçı hazırki tələblə cava bdeh inzibati orqana müraciətlər etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktublarla onun müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmiş və qeyd etmişdir ki, iddiaçıya xx.xx.2007-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinə əsasən 3-cü qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Hazırda pensiyanın məbləği 233,20 manat təşkil edir. Onun işdən azad olunması ilə bağlı işəgötürənin qərarından verdiyi şikayətlər üzrə iddialar müvafiq məhkəmə qərarlarına əsasən təmin edilməklə yenidən həmin vəzifələrə bərpa olunduğuna görə həmin dövrlər üzrə dövlət qulluqçusu kimi əmək pensiyası hüququ yaranmamışdır. Bu səbəbdən də sonuncu dəfə işdən azad olunduğu xx.xx.2020-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi nin tələb etdiyi pensiya yaş həddinə (64,5) çatmadığına, həmçinin İ qrup əlil olmadığına görə həmin Qanunun 20.1.7ci və 20.11-ci maddələrinin xx.xx.2017-ci il tarixindən olan redaksiyalarına əsasən ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının, yəni hazırki pensiya məbləğinin üzərinə qulluq stajına görə əlavənin hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 3-cü qrup əlilliyə görə dövlət qulluqçusu kimi aldığı pensiyanın dövlət qulluğuna xitam verildiyi xx.xx.2020-ci il tarixdən dövlət qulluqçusu kimi bərpa edilərək “Əmək pensiyaları haqqında” Azə rbaycan Respublikası Qanununun 20.1.7 və 20.11-ci maddələrində (2008-ci ildə qüvvədə olan) nəzərdə tutulmuş əlavələrin ödənilməsi və yaranmış pensiya məbləği fərqinin bir dəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1965-ci ildə doğulmuşdur. 1982-ci ildə Ali məktəbin əyani şöbəsinə daxil olmuş və 1983-1985-ci illərdə həqiqi hərbi xidməti başa vurduqdan sonra yenidən təhsilini əyani olaraq davam etmişdir. 1988-ci ilin iyul ayında təhsilini başa vurduqdan sonra, həmin ildən Saatlı rayon Aqrar-Sənaye Birliyində dövlət qulluqçusu kimi işə qəbul olunmuş və fevral 1993-cü ildə işdən azad olunmuşdur. May 2001-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Suraxanı rayon Sosia l Müdafiə Mərkəzinə pensiya təyinatı sektorunda məsləhətçi vəzifəsinə dövlət qulluğuna qəbul olunmuş, aprel 2004-cü ildə həmin nazirliyin Xətai rayon şöbəsinə analoji vəzifəyə, fevral 2007-ci ildən Xəzər rayon şöbəsinə köçürülmə yolu ilə məsləhətçi vəzifəsinə keçirilmişdir. Xəstəliyi ilə əlaqədar ona 2 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2007-ci il tarixdə 3-cü qrup əlillik təyin edilmiş və xx.xx.2007-ci ildə işdən azad edilmişdir. Yanvar 2008-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən pensiya hüququ yarandığı üçün ona 3-cü qrup əlilliyə görə dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Pensiya təyinatı aparılan zaman dövlət qulluqçusunun pensiyası - pensiyanın baza hissəsi, sığorta hissəsi və qulluq stajına görə əlavələr olmaqla 3 hissəyə ayrılaraq müvafiq qərarlarda göstərilmişdir ki, əlil işlədikdə yalnız pensiyanın baza hissəsi, işdən azad olunduqdan sonra isə pensiya əlavələrlə birlikdə tam olaraq ödənilir. xx.xx.2011-ci ildə Ali Məhkəmənin qərarı ilə işə bərpa olunduğu tarixədək dövlət qulluqçusu kimi ona tam olaraq pensiya ödənilmışdır. İşləyən əlil pensiyaçılara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiyanın ancaq baza hissəsi ödənildiyi üçün işə bərpa olunduğu xx.xx.2011-ci il tarixdən pensiyanın ona ancaq baza hissəsi ödənilmişdir. xx.xx.2014-cü ildə işdən azad olunduğu üçün Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi onun müraciəti əsasında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə sorğu verərək əmək haqqı və dövlət qulluğuna görə iş stajı barədə müvafiq sənədləri tə ləb etmiş və yenidən ona dövlət qulluqçusu kimi pensiya təyin edərək ödəmişdir. Ali Məhkəmənin 03 may 2017-ci il tarixli, 2-1(102)1043/2017 nömrəli qərarına əsasən 20 sentyabr 2017-ci ildə yenidən işinə bərpa olunduğu üçün pensiyasına əlavələrin ödənilməsi dayandırılmışdır. 01 may 2020-ci ildə işdən azad olunduğu üçün Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə məlumat verərək pensiyanın tam ödənilməsini bildirsə də, hazırki vaxtadək ona heç bir pensiya ödənişi aparılmamışdır.
9. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.
10. Bakı İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2-1(112)-2913/2021 nömrəli qərarı (hakim E.Ə.Əliyev) ilə iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmənin qərarı ilə iddiaçının işdən azad olunmasına dair 05 may 2014-cü il tarixli əmrin ləğv edilməsi və onun öz vəzifəsinə bərpa olunması, həmçinin məcburi iş buraxmaya görə əmək haqqının ona tam ödənilməsi, onun dövlət qulluqçusu kimi əldə etdiyi pensiyaçı statusunun itirilməsi, yəni onun 05 may 2014-cü il tarixdən işdən azad olunmaması kimi qiymətləndirilməlidir. Beləliklə də, iddiaçının əvvəlki statusu (dövlət qulluqçusu) məhkəmə qərarı ilə bərpa olunduğu üçün pensiyaçı statusunu əldə etmədiyindən və 05 may 2014-cü il tarixdən işdən azad olunmamış hesab olunduğundan, ona həmin vaxt qüvvədə olan müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla hazırkı dövr üzrə pensiyanın ödənilməsi (təyin edilməsi) həyata keçirilə bilməz. İddiaçının dövlət qulluğuna xx.xx.2020- ci il tarixdən xitam verildiyindən, ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsi məsələsi həmin dövrdə qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Həmin qanunvericiliklə isə iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilməsi mümkün deyildir. Onun işdən azad olunmasına dair 05 may 2014-cü il tarixli əmrin ləğv edilməsi və onun öz vəzifəsinə bərpa olunması, həmçinin məcburi iş buraxmaya görə əmək haqqının ona tam ödənilməsi iş materialları ilə öz təsdiqini tapdığından, məhkəmənin qərarı ilə iddiaçının işə bərpa olunması onun dövlət qulluqçusu kimi əldə etdiyi pensiyaçı statusunun itirilməsi və 05 may 2014-cü il tarixdən işdən azad olunmaması kimi qiymətləndirildiyindən, iddiaçının dövlət qulluğuna xx.xx.2020-ci il tarixdə xitam verildiyindən, ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsi məsələsi həmin dövrdə qüvvədə olan qanunvericiliklə tənzimləndiyindən və həmin qanunvericiliklə, iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilməsi mümkün olmadığından, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2022-ci il tarixli, 2-1(103)-295/2022 nömrəli qərarı (hakimlər:S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2-1(112)-2913/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası mə hkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2022-ci il tarixli, 2-1(102)-1017/2022 nömrəli qərarı (hakimlər: N.İ.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, K.N.Bədəlov və İ.K.Hüseynov) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-295/2022 nömrəli iş üzrə 18 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, iddiaçının kassasiya şika yəti qalan hissədə təmin edilməmişdir.
17. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının tələbi sabiq dövlət qulluqçusu kimi əvvəllər ona təyin olunmuş əlilliyə görə pensiyanın bərpa edilməsidir. Oxşar işlər üzrə formalaşmış məhkəmə praktikasından məlumdur ki, pensiyanın təyin olunması ilə bağlı tələblərə qiymət verərkən məhkəmələr tərəfindən pensiya işləri tələb olunmalı və tədqiq edilməlidir. Belə ki, pensiya işi olmadan iddiaçıya nə vaxt və hansı qaydada pensiya təyin olunmasını, pensiya təyin olunarkən hansı dövrün, vəzifə maaşının və əlavələrin nəzərə alındığını, pensiyanın sonradan hər hansı qaydada yenidən hesablanıb-hesablanmadığını müəyyən etmək qeyri-mümkündür.
18. İşə baxan məhkəmələr dəfələrlə pensiya işinin məhkəməyə təqdim edilməsi ilə bağlı ca vabdehə sorğular versələr də, pensiya işinin təqdim edilməsini və iş materiallarına əlavə edilməsini təmin edə bilməmişlər. Pensiya işi olmadan isə yuxarıda göstərilən hallara qiymət vermək mümkün deyildir.
19. İş materiallarını nəzərdə keçirdikdə görünür ki, iddiaçı iddia ərizəsində ona ilk dəfə 2008-ci ildə əlilliyə görə dövlət qulluqçusu kimi pensiya təyin edildiyini bildirsə də, cavabdeh iddia ərizəsinə qarşı təqdim etdiyi etirazında iddiaçıya 2007-ci ildən əlilliyə görə əmək pensiyası təyin edildiyini bildirir. Hətta cavabdehin etirazında belə ilk dəfə əlilliyə görə pensiya təyin edilməsinin tarixi əvvəl 5 dekabr 2007-ci il, daha sonra isə 3 dekabr 2007-ci il kimi qeyd olunmuşdur. Göründüyü kimi, məhkəmələr iş üzrə tam, hərtərəfli araşdırma aparmadığından iddiaçıya pensiya təyin olunm ası ilə bağlı məlumatların dəqiqləşdirilməsi mümkün deyil. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq məhkəmənin vəzifəsi olsa da, işə baxan apellyasiya instansiyası məhkəməsi bu vəzifəsinə əməl etməmiş, iş üzrə tam, hərtərəfli araşdırma aparmadan iddiaçının tələbini təmin etməmişdir.
20. Bundan başqa, dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi ilə bağlı Qanunun 1 iyul 2017-ci ildən əvvəlki və sonrakı redaksiyalarında fərqli qaydalar nəzərdə tutulmuşdur. Belə ki, Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan mətnində dövlət qulluqçularının pensiyasına əlavə təyin edilməsi ilə bağlı “əmək pensiyası yaşına çatması və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilməsi” şərtləri olmamış, həmin şərtlər 1 i yul 2017-ci ildən sonra qüvvəyə minmişdir.
21. İşin hallarından isə məlumdur ki, iddiaçıya əlillik ilk dəfə 2007-ci ildə təyin olunmuşdur. Belə olan halda, iddiaçı əlilliyə görə pensiya hüququnu həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun qazanmışdır. Məhkəmələr iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixindən sonra qüvvədə olan müddəalarını şamil etsə də, qazanılmış hüquqlara münasibətdə nəzərə alınmalıdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsip lərin mənasına görə, qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Məhkəmə isə pensiya işini araşdırmadığından iddiaçıya ilk dəfə hansı əsasla pensiya təyin edildiyini, onun pensiyasına dövlət qulluqçularına şamil edilən əlavələrin hesablanıb-hesablanmadığını müəyyən etməmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2023-cü il tarixli, 2-1(103)-301/2023 nömrəli qərarı (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəm ilova və R.Ə.Səmədov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2913/2021 nömrəli, 13 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçıya 3-cü qrup əlilliyə görə dövlət qulluqçusu kimi almış olduğu pensiyanın dövlət qulluğuna xitam verildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilərək "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 20.1.7-ci və 20.11-ci maddələrində nəzərdə tutulmuş əlavələrin və yaranmış pensiya məbləği fərqinin həmin tarixdən ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
23. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, kassasiya instansiya məhkəməsinin göstərişlərinə və oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məh kəməsinin İnzibati Kollegiyasının son dövrlərdə qəbul etdiyi qərarlardakı hüquqi mövqeyə uyğun iş üzrə araşdırma aparılmışdır.
24. İşin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilməsinə baxmayaraq, sonuncuya dövlət qulluqçusu kimi pensiya 2008-ci il tarixli qərarla təyin edildiyindən, ona münasibətdə hüququ yarandığı zamanı qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 20.1.7-ci maddəsi tətbiq edilməlidir. İddiaçıya dövlət qulluqçusu kimi pensiya artıq ilk dəfə Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə təyin edildiyindən, xx.xx.2020-ci il tarixdə onun barəsində dövlət qulluğuna xitam verilməsi yenidən pensiya təyinatına əsas ola bilməz. Qanunvericilikdəki dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir.
25. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin həmin qərar ının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
26. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq cavabdeh kassasiya şikayətində göstərmişdir ki, iddiaçı işdən azad olunduğu xx.xx.2014-cü il tarixdən işə bərpa olunduğu xx.xx.2017-ci il tarixədək olan dövr ərzində həm dövlət qulluqçusu kimi əmək pensiyası, həm də məcburi iş buraxmaya görə əmək haqqı almışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Dövlət qulluğu Azərbayca n Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Maddə 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Maddə 2.5. Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Maddə 7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublik asının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2017-ci il tarixədək qüvvədə olan) Maddə 20.1.7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdi rdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı işdən azad edilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarınd a; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə t utulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
30. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. M addə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
34. Avropa İnsan hüquqları Məhkəməsi nin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
35. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
36. Belə ki, apelyasiya məhkəməsi işə kassasiya qaydasında baxmış Ali Məhkəmənin göstərişlərini icra edərək, hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılmasını təmin etmiş, eləcə də Ali Məhkəmənin qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən qazanılmış hüquq konsepsiyasına və formalaşmış məhkəmə təcrübəsinə uyğun qərar qəbul etmişdir.
37. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı 3-cü dərəcə əlilliyə görə dövlət qulluqçusu kimi ona xx.xx.2008-ci il tarixdə təyin olunmuş pensiyanın onun dövlət qulluğuna xitam verildiyi vaxtdan bərpa edilməsinə yönəlmişdir. Yəni iddiaçı dövlət qulluğuna xitam verildiyi vaxtdan ona yeni pensiyanın təyin olunmasına deyil, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 20.1.7-ci maddəsinə əsasən 3-cü dərəcə əlilliyə görə dövlət qulluqçusu kimi ona əvvəllər təyin olunmuş pensiyasının bərpa sına nail olmaq məqsədini güdür.
38. Bununla bağlı nəzərə alınmalıdır ki, iddiaçı həmin pensiya hüququnu 2008-ci ildə qazanmışdır və bu baxımdan hazırkı mübahisənin həlli zamanı qazanılmış hüquq konsepsiyasını tətbiq etməkdə apelyasiya məhkəməsi haqlı sayılmalıdır.
39. Məhkəmə kollegiyası əlavə olaraq kassasiya şikayətinin iddiaçının işdən azad olunduğu xx.xx.2014-cü il tarixdən işə bərpa olunduğu xx.xx.2017-ci il tarixədək olan dövr ərzində həm dövlət qulluqçusu kimi əmək pensiyası, həm də məcburi iş buraxmaya görə əmək haqqı alması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, hazırkı mübahisənin predmetini pensiyanın dövlət qulluğuna xitam verildiyi xx.xx.2020-ci il tarixdən bərpa olunması barədə tələb təşkil edir. Yəni iddiaçının tələbi zaman baxımından xx.xx.2014xx.xx.2017-ci il tarixl ərindən sonrakı dövrə aiddir və onun cavabdehin istinad etdiyi dövrlə əlaqədar hər hansı tələb irəli sürdüyü iş üzrə materiallardan görünmür. Bu baxımdan cavabdehin şikayətində qeyd etdiyi həmin hal hazırkı mübahisənin predmetinə aid oluna və hazırkı məhkəmə icraatı çərçivəsində baxıla bilməz.
40. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalı, kassasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2023-cü il tarixli, 21(103)-301/2023 nömrəli qərarı dəyişd