Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1662/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması, prosessual hüquq varisliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respubli kası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı artıq ödənilmiş pensiya məbləğinin tutulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1316/2021 nömrəli, 23 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə artıq ödənilmiş 741,79 manat pensiya məblə ğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3569/2021 saylı, 09 fevral 2021-ci il tarixli qərardadı ilə (hakim: E.Ə.Əliyev) iddia mümkün sayılmamışdır.
3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı münasibətlərə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.1 və 82.2-ci maddəsi tətbiq edilməklə inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilərək icra edilməsi üçün icra məmuruna göndərməli idi. Lakin iddiaçı qanunvericiliyin bu normalarına əməl etmədiyindən iddia mümkün sayıla bilməz.
4. İddiaçı birinci instansiya məhkəməsinin qərardadından apelyasiya şikayəti verərək həmin qərarda dın ləğv edilməsini, iş üzrə iddia ərizəsinin icraata qəbul edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat 5.Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1316/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: Z.A.Şirinov və A.Ə.Hüseyn) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3569/2021 saylı, 09 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
8. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Hazırda əmək pensiyaçısının razılığı olmadığından mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət edilmişdir. Məhkəmə isə hesab etmişdir ki, qanunun qeyd edilən bu müddəası ilə “İnzibati icraat haqqında” Qanunun müddəaları arası nda ziddiyyət olduğundan ikinci əsas götürülməlidir. Yəni inzibati orqan inzibati akt qəbul edibsə, özü bunu icraya yönəltməlidir. Cavabdeh hesab edir ki, adı çəkilən normativ-hüquqi aktlar arasında hər hansı ziddiyyət yoxdur. Belə ki, inzibati orqan inzibati akt qəbul edibsə, sözsüz ki, bunu icraya yönəldə bilər. Amma burada məsələ ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanun pensiyaçısının razılığı olmadığı halda inzibati orqana belə bir qərar qəbul etməyə icazə vermir və bu hər hansı başqa norma ilə ziddiyyət təşkil etmir. Mövcud olmayan inzibati akt icraya yönəldilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
10. Məhkəmə kollegiyasının iclasında iddiaçının v əkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39.1 Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 58.1 Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Maddə 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Maddə 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxi ldir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)... Maddə 1306.1 Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslıdır. Odur ki, şikayət təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
18. Belə ki, birinci instansiya məhkəməsi və onun mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi iddianı mümkünsüz hesab edərək inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun müddəalarına əməl edilməməsinə istinad etmişlər.
19. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. (ƏPQ, 39.1-ci maddə). İş materiallarından görünür ki, idd iaçı artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən tutulması barədə onun yaşadığı ünvana (ünvan 1ub göndərmişdir. Məktubda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə istinad edilərək, artıq ödənilmiş pul vəsaitinin tutulması üçün yazılı razılığın qısa müddət ərzində Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur.
20. Lakin həmin məktubun cavabdehə təqdim edilib - edilməsi, təqdim edildiyi təqdirdə ona hər hansı münasibət bildirilməsi (razılıq verilib- verilməməsi) iş materialları ilə müəyyən edilmir. Beləliklə də, həmin məktubun cavabdehə təqdim edilib-edilməməsi (iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnaməyə əsasən cavabdeh 16.12.2020-ci il tarixdə vəfat etmişdir), əgər təqdim edilibsə, artıq ödənilm iş pul vəsaitinin iddiaçı tərəfindən tutulması barədə cavabdehin razılığının olub – olmaması barədə işin halları aydınlaşdırılmamışdır.
21. Eyni zamanda, 16.12.2020-ci il tarixli ölüm haqqında şəhadətnamə ilə müəyyən edilir ki, iş birinci instansiya məhkəməsinin icraatında olarkən cavabdeh vəfat etmişdir. Lakin aşağı instansiya məhkəmələri hazırkı iş üzrə hüquq münasibətinin hüquq varisliyinə yol verib-verməməsini aydınlaşdırmamışlar.
22. Hazırkı iş üzrə hüquq münasibətinin hüquq varisliyinə yol verdiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, təkrar məhkəmə baxışında cavabdehin hüquqi varisi (və ya hüquq varisləri) müəyyən edilərək məhkəmə icraatına cəlb edilməli, cavabdeh onun hüquq varisi ilə əvəz edilməlidir.
23. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya insta nsiyası məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, bu səbəbdən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
24. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1316/2021 saylı iş üzrə 23 iyun 2021-ci il tarixli qərardadı ləğv edilsin və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.