Məhkəmə qərarları › İş №2-1(102)-1663/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1663/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1663/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, şikayət üzrə müddətin buraxılması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə İddiaçı1 (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “qeyri-yaşayış sahəsinə çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-710/2020 saylı, 7 oktyabr 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı cavabdehə qarşı “qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi rəsmiləşdirilməsi, qeyriyaşayış sahəsinə dair mövcud vəziyyətdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-308/2019 saylı 12 aprel 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir.

3. Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-308/2019 saylı 12 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-710/2020 saylı 7 oktyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-308/2019 saylı 12 aprel 2019-cu il tarixli qərarı ləğv edilmiş, id dia təmin olunmamışdır.

5. İddiaçı 23 oktyabr 2020-ci il tarixdə apelyasiya məhkəməsinin qərarını almış (səh.189), 13 iyul 2021-ci il tarixdə kasasiya şikayətini poçta təqdim etmişdir (səh.197). Məhkəmə icraatı iştirakçılarının izahatları

6. İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Tətbiq edilən hüquq

7. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərə ncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə

22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. (-). Maddə

23. Hüqu qi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

94. Kasasiya şikayəti daxil olduqdan sonra apelyasiya instansiyası məhkəməsinin hərəkətləri 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-). Maddə

96. Ali Məhkəmədə ic raat 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...

8. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”.

9. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Kasasiya şikayətinin mümkünlüyü Kasasiya məhkəməsinin mövqeyi

10. İddiaçı kasasiya şikayəti ni qanunla müəyyən edilmiş müddətdə təqdim etmədiyindən şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və proses iştirakçılarının dinlənilmə hüququnun təmin olunması məqsədilə kasasiya şikayətinin mümkünlük məsələsinə baxılması 20 oktyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə, o cümlədən kasasiya şikayətini tərtib etmiş iddiaçıya məhkəmə bildirişi göndərilmişdir.

11. Apelyasiya məhkəməsinin qərarının surətini iddiaçı 23 oktyabr 2020-ci il tarixdə almış, kasasiya şikayətini 13 iyul 2021-ci il tarixdə poçta təqdim edilmişdir

12. İddiaçının kasasiya şikayəti verilməsi ilə bağlı şikayət vermə müddəti 22 noyabr 2020-ci il tarixdə bitmiş, kasasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 1 aylıq müddəti ötürmüşdür.

13. Kasasiya şikayəti iddiaçı tərəfindən vaxtında təqdim edilməmişdir.

14. Apelyasiya instansiyası məhkəməsi də iddiaçıya göndərdiyi 22 iyul 2021-ci il tarixli məktubunda apelyasiya məhkəməsinin qərarını 23 oktyabr 2020-ci il tarixdə almasını, kasasiya şikayətinin 16 iyul 2021-ci il tarixdə apelyasiya məhkəməsinə daxil olduğunu bildirmişdir.

15. Kasasiya şikayəti vaxtında verilmədiyindən, yuxarıda sadalanan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən kasasiya mümkün sayılmayaraq kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır

16. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-710/2020 saylı, 7 oktyabr 2020-ci il tarixli qərarından verdiyi şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar