Məhkəmə qərarları › İş №2-1(102)-1663/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1663/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1663/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1961, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Döv lət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1133/2022 nömrəli, 18 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxxx 1961-ci il tarixdə anadan olmuş, 24 aprel 1979-cu il tarixdən 12 iyun 1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

2. Əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçı 01 noyabr 1981-ci ildə “Azərneftquraşdırma” tresti 2-ci Sumqayıt Quraşdırma İdarəsinə 2-ci dərəcəli çilingər vəzifəsinə montajçı qəbul edilmiş, 01 aprel 1982-ci il də ona 3-cü dərəcəli çilingər montajçı dərəcəsi verilmiş, 01 noyabr 1982-ci ildə 3-cü dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmiş, 15 dekabr 1982-ci ildə işdən azad edilmiş, 05 yanvar 1983-cü ildə Cəlilabad rayon Təmir-Tikinti istehsalat Birliyinə 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, 05 dekabr 1985-ci ildə Stansiya təmiri üzrə 3-cü dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 01 sentyabr 1986-cı ildə 4-cü dərəcəli elektrik qaynaqçısı işinə keçirilmiş, 15 sentyabr 1987-ci ildə 45 saylı stansiyaya maşinist vəzifəsinə qəbul edilmiş, 01 noyabr 1988-ci ildə Cəlilabad rayonu TŞ-nin ləğv edilməsi ilə əlaqədar digər müəssisəyə keçirilmiş, 01 noyabr 1998-ci ildə Cəlilabad TŞ-dan köçürülmə yolu ilə Cəlilabad RTİİB-nin 45 saylı nasos stansiyasına maşinist işinə qəbul edilmiş, 01 oktyabr 1989-cu ildə işdən azad edilmiş, 01 oktyabr 1989-cu ildə “Yolüstü” Avtomobil Təmiri Kooperativinin 08 saylı əmrinə əsasən dəmirçi təyin edilmiş, 04 avqust 1995-ci ildə işdən azad edilmiş, 07 avqust 1995-ci ildə "xxxx" Elmi İstehsalat Şirkətinə 3-cü dərəcəli elektrik qaynaqçı qəbul edilmiş, 01 aprel 1998-ci ildə 4-cü dərəcəli elektrik qaynaqçı keçirilmiş, 05 oktyabr 2001-ci ildə işdən azad edilmiş, 10 dekabr 2001-ci ildə “X1”də poladəritmə sexinə briqadir vəzifəsinə qəbul edilmiş, 12 avqust 2005-ci ildə işdən azad edilmiş, 10 oktyabr 2005-ci ildə poladəritmə sexinə çalov sahəsinə böyük çalovçu vəzifəsinə qəbul edilmiş, 14 sentyabr 2009-cu ildə işdən azad edilmiş, 14 sentyabr 2009-cu ildə poladəritmə sexinə çalov sahəsinə böyük çalovçu vəzifəsinə qəbul edilmiş, 01 oktyabr 2010-c u ildə poladəritmə sexində çalovçu vəzifəsinə qəbul edilmiş, 01 iyul 2014-cü ildə poladəritmə sexində çalov sahəsinə böyük çalovçu vəzifəsinə keçirilmiş, 01 may 2018-ci ildə poladəritmə sexinə çalov sahəsinə çalovçu sahəsində usta vəzifəsinə keçirilmişdir.

3. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensi təyin edilməsi tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış ********** nömrəli 28 iyul 2021-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti o rqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin (3) domna istehsalatı bəndində (3.1) fəhlələr yarımbəndində (a) çalovçular peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə xx.xx.20090l.10.2010-cu il və xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər ərzində İddiaçı “X1” MMC-də böyük çalovçu peşəsində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi böyük çalovçu peşəsi yuxarıda göstərilən çalovçular peşəsinə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (6 il 11 ay 25 gün (xx.xx.2010- xx.xx.2014-cü il və xx.xx.2018- xx.xx.2021-ci) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 60 yaşdan, yəni 04 aprel 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiа onunla əsaslandırılmışdır ki, iddiaçı 01 noyabr 1981-ci il tarixdən halhazıradək əmək fəaliyyəti ilə məşğuldur. 10 dekabr 2001-ci il tarixdən hal-hazıradək “X1" MMC-də çalışır. Həmin şirkətdə briqadir, böyük çalovçu, çalovçu və usta vəzifələrində işləmişdir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtl ərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3.2 (a) (isti işlərdə məşğul olan çalovçular) və 3.2 (b) (isti iş şəraitində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar) yarımbəndlərinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr hesab olunur. 60 yaşı tamam olan müddətədək, yəni 04 aprel 2021-ci il tarixədək onun 25 ildən çox ümumi və 12 il 6 aydan çox xüsusi stajı vardır. Bununla yanaşı, 48.800 manatdan çox sığorta kapitalı vardır. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməsinə baxmayaraq sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır.

6. Cavab deh tərəfindən təqdim olunmuş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Eləcə də, həmin icmal məktubunda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdı r.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10252/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbi təmin edilərək iddiaçıya 60 yaşının tamam olduğu 04 aprel 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx xxxxx 1961-ci il təvəllüdlüdür, inzibati orqana müraciət etdiyi 05 aprel 2021-ci il tarixə 60 yaşı tamamdır və ən azı 40 il ümumi stajı mövcuddur, ondan 19 il 02 ay 03 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarda (əmək şəraiti zərərli və ağır olan işlərdə) işləmişdir, pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39600,00 manat məbləğində hesablanmış, cəmi pensiya kapitalı 58249,36 manat təşkil edir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi” bölməsində “Metallurgiya istehsalatı” yarımbölməsində “Domna istehsalatı” bəndində “Fəhlələr” yarımbəndində “çalovçular” peşəsi 1030100a—12815 koda uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Metallurgiya istehsalatı” bölməsinin (3) “Domna istehsalatı” bəndində (3.1) “Fəhlələr” yarımbəndində (a) “Çalovçular” peşəsi nəzərdə tutulmuşdur. Eyni zamanda, iş yeri tərəfindən verilən arayışlara əsasən, iddiaçının böyük çalovçu peşəsi üzrə işlədiyi dövr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən vəzifə kimi nəzərə alınmışdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1133/2022 nömrəli, 18 may 2022-ci il tarixli qərarı ilə (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-10252/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. İş materiallarının təhlili nəticəsində müəyyən edilir ki, iddiaçıya məxsus sənədlərdə onun xx.xx.2009-xx.xx.2010 və xx.xx.2014-xx.xx.2018-ci il illərdə “X1” MMCdə böyük çalovçu peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmi ş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az olmaqla 6 il 11 ay 25 gün təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı sı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. --------------------------------------------------------------------------------------------------- 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydal arı”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

18. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həll i üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyiş dirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANS İYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Belə ki, hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı ona 60 yaşının tamam olduğu 04 aprel 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırkı iddia ilə məh kəməyə müraciət etmiş və aşağı instansiya məhkəmələri tərəfindən iddia tələbi təmin edilmişdir.

25. Məlum olduğu kimi, mövcud qanunvericilik güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatma; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması; 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması.

26. Hazırkı iş üzrə əmək kitabçasındakı məlumatlar və hərbi xidmət dövrü nəzərə alınmaqla iddiaçının ümumilikdə 25 ildən artıq iş stajının olduğu müəyyən edilmiş və bu hal cavabdeh inzibati orqan tərəfindən mübahisələn dirilməmişdir.

27. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının xüsusi iş stajının və pensiya kapitalının kifayət qədər olmaması mübahisələndirilmişdir. 28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. 29. “X1” MMC-nin 23/L saylı 11 mart 2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı, həqiqətən, 14 sentyabr 2009-cu il tarixdən 01 oktyabr 2010-cu il tarix ədək Poladəritmə sexində isti və zərərli iş şəraitində çalov sahəsinin böyük çalovçusu peşəsində, 01 oktyabr 2010-cu il tarixdən 01 iyul 2014-cü il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində çalovçu peşəsində, 01 iyul 2014- cü il tarixdən 01 may 2018-ci il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində çalov sahəsinin böyük çalovçu peşəsində, 01 may 2018-ci il tarixdən hal-hazıradək Poladəritmə sexində isti və zərərli iş şəraitində çalov sahəsində usta peşəsində çalışır. Qeyd edilmiş peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı böl məsinin 3.2 (a) yarımbəndində isti işlərdə məşğul olan çalovçular və 3.2 (b) yarımbəndində isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar kimi öz əksini tapmışdır.

30. Bundan əlavə, iddiaçıya 60 yaşının tamam olduğu 04 aprel 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun tələb olunan 39600 manat kapitala qarşı 58249,36 manat kapitalının mövcudluğu iş üzrə öz təsdiqini tapmışdır.

31. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt - 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı da tam olaraq tamamlanmış, işlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunmuşdur.

32. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1133/2022 nömrəli, 18 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar