Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1663/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil -Kommunal Təsərrüfatı Birliyi) qarşı “ ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)52/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1969-cu il tarixdə X8 ilə ailə qurmuş, Qələndər Quliyev xx.xx.2014cü il tarixdə vəfat etmişdir.
2. Kirovabad şəhər Xalq Məhkəməsinin xx.xx.1970-ci il tarixli, 579 saylı hökmünün təsdiq olunmuş surətindən görünür ki, həmin hökmlə X5 Azərbaycan SSR Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə təqsirli bilinib 1(bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 41-ci maddəsinə əsasən cəzası şərti hesab edilib bir il sınaq müddəti təyin edilmiş, Kirovabad şəhəri, Bayan küçəsi, 18-də tikdiyi bir otaqlı ev dövlət nəfinə müsadirə edilmiş, 750 kv.m torpaq sahəsi Kirovabad şəhər XDS-nin istifadəsinə qaytarılmışdır.
3. X2 adına olan 809 nömrəli şəxsi hesab vərəqəsinin təsdiq olunmuş surətindən müəyyən olunur ki, həmin şəxsi hesab Kirovabad şəhər X9 İcraiyyə Komitəsinin Mənzil İstismar Trestinin 6 nömrəli Mənzil İstismar Sahəsi üzrə 1992-ci il tarixli şəxsi hesab kitabında Bayan küçəsi (indiki A.İsgəndərov) ev 18-də yaşaması ilə əlaqədar Kirovabad şəhər Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli, 3-79 saylı icra vərəqəsi əsasında açılmış, şəxsi hesab vərəqində ailə üzvləri qismində oğlu Quliyev Qələndər, gəlini İddiaçı, nəvələri Quliyev Vüqar, Quliyev A nar, Quliyev İlqar və Quliyev Elməddinin adları qeyd edilmişdir. 4. ünvan 2 ünvanında yerləşən mənzil Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 balansında deyildir.
5. İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edildiyini bildirmiş və qeyd etmişdir ki, hüquqmüəyyənedici sənədlər müraciətə əlavə edilməmişdir. Həmçinin idarənin arxiv məlumatlarına əsasən, əmlakın Kirovabad şəhər Xalq Məhkəməsinin xx.xx.1970-ci il tarixli, 579 nömrəli qətnaməsinə əsasən müsadirə edildiyi və 6 saylı Mənzil İstismar Kontorunun balansında olduğu müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ bir inci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin özəlləşdirilməsi (mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1969-cu il tarixdə X4 ilə ailə həyatı quraraq Gəncə şəhəri, Bayan küçəsi ünvanında yerləşən 14A nömrəli mənzilə köçmüşdür. Həmin fərdi yaşayış evi ilə bağlı bütün ödənişlər onun tərəfindən ödənilmişdir. Lakin həmin evlə bağlı hər-hansı hüquqmüəyyənedici sənəd yoxdur. Mənzilin onun adına özəlləşdirilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqanı n imtinasını qanunsuz və əsassız hesab edir.
8. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətinin təmin olunmasından imtinanın dəlilləri ilə eynilik təşkil edir.
9. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Gəncə şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1431/2021 nömrəli qərarı ilə (hakim E.T.Axundov) iddia tələbi təmin edilməmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı əmlakın ona məxsus olmasını sübuta yetirə bilməmiş və bildirmişdir ki, əmlak əvvəl qayınanasına məxsus olmuş və məhkəmə tərəfindən müsadirə olunmuşdur. Belə olan halda iddia tələbi əsassız, cavabdeh orqanın imtin ası isə qanunidir.
12. İddiaçı apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(104)-144/2022 nömrəli qərarı ilə (hakimlər: R.Z.Mamedov /sədrlik edən və məruzəçi/ A.V.İsgəndərova və A.V.Bayramov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1431/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmas ını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1376/2022 nömrəli qərarı ilə (hakimlər: R.S.Nəbizadə/sədrlik edən və məruzəçi/ İ.A.Dadaşov və A.Ə.Abbasov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(104)-144/2022 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
17. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlm işdir. Apellyasiya instansiyası məhkəməsi qərarında məhkəmə araşdırmasının predmetini təşkil edən sənədləri sadalamaqla kifayətlənərək həmin sənədlərin məzmununu açıqlamamışdır. Məzmunu açıqlanmayan sübuta məhkəmə tərəfindən hansı qaydada hüquqi qiymətin verilməsi anlaşılan deyil. Apellyasiya instansiyası məhkəməsi İPM-in 58.1 və 58.7-ci maddələrinin tələblərinə əməl etməyərək işdə olan sübutları araşdırmamış, tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirməmişdir. İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh ərazi idarəsinin arxiv məlumatlarına əsasən, həmin əmlakın Kirovabad şəhər xalq məhkəməsinin 10 noyabr 1970-ci il tarixli, 579 saylı qətnaməsi ilə müsadirə edildiyini və 6 s aylı Mənzil İstismar Kontorunun balansında olduğunu bildirib müraciəti təmin etməmişdir. İşin 53-cü səhifəsində mənzilin müsadirə olunmasına dair hökmün surəti vardır. Hökm çətinliklə oxunmaqla yanaşı, lazımi qaydada təsdiq olunmamışdır. Hökmdən təxminən belə görünür ki, Bayan küçəsi 18 nömrəli bir otaqlı mənzil müsadirə edilir. Apelyasiya məhkəməsi mənzilin həqiqətən müsadirə olunduğunu, müsadirə edilən mənzilin Bayan küçəsi 14A, yoxsa 18 saylı olmasını, mənzil müsadirə olunduqdan sonra onun sonrakı taleyini, hazırda hansı orqanın balansında olmasını, mənzilin cavabdehin məktubda adını çəkdiyi 6 saylı Mənzil İstismar Sahəsinin balansında olub-olmamasını araşdırmamış, işə üçüncü şəxs kimi cəlb olunmuş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 balansında olmaması barədə məktubunu nə zərə almamışdır. İşin 11-ci səhifəsində olan arxiv arayışında iddiaçının adı Gəncə şəhər Mənzil İstismar Trestinin 6 nömrəli Mənzil İstismar Sahəsi üzrə 1992-ci ilin şəxsi hesab kitabında A.İsgəndərov küçəsi 18 nömrəli mənzildə qeyd edilmişdir. Şəxsi hesab vərəqində iddiaçının adı da olmaqla 7 nəfər yazılmışdır. İşin 7-ci səhifəsində Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 17 may 2021-ci il tarixli şəxsi hesabından çıxarışda Bayan küçəsi 18 nömrəli mənzildə 5 nəfərin adı yazılmış, bu 5 nəfərin adı həm də A.İsgəndərov küçəsi 18 nömrəli mənzilin şəxsi hesabında qeyd edilmişdir. İddiaçı xx.xx.1969-cu il tarixdə X8 ilə ailə həyatı quraraq ünvan 4 ünvanında yerləşən evə gəlin köçdüyünü bildirmişdir. Quliyev Qələndərin adı hər iki mənzilin şəxsi hesab vərəqində olmuş, iddiaçının adı mənz ilin şəxsi hesabında qeyd edilən Quliyev Qələndərin ailə üzvü olması araşdırılmamışdır. Hökmün surətindən görünür ki, X5 haqqındadır. A.İsgəndərov küçəsi 18 nömrəli və Bayan küçəsi 18 nömrəli mənzilin şəxsi hesab vərəqi də X2 adına qeyd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi A.İsgəndərov küçəsi 18 nömrəli mənzillə Bayan küçəsi 18 nömrəli mənzilin eyni mənzil olmasını, eyni mənzil olmadığı halda 5 nəfər şəxsin eyni vaxtda iki ayrı mənzilin şəxsi hesabında qeyd edilməsini, eyni mənzil olduğu halda, iddiaçının sonradan adının şəxsi hesabdan çıxarılmasının səbəbini araşdırmamışdır. İddiaçının şəxsiyyət vəsiqəsindən görünür ki, ən azından 5 noyabr 2005-ci il tarixdən ünvan 8-da qeydiyyatdadır. Cavabdehin məhkəməyə təqdim etdiyi 6 sentyabr 2021-ci il tarixli məktubunda ünvan 5 ünvana aid texniki pasportun Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 6 saylı Mənzil İstismar Sahəsinin adına tərtib olunduğu bildirilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi isə bu mənzilin onun balansında olmadığını bildirmiş, apelyasiya məhkəməsi cavabdehlə üçüncü şəxsin məktublarında olan ziddiyyəti araşdırıb mənzilin hansı orqanın balansında olmasını müəyyən etməmişdir. 1987-ci ilin noyabr ayında tərtib edilmiş texniki pasportda ünvan 14 A, küçə Adil İsgəndərov, Adil sözünün üstündən xətt çəkilərək Bayan yazılmışdır. Apellyasiya məhkəməsi bütün bu ziddiyyətləri araşdırmamış, Bayan 14 A, Bayan 16, Bayan 18, Adil İsgəndərov 18 kimi qeyd edilən ünvanların eyni ünvan olub-olmamasını, hökmün surətində Bayan 18 nömrəli mənzilin müsa dirə olunmasını, buna baxmayaraq həmin nömrəli mənzilə şəxsi hesab vərəqinin verilməsini, mənzilin dövlətin mülkiyyətində olmasını, Bayan küçəsi 14 A nömrəli mənzilin mövcudluğunu, iddiaçının hansı əsasla Bayan 14 A ünvanına qeydiyyatda olmasını, iddiaçının hüquqi qeydiyyatını tələb etdiyi Bayan 14 A ünvanda başqa kimlərin qeydiyyatda olmasını, həmin şəxslərin mənzilin iddiaçının adına dövlət qeydiyyatına alınmasına razı olub-olmamasını müəyyən etməmişdir. Bəhs olunanların müəyyən edilməsi iş üzrə düzgün qərarın qəbul olunması üçün əhəmiyyət daşıyır. Apellyasiya məhkəməsi tərəfindən İPM-in 12, 48 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin, Mənzil Məcəlləsinin 146-cı maddəsinin, həmçinin “Azərbaycan Respublikası nda mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun tələbləri yoxlanılmadığından kassasiya şikayəti qismən təmin olunmalıdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
18. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-52/2023 nömrəli qərarı ilə (hakimlər: Ə.G.Abdullayev /sədrlik edən və məruzəçi/ Ş.Q.Rzaquliyev və İ.T.Həsənov) apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1431/2021 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçının yaşadığı ünvan 7 ünvanında yerləşən yaşayış sahəsi onun adına özəlləşdirilməklə həmin yaşayış sahəsinə (mənzilə) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdehin ü zərinə qoyulmuşdur.
19. Apelyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan və apellyasiya icraatı zamanı məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı uzun müddətdir ünvan 8 ünvanında yerləşən mənzildə daimi qeydiyyatda olmaqla həmin mənzildə yaşayır. Hal-hazırda da həmin daşınmaz əmlak onun istifadəsindədir. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubunda ünvan 9 ünvanında yerləşən daşınmaz əmlakın Kirovabad şəhər Xalq Məhkəməsinin xx.xx.1970-ci il tarixli, 579 saylı qətnaməsinə əsasən müsadirə edilərək Gəncə şəhəri 6 saylı Mənzil İstismar Kontorunun balansına verildiyi və bununla bağlı mənzil istismar hissəsinə texniki pasportun tərtib olunduğu qeyd edilsə də, Azərbaycan Respublikası Dövlət X6 18 iyun 2021-ci il tarixli, 646(422)/4 s aylı məktubundan görünür ki, Kirovabad şəhər Xalq Məhkəməsinin Arxiv fondunun 1970-ci il üzrə məhkəmə qətnamələri yoxlanılmış, 579 nömrəli qətnamə aşkar edilməmişdir. Həmin Filialın məhkəmə kollegiyasının sorğusuna 07 oktyabr 2022-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş Kirovabad şəhər Xalq Məhkəməsinin xx.xx.1970-ci il tarixli, 579 saylı hökmünün təsdiq olunmuş surətindən görünür ki, həmin hökmlə X5 Azərbaycan SSR Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə təqsirli bilinib 1(bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 41-ci maddəsinə əsasən cəzası şərti hesab edilib bir il sınaq müddəti təyin edilmiş, Kirovabad şəhəri, Bayan küçəsi, 18-də tikdiyi bir otaqlı ev dövlət nəfinə müsadirə edilmiş, 750 kv.m torpaq sahəsi Kirovabad şəhər sovetinin istifadəsinə qaytarılmışdı r. Eyni zamanda həmin Filialın iş materiallarında olan 22 oktyabr 2012-ci il tarixli, 747/5 nömrəli məktubundan, eləcə də 23 fevral 2022-ci il tarixli və məhkəmə kollegiyasının sorğusuna 19 dekabr 2022ci il tarixli cavab məktublarına əlavə edilmiş X2 adına olan 809 nömrəli şəxsi hesab vərəqəsinin təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, həmin şəxsi hesabın Kirovabad şəhər X9 İcraiyyə Komitəsinin Mənzil İstismar Trestinin 6 nömrəli Mənzil İstismar Sahəsi üzrə 1992-ci il tarixli şəxsi hesab kitabında Bayan küçəsi (indiki A.İsgəndərov) ev 18-də yaşaması ilə əlaqədar Kirovabad şəhər Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli, 3-79 saylı icra vərəqəsi əsasında açılmış, şəxsi hesab vərəqində ailə üzvləri kimi oğlu Quliyev Qələndər, gəlini İddiaçı, nəvələri Quliyev Vüqar, Quliyev Anar, Quliye v İlqar və Quliyev Elməddinin adları qeyd edilmişdir. 20. ünvan 11 ünvanları ilə eynidir. ünvan 13 ünvanı ilə ünvan 12 18 ünvanları eynidir. Gəncə şəhəri Bayan küçəsi, 14A və 16 ünvanının ünvan 12 18 ünvanına aidiyyəti yoxdur. ünvan 16ən fərdi yaşayış evi alqı-satqı müqavıləsi əsasında X3 adına qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixli, **********44-10302 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddia edilən mənzil müsadirə olunduqdan sonra qanuni əsaslarla iddiaçının mərhum qaynanasının və onun ailə üzvlərinin, o cümlədən də onun istifadəsinə verilmiş, iddiaçının qaynanası tərəfindən, o vəfat etdikdən sonra isə iddiaçının özü tərəfindən mənzildən istifadəyə görə mənzil kirayə haqqı və kommunal xidmət haqları ödənilm əklə Mənzil İstismar Kontoru ilə mənzil istifadəçiləri arasında faktiki mənzil kirayə münasibətləri mövcud olmuşdur. Hazırkı halda mənzildən istifadə edən şəxslə mənzilin balans saxlayıcısı arasında mənzil kirayə müqaviləsi bağlanmasa da, onların arasında uzun müddətdir ki, faktiki mənzil kirayə münasibətləri mövcud olduğundan həmin mənzilin iddiaçının adına özəlləşdirilməsi qanunun tələbinə zidd hesab edilə bilməz. Qanunvericiliyin tələbləri baxımından mənzilin istifadəyə verilməsi, bir qayda olaraq, mənzil kirayə müqaviləsinin bağlanmasını nəzərdə tutur. Məhkəmə kollegiyası belə hesab edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən mənzil kirayə müqaviləsinin bağlanması ilə bağlı üzərinə düşən vəzifələrinin yerinə yetirilməməsi şəxsin qanunla müəyyən edilmiş mənzil hüquqlarını məhdud laşdırmamalıdır.
21. Bundan başqa, işin faktiki hallarından görünür ki, X2 adına olan 809 nömrəli şəxsi hesab Kirovabad şəhər X9 İcraiyyə Komitəsinin Mənzil İstismar Trestinin 6 nömrəli Mənzil İstismar Sahəsi üzrə şəxsi hesab kitabında Bayan küçəsi (indiki A.İsgəndərov) ev 18-də yaşaması ilə əlaqədar Kirovabad şəhər Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli, 3-79 saylı icra vərəqəsi əsasında açılmışdır. Bu da qeyd edilən yaşayış sahəsinin qanuni əsaslarla iddiaçının və onun ailə üzvlərinin istifadəsinə verildiyini təsdiq edir. Həmçinin məhkəmə baxışında müəyyən edilmişdir ki, iddiaçının ailə üzvləri yaşayış sahəsinin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmirlər. Göründüyü kimi, işin müəyyən edilmiş halları, yuxarıda qeyd edilən yaşayış sahəsinə dair mövcud olan sənədlər, o cümləd ən yaşayış sahəsinin iddiaçının və onun ailə üzvlərinin istifadəsinə verilməsi və bununla bağlı həmin mənzilə şəxsi hesabın açılması, iddiaçının ailə üzvlərinin yaşayış sahəsinin iddiaçının adına özəlləşdirilməsinə razı olmaları “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələbləri baxımından iddiaçının yaşadığı yaşayış sahəsinin özəlləşdirilməsinə əsas verir. Bu da öz növbəsində iddianın əsaslı olduğunu göstərir.
22. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
23. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaç ının müraciətinin olunmasından imtinanın və iddia tələbinə etirazının dəlilləri ilə eynilik təşkil edir. təmin Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Maddə 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanu nu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvaf iq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 27. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi i lə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə
8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri ə lavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikd ə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçin in tələbləri göstərilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
32. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı ins tansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
33. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, kassasiya şikayətinin dəlilləri iddiaçının müraciətinin təmin olunmasından imtinanın və iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəf indən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin iddiaçının adına özəlləşdirilməsi və həmin yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsin in qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. Hazırkı mübahisəyə dair işə təkrar apelyasiya baxışı zamanı Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1376/2022 nömrəli qərarında qeyd olunmuş göstərişlər tam şəkildə və hərtərəfli icra olunmuşdur. Apellyasiya məhkəməsi tərəfindən bununla bağlı aparılmış araşdırmalar nəticəsində həmin yaşayış sahəsin in xx.xx.1973-cü il tarixdə Kirovabad şəhər X7 İcraiyyə Komitəsinin Mənzil İstismar Trestinin 6 nömrəli Mənzil İstismar Sahəsi üzrə şəxsi hesab kitabında 809 nömrəli şəxsi hesab açılmaqla X2 və onun ailə üzvlərinin istifadəsinə verildiyi, qeyd olunan şəxsi hesab vərəqində ailə üzvləri qismində X5 ilə yanaşı oğlu Quliyev Qələndər, gəlini İddiaçı, nəvələri Quliyev Vüqar, Quliyev Anar, Quliyev İlqar və Quliyev Elməddinin adlarının qeyd olunduğu, iddiaçının ünvan 8 ünvanında yerləşən həmin yaşayış sahəsində yaşadığı və hal-hazırda da həmin daşınmaz əmlakın onun istifadəsində olduğu müəyyən edilmişdir.
38. Hazırkı mübahisəyə münasibətdə iddia edilən yaşayış sahəsinin iddiaçının mərhum qayınanasının və onun ailə üzvlərinin, o cümlədən iddiaçının istifadəsinə qanuni əsaslarla verildiyi, iddiaçını n qayınanası tərəfindən, o vəfat etdikdən sonra isə iddiaçının özü tərəfindən yaşayış sahəsindən istifadəyə görə kirayə haqqının və kommunal xidmət haqlarının ödənildiyi, istifadə və ödəmə faktının balans saxlayıcı səlahiyyətli orqan tərəfindən qəbul edildiyi, bununla bağlı tərəflər arasında hər hansı mübahisənin olmadığı iş üzrə materiallarla təsdiq olunur. Bu baxımdan yaşayış sahəsinin istifadəçiləri, o cümlədən iddiaçı ilə səlahiyyətli orqan (Mənzil İstismar Kontoru) arasında faktiki kirayə münasibətlərinin mövcud olduğu qəbul olunmalıdır. Nəzərə almaq lazımdır ki, tərəflərin etiraz etmədiyi və faktiki kirayə münasibətlərini davam etdirdiyi təqdirdə, formal kirayə müqaviləsinin bağlanılmaması şəxsin ziyanına təfsir oluna bilməz. 39. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşd irilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. İstinad olunan Qanunun 7-ci maddəsinə görə, dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər.
40. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından iddiaçının ailə üzvlərinin həmin yaşayış sahəsinin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmədiyi və bununla bağlı ərizələri sübut qismində məh kəməyə təqdim etdikləri də görünür. Bundan başqa, iş üzrə materiallardan iddiaçının dövlət və yaxud ictimai mənzil fondunun mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan əvvəllər istifadə etdiyi görünmür. Bu səbəblərdən iddia edilən yaşayış sahəsinin iddiaçının adına özəlləşdirilməsi yuxarıda istinad olunan normaların tələbinə zidd sayıla bilməz.
41. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin iddiaçının hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəməyə müraciət etməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının iddia etdiyi yaşayış sahəsi üzərində hüquqları müvafiq qanunvericiliyin obyektiv normalarından irəli gəlir və iddiaçının həmin hüquqları qanunla təsbit olunmuşdur. Əgər cavabdeh inzibati orqan olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada icraat apar saydı və bu zaman yalnız öz arxiv sənədlərinə istinadən deyil, müvafiq səlahiyyətli qurumlara istinadən daha ətraflı araşdırma aparsaydı, iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün yetərli əsasları müəyyən edə bilərdi. Nəzərə almaq lazımdır ki, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməkdə iddiaçı haqlıdır və onun bu haqqından istifadə hüququ məhdudlaşdırıla bilməz.
42. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2023-cü il tarixli, 2-1(104)-52/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.