Məhkəmə qərarları › İş №2-1(102)-1664/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1664/2019

08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1664/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin “XXX” MMC-yə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin cavabdeh “XXX” MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)32/19 saylı 05 fevral 2019-cu il tarixli qərardadından Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 08.05.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsi (prosessual hüquq varisi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti) cavabdeh “XXX” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 01.07.2017-ci il tarixə 15 183.69 manat məbləğdə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunun cavabd ehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.09.2018-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, 01.07.2017-ci il tarixədək olan dövr ərzində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 15 183.69 manat məbləğdə borcun cavabdehin əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.09.2018-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-32/19 saylı 05 fevral 2019-cu il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə sinin 06.09.2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehin cari, valyuta və digər hesablarına icra sənədi olan sərəncam verilmədən məhkəmədə iddia qaldırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-32/19 saylı 05 fevral 2019-cu il tarixli qərardadından Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı tərəfindən cavabdehdən borcunun ödənilməsini təmin etmək üçün qanunvericiliyin tələblərinə uyğun olaraq bütün lazımi tədbirlər həyata keçirilmiş, cavabdehin aktiv bank hesabı olmadığı üçün bank hesablarına sərəncamın gönd ərilməsi mümkün olmamışdır. Kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26, 402, 403.1, 404.1.2, 405.0.2-ci maddələrinə, Vergi Məcəlləsinin 23.11.15-1-ci maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-32/19 saylı 05 fevral 2019-cu il tarixli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Vergilər Nazirliyi y anında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-32/19 saylı 05 fevral 2019-cu il tarixli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-32/19 saylı 05 fevral 2019-cu il tarixli qərardadı ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 2-ci hissəsinə əsasən məcburi dövlət sosi al sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən “Sosial sığorta haqqında” AR Qanununun 18-ci maddəsinin ikinci hissəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Ve rgilər Nazirliyi nəzərdə tutulur. (sözügedən fərman 01.01.2019-cu il tarixdən qüvvəyə minmişdir). Beləliklə, 01.01.2019-cu il tarixdən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsin də mümkündür. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə iddiaçı qismində vergi orqanı çıxış edir. Hazırkı iş üzrə işə baxan apellyasiya instansiya məhkəməsi iddia tələbini o əsasla mümkün hesab etməmişdir ki, iddiaçı tərəfindən cavabdehin cari, valyuta və digər hesablarına icra sənədi olan sərəncam verilmədən məhkəmədə iddia qaldırılmışdır. Bununla bağlı kassatorun əsas dəlili ondan ibarətdir ki, cavabdehin aktiv bank hesabı olmadığı üçün bank hesablarına sərəncamın göndərilməsi mümkün olmamışdır. İşə baxan apellyasiya instansiya məhkəməsi cavabdehin aktiv bank hesabı olubolmamasını müəyyən etmədən formal olaraq iddiaçı tərəfindən cavabdehin cari, valyuta və digər hesablarına icra sənədi olan sərəncam verilmədən məhkəmədə iddia qaldırılması əsası ilə iddia tələbini mümkün saymamışdır. Halbu ki, İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-32/19 saylı 05 fevral 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar