Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1664/2021 12.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Monitorinq İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Monitorinq İdarəsinə qarşı “fonda köçürülməmiş əmək haqqının hesablanaraq iddiaçıya verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli, 2-1(103)-569/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Monitorinq İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən X1 Monitorinq İdarəsində iddiaçının işlədiyi son 7 il üzrə Dövlət Sosial Müdafiə Fonduna köçürülmək üçün hesablanmış, lakin həmin fonda köçürülməmiş sığorta haqqının hesablanaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2002-ci ildən 2019-cu ilədək cavabdeh təşkilatda baş m exanik vəzifəsində işləmişdir. Onun əmək haqqı 190 manatdan başlayaraq 360 manata qədər artmışdır. İmtiyazlı işçi kimi 1957-ci il təvəllüdlü olması nəzərə alınaraq 2014-cü ildə əmək pensiyasına çıxmışdır. Lakin işlədiyi sonuncu 7 il əmək haqqından tutulan vəsaitlər DSMF-yə köçürülməmiş, bu isə ona təyin edilmiş pensiya məbləğinin az hesablanmasına səbəb olmuşdur.
3. Bakı İnzibati Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2-1(112)-5131/2020 saylı qərardadı ilə (hakim Elvin Əliyev) iddia tələbi mümkün sayılmamışdır.
4. Məhkəmə hesab etmişdir ki, iddiaçının müvafiq ərizə ilə əvvəlcə iddiaya cavab verməli olan cavabdehə müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmadığından, həmçinin iddiaçı iddia tələbini dəqiqləşdirmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
5. İddiaçı həmin qərarda ddan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli 21(103)-569/2021 saylı qərardadına əsasən (sədrlik edən Afaq Nuriyeva, hakimlər – Valeh Ağayev və Aida Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2-1(112)-5131/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. İddiaçı 27.04.2021-ci il tarixində vəsatət təqdim edərək dövlət büdcəsi hesabına vəkillə təmin olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.05.2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, iddiaçı 12.07.2021-ci il tarixində vək illə təmin edilmişdir.
9. İddiaçı 14.07.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli 2-1(103)-569/2021 saylı qərardadının ləğv edilməsini və iddia tələbinin icraata qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində iddiaçı İnzibati Prosessual Məcəllənin 90.1 və 90.2-ci maddələrinə istinad edərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdi r. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
15. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
16. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
17. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yo l verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüqu q münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Belə ki, hazırkı qərarın 18-ci bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələrin ilk növbədə yoxlamalı olduğu hallardan biri də qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasıdır.
23. Məhkəmələr də qeyd olunan hüquqi mövqeyə uyğun olaraq araşdırma aparmış və müəyyən etmişdir ki, hazırkı iddia tələbi üzrə iddiaçının cavabdehə ilkin müraciət edilməsi və göstərilən tələb üzrə cavabdehin imtinası barədə hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir.
24. İstər İPM-in 35.1-ci maddəsinin tələbinə, istərsə də Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə əsasən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
25. Odur ki, kassator məhkəmənin əsassız qərar qəbul etdiyini iddia etsə də, yuxarıda qeyd edilən hallardan görünür ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır.
26. Odur ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli 2-1(103)-569/2021 saylı qərardadı dəyişdirilmədən saxla nılmalıdır.
27. Şərh olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli 21(103)-569/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.