Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1664/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2018-ci il tarixdən yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-947/2022 nömrəli, 18 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1 sentyabr 1980-ci il tarixdən 31 iyul 1981-ci il tarixədək Azərbaycan SSR Bakı texniki peşə təhsili idarəsinin texniki məktəbində “EHM operatoru” ixtisası üzrə tam kursu bitirmişdir.
2. İddiaçı X1 ilə nikahda olub, nikahlarından 5 uşağı olmuşdur: 10 oktyabr 1982-ci ildə Nigar, 21 yanvar 1984-cü ildə Rufiyyə, 15 mart 1985-ci ildə Qəhrəman, 18 oktyabr 1986-cı ild ə Rüfət, 22 iyul 1988-ci ildə Nadirə.
3. İddiaçı 1981-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1987-ci ildə institutu “elektron hesablayıcı maşınları” ixtisasını bitirmişdir.
4. İddiaçının həyat yoldaşı Rauf Qəhrəmanov 16 dekabr 2000-ci ildə, iddiaçının oğlu Qəhrəman isə 30 yanvar 2007-ci ildə vəfat etmişdir.
5. İddiaçının əmək kitabçasına əsasən, İddiaçı 12 may 1981-ci il tarixdən 5 iyul 1988ci il tarixədək, 9 aprel 1991-ci il tarixdən 1 sentyabr 1993-cü il tarixədək, 12 iyul 1994-cü il tarixdən 1 yanvar 1997-ci il tarixədək müxtəlif müəssisələrdə işləmişdir.
6. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********9 saylı, 8 iyul 2021-ci il tarixli imti na məktubunda İddiaçı təqdim etdiyi 12 may 1981-ci il tarixdə tərtib edilmiş ИТ-İ №0628470 saylı əmək kitabçasının surətinə əsasən onun ümumi sığorta stajının 16 il 11 ay olması təşkil edir. Eyni zamanda İddiaçı fərdi hesabında 1 yanvar 2006cı il tarixədək olan sığorta stajınıza uyğun (12 il) sığorta kapitalı 8903,82 manat, 1 yanvar 2006-cı il tarixindən 2223,04 manat olmaqla ümumilikdə 11126,86 manat təşkil etmişdir ki, bu məbləğ də qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, pensiya təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu Rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X1 ilə nikahda olmuş, birgə nikahlarından 5 uşağı olmuşdur. xx.xx.1982-ci il təvəllüdlü X5, xx.xx.1986-cı il təvəllüdlü X6, xx.xx.1984-cü il təvəllüdlü X2, xx.xx.1988-ci il təvəllüdlü X4 və xx.xx.1985-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Uşaqlarını 18 yaşına kimi özü böyüdüb tərbiyə edib. Həyat yoldaşı X1 xx.xx.2000-ci il tarixdə, oğlu X3 isə xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Onun 2006-cı ilə kimi 13 il əmək stajı vardır. Bu stajı əmək kitabçası ilə təsdiqlənir. 2006-cı ildən sonra da cəmi 1 il əmək stajı vardır. Bununla bağlı ona dövlət sosial sığorta şəhadətnaməsi də verilmişdir. Göründüyü kimi, onun 2006- cı ildən sonra sığorta stajı olduğundan 2006-cı ilə kimi sığorta stajı 25 il götürülür. Ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Bu da imtinanın əsassız olmasına dəlalət edir.
9. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlidir, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 2 5 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüq uqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. “Əmək pensiyaları haqqında” Qanunun 22-1ci maddəsinə əsasən 2019-cu il yanvarın 1 -dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı g ündən yenidən hesablanması zamanı; 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. İddiaçı xx.xx.2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının müraciətinə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən baxılmış və xx.xx.2021-ci il tarixli **********9 nömrəli məkt ubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsasını İddiaçı təqdim etdiyi xx.xx.1981-ci il tarixdə tərtib edilmiş İT-İ №0628470 saylı əmək kitabçasının surətinə əsasən onun ümumi sığorta stajının 16 il 11 ay olması təşkil edir. Eyni zamanda İddiaçı fərdi hesabında xx.xx.2006-cı il tarixədək olan sığorta stajınıza uyğun (12 il) sığorta kapitalı 8903,82 manat, xx.xx.2006-cı il tarixindən 2223,04 manat olmaqla ümumilikdə 11126,86 manat təşkil etmişdir ki, bu məbləğ də qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 57 yaşından çoxuşaqlı ana olduğu üçün yaşa görə sosial müavinət təyin edilmişdir. İddia çı “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanın beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etməsi tələbini ödəsə də, qanunvericilikdə avtomatlaşdırılmış qaydada pensiya təyinatı yalnız pensiya yaşına çatmış və fərdi hesabının sığorta hissəsində 01.01,2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı toplanmış şəxslərə münasibətdə aparıldığından İddiaçı avtomatlaşdırılmış qaydada yaşa görə pensiya təyinatının aparılması mümkün deyildir. Belə ki, qeyd edilən Qanunun 12-ci maddəsinə müvafiq olaraq, kişilər üçün pensiya hüququnun yaranması üçün 2 şərtin olması tələb olunur: 1) 60 yaş 2) azı 25 il iş stajı. Göründüyü kimi, şəxsə pensiya təyin edilməsi üçün hər iki şərtin eyni anda mövcud olması tələb olunur. Əks təqdirdə şəxsin p ensiya hüququ yaranmayacaq və bununla əlaqədar şəxsə cavabdeh orqan tərəfindən imtina verilməsi qanunun tələblərinə uyğun və əsaslı olacaqdır.
11. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9091/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddiа tələbinin təmin edilməsi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 12 il 08 aydır (xx.xx.1980-xx.xx.1981-ci il texniki peşə məktəbində təhsil aldığı müddət, xx.xx.1981-xx.xx.1988; xx.xx.1991-xx.xx.1993; xx.xx.1994-xx.xx.1997-ci illərdə əmək fəaliyyətində olduğu dövr) (cavabdeh tərəfindən sığorta stajı olaraq 16 il 11 ay nəzərə alınmışdır), beş uşaq doğub onları sək kiz yaşınadək tərbiyə edib. xx.xx.2006-cı il tarixindən sonrakı dövr üzrə cavabdeh tərəfindən nəzərə alınan sığorta kapitalı 2223,04 manat olsa da, iddiaçı tərəfindən təqdim edilən elektron məlumat sistemindən çıxarışa əsasən 1956,18 manat sığorta kapitalı var. Məhkəmə qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunun 22-1.4-cü maddəsi həmin maddənin 221.2.1.-ci maddəsinin tətbiqini istisna edən halları müəyyən edir və həmin maddə beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlara tətbiqini, yəni yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququnu istisna etmir. Odur ki, məhkəmə qeyd etmişdir ki, qeyd edilən normalarına əsasən, iddiaçının yaşa görə əmək pensiyası təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan s ığorta stajı 25 il kimi nəzərə alınmalıdır.
23. Nəticə etibarilə iddiaçının yaşa görə pensiya təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X11 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Məhkəmə kollegiyası tərəfindən iddiaçının nümayəndəsinə hüquqi yardım göstərilərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilməsi təklif edilmişdir. İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşmə si barədə ərizə təqdim edilərək, ona 56 yaşının tamam olduğu 14 noyabr 2018-ci il tarixdən yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə məhkəmə kollegiyası tərəfindən qəbul edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-947/2022 nömrəli, 18 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qərarı İddiaçı yaşa görə təyin edilmiş əmək pensiyasının onun 56 yaşının tamam olduğu, yəni 14 noyabr 2018-ci il tarixdən təyin edilməsi göstərilməklə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməs i birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 18 may 2022-ci il tarixli qərarının ləğv edilməsini və inzibati işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 8. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapi talı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 22-1.1. 2019-c u il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: Maddə 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azald ılmaqla hesablanır; Maddə 22-1.4. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: Maddə 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; Maddə 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; Maddə 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; Maddə 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbayc ana qarşı” işi üzrə qərarı.
22. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 a y, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı veri lmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habel ə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. X14 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Hazırkı mübahisənin predmetini iddiaçının 14 noyabr 2018-ci il tarixdən ona yaşa görə pensiyanın təyin edilməsi tələb edir.
29. Bununla bağlı cavabdeh orqan tərəfindən iddiaçının sığorta stajının 25 ildən az, yəni 16 il 11 ay təşkil etməsi, eyni zamanda pensiya kapitalının kifayət qədər olmaması əsası ilə imtina edilmişdir.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 56 yaşının tamam olduğu, yəni 14 noyabr 2018-ci il tarixindən yaşa görə pensiyas ının təyin edilməsi üçün ümumi iş stajının mövcudluğu ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Bundan başqa apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, pensiya kapitalı ilə bağlı qeyd edilən tələb 1 iyul 2017-ci i l tarixdən qüvvədədir (bax: hazırkı qərarın 17-ci bəndi). İddiaçı isə pensiya hüququnu 1 yanvar 2006-cı il tarixinədək qazanmışdı. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddə alar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
32. Odur ki, hazırda qüvvədə olan qanunvericilikdə pensiya kapitalı ilə bağlı nəzərdə tutulmuş şərt iddiaçıya şamil edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-947/2022 nömrəli, 18 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.