Məhkəmə qərarları › İş №2-1(102)-1664/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1664/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1664/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, müddətin üzrsüz səbəbdən ötürülməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət i Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı işə faktiki bərpa edilməklə əmək haqqı alacağı tarixədək olan müddət üçün əmək haqqının ödənilməsi tələbinə dair inzibati iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-209/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərardadından ərizəçi X2 tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Gəncə şəhər Kəpəz Bələdiyyəsindən xx.xx.2008-ci il tarixli alqı-satqı əsasında alınmış Gəncə şəhəri, Sadıllı qəsəbəsi E-5 məhəlləsində yerləşən 400 kv.m sahəsi olan 3 nömrəli torpaq sahəsinə dair onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-547/2020 nömrəli, 17 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim: F.C.Hüseynov) iddia təmin edilmiş, Gəncə şəhər Kəpəz Bələdiyyəsindən xx.xx.2008-ci il tarixli alğı-satqı əsasında alınmış Gəncə şəhəri, Sadıllı qəsəbəsi E-5 məhəlləsində yerləşən 3 nömrəli, 400 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ə razi İdarəsinin üzərinə qoyulmuşdur.

3. İş üzrə tərəf olmayan X2 xx.xx.2022-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-547/2020 nömrəli, 17 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və onun iş üzrə üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir.

4. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-547/2020 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim F.Hüseynov) vəsatət təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki ərizə üzrə ərizəçinin vəkili sözügedən qərardan cari ilin avqust ayında məlumatlı olduqlarını bildirsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu hal isə sözügedən məhkəmə qərarının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasının t əzələnməsini və şəxsin məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsini istisna edir.

6. Birinci instansiya məhkəməsinin qərardadından ərizəçi apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)-209/2023 saylı, 15 fevral 2023-cü il tarixli qərardadı ilə (sədrlik edən: A.V.İsgəndərova, hakimlər: R.Z.Mamedov və A.V.Bayramov) ərizəçinin apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-547/2020 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir k i, hazırkı iş üzrə qəbul edilmiş məhkəmə aktının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini tələb edən X1 qanunla qorunan maraqlarına toxunması və ya onun barəsində üçüncü şəxs olaraq vahid qərarın qəbul olunmasını şərtləndirən hallar müəyyən edilmir.

9. Ərizəçi apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermişdir. Ərizəçi vəsatətdə xəstə olması səbəbindən qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayətinin verə bilmədiyini bildirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixi nin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəm ə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiy ası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. 11. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 fevral 2007ci il tarixli qərarı 12. "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" Avropa Məhkəməsinin qərarı KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

13. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət əsassız olduğundan təmin edilməməli, ş ikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

14. Belə ki, kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

15. İş materiallarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2-1(104)-209/2023 saylı qərardadı 21 fevral 2023-cü il tarixdə iddiaçıya göndərilmişdir.

16. İddiaçı kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsini vəsatətdə etiraf etmiş və müddətin ötürülməsi səbəbinin üzürlü hesab olunmasını xahiş etmişdir. İddiaçı vəsatətdə qeyd etmişdir ki, qərardadı aldıqdan sonra xəstə olmuşdur. Bu barədə müvafiq arayışı da vəsatətə əlavə etmişdir.

17. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Dövlət Dəmir X4 Xidməti Gəncə Dəmir Yol Poliklinikası tərəfindən verilmiş 019 saylı, 31 mart 2023-cü il tarixli arayışda ərizəçinin 27 mart 2023-cü il tarixdən 30 mart 2023-cü il tarixədək müalicə edildiyi göstərilmişdir. Ərizəçinin müalicəsi bitdikdən sonra 31 mart və 3 aprel iş günləri olsa da o kassasiya şikayətini 4 aprel 2023-cü il tarixdə vermişdir. Yəni ərizəçi müddəti heç bir üzrlü səbəb olmadan ötürmüşdür. 18. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 fevral 2007ci il tarixli qərarında qeyd edilir ki, imperativ xarakterə malik pr osessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir.

19. Avropa Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar".

20. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə olan halda, ərizəçinin şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz.

21. Göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-209/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərardadından ərizəçi tərəfindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Ərizəçinin şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar