Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1664/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə (üçüncü şəxslər X4, X5, X10, X6, X7, X2, X1, X12, X8, X13, Hüseynov Arif Talıb oğlu) qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətdə olan fərdi yaşayış evinin ünvanı üzrə qeydiyyatdan çıxarılma. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə (üçüncü şəxslər X4, X5, X10, X6, X7, X2, X1, X12, X8, X13, Hüseynov Arif Talıb oğlu) qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2024-cü il tarixli, 2-1(103)517/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 nömrəli fərdi yaşayış evi üzərində iddiaçının tam mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, üçüncü şəxslər ünvan 1 ünvanında qeydiyyatda dırlar.
3. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4, X5, X10, X6, X7, X2, X1, X12, X8, X13 və Hüseynov Arif Talıb oğlunun ünvan 1 ünvanında yerl əşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçının tələbi hazırkı qərarın 1-3-cü bəndlərində sadalanan hallara istinad edilməklə əsaslandırılmışdır.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2-1(112)-5857/2023 nömrəli qərardadı ilə X4, X5, X10, X6, X7, X2, X1, X12, X13 və Hüseynov Arif Talıb oğlu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
8. Üçüncü şəxslər tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) 26 aprel 2023-cü il tarixli, 2-1(112)-5857/2023 nömrəli qərarı ilə iddia tələbi təmin еdilmiş, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaş ayış evindən X4, X5, X10, X6, X7, X2, X1, X12, X8, X13, Hüseynov Arif Talıb oğlunun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 1 nömrəli fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Belə olan halda, mülkiyyətçi ona məxsus evdə qeydiyyatda olan, lakin faktiki olaraq həmin evdə yaşamayan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Sözügedən fərdi yaşayış evində qeydiyyatda olan şəxslər həmin evdə yaşamadıqlarından, eləcə də onların həmin evə dair istifadə hüququnun hazırda mövcudluğuna dair cavabdeh tərəfindən hər hansı sübut məhkəmə icraatına təqdim edilmədiyindən, həmin şəxslərin iddiaçıya məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmamaları qanunazidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
11. Üçüncü şəxslər X7, Hüseynov Arif Talıb oğlu, X6, X5, X4, X10 və X2 həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və A.P.Hüseynova) 20 fevral 2024-cü il tarixli, 21(103)-517/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia tələbi rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq öz mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən və üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evləri dövlət reyestrində qeydiyyatdan keçməmiş evlərdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən üçüncü şəxslərdən birinin (X10) yaşadığı evə (həmin ünvan altında) istifadə hüququ tanınmışdır. Göründüyü kimi, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, özlərinə aid (faktiki sahibliklərində) olan yaşayış evlərində qeydiyyatdadırlar və orada da yaşayırlar. Belə olan halda, həmin şəxslərə münasibətdə iddiaçı iddia tələbində haqlı hesab edilə bilməz.
14. Eyni ünvan göstəricisinə malik iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, eləcə də üçüncü şəxslərə aid dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlakların olması iddiaçının eyni ünvan, lakin müxtəlif yerlərdə yaşayan və qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququnu istisna edir.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
16. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, üçüncü şəxslərdən X1 mənzilə qeydiyyatı qanunsuz əldə etdiyini etiraf etmiş və başqa ərazidə qeydiyyatdan keçmişdir.
17. Həmçinin, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2019-cu il tarixindən iddiaçının mülkiyyətindədir. Buna baxmayaraq, 2 ailə qanunsuz olaraq həmin mənzildə qeydiyyatdadır. Həmin ailələrdən biri işdə olan qonşular tərəfindən tərtib e dilərək imzalanmış və 55 saylı MKİS-in möhürü ilə təsdiqlənmiş xx.xx.2002-ci il tarixli aktı əsas gətirərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən iddianın təmin edilməsinə nail olmuşlar. 55 saylı MKİS tərəfindən verilən xx.xx.2002-ci il tarixli aktdan görünür ki, X10 1970-ci il tarixdən ünvan 3 ünvan bir mənzil üçün nəzərdə tutulub və çıxarışla daşınmaz əmlakın yerləşdiyi ünvan illərlə onun ailəsinə məxsus olmuşdur. Hüseynovlar ailəsi isə bu yaxınlarda 30 saylı MKİS tərəfindən qanunsuz əsaslarla təqdim edilmiş arayışı ilə qeydiyyata düşməyə nail olmuşdur. Halbuki, həmin fərdi yaşayış evi xx.xx.2019-cu il tarixinə qədər iddiaçının anasının adına olmuş və həmin tarixdə ona bağışlanmışdır. Hazırda iddiaçının əmlakla bağlı hüquqları pozulmaqdadır və ona məxsus əmlaka qanunsuz qeydiy yata düşən şəxslərə görə mülkiyyətinə münasibətdə istifadə, sahiblik və sərəncam hüquqlarından iradəsinə uyğun istifadə edə bilmir. Hazırda qeydiyyatda olan üçüncü şəxslər tamamilə fərqli ünvanda, dövlət reyestrindən qeydiyyatdan keçməmiş tikilidə yaşayırlar. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Üçüncü şəxslər X10, X7 və Hüseynov Arif Talıb oğlu kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsi, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.... Maddə
29. Mülkiyyət hüququ... İİİ. Hər kəsin mülkiyyətində daşınar və daş ınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir....
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... Maddə
178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.... 21. “Yаşаyış yеri və оlduğu yеr üzrə qеydiyyаt hаqqındа” Аzərbаycаn Rеspublikаsının Qаnunu: Maddə
2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerlər i başa düşülür.... Maddə
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ə sasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında....
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə il ə bağlı işə dair özü qərar qəbul edir....... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası m əhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 25.Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul olunmaqla, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 26.Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə nəticəyə gələrkən mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən və üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evləri dövlət reyestrində qeydiyyatdan keçməmiş evlərdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən üçüncü şəxslərdən birinin (X10) yaşadığı evə (həmin ünv an altında) istifadə hüququ tanınmışdır. Göründüyü kimi, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, özlərinə aid (faktiki sahibliklərində) olan yaşayış evlərində qeydiyyatda olmaqla orada da yaşayırlar. Belə olan halda, iddiaçı həmin şəxslərə münasibətdə tələbində haqlı hesab edilə bilməz. Həmçinin, eyni ünvan göstəricisinə malik iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, eləcə də üçüncü şəxslərə aid dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlakların olması iddiaçının eyni ünvan, lakin müxtəlif yerlərdə yaşayan və qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququnu istisna edir. 27.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ünvan 1 nömrəli fər di yaşayış evi üzərində tam mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı da hazırkı qərarın 19-21-ci bəndlərində sadalanan qanunvericilik normalarının tələblərinə istinad etməklə üçüncü şəxslərin ona məxsus fərdi yaşayış evinin ünvanı üzrə qeydiyyatdan çıxarılmasını tələb edir. 28.Qeyd edilməlidir ki, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, eləcə də üçüncü şəxslərə aid dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlakların eyni ünvan göstəricisinə malik olması yol verilməzdir. Belə ki, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış evin ünvanı da yalnız həmin tikiliyə aid olmaqla, qeydiyyata alınmamış başqa tikililərin ünvan göstəricisi kimi çıxış edə bilməz.
29. Odur ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 3A nömrəli fərdi yaşayış evi nə qədər ki, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və mübahisəli ünvan da məhz, həmin fərdi yaşayış evinə aiddir, üçüncü şəxslərin həmin fərdi yaşayış evinə aid ünvan üzrə qeydiyyata alınması ilə bağlı iddiaçının iradə ifadəsi yoxdur, bu halda iddiaçı həmin şəxslərin özünə məxsus fərdi yaşayış evinin ünvanından qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır.
30. Üçüncü şəxslərin kassasiya şikayətinə qarşı etirazın dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 3A nömrəli fərdi yaşayış evi artıq iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır ki, həmi n qeydiyyatın qanuni və ya qanunsuz aparılması hazırkı mübahisənin predmeti deyildir. Daşınmaz əmlakla bağlı iddiaçının adına aparılmış qeydiyyat hazırkı vaxta mübahisələndirilməməklə qüvvədə olduğundan, başqa sözlə, iddiaçı hazırda həmin fərdi yaşayış evinin qanuni mülkiyyətçisi olduğundan, üçüncü şəxslərin həmin evin ünvanı üzrə qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi hazırkı qərarın 19-21-ci bəndində sadalanan qanunvericilik normalarının tələblərinə cavab vermədiyindən və yuxarıda qeyd olunan səbəblərdən iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2024-cü il tarixli, 21(103)-517/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin olunsun. Qərar qətidir.