Məhkəmə qərarları › İş №2-1(102)-1665/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1665/2019

01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1665/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı Cavabdehnə (üçüncü şəxs Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı maddi və mənəvi ziyanın ödənilməsi qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin nümayəndəsi Ülvi Quliyevin və vəkili Xəqani Musayevin iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 25 dekabr 2018-ci il t arixli, 2-1(103)-2985/18 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 01 may 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzili dövlət tərəfindən alınmaya məruz qalmışdır. İlkin olaraq mənzili Cavabdeh tərəfindən təyin edilmiş ekspertlər tərəfindən ölçüyə alınmış və sonradan ona verilən məlumata görə mənzilinin ümumi sahəsi 49.7 kv.metr təşkil edir. Bununla razılaşmayaraq, dəfələrlə mənzilinin yenidən ölçüyə alınması ilə bağlı müraciətlər etsə də, qərəzli şəkildə heç bir tədbir görülməmişdir. Daha sonra mənzilinin alınması nəti cəsində ona kompensasiya məbləği olaraq, 74400 manat təyin edilmişdir ki, bu məbləğlə də o, razı olmadığını dəfələrlə istər şifahi, istərsə də rəsmi qaydada bildirmişdir. Eyni zamanda ona təyin edilmiş kompensasiya məbləği yalnız yaşayış sahəsinin ölçülərinə hesablanmışdır ki, bu da birbaşa Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, 4-cü bəndinin, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 23, 56-cı maddələrinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən söküntü ilə, bağlı olan qərarın qəbul olunma tarixində ölkə üzrə manatın məzənnə dəyəri beynəlxalq valyuta olan ABŞ dollarına nisbətdə 0.78 manat olmuşdur ki, ona təyin olunan 74400 manat kompensasiya məbləğində ölkə üzrə baş vermiş inflyasiya ümumiyyətlə nəzərə alınmamışdır ki, inflyasiya nəzərə alınmış olsa idi, həmin məbləğ hazırkı tarixə 162.480,769 manat təşkil etməli idi. Bundan əlavə olaraq, təyin edilmiş kompensasiya məbləğində ona dəyəcək maddi və mənəvi zərərin əvəzi nəzərə alınmamışdır ki, bu da maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı aidiyyəti üzrə normativ hüquqi aktların müvafiq maddələrinin tələblərinin pozulması deməkdir. Mənzilinin dövlət ehtiyacları üçün alınması nəticəsində ona dəyəcək maddi və mənəvi zərəri ümumilikdə 50000 manat pul vəsaiti şəklində dəyərləndirir. Həmçinin mənzilinin yerləşdiyi ərazi üzrə yeni inşa olunan binalarda 1 otaqlı, ümumi sahəsi 100 kv.m. olan mənzilin dəyəri 300000 manat təşkil etdiyi halda, cavabdehin mənzilinə təyin etmiş olduğu komp ensasiya məbləği nə ədalət prinsipinə, nədə ki, Azərbaycan Respublikası Qanunvericiliyinə uyğundur. O, mənzil əldə edən zaman əlavə olaraq mənzilinin yerləşdiyi 0.0138 ha torpaq sahəsinə də neçə illərdir ödənişlər etmişdir. Hətta mənzili özəlləşdirilən zaman da dövlətə 2000 ABŞ dollarından artıq vergi ödəmişdir. Ailə tərkibi 3 nəfərdən ibarətdir, ona hesablanmış kompensasiya məbləği ilə həmin mənzildə qeydiyyatda olan qızı X1 da razı deyildir. Həmçinin onun evli olmayan, subay oğlu var, onu gələcəkdə ev ilə təmin etməyə imkanı yoxdur. Hal-hazırda mənzildə 2 otaq mənzil 4 otağa təmir edilmişdir. Həmin mənzilə onlar ailəliklə yerləşmək üçün normal imkan vardır ki, həmin şəraiti o, bir otaqlı mənzildə təmin edə bilməz. Cavabdehin ona ünvanlanmış olduğu cavab məktubunda qeyd etmiş olduğu “Razı laşma protokolu”nun mahiyyəti barəsində ona heç bir izah verilmədən, onun hüquqi savadsızlığından istifadə etməklə imzanın alınması baş vermişdir. İddiaçı Cavabdehnə (üçüncü şəxs Maliyyə Nazirliyi) qarşı cavabdeh tərəfindən yaradılmış Daşınmaz Əmlakın Alınması Qrupu ilə aralarında imzalanmış razılaşma protokolunun etibarsız hesab edilərək, mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilinin dövlət ehtiyacları üçün alınması nəticəsində ona cavabdeh tərəfindən kompensasiya məbləği olaraq ümumilikdə 212480,769 manat pul vəsaitinin ödənilməsibarədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 31.10.2018-ci il tarixli iş № 2-1(81)-3948/2018, (sədrlik edən hakim E.Məmmədov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 31.10.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 25.12.2018-ci il tarixli iş № 2-1(103)-2985/2018 (hakimlər E.Nağıyeva - sədrlik edən və məruzəçi, H.Həmidov və V.Baxışova) qərarı ilə birinci instansiya məhkəməsinin 31.10.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayət ini onunla əsaslandırmışdır ki,Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının barəsində qəbul etmiş olduğu 25 dekabr 2018-ci il tarixli qərarını tamamilə əsassız və qanuna zidd hesab edir. Belə ki, mənzilinin alınması nəticəsində ona cavabdeh tərəfindən hesablanan kompensasiya məbləği nə ədalətə, nə qanuna, nə də vicdana uyğundur. İstinad etmiş olduğu qanunverici aktların maddələrinin tələbləri üzrə açıq aydın şəkildə kompensasiya məbləğinin hesablanması zamanı baş vermiş inflyasiya nəzərə alınmalı və yaranan çətinliklərlə bağlı kompensasiya məbləğindən əlavə olaraq 10 faiz dəyərində əlavə ödəniş cavabdeh tərəfindən ödənilməlidir, eləcə də uzun illərdir yaşadığı ünvandan digər yerə köçməyinə görə mənəvi zərər nəzərə alınmalıdır ki, iddia tələbinin bu hissəsinə də məhkəmələr heç bir hüquqi qiymət verməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində göstərmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2-1(103)2985/18 saylı qərarının ləğv olunaraq, iddia tələbinin təmin olunmasına dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X.Musayev kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmi şdir. Məhkəmə iclasında iştirak edən cavabdehinnümayəndəsi Ü.Quliyev də, cavabdehin vəkili X.Musayevin çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndə və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qərarı qismə n, yəni, birinci instansiya məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qərarının 178726 manat məbləğində kompensasiyanın ödənilməsinin rədd edilməsinin dəyişdirilmədən qüvvədə saxlanılması hissəsində ləğv edilməli, həmin hissədə iddia mümkün sayılmamalı, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 25 dekabr 2018-ci il tarixli, 2-1(103)-2985/18 saylı qərarla, İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2-1(81)-3948/2018 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 62.3, 82, 87.6-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki M əcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına əsaslanmaqla belə hesab etmişdir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətində göstərdiyi dəlillər əsassızdır, belə ki, məlum olduğu kimi, İddiaçı Cavabdehnə (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı iddia ərizəsi ilə 28 avqust 2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən yaradılmış Daşınmaz Əmlakın Alınması Qrupu ilə aralarında imzalanmış razılaşma protokolunun etibarsız hesab edilərək, mülkiyyətçisi olduğu ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzilinin dövlət ehtiyacları üçün alınması nəticəsində ona cavabdeh tərəfindən kompensasiya məbləği olaraq ümumilikdə 212480,769 manat pul vəsaitinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 04 oktyabr 2018-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni məhkəməyə təqdim etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məsələ ilə bağlı olan qərarına əsasən mənzillərin alınmasına görə hər kvadrat metr sahəy ə görə 1500 manat kompensasiya məbləği nəzərdə tutulmuşdur və o dövr üzrə milli valyuta hesab edilən Azərbaycan manatının, beynəlxalq valyuta hesab olunan ABŞ dollarına nisbətdə 0,78 qəpik (1 ABŞ dolları - 0,78 AZN manat) təşkil edirdi. Beləliklə, Nazirlər Kabinetinin mənzillərin alınması nəticəsində hər kvadrat metrə görə 1500 manat (yəni, 1923 ABŞ dolları) kimi hesablasa, mənzilinin sahəsi üzrə ümumilikdə 74550 AZN manat (95576 ABŞ dolları) etməli idi, lakin həmin tarixdən etibarən ölkə üzrə milli valyuta olan manatın 3 dəfədən artıq dəyərdən düşməsi nəticəsində hazırda 1 ABŞ dolları – 1,70 AZN manat təşkil edir. Belə olan halda hazırkı tarixə görə cavabdeh tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və eləcə də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 56-cı maddəsinin 1.2-ci bəndinin “Ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya” nəzərə alaraq, kompensasiya məbləğini hazırkı məzənnəyə uyğun şəkildə hesablamaqla, 162479 manat ödəməlidir. Əlavə olaraq, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 66-cı maddəsinin, 4.6-cı bəndinə əsasən kompensasiya məbləğinin 10 faizi miqdarında əlavə ödənişi nəzərə alsaq kompensasiya məbləği 178726 manat təşkil etməlidir. Daha sonra mülkiyyətçisi olduğu mənzilinin alınması nəticəsində uzun illərdir yaşadığı ərazidən köçməsinə görə ona yaxın olan insanlardan, ailəsinə yaxın olan qohumlardan uzaq düşəcəyinə görə mənəvi iztirab çəkəcəkdir ki, cavabdeh bu ziyanın əvəzinin ödənilməsi istiqamətində heç bir tədbir görməmişdir. Ona dəyəcək mənəvi zərərin əvəzini 20000 manat pul vəsaiti şəklində dəyərləndirir. Qeyd edilməlidir ki, iddiaçının kasasiya şikayətinin məğzini məhz bu məsələlər təşkil edir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya cavabdeh tərəfindən kompensasiya olaraq 74400 manat məbləği təklif olunduğundan, lakin iddiaçı bu məbləği deyil də 198726 manat kompensasiya məbləğini istədiyindən, sözügedən hissədə mübahisə mövcud deyil, belə ki, iddiaçının istədiyi həmin məbləğə cavabdehin imtinası yoxdur, beləliklə hüquqi marağın olması da müəyyən olunmur. Belə olan halda, apelyasiya instansiyası məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qərarı həmin hissədə ləğv edilməli, iddiaçının tələbi yuxarıda göstərilmiş hissədə mümkün sayılmamalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Apelyasiya instansiyası məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qərarı 20000 manat məbləğində mənəvi zərərə aid hissədə isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barəd ə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsındə mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-c i il tarixli 7 saylı Qərarından görünür ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müdd əaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddiaçı cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyanı uzun illər yaşadığı ərazidən köçməsi ilə ona yaxın olan insanlardan və qohumlarından uzaq düşəcəyi ilə əsaslandırmışdır və ona dəymiş mənəvi ziyanı 20000 manat məbləğində qiymətləndirilmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, cavabdehin qeyd edil ən məsələdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli qərarına əsasən alan orqan kimi müəyyən edildiyindən, cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyin edilməsi müəyyən edilmədiyindən dəymiş mənəvi zərərin tutulması hissəsində də iddia rədd edilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qərarı qismən, yəni, birinci instansiya məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qərarının 74400 manat məbləğində kompensasiyanın ödənilməsinin rədd edilməsinin dəyişdirilmədən qüvvədə saxlanılması hissəsində ləğv edilməli, həmin hissədə iddia mümkün sayılmamalı, qərar qalan hissə də dəyişdirilmədən qüvvədə saxlanılmalı, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 25 dekabr 2018-ci il tarixli, 21(103)-2985/2018 saylı qərarı qismən, yəni, birinci instansiya məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qərarının iddiaçının iddiasının 74400 manat məbləğində kompensasiyanın ödənilməsinin rədd edilməsinin dəyişdirilmədən qüvvədə saxlanılması hissəsində ləğv edilsin. İddiaçı iddia tələbinin 74400 manat hissəsində mümkün sayılmasın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar