Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1665/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Nümayəndə, cavabdehin vəkili Cavid Əhmədovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtl ərlə Təyinat İdarəsinə qarşı əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)185/2021 nömrəli iş üzrə 19.05.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 22 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ona dövlət qulluğu vəzifələrində qulluq stajına görə 01.07.2017-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və 29.03.2018-ci il tarixə q ədər qüvvədə olmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla 02.05.2015-ci il tarixindən əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının məbləği müəyyən edilərkən 01.07.2017ci il tarixə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əmək pensiyasının 02.05.2015-ci il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək birdəfəlik ödənilməsi hissəsini çıxararaq, iddiaçıya dövlət qulluğu vəzif ələrində qulluq stajına görə 01.07.2017-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və 29.03.2018-ci il tarixə qədər qüvvədə olmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri nəzərə alınmaqla 02.05.2015-ci il tarixindən əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının məbləği müəyyən edilərkən 01.07.2017ci il tarixə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyasının 02.05.2015-ci il tarixindən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 24.08.2020-ci il tarixli, 2-1(1 12)-4785/2020 nömrəli (sədrlik edən hakim Fərid Mədətli) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı dövlət qulluğu vəzifələrində qulluq stajına görə 02.05.2015-ci il tarixindən əmək pensiyası təyin edilməsi və əmək pensiyasının məbləği müəyyən edilərkən 01.07.2017-ci il tarixə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyasının 02.05.2015-ci il tarixindən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə, Həmin d övrdə qüvvədə olan Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 20.1, 20.11.1 və 20.11.2-ci maddələrinə, 01.07.2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 7, 31.1, 32.1 və 37.7-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 52, 68.1 və 68.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının əmək pensiyasının məbləği müəyyən edilərkən 01.07.2017-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.11.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 24.08.2020-ci il tarixli, 2-1(112)-4785/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rəd d edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiya məhkəməsi) 19.05.2021-ci il tarixli 2-1(103)-185/2021 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Elşən Kazımov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 2-1(112)-4785/2020 nömrəli 24.08.2020-ci il tarixli qərarının ləğv edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 20.11, 20.11.1 və 20.11.2-ci maddələrinə, 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbayca n Respublikası Qanununun 20.11, 20.11.1 və 20.11.2-ci maddələrinə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1, 68.2 və 87.6-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1007-ci il 15 may tarixli 77 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 290 nömrəli 1 se ntyabr 2005-ci il tarixli Fərmanına istinadən belə hesab etmişdir ki, iddiaçının ona dövlət qulluğunda işlədiyini nəzərə alaraq bu əsasla əmək pensiyasının təyin edilməsi barədə tələbi əsassız olduğu üçün həmin tələbi rədd edildiyindən, həmin tələbin davamı olaraq verdiyi ona əmək pensiyasının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbi də rədd edilməlidir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına diqqətlə nəzər yetirilsə qərarın qəbul edilməsinə qədər və qərar qəbul edilərkən edilmiş kobud prosessual pozuntuların şahidi olarıq. X10 sorğu verilərək “işi araşdırmaq” adı ilə məhkəmə prosesini 1 ilə yaxın uzatdıqdan və X8 cavab gəldikdən sonra onun cavabını nəzərə almamışdır. Məhkəmənin AR İPM-nin 82-ci maddəsinin tələblərini pozmasıdır. Məhkəmə qərarında qeyd edir ki, hazırkı mübahisəyə 01.07.2017-ci il tarixinədək qüvvədə olan maddi hüquq normasının tələbləri baxımından qiymət verilsə belə iddiaçıya dövlət qulluğu vəzifələrində çalışması ilə bağlı məhz bu əsasla əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə tələb olunan bütün şərtlərin ödənildiyi müəyyən olunmur. Məhkəmə bu halı qeyd edərkən AR İPM-nin 82-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Məhkəmənin AR İPM-nin 15-ci maddəsinə və AR İPM-nin 87ci maddəsinə əsasən çəkişmə prinsipini imzasıdır. Əgər qəbul edilibsə bu halda apelyasiya şikayəti ilə bağlı olan müddəalar həmin əlavəyə də şamil olunmalı və AR İPM-nin 87.1-ci maddəsinin tələbinə əsasən həmin şikayətin nüsxəsi ona təqdim edilməli idi. Apelyasiya instansiyası məhkəməsi AR İPM-nin 12.1-ci maddəsini tətbiq edilməli olmayan hissədə tətbiq etmiş, tətbiq edilməli olan hissədə isə ümumiyyətlə tətbiq etməmiş, nəticədə ədalət mühakiməsinin başlıca prinsiplərindən olan hüquq müəyyənlik prinsipini pozmuşdur. Məhkəmə həmçinin birinci instansiya məhkəməsinin qərarına münasibətdə qeyd edir ki, işin halları məhkəmə tərəfindən hərtərəfli araşdırılmayıb. Əgər məhkəmə dövlət imtahan mərkəzinin sorğusunun cavabını nəzərə almayacaqdırsa və həmin siyahıya istinad edəcəkdirsə nəyə görə aylarla sorğunun cavabını gözləmiş, məhkəmə işini uzatmış və iddiaçının xeyrinə olan hallara dair sorğuya cavab gəldikdən sonra həmin sorğuya cavaba istinad etmir, s orğuda qeyd olunun halları araşdırmır.
9. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli, 2-1(103)-185/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin isə təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin isə təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili C.Əhmədov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
12. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
13. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
14. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
16. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
17. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətind əki dəlilləri əsassızdır.
18. Belə ki, 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində nəzərdə tutulmuşdu ki, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla.
19. Göründüyü kimi, iddiaçıya 57 yaşının tamam olduğu 02.05.2015-ci il tarixdən dövlət qulluqçusu kimi pensiya təyin olunması üçün həmin dövrdə qüvvədə olan qanunun tələbinə görə əvvəlcə onun dövlət qulluğu vəzifəsində işlədiyi ən azı tələb olunan 5 il iş stajının olması mütləqdir.
20. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının 26.01.1987-ci il tarixdən - 11.02.2000-ci il tarixədək SSRİ Dövlət Aqrosənaye Komitəsinin X5 Fumiqasiya dəstəsində (sonradan adı dəyişdirilərək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X1muşdur) işlədiyi dövrdə, işlədiyi vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli 290 nömrəli fərmanı və Azərbaycan Respublika sı Nazirlər Kabinetinin 15.05.2007-ci il tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət qulluğuna dair inzibati və yardımçı vəzifələrin təsnifat toplusunda göstərilən hansı dövlət qulluğu vəzifələrinə uyğun olması mütləq qaydada dəqiq müəyyən olunmalıdır.
21. Apelyasiya instansiyası məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin ünvanladığı cavab məktubunda qeyd edilmişdir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunla şdırılması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na əsasən həyata keçirilir. Lenin adına İnstitutun dil ədəbiyyat fakültəsində katibə makinaçı, katibə vəzifələrində iş müddətinə dair bildirilmişdi ki, adı çəkilən Siyahıda hər hansı təhsil müəssisəsində, o cümlədən Lenin adına İns titutda mövcud olmuş vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmadığından həmin İnstitutun dil ədəbiyyat fakültəsində katibə makinaçı, katibə vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajına daxil edilmir. Azərbaycan SSR X7 üzrə Dövlət Komitəsinin Bakı malnəqliyyat yükboşaltma neft bazasında mühasib vəzifəsində iş müddətinə dair bildirilmişdi ki, adı çəkilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR dövlət komitələrinin aparatında mövcud olmuş dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır.
22. Azərbaycan SSR-i Nazirlər Sovetinin 1983-cü il 17 avqust tarixli 340 nömrəli qərarı ilə təsdiq edilm iş "Azərbaycan SSR X11 ilə Təminat Komitəsi haqqında Əsasnamə"də qeyd edilmişdir ki, neft bazaları Azərbaycan SSR X11 ilə Təminat Komitəsinin tabeliyində fəaliyyət göstərmişdir.
23. Həmin siyahının 1.15-ci bəndində Azərbaycan SSR dövlət komitələrinin tabeliyində fəaliyyət göstərmiş qurumlarda mövcud olmuş vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmadığından həmin Komitənin tabeliyində fəaliyyət göstərmiş neft bazalarında mövcud olmuş vəzifələrdə, o cümlədən mühasib vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajına daxil edilmir.
24. Eyni zamanda Bakı şəhər X3 mühasibatlığın uçot nəzarət, qrupunda mühasib vəzifəsində iş müddətinə dair bildirilmişdi ki, adı çəkilən Siyahının 1.15-ci bəndində Azərbayca n SSR nazirliklərinin aparatında mövcud olmuş dövlət qulluğu vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. "Azərbaycan SSR rabitə sahəsinin idarə edilməsinin baş sxemi haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 2 noyabr tarixli 392 nömrəli qərarına 1 nömrəli Əlavəyə əsasən Bakı telefon rabitəsi istehsalat birliyi Azərbaycan SSR Rabitə Nazirliyinin tabeliyində fəaliyyət göstərmişdir. Qeyd edilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin tabeliyində fəaliyyət göstərmiş qurumlarda mövcud olmuş vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmadığından həmin Nazirliyin tabeliyində fəaliyyət göst ərmiş Bakı telefon rabitəsi istehsalat birliyində mövcud olmuş vəzifələrdə, o cümlədən mühasib vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajına daxil edilmir.
25. Bundan başqa Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda qeyd edilmişdi ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusund a göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.15-ci bəndində Azərbaycan SSR dövlət komitələrinin aparatında, 1.16-cı bəndində isə ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş dövlət qulluğu vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. "SSRİ Aqrosənaye Komitəsinin strukturu, say tərkibi və idarəetmə orqanları sisteminin işçilərinin əməyinin ödənilməsi şərtləri haqqında" SSRİ Nazirlər Sovetinin 1985-ci il 30 noyabr tarixli 1169 nömrəli qərarına 1 nömrəli Əlavəyə əsasən SSRİ Aqrosənaye Komitəsinin mərkəzi aparatının strukturu, 2 nömrəli Əlavəyə əsasən Komitənin yanında əsas təşkilatların siyahısı, Azərbaycan SSR Aqrosənaye Komitəsinin strukturu və say tərkibi haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1986-cı il 22 yanvar tarixli qərarına 1 nömrəli Əlavəyə əsasən isə Azərbaycan SSR Aqrosənaye Komitəsinin mərkəzi aparatının strukturu təsdiq edilmişdir. Qeyd edilən əlavələrdə SSRİ Dövlət Aqrosənaye Komitəsinin X6 Müfəttişliyi nəzərdə tutulmamışdır. Bu səbəbdən həmin Müfəttişliyin hüquqi statusunu müəyyən etmək mümkün olmamışdır. SSRİ Dövlət Aqrosənaye Komitəsinin X6 Müfəttişliyi ittifaq - respublika tabeliyində olan dövlət idarəetmə orqanı (baş idarə, idarə) statusunda fəaliyyət göstərmişsə və büdcədən maliyyələşdirilmişsə, eyni zamanda Fumiqasiya dəstəsi X6 Müfəttişliyinin aparatında fəaliyyət göstərmişsə, həmin Müfəttişliyin Fumiqasiya dəstəsinin böyük mühas ibi, birinci kateqoriyalı mühasib, aparıcı iqtisadçı vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı kimi nəzərə alına bilər.
26. Bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin 290 nömrəli 1 sentyabr 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.15-ci bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparat ında bəzi vəzifələr, o cümlədən iqtisadçı, mühasib vəzifələri, 1.16-cı bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında orqanın rəhbəri, Azərbaycan SSR Nazirlər Soveti yanında Dini İşlər üzrə Şuranın Müvəkkili, orqanın rəhbərinin birinci müavini, müavini, müstəqil idarənin, şöbənin rəisi, ümumi şöbənin rəisi, baş mütəxəssisi, dini ayinlər üzrə böyük inspektor, dini ayinlər üzrə inspektor, aparıcı mütəxəssis, 1-ci və 2-ci dərəcəli mütəxəssis, mütəxəssis vəzifələri, 1.19-cu bəndində isə Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin tabeliyində olan Baş Dövlət-texniki Nəzarət İdarəs inin Aparatında idarə rəhbəri, idarə rəhbərinin müavini, idarə və şöbə rəisi, baş mütəxəssis, aparıcı mütəxəssis, böyük mütəxəssis, mütəxəssis vəzifələri dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır.
27. Göründüyü kimi, adı çəkilən Siyahıda müvafiq dövrdə dövlət komitələrinin, Nazirlər Soveti yanında baş idarələrin, digər idarəetmə orqanlarının yalnız aparatında olan bəzi vəzifələrin, həmçinin Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin tabeliyində olan Baş Dövlət-Texniki Nəzarət İdarəsinin Aparatında olan adı çəkilən vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır.
28. Bu baxımdan da iddiaçının 26.01.1987-ci il tarixdən 11.02.2000-ci il tarixədək SSRİ Dövlət Aqrosənaye Komitəsinin X5 Fumiqasiya dəstəsində və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X9 Müfəttişliyində işlədiyi böyük mühasib, birinci kateqoriyalı mühasib və aparıcı iqtisadçı vəzifələri isə dövlət komitəsinin, Nazirlər Soveti yanında baş idarənin (digər idarəetmə orqanının) aparatında olan vəzifəyə, həmçinin Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin tabeliyində olan Baş Dövlət-texniki Nəzarət İdarəsinin Aparatında olan vəzifələrə uyğunlaşdırmaq mümkün hesab edilməməlidir.
29. Eyni zamanda SSRİ Dövlət Aqrosənaye Komitəsinin X6 Müfəttişliyi İttifaq Respublika tabeliyində olan dövlət idarəetmə orqanı (baş idarə, idarə) statusunda fəaliyyət göstərsəydi və büdcədən maliyyələşdirilsəydi belə, hazırkı işdə iddiaçı böyük mühasib, birinci kateqoriyalı mühasib və aparıcı iqtisadçı vəzifələrində işləmişdir ki, həmin vəzifələri də X6 Müfəttişliyinin aparatında olan yuxarıda adıçək ilən vəzifələrə (Siyahıya əsasən hətta aparatda böyük mühasib, birinci kateqoriyalı mühasib və aparıcı iqtisadçı vəzifələri nəzərdə tutulmamışdır) aid etmək və iş müddətini dövlət qulluğunda qulluq stajı kimi nəzərə almaq mümkün deyil.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1007-ci il 15 may tarixli 77 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 290 nömrəli 1 sentyabr 2005-ci il tarixli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında da yalnız Azərbaycan SSR (Naxçıvan MSSR) X13 Heyətinin aparatında, X12 X4 Sovetinin İcraiyyə Komitəsinin aparatında, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin, Şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində, Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) Nazirlər Kabineti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin mərkəzi aparatında, Azərbaycan Respublikası Milli LəlCəvahirat Fondunun aparatında, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Sirrinin mühafizəsi üzrə İdarələrarası Komissiyanın işçi qrupunda olan bəzi vəzifələr nəzərdə tutulmuşdur ki, həmin vəzifələr sırasında da iddiaçının işlədiyi böyük mühasib, birinci kateqoriyalı mühasib və aparıcı iqtisadçı vəzifələri yoxdur.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
32. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam v ə hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
33. İddiaçı kasasiya şikayətində daha sonra qeyd etmişdir ki, X10 sorğu verilərək “işi araşdırmaq” adı ilə məhkəmə prosesini 1 ilə yaxın uzatdıqdan və X8 cavab gəldikdən sonra onun cavabını nəzərə almamışdır.
34. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində dəlil olaraq istinad edilmiş Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin cavab məktubunu digər sübutlarla yanaşı müqayisəli təhlilini apararaq, iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılan zaman isə prosessual müddətin pozulması halına yol vermədiyini müəyyən etmişdir.
35. İddiaçı kasasiya şikayətində daha sonra qeyd etmişdir ki, məhkəmənin Azərbaycan Respublikasının İPM-nin 15-ci madd əsinə və Azərbaycan Respublikasının İPM-nin 87-ci maddəsinə əsasən çəkişmə prinsipini pozmasıdır. Əgər qəbul edilibsə bu halda apelyasiya şikayəti ilə bağlı olan müddəalar həmin əlavəyə də şamil olunmalı və Azərbaycan Respublikasının İPM-nin 87.1-ci maddəsinin tələbinə əsasən həmin şikayətin nüsxəsi ona təqdim edilməli idi.
36. Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını nəzərdən keçirərkən apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15 və 87.1-ci maddələrinin tələblərinin pozulması halı müəyyən edilməmişdir.
37. İddiaçı kasasiya şikayətində daha sonra qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının İPM-nin 12.1-ci maddəsini tətbiq edilməli olmayan hissədə tətbiq etmiş, tətbiq edilməli o lan hissədə isə ümumiyyətlə tətbiq etməmiş, nəticədə ədalət mühakiməsinin başlıca prinsiplərindən olan hüquq müəyyənlik prinsipini pozmuşdur.
38. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsini iş materiallarına uyğun olaraq tətbiq etmişdir.
39. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.05.2021-ci il tarixli, 21(103)-185/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.