Məhkəmə qərarları › İş №2-1(102)-1665/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1665/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1665/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikiliyə qeydiyyata alınma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 26.10.2022 Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1965; FİN: xxxxxxx) cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X1) qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli, 2-1 (103)-474/2022 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(004)2202/2020 nömrəli qətnaməsi ilə İddiaçı ünvan 3 ünvanında yerləşən evə köçürülməsi qət edilmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək məhkəmə qətnaməsi ilə köçürüldüyü ünvan 4 ünvana qeydiyyata alınmasını xahiş etmişdir.

4. Cavabdeh iddiaçıya 19 may 2021-ci il tarixli, 091-23464D-3221 nömrəli imtina məktubu ünvanlayaraq bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müvafiq maddəsinə əsasən ünvan 5 ünvanına qeydiyyata alınaraq, şəxsiyyət vəsiqəsi ilə təmin olunması ilə əlaqədar tələb olunan sənədlərlə (qeydiyyat vəsiqəsi və ya order) birlikdə “ASAN xidmət” mərkəzlərinin birinə müraciət etməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun məhkəmə qətnaməsi ilə yaşadığı ünvan 4 ünvana qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə onun ünvan 6 ünvanında yerləşən evə köçürülmə ilə bağlı iddiası təmin edilmişdir. Məhkəmənin qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. İcra hərəkətləri nəticəsində o, həmin ünvana köçürülmüş və bu barədə akt da tərtib edilmişdir. “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun tənzimlədiyi əsas məsələ də vətəndaşların yaşayış yeri üzrə qeydiyyatın aparılmasıdır. Onun yaşayış yeri məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. “İnzibati İcraat haqqında” Qanunun 12.1 və 12.2-ci maddələrinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif qərarların qəbul edilməsi qadağandır.

7. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 0188691-1221 saylı xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 8 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxs müəyyən edilməmişdir.

8. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********797 saylı xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 3 evin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 9 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6834/2021 nömrəli qərarı ilə (hakim N.İ.Abıyev) iddia tələbi rədd edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçının qeydiyyata düşmək istədiyi ünvan 3 ünvanına dair heç bir hüquqmüəyyənedici sənədləri olmadığına görə, hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun hesab edilir.

11. İddiaçı a pellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli, 21(103)-474/2022 nömrəli qərarı ilə (hakimlər: X.A.Cəmilova -sədrlik edən və məruzəçi, M.N.Tağızadə və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 9 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6834/2021 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilərək iddiaçının ünvan 4 evə (məhkəmə qətnaməsi ilə köçürüldüyü evə) qeydiyyata alınması vəzifəsi cavabdehə həvalə edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının qeydiyyatı ünvan 9 ünvanda yerləşən 9 saylı mənzilə olsa da, onun, qüvvədə olan məhkəmə qətn aməsi ilə hazırda qeydiyyata alınmasını tələb etdiyi Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 3J ünvanına köçürülməsi qət edilmiş, həmin evdə (özbaşına tikilidə) keçmiş həyat yoldaşı olan iş üzrə üçüncü şəxs uşaqları ilə birlikdə yaşayır və həmin ünvana qeydiyyatdadır. Buna görə də iddiaçı sözügedən ünvana qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Cavabdeh inzibati orqan isə iddiaçını sözügedən evə qeydiyyata almaqdan imtina edərkən buna əsas kimi həmin evin hüquqmüəyyənedici sənədinin mövcud olmadığına istinad edir. Halbuki iddiaçının həmin ünvanda yerləşən evə (özbaşına tikiliyə) köçürülməsi barədə qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda cavabdeh inzibati orqan başqa şəxslərin qeydiyyatının aparıldığı ünvana iddiaçının da qeydiyyatının aparılmasından yalnız həmin evə dair hüquqmüəyyənedici sənədin mövcud olmaması əsası ilə imtina edə bilməzdi, başqa sözlə desək, cavabdehin göstərdiyi dəlil hazırkı vəziyyətdə yeganə imtina əsası kimi çıxış edə bilməzdi. Nəzərə alınmalıdır ki, hazırki işdə iddiaçı qeydiyyata alınmasını tələb etdiyi ünvanla bağlı həmin evə köçürülməsinə dair qüvvədə olan məhkəmə qətnaməsini təqdim etmişdir ki, bu sənəd də onun müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınması üçün həmin yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd qismində çıxış edir.

14. Üçüncü şəxs kassasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Üçüncü şəxs kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı ünvan 10 ünvanında yerləşən 9 saylı mənzildə qeydiyyatdadır və qonşuların dediyinə görə məhz həmin mənzildə yaşayır. Bununla yanaşı iddiaçının həqiqətən də ünvan 11 ünvanında yerləşən özbaşına tikilidə yaşamasına dair iş üzrə mötəbər sübutlar müəyyən edilməmişdir. Bu isə o nəticəni yaradır ki, iddiaçı ünvan 10 ünvanında yerləşən 9 saylı mənzildə qeydiyyatda olmaqla yaşamasına rəğmən apellyasiya instansiyası məhkəməsi iddiaçının yaşamadığı ünvan 11 ünvanında yerləşən özbaşına tikiliyə qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul etməklə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 2-ci maddələrinin tələblərini pozmuşdur.

16. Üçüncü şəxs hesab edir ki, id diaçının mənzilə köçürülməyə dair təqdim etdiyi məhkəmə qətnaməsi yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün qanunvericiliydə nəzərdə tutulmuş sənəd kimi qəbul edilə bilməz. Çünki həmin qətnamə ilə iddiaçının yaşayış yeri ilə bağlı hüququ müəyyən edilməmişdir. Belə ki, qeyd edildiyi kimi, yaşayış yeri üzrə qeydiyyatın əsasını həmin yaşayış yerinə dair hüququnun mövcudluğu təşkil edir. Yaşayış yerinə hüquq isə mülkiyyət, icarə və ya istifadə hüququndan ibarətdir. Məhkəmə qətnaməsi ilə məhz bu hüquq tanındığı halda, həmin qətnamə AR qanunvericiliyi ilə nəzərdə tutulmuş əsas kimi şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün sənəd kimi qiymətləndirilə bilər. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mənzil hüququnu təmin etməyən qətnaməyə istinad etməklə onun ünvan 11 ünvanında yerlə şən özbaşına tikiliyə qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarmaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərini pozmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə

1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövl ət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.... Maddə

2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür... Maddə

5. Vətəndaşın yaş ayış yeri üzrə qeydiyyata alınması... Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayı ş yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir....

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məh kəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə ( həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları il ə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd.

25. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçının məhkəmə qətnaməsi ilə köçürüldüyü Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 3J ünvanında qeydiyyata alınması ilə bağlıdır.

26. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının mənzilə köçürülməyə dair təqdim etdiyi məhkəmə qətnaməsi yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün qanunvericiliydə nəzərdə tutulmuş sənəd kimi qəbul edilə bilməz. Çünki həmin qətnamə ilə iddiaçının yaşayış yeri ilə bağlı hüququ müəyyən edilməmişdir.

27. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının qeydiyyatı ünvan 9 ünvanda yerləşən 9 saylı mənzilə olsa da, onun, qüvvədə olan məhkəmə qətnaməsi ilə hazırda qeydiyyata alınmasını tələb etdiyi Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 3J ünvanına köçürülməsi qət edilmiş, həmin evdə (özbaşına tikilidə) keçmiş həyat yoldaşı olan iş üzrə üçüncü şəxs uşaqları ilə birlikdə yaşayır və həmin ünvana qeydiyyatdadır. 28. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərd ə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

29. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd dedikdə, eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri nəzərdə tutulur.

30. Hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(004)-2202/2020 nömrəli qətnaməsinə əsasən ünvan 3 ünvanında yerləşən evə (özbaşına tikiliyə) köçürüldüyündən, cavabdehin imtinası əsassızdır.

31. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli, 21(103)-474/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar