Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1666/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: yeni açılmış hallar üzrə icraat, sonradan yeni sübutların və halların aşkar edilməsi GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 11.06.2019 Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlundan, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi oğlunun və vəkili oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı c avabdehin əmrinin onun sərəncama çıxarılması hissəsində qanunsuz hesab edilməsi tələbinə dair inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 dekabr 2018-ci il tarixli, 21(103)-2126/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-589/2016 saylı, 30 iyun 2016-cı il tarixli qərarı ilə iddia təmin edilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin artıq icra olunmuş 28 oktyabr 2012-ci il tarixli **** №-li əmri İddiaçı sərəncama çıxarılmasına d air hissəsində qanunsuz sayılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2126/16 saylı, 29 sentyabr 2016-cı il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-589/2016 saylı, 30 iyun 2016-cı il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)442/2017 saylı, 28 fevral 2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamış, apellyasiya instansiyası məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, 27 noyabr 2018-ci il tarixdə iddiaçı yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, yeni açıl mış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, işə mahiyyəti üzrə əvvəllər baxılarkən məhkəmə, apellyasiyanın mümkünlüyünün hüquqi əsaslarını yoxlayan zaman birinci instansiya məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi ilə əlaqədar cavabdeh apellyasiya hüququnu itirdiyi üçün şikayətin qəbul edilməsindən imtinaya dair qərardad qəbul edilməli olduğu halda, nəinki etməmiş, əksinə, ciddi prosessual qanun pozuntusuna yol verərək, özünün 30.08.2016-cı il il tarixli qanunsuz qərardadı ilə apellyasiyanı mümkün hesab etmiş, daha sonra qanunsuz olaraq apellyasiya icraatına başlamış və işi birtərəfli araşdıraraq, özünün 29.09.2016-cı il tarixli qanunsuz qərardadı ilə cavabdehin apellyasiya şikayətini qismən təmin edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-589/2016 saylı 30.06.2016-cı il tarixli qanuni qüvvəyə minmiş qərarını səlahiyyəti çatmadığı halda, qanunsuz olaraq ləğv etmiş və onun iddiasını mümkün saymamışdır. Ali Məhkəmə isə İnzibati Prosessual Məcəllənin 91-ci maddəsinin tələblərinə zidd olaraq 28.02.2017-ci il tarixdə həmin qərardadı dəyişdirmədən saxlamışdır. Beləliklə, apellyasiya və kassasiya instansiya məhkəmələri qərar verərkən inzibati və mülki prosessual qanunvericiliyin tələblərini ciddi şəkildə pozmuş, onun məhkəmə müdafiəsi təminatını əsassız və qanunsuz olaraq məhdudlaşdırmışdır. Bu faktlar ona həmin dövrdə məlum olmamış, yalnız 18.10.2018-ci il tarixdə rəsmi ərizə əsasında işlə tanış olan zaman onun tərəfindən müəyyən edilmişdir. Ona görə də, bu hal yeni açılmış hal kimi qəbul edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2126/16 saylı, 20 dekabr 2018-ci il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – C.A.Yusifov, hakimlər – V.M.Ağayev və A.B.Nuriyeva) ilə İddiaçı yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi rədd edilmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 dekabr 2018-ci il tarixli, 2-1(103)-2126/16 nömrəli qərardadını ləğv edərək yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə apell yasiyanın mümkünlüyünün hüquqi əsaslarını yoxlayan zaman birinci instansiya məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi ilə əlaqədar cavabdeh apellyasiya hüququnu itirdiyi üçün şikayətin qəbul edilməsindən imtinaya dair qərardad qəbul edilməli olduğu halda, nəinki etməmiş, əksinə, ciddi prosessual qanun pozuntusuna yol verərək, özünün 30.08.2016-cı il tarixli qanunsuz qərardadı ilə apellyasiyanı mümkün hesab etmiş, daha sonra qanunsuz olaraq apellyasiya icraatına başlamış və işi birtərəfli araşdıraraq, özünün 29.09.2016-cı il tarixli qanunsuz qərardadı ilə cavabdehin apellyasiya şikayətini qismən təmin edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-589/2016 saylı 30.06.2016-cı il tarixli qanuni qüvvəyə minmiş qərarını səlahiyyəti çatmadığı halda, qanunsuz olaraq ləğv etmiş v ə onun iddiasını mümkün saymamışdır. Ali Məhkəmə isə 28.02.2017-ci il tarixdə həmin qərardadı dəyişdirmədən saxlamışdır. Bu faktlar ona 18.10.2018-ci il tarixdə rəsmi ərizə əsasında işlə tanış olan zaman məlum olduğundan yeni açılmış hal kimi qəbul edilməlidir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərardadının dəyişirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 101-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 106-cı maddəsində isə təsbit edilmişdir ki, məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Kollegiya ilk növbədə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı qanunvericilikdə nəzərdə tutulmuş iki şərtin məcmu halda birgə mövcudluğu zamanı təzələnə bilər – 1) sonradan yeni sübutların və ya halların aşkar olunması və 2) həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. İşin hallarından göründüyü kimi iddiaçı yeni açılmış hal kimi ona istinad edir ki, əvvəllər işə baxılarkən apellyasiya məhkəməsi 30.08.2016-cı il tarixli qərardadı ilə apellyasiyanı qanunsuz olaraq mümkün hesab etmiş və yenə qanunsuz olaraq apellyasiya icraatına başlamışdır. Kollegiya qeyd edir ki, iddiaçının yeni açılmış hallar kimi istinad etdiyi sözügedən hallar sonradan, yəni işə mahiyyəti üzrə məhkəmələrdə baxılıb qurtard ıqdan sonra ortaya çıxmış hallar deyildirlər. Nəzərə alınmalıdır ki, yalnız ilkin icraat zamanı mövcud olmayan və sonradan aşkar edilmiş yeni sübutlar və ya hallar yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə əsas təşkil edə bilər. İddiaçının istinad etdiyi apellyasiya şikayətinin mümkün sayılmasına dair məhkəmə aktı isə işə mahiyyəti üzrə baxılarkən mövcud olmuşdur. Beləliklə, bu halda, apellyasiya şikayətinin mümkün sayılmasına dair məhkəmə aktı və onun əsasında başlanılmış apellyasiya icraatı hazırkı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsinə əsas təşkil edə bilməz. Ona görə də, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəni təmin etməməkdə apellyasiya məhkəməsi haqlı olmuşdur. NƏTİCƏV İ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2126/16 saylı iş üzrə 20 dekabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1666/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1666/2019
11.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver