Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1666/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin rədd olunması ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrlərin ləğv edilməsi” tələbinə dair iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 2-1(103)-1573/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən barəsində verilmiş 03.08.2017-ci il tarixli, 100/847Ş saylı və 01.10. 2017-ci il tarixli, 100/977Ş saylı əmrlərin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 aprel 2018-ci il tarixli, 2-1(81)320/2018 saylı qərarı ilə iddia rədd edilmişdir.
3. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli, 2-1(103)-1658/2018 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 aprel 2018-ci il tarixli, 2-1(81)-320/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 yanvar 2020-ci il tarixli, 2-1(102)-235/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli, 2-1(103)1658/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. İddiaçı 25.01.2021-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edə rək, həmin məhkəmənin 04 aprel 2018-ci il tarixli, 2-1(81)-320/2018 saylı qərarı ilə başa çatmış məhkəmə icraatının yeni açılmış hallarla bağlı təzələnməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
7. Birinci instansiya məhkəməsinin 11.03.2021-ci il tarixli, 2-1(81)-320/2018 nömrəli (sədrlik edən hakim Pərviz Hüseynov) qərardadı ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair iddiaçının ərizəsi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən məhkəmə icraatının təzələnməsi üçün əsas qismində çıxış edən, sonradan aşkar olunmuş hər hansı yeni sübut və ya hallar məhkəməyə təqdim edilmədiyinə, həmçinin yeni açılmış hallarla bağlı ərizə qanunvericiliklə müəyyən edilmiş müddət buraxılmaqla verildiyinə görə həmin ərizə rədd edilməlidir.
9. Ərizəçi apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə qərar qəbul olunmasını xahiş edilmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 21(103)-1573/2021 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Azər Hüseynov ) qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 11.03.2021-ci il tarixli, 2-1(81)-320/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli qərarının məzmunundan iddiaçının 14 sentyabr 2017-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”ın mövcudluğundan məlumatlı olduğu müəyyən olunmuşdur. Buna baxmayaraq, iddiaçı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəni qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməklə vermişdir
13. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, ərizənin təmin olunmasını və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə qərar qəbul olunmasını xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri 14. v erilmişdir. Ərizəçi tərəfindən kassasiya şikayəti məzmunca apellyasiya şikayətinə uyğun Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz təqdim olunmuş və iddiaçının kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(103)-1573/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
17. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanı lacaqdır. Tətbiq edilən hüquq
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçıları ndan birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə
103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə
106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassı zdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəmə sinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
21. Bu baxımdan kassasiya şikayətinin məzmun və mahiyyətcə apelyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktlarların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə ba rədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər.
23. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin qanunvericiliyin tərəfin təqsiri ilə bağlı tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəç i tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir.
24. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır.
25. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir.
26. Bu qərarın 18-ci bəndində istinad edilən normaların tələbinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsi ndə nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Hazırkı mübahisəyə münasibətdə də qeyd edilən qaydalar nəzərə alınmalı və tətbiq olunmalıdır.
27. Hazırkı mübahisəyə dair iş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 aprel 2018-ci il tarixli, 2-1(81)-320/2018 saylı qərarı ilə iddiaçının (hazırkı ərizəçinin) iddia tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya və kassas iya şikayəti təmin edilməmişdir. İddiaçı 25.01.2021-ci il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin 04 aprel 2018-ci il tarixli, 2-1(81)-320/2018 saylı qərarına yeni açılmış hallar əsasında yenidən baxılması və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi tərəfindən iş üzrə materiallar əsasında ərizəçinin yeni açılmış hal qismində istinad etdiyi 14 sentyabr 2017-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar” barədə məlumatlı olduğu müəyyən edilmişdir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli qərarı da bunu təsdiq edir. Bununla bağlı qey d edilməlidir ki, mübahisə barədə işə baxılması və həll edilməsi zamanı işə baxan məhkəməyə və ərizəçiyə məlum olmuş hallar və sübutlar yuxarıda istinad olunan norma anlamında icraatın təzələnməsi üçün əsas qismində təfsir edilə və belə hallarda icraatın təzələnməsinə yol verilə bilməz. Ərizəçi ona məlum olan sübutu əldə etmək və məhkəməyə təqdim etmək və ya ən azından bu barədə həmin sübutun əldə olunması üçün məhkəməyə müraciət etmək imkanında olmuşdur. Başqa sözlə, ilkin məhkəmə icraatı zamanı həmin sübutun təqdim olunmaması ərizəçidən asılı səbəblərə bağlı olduğundan onun təqsirinə və məsuliyyət sferasına aid edilməlidir.
29. Digər tərəfdən, bu barədə məlumatlı olmasına rəğmən, ərizəçi tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə həm də istinad etdiyi hallar ın ona məlum olduğu gündən qanunvericiliklə müəyyən edilmiş müddət buraxılmaqla verilmişdir. Nəzərə alınmalıdır ki, müddətin buraxılması da ərizəçinin məsuliyyət sferasına aiddir.
30. Müddət məhdudiyyəti ilə bağlı qeyd olunmalıdır ki, yuxarıda istinad olunan normaların tələbinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün müəyyən olunmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.
31. Beləliklə, icraatın təzələnməsinə dair ərizədə göstərilən hallar yuxarıda qeyd edilən səbəblərdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz. Eyni zamanda ərizənin həm də qanunla müəyyən o lunmuş müddət buraxılmaqla verildiyi və müddətin bərpasına yol verilmədiyi də nəzərə alınmalıdır.
32. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
33. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 2-1(103)-1573/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.