Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1666/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiyanın əlavələr nəzərə alınmaqla yenidən hesbalanması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şə rtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 may 2022-ci il tarixli, 2-1(103)-1034/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 8 avqust 2008-ci il tarixdə Müdafiə Nazirliyi tərəfindən daxil olmuş məlumat vərəqəsinə əsasən, 28 il 07 ay 10 gün xidmət müddətinə uyğun hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalic ə olunmaları ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım, bir aylıq vəzifə maaşı həcmində ildə 3 dəfə ödənilən pul mükafatı, hərbi qulluqçulara ilin sonunda ödənilən 13-cü əmək haqqı nəzərə alınmaqla 8 avqust 2008-ci il tarixdən, bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə isə 1 avqust 2020-ci il tarixdən nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsini xahiş etmişdir.
3. Cavabdeh 27 may 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təy in edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım, bir aylıq vəzifə maaşı həcmində ildə 3 dəfə ödənilən pul mükafatı, hərbi qulluqçulara ilin sonunda ödənilən 13-cü əmək haqqı nəzərə alınmaqla 8 avqust 2008-ci il tarixdən, bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə isə 1 avqust 2020-ci il tarixdən nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək pensiyası hesablanarkən ona aid təminat xərcliyinə daxil olan və vəzifə maaşından hesablanan əlavələr nəzərə alınmamışdır. Halbuki, qeyd edilən ödənişləri iddiaçı prokurorluq orqanlarında xidməti zamanı almış və onlardan məcburi dövlət sosial sığorta haqqı ödəmişdir.
6. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Naz irlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»na əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün DSMF-yə göndərilir. Qaydaların 4-cü bəndinə əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göst ərilən orqanlar tərəfindən 5 iş günü ərzində DSMF-yə təqdim olunur. Göründüyü kimi, pensiya iddiaçının xidmət etdiyi qurum tərəfindən tərtib edilmiş məlumat vərəqəsindəki təminat xərcliyinə əsasən təyin edilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən, pensiya münasibətləri sahəsində fasiləsiz xidmət illərinə güzəştli xidmət müddətlərinin daxil edilməsi qeyrimümkündür.
7. Bakı İnzibati Məhkəməsinin (hakim R.L.Kərimli) 2-1(112)-7817/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçıya əmək pensiyası prokurorluq işçisi kimi deyil, hərbi qulluqçu kim i təyin edilmişdir. Mövcud qanunvericilik normaları hərbi qulluqçuların pensiya təminatını onların qulluq etdiyi orqanlarda xidmətdən buraxıldığı günə aldıqları vəzifə maaşı və digər müvafiq əlavələrlə müəyyən edilən təminat xərcliyi ilə müəyyən olunan məbləğlə şərtləndirir və həmin vəzifə maaşı və əlavələr aidiyyəti qurum tərəfindən DSMF orqanına təqdim olunmuş “məlumat vərəqəsi”ndə əksini tapır. İddiaçının hərbi qulluqçu kimi xidmət dövründə aldığı vəzifə maaşına əlavələr təqdim olunmuş “məlumat vərəqəsi”ndə əks olunduğu halda, onun əmək pensiyasında nəzərə alına bilər, lakin həmin əlavələr “məlumat vərəqəsi”ndə göstərilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli qərarına əsasən, «Əmək pensiyaları haqqında» AR Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
9. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, id dia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.S.Hüseynov sədrlik edən və məruzəçi, V.M.Məmmədov və H.A.Hüseyn) 2-1(103)-1034/2022 nömrəli 27 may 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7817/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya prokurorluq orqanlarında stajı kifayət etmədiyindən prokurorluq işçisi kimi deyil, məhz hərbi qulluqçu kimi Müdafiə Nazirliyi tərəfindən cavabdehə ünvanlanmış məlumat vərəqəsi əsasında yaşa görə əmək pensiyası təyin olunmuşdur. Odur ki, iddiaçının tələb etdiyi əlavələr təminat xərcliyində əks olunmadığından iddia tələbi əsassızdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinə görə, birinci instansiya və apellyasiya instansiya məhkəmələri iddianı əsassız olaraq rədd etmişlər. Belə ki, iddiaçı barəsində tərtib olunan məlumat vərəqəsində ödənclərin hesablanması üçün nəzərdə tutulan 12 qrafanın 4-ü doldurulmuş, “digər növ əlavələr” yazılmış 8 qrafa boş saxlanılmış, nəticədə işlədiyi dövrdə aldığı və sosial sığorta haqqı ödədiyi əlavələr pensiyasına hesablanmamışdır. Halbuki, hə min əlavələri alması barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan müvafiq arayışlar alınmış və təqdim edilmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi qərarında göstərmişdir ki, iddiaçıya əmək pensiyası prokurorluq işçisi kimi deyil, hərbi qulluqçu kimi təyin edildiyindən, mövcud qanunvericiliyə əsasən iddiaçının sonuncu xidmət yerindən almış olduğu mükafat, maddi yardım, müavinət və digər əlavələrin xidmət etdiyi orqanın təqdim etdiyi "məlumat vərəqi"ndə əksini tapdığı təqdirdə həmin əlavələr onun əmək pensiyasında nəzərə alına bilər. Lakin məhkəmə qərarında prokurorluq işçisinin pensiya təminatı ilə hərbi qulluqçunun pensiya təminatı arasındakı qanunvericilik fərqinin nədən ibarət olduğunu, pensiya təyin olunmuş şəxsin əmək pensiyasının yenidən hesablanması üçün m əlumatların DSMF-yə göndərilməsini deyil, həmin məlumatların mütləq "Məlumat vərəqində" əksini tapmalı olduğunun hansı normativ hüquqi aktda əks edildiyini göstərməmiş, başqa sözlə, qərarını əsaslandırmamışdır. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə etiraz edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. instansiyası TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”.
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadı nı) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. İdiaçının şikayəti üzrə kassasiya mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə qərarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
20. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməkl ə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Hazırkı işin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, iddiaçıya 08 avqust 2008-ci il tarixdə Müdafiə Nazirliyi tərəfindən daxil olmuş məlumat vərəqəsinə əsasən 28 il 07 ay 10 gün xidmət müddətinə uyğun hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
23. İddiaçının id dia tələbi, həm də hüquqi marağı onda ifadə olunur ki, o, pensiyasının yenidən hesablanmasını və bu zaman müəyyən əlavələrin nəzərə alınmasını arzulayır.
24. Odur ki, cavabdehə qarşı yönələn iddia tələbində sözügedən əlavələrin nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasından imtinanın qanunsuzluğunu mübahisələndirmiş, eyni zamanda həmin əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb etmişdir.
25. Belə olan halda, məhkəmə araşdırmasının predmetini cavabdehin imtinasının qanuniliyini yoxlamaq, eyni zamanda həmin əlavələri nəzərə almaqla pensiyanın hesablanmasının cavabdehin qanundan irəli gələn öhdəliyi olmasını müəyyən etmək təşkil edir.
26. Bununla bağlı qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.5,9.6,20.1.11,20.14-cü maddələrinin tələblərinə əs asən, hərbi qulluqçuların pensiyası təminat xərcliyindən hesablanır.
27. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən isə hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaların 4-cü bəndinə əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən ar tımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur.
29. Göründüyü kimi, hərbi qulluqçuların pensiyasının hesablanması zamanı əsas götürülən təminat xərcliyi onların xidmət keçdiyi qurum tərəfindən təqdim olunur və təminat xərcliyinə olan dəyişiklər barədə məhz həmin qurum pensiya təyin edən orqana məlumat verməlidir.
30. Hazırkı iş üzrə iddiaçıya pensiya təyinatı zamanı Müdafiə Nazirliyinin xx.xx.2008ci il tarixli “Məlumat vərəqəsi” əsas götürülmüş (iş v.24) və həmin vərəqədə iddiaçının tələb etdiyi əlavələr göstərilməmişdir (kassasiya şikayətində də bu hala isitnad olunur). Odur ki, iddiaçı tələb etdiyi əlavələrin məlumat vərə qəsində əks etdirilməsi ilə bağlı xidmət keçdiyi quruma müraciət etməli, imtina aldığı halda məhz həmin quruma qarşı iddia qaldırmalıdır.
31. Nə qədər ki, cavabdeh quruma yeni məlumat vərəqəsi təqdim edilməmişdir, cavabdehin pensiyanın yenidən hesablamasından imtinası qanunsuz sayıla bilməz, eyni zamanda onun üzərinə yenidən hesablama ilə bağlı öhdəlik də qoyula bilməz.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 may 2022-ci il tarixli, 21(103)-1034/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.