Məhkəmə qərarları › İş №2-1(102)-1667/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1667/2019

01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1667/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdehnə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı, nümayəndəsi Natelya Abbasovanın və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Fəxrəddin Səfərovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdehnə qarşı əmrin ləğvi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 fevral 2019-cu il tar ixli, 2-1(103)-399/19 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 01 may 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1993-cü il tarixdə Füzuli rayonunda anadan olmuşdur. 2015-ci ilin aprel ayından “Hərbi bilik jurnalında” operator vəzifəsində mülki işçi kimi çalışmağa başlamış və 27 iyul 2015-ci il tarixdə Baş Qərargah rəisinin müavini-Cavabdeh rəisinin 017 nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi (əsgər hərbi rütbəsində) operator vəzifəsinə təyin olunmuş, 08 dekabr 2017-ci il tarixdə Baş Qərargah rəisinin müavini-Cavabdeh rəisinin 069 “əç” nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Ə sasnamənin 156-cı maddəsinin “q” bəndinə əsasən ştatların ixtisarına görə ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmasını qeyri qanuni hesab edir. Ehtiyata buraxılması haqqında yalnız dekabr ayında baş idarənin qərargahına çağrılaraq məlumat verilmişdir. Bir gündə hər iki söhbətləşmə vərəqəsinə qol çəkdirmişlər, bu isə Əsasnamənin 162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci maddəsinə Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır) tamamilə ziddir. Belə ki, “Hərbi xidm ətkeçmə haqqında” Əsasnamənin 162-ci maddəsinə əsasən hərbi qulluqçular ehtiyata buraxıldığı zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Bu qaydalar pozulmuşdur, baxmayaraq ki, iddiaçı bu vərəqələri təzə almışdır, lakin nə baş idarə rəisi, nə də ki, baş idarə rəisinin müavini fərdi söhbətləşmə aparmamışdır. Əksinə onlardan soruşanda ki, nəyə görə ehtiyata buraxırsız onlar bildirmişlər ki, ştat ixtisar olub, bu yuxarıdan gələn əmrdir biz heçnə bilmirik. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə əsasən, ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi qulluqçular ehtiyata buraxılırlar. Xidmət etdiyi vəzifədən Müdafiə Nazirliyinin digər idarə və təşkilatlarında ştat vahidləri olduğu halda məni ehtiyata buraxdılar. Həmin idarədə vakant vəzifə olmadığı halda onlar Müdafiə Nazirliyinin TəşkilatSəfərbərlik İdarəsinin sərəncamına çıxartmalıdırlar. Ştatların ixtisarına görə ehtiyata buraxılmasına heç bir tutarlı əsas olmamışdır. Ehtiyata buraxılması haqqında əmrlə qanunla qorunan hüquqları və maraqları pozulmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdehnə qarşı hərbi xidmətdən ehtiyata buraxılması haqqında Baş Qərargah rəisinin müavini-Cavabdeh rəsinin 069 “əç” nömrəli, 08.12.2017-ci il tarixli əmrinin ləğv e dilməsi və onun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi tutduğu vəzifəsinə bərpa olunması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 16.11.2018-ci il tarixli iş № 2-1(82)-2404/2018, (sədrlik edən hakim Z.Tağıyev) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 16.11.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 13.0 2.2019-cu il tarixli iş № 2-1(103)399/2019 (hakimlər A.Nuriyeva - sədrlik edən və məruzəçi, V.Ağayev və C.Yusifov) qərarı ilə birinci instansiya məhkəməsinin 16.11.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayəti onunla əsaslandırmışdır ki,o, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğundan onu “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə əsasən ştatların ixtisarına görə ehtiyata buraxılmağı Müdafiə Nazirliyinin tərkibində olan Təşkilat-Səfərbərlik İdarəsinin səlahiyyətlərindədir. Bu məsələ işə baxan məhkəmələr tərəfindən aydınlaşdırılmamışdır. Müdafiə Nazirliyinə aid hər hansı idarəyə müddətdən artıq həqiqi hərbi xidmət h ərbi qulluqçusu hər hansı səbəbdən lazım olmadığı halda yəni, vakant vəzifə olmadığı halda, o, Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsinin sərəncamına çıxarılmalıdır və ancaq o idarə tərəfindən ehtiyata buraxılmalıdır. Bu barədə müvafiq əmr mövcuddur, lakin məxfidir. Bu səbəbdən də həmin əmr yalnız məhkəmə tərəfindən tələb oluna bilərdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Lakin ona bu barədə heç bir rəsmi xəbərdarlıq olunmamışdır. Bundan başqa əsasnamənin 162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənl əşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Göründüyü kimi, bu halda da əsasnamənin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş söhbət vərəqəsindən görünür ki, nə baş idarə rəisi, nə də ki, baş idarə rəisinin müavini onunla fərdi söhbətləşmə aparmadan əmr çıxarılan gün hər iki söhbət vərəqəsi eyni gündə ona imzalatdırılmışdır. Həmçinin qeyd etmək istəyir ki, cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etirazında və eyni zamanda məhkəmə iclaslarında etdiyi çıxışlarında dönə-dönə guya ona başqa xidmət yeri təklif olunduğunu və onun imtina etməyini qeyd etsə də, lakin tərəfindən imtina olunmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən İddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibatiİqtisadi Kollegiyasının 13 fevral 2019-cu il tarixli, 2-1(103)-399/2 019 saylı qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 13 fevral 2019cu il tarixli qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi N.Abbasova da, iddiaçının vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 13 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili F.Səfərov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 13 fevral 2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 13 fevral 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehinnümayəndəsi Nümayəndə də vəkili F.Səfərovun çıxışına uyğu n izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 13 fevral 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndə və vəkillərinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 13 fevral 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respubl ikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instans iyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 13 fevral 2019-cu il tarixli, 2-1(103)-399/2019 saylı qərarla, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli, 2-1(82)-2404/2018 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə, “Hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunun 17-ci maddəsinə, “Hərbi xidmət keçmə haqqında” Əsasnaməyə (konkret maddə göstərilmədən), İnzibati Prosessual Məcəllənin 68.2, 70.1, 87.6-cı maddələrinə istinad edərək belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin 13 fevral 2019-cu il tarixli qərarı və qərardan iddiaçının verdiyi kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, hərbi xidmətdən ehtiyata buraxılması haqqında Baş Qərargah rəisinin müavini – Cavabdeh rəisinin 069 “əç” nömrəli, 08 dekabr 2017-ci il tarixli əmrinin ləğv edilməsi və onun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi tutduğu vəzifəsinə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçının mübahisələndirdiyi 08 dekabr 2017-ci il tarixli, 069 “əç” nömrəli əmr ümumiyyətlə iş materiallarında mövcud deyildir, yəni, mübahisə predmeti olan sənəd işdə yoxdur ki, bu faktı məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 12.1, 12.2-ci maddələrinin, həmçinin İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin pozulması kimi qiymətləndirir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bu xüsusda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin 13 fevral 2019-cu il tarixli qərarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 12.1, 12.2-ci maddələrinə riayət edib iddiaçının mübahisələndirdiyi 069 “əç” nömrəli, 08 dekabr 2017-ci il tarixli əmrini cavabdehdən tələb edərək qiymətləndirmək əvəzinə, iddiaçının iddia tələbi məhz ondan ibarətdir (sözügedən əmrin ləğv edilməsi) ki, cavabdeh Müdafiə Nazirliyinin başqa əmrini, yəni, 24 noyabr 2017-ci il tarixli, 388 nömrəli əmrini araşdıraraq, həmin əmrin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə zidd olmadığı və iddiaçının hüquqlar ının pozulmasına səbəb olmadığı qənaətinə gəlir. Yeri gəlmişkən qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi mübahisə predmeti olmayan cavabdehin 24 noyabr 2017-ci il tarixli, 388 nömrəli əmrinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin konkret olaraq hansı maddəsinə zidd olmadığını da göstərməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi etirazında və eyni zamanda məhkəmə iclaslarında verdiyi izahatlarında guya iddiaçıya başqa xidmət yeri təklif olunduğunu, lakin iddiaçının bundan imtina etdiyini göstərsə də, bu halı təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmiş, məhkəmə isə öz növbəsində həmin halı təsdiq edən sənədləri cavabdehdən tələb etməmişdir, bütün bunlar nəticəsində apel yasiya instansiyası məhkəməsi iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 13 fevral 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 13 fevral 2019-cu il tarixli, 2-1(103)-399/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim: Zakir Quli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar