Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1667/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mü dafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 iyun 2022-ci il tarixli, 2-1(103)1396/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ******* nömrəli hərbi biletinə əsasən İddiaçı xx.xx.1978- xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuşdur.
2. İddiaçı 1977-1982-ci illərdə Bakı Energetika texnikumunda təhsil almışdır. 3. ИТ-l №0988740 nömrəli əmək kitabçasına əsasən xx.xx.1981-ci ildə İstilik şəbəkələri və suqızdıran qazanxanalar müəssisəsinin 1 saylı Rayon İstilik Qazanxanasında qazan maşinisti işinə qəbul edilmiş, xx.xx.1986-cı ildə Dispetçer Xidmətinə mühəndis-dispetçer vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə mühəndis keçirilmiş, xx.xx.1990-cı ildə yenidən mühəndis dispetçer keçirilmiş, xx.xx.2006-cı il tarixində "xxxx" ASC-nin 6 saylı X4 Sahəsinin 6 saylı Rayon İstilik Qazanxanasının rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə işdən azad edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin 6 saylı X4 Sahəsi, 6 saylı Rayon İstilik Qazanxanasında 13-cü dərəcəli rəis vəzifəsinə qəbul edilmişdir, hazırda həmin vəzifədə işləyir. 4. "xxxx" ASC-nin 06/21 saylı xx.xx.2021-ci il tarixli arayışında və "xxxx" ASC tərəfindən 17 iyun 2021-ci il tarixdə məhkəmə sorğusuna verilən 06/102-08 nömrəli cavab məktubunda göstərilmişdir ki, “İddia çı "xxxx" Səhmdar Cəmiyyətinin İstilik Şəbəkəsi və X6 Müəssisəsi, 1 saylı Rayon İstilik Qazanxanasına əmək müqaviləsinə əsasən xx.xx.1981-ci il tarixli, 86/k saylı əmr ilə xx.xx.1981-ci il tarixindən sınaq müddətinə maşinist peşəsinə qəbul edilmişdir. İstilik Şəbəkəsi və X6 Müəssisəsinin xx.xx.1982-ci il tarixli, 05/k saylı əmri ilə xx.xx.1982-ci il tarixindən əmək müqaviləsinə əsasən 1 saylı Rayon İstilik Qazanxanasına maşinist peşəsinə keçirilmişdir. İstilik Şəbəkəsi və X6 Müəssisəsinin xx.xx.1982-ci il tarixli, 131/k saylı əmri ilə xx.xx.1982-ci il tarixindən əmək müqaviləsinə əsasən 1 saylı Rayon İstilik Qazanxanasına 5-ci dərəcəli maşinist peşəsinə keçirilmişdir. İstilik Şəbəkəsi və X6 Müəssisəsinin xx.xx.1986-cı il tarixli, 110/k saylı əmri ilə xx.xx.1986-cı il tarixindən əmək müqavi ləsinə əsasən Dispetçer Xidmətinə mühəndis-dispetçer vəzifəsinə keçirilmişdir. İstilik Şəbəkəsi və X6 Müəssisəsinin xx.xx.1988-ci il tarixli, 41 a saylı əmri ilə xx.xx.1988-ci il tarixindən əmək müqaviləsinə əsasən Dispetçer Xidmətinə mühəndis vəzifəsinə keçirilmişdir. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli 06/480 saylı əmri ilə xx.xx.2006-cı il tarixindən əmək müqaviləsinə əsasən 6 saylı X4 Sahəsi, RİQ-6-ya rəis vəzifəsinə keçirilmişdir və hal-hazırda həmin vəzifədə işləyir. “Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli, 356 saylı fərmanına əsasən ‘‘Azərenerji" Səhmdar Cəmiyyətinin İstilik Şəbəkələri və X6 Müəssisəsi Bakı şəhər İcra Hakimiyyətinin tabeçiliyinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 941 saylı sərəncamına əsasən İst ilik Şəbəkələri və X6 Müəssisəsi daxil olmaqla Bakı şəhər X2 Birliyi yaradılmışdır. Bakı X2 Birliyinin 2 aprel 2001-ci il tarixli, 14/H saylı əmrinə əsasən istilik Şəbəkələri və X6 Müəssisəsinin adı dəyişdirilərək 2 saylı İstilik İdarəsi adlandırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 456 saylı sərəncamına əsasən Bakı şəhər X2 Birliyi ləğv edilmiş və Birliyin tərkibində fəaliyyət göstərən 1 və 2 saylı İstilik İdarələri müstəqil hüquqi şəxs qismində öz fəaliyyətlərini davam etdirmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin başçısının xx.xx.2004-cü il tarixli, 285 saylı sərəncamı ilə 1 və 2 saylı İstilik İdarələrinin bazasında Bakı Şəhəri İstilik İdarəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 847 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Bakı şəhər İstilik İdarəsi ləğv edilərək "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Qazanxana maşinisti peşəsi və qazanxana sexlərinin rəisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007 ci il tarixli 12 saylı qərarına əsasən zərərli sahə hesab edilir: 2140000a-13785 - qazan maşinisti 4 il 9 ay 15 gün; 2140000b-24125 - qazanxana sexlərinin rəisi 14 il 2 ay 18 gün. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün iş stajı 19 il 3 gün təşkil edir.”
5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
6. Cavabdeh 16 fevral 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) Yeraltı istilik elektrik stansiyaları bəndində (24.1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) qazanxana, turbin (qaz turbini) sexlərinin növbə rəisləri vəzifələri nəzərdə tutulmuşdur. 25 noyabr 1985-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin 06/81 nömrəli, xx.xx.2020-ci il tarixli arayışında qeyd edilən xx.xx.1981-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində 1 saylı Rayon İstilik Qazanxanasında maşinist, xx.xx.1986-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Dispetçer Xidm ətində mühəndis-dispetçer, mühəndis, xx.xx.2006-cı il tarixdən bugünədək isə 6 saylı X5 Sahəsində rəis kimi işlədiyi vəzifələr Siyahıda göstərilən vəzifələrə uyğun deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 21 may 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçıya 60 yaşının tamam olduğu 10 oktyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1981-ci ildən əmək fəaliyyətinə başlamışdır. xx.xx.1981-ci il tarixdən hazırkı günədək 19 il 9 aydan artıq güzəştli əmək stajı vardır. xx.xx.1981 - xx.xx.1986-cı illərdə X1 1 saylı rayon İstilik Qazanxanasında maşinist işləmişdir (4 il 9 ay 16 gün). xx.xx.2006 - xx.xx.2021-ci illərdə (hazırkı günədək) "xxxx" ASC-nin 6 saylı X4 Sahəsinin 6 saylı İstilik Qazanxanasında rəis vəzifəsində işləmişdir (14 il 9 ay 14 gün). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” adlanan 24-cü bəndinin “Rəhbərlər və mütəxəssislər" adlanan b) yarımbəndində - qazanxana, turbin (buxar-qaz turbini), qazan turbin tozhazırlama və yanacaqötürmə sexləri nin növbə rəisləri, qazanxana sexlərinin rəisləri və onların müavinləri vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilmişdir. Cavabdeh inzibati orqan isə imtina məktublarında sözügedən Siyahının 24.1 bəndinə əsaslanmış və əmək kitabçasında onun xx.xx.2006-cı il tarixdən 6 saylı X4 Sahəsində rəis vəzifəsində işlədiyi qeyd olunmuş, bu vəzifənin uyğunsuzluğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina etmişdir. Halbuki o, imtinaya əsas göstərilən vəzifədə - 6 saylı X4 Sahəsində deyil, onun 6 saylı İstilik Qazanxanasında rəis vəzifəsində işləyir.
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
10. Bakı İnzibati Məhk əməsinin 6 dekabr 2021-ci il tarixli, 2-1(112)-6790/2021 nömrəli qərarı (hakim: X3) ilə iddia təmin edilmiş, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin həmin tarixdən hesablanıb ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, - iddiaçının 60 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuş, onun həmin tarixə 40 ildən artıq ümumi iş stajı olmuşdur. İddiaçının işlədiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələ rin və göstəricilərin 2 nömrəli Siyahısına əsasən 21400000 Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı - qazan maşinistləri (kod 2140000a—13785) güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 20-8 nömrəli xx.xx.1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş Energetika və elektrikləşdirmə sahəsinə aid olan fəhlə peşələri və işlərin vahid tarif ixtisas sorğu kitabçasında (hissə9).nəzərdə tutulan Elektrik stansiya və şəbəkələrin avadanlıqların istismarı, enerji tələbatçılarına xidmət bölməsinə daxil olan fəhlə peşələrinin müqayisəli adları və ixtisas qruplarının diapazonunda Машинист котлов - Qazanların maşinisti kimi göstərilmişdir. İddiaçının həmin vəzifədə stajı 4 il 9 ay 17 gün olmuşdur (xx.xx.1981xx.xx.1986). Eyni zamanda, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 24-cü bölməsinə əsasən Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsi üzrə qazanxana sexlərinin rəisləri və onların müavinləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid olunmuşdur. İddiaçının həmin peşə üzrə stajı 60 yaşının tamam olduğu tarixə 14 il 2 ay 18 gün olmuşdur. Göründüyü kimi, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 12 il 6 aydan artıq, 19 ildən çox işləmişdir. İddiaçı "x xxx" Açıq Səhmdar Cəmiyyətinin tərkibindəki müəssisədə fəaliyyət göstərməklə istilik enerjisi istehsal edən 6 saylı Rayon İstilik Qazanxanasında əvvəl qazan maşinisti, daha sonra isə onun rəisi olmuş, bu vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarda nəzərdə tutulan vəzifəyə həm ad, həm də sahə baxımından uyğun olmuşdur. - Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi barədə tələbə gəldikdə, cavabdeh bu halı mübahisələndirməmiş, iddiaçı üçün tələb olunan minimum məbləğ 40.800 manat olduğu halda iddiaçının fərdi hesabının sığorta hissəsində 55372.24 manat vəsait toplandığı təsbit olunmuşdur.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 iyun 2022-ci il tarixli, 2-1(103)-1396/2022 nömrəli qərarı (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X8 və X9) ilə Bakı İnzibati Məhkəməsinin 6 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlil lərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçının işlədiyi maşinist, mühəndis-dispetçer, mühəndis, və rəis vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) Yeraltı istilik elektrik stansiyaları bəndində (24.1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) qazanxana, turbin (qaz turbini) sexlərinin növbə rəisləri vəzifələrinə uyqun olmadığından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi he sabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı 21400000 Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı - qazan maşinistləri (kod 2140000a—13785)
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyas ı hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı Bölmə
24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsi üzrə qazanxana sexlərinin rəisləri və onların müavinləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr
21. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı
22. İnzibati Prosessual Məcəllə: a) Maddə
14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallar da, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar g östərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. M əhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin hazırkı qərarın 18-20-ci bəndlərində istinad olunan normalarına görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi, xüsusi iş stajının mövcudluğu və pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq e tmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısına əsasən 21400000 Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı - qazan maşinistləri (kod 2140000a—13785) güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi “qazanxana maşınisti, qazanxana sex rəisi” peşələrin Azərbaycan Re spublikasının Nazirlər Kabinetinin qeyd edilən Qərarlarına əsasən güzəştli əmək fəaliyyəti növlərinə uyğun olması iş materialları ilə öz təsdiqini tapır.
29. Nəticə etibarı ilə 10 oktyabr 2020-ci il tarixə iddiaçının 45 il 10 ay 17 gün ümumi iş stajı və 19 il 10 gün xüsusi iş stajı mövcud olmuş, iddiaçı üçün tələb olunan minimum məbləğ 40.800 manat olduğu halda iddiaçının fərdi hesabının sığorta hissəsində 55372.24 manat vəsait toplanılmışdır.
30. Beləliklə, hazırkı qərarın 22.a bəndində göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin etmişdir.
31. Yuxarıda göstərilənlə rə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 iyun 2022-ci il tarixli, 21(103)-1396/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.