Məhkəmə qərarları › İş №2-1(102)-1667/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1667/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1667/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyina t üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2015-ci il tarixdən (52 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət edilən tarixdən əvvəlki 3 il üçün ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati 01 fevral 2024-cü il tarixli 2-1(108)-711/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayətin üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 21 avqust 2015-ci il tarixdən (52 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoy ulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 21 avqust 1963-cı ildə doğulmuş, əmək fəaliyyətinə Azərbaycan SSR-nin Kənd Təsərrüfatı Nazirliyində başlamışdır. xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində makinaçılar bürosunda makinaçı, xx.xx.1981-ci ildən xx.xx.1990-cı ilədək Azərbaycan SSR X3 Heyətində statist, stenoqrafist, koordinator, makinaçı, xx.xx.1993-cu ildən xx.xx.1994-cü ilədək Suraxanı rayon 105 nömrəli Mənzil İstismar Sahəsində liftçi operator işləmişdir. Ümumi sığorta stajı 15 il 6 ay təşkil edir. O, xx.xx.1995-ci ildən başlayaraq, xx.xx.2006-cı ilədək "xxxx" ASC-də (əvvəlki Bakı şəhəri X1 İdarəsinin 3 saylı rayon İstilik Şəbəkəsi, 1997ci ildə həmin İdarənin adı 1 saylı İstilik İdarə sinə, sonra Bakı şəhər İstilik İdarəsinə dəyişdirilmişdir) zərərli əmək şəraitində qazanxana operatoru vəzifəsində 11 il 7 ay işləmişdir. Bundan sonra da iddiaçı zərərli şəraitdə 3 il 9 ay əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.2006-ci ildən xx.xx.2007-ci ilədək (4 ay 24 gün) və xx.xx.2007-xx.xx.2008ci il tarixlərində (4 ay 10 gün) ARDNŞ Sosial İnkişaf İdarəsinin “Neftsənayexidmət" Departamentində 3-cü dərəcəli qazanxana operatoru, xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilədək (11 ay 15 gün) "xxxx" MMC-də qazanxanada əməliyyatçı; xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək (4 ay 15 gün); 01 dekabr 2010-cu ildən 12 aprel 2011-ci ilədək (4 ay 12 gün); xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilədək (5 ay); xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilədək (3 ay 26 gün) ARDNŞ Sosial İnkişaf İdarəsinin “Neftsənay exidmət” Departamentində 4-cü dərəcəli qazanxana operatoru, xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək (4 ay 15 gün) və xx.xx.2018-ci ildən 15.04 2019-cu ilədək (4 ay 22 gün) "xxxx" ASC 6 saylı İSİS-də mövsümü əməliyyatçı peşəsində işləmişdir. İddiaçının zərərli əmək şəraitində işlədiyi sığorta iş stajı ümumilikdə 15 il 7 ay ( 11 il 7 ay 21 gün + 3 il 9 ay) təşkil edir. xx.xx.1979-cu ildən (əmək fəaliyyətinə başladığı tarixdən) xx.xx.2019-ci ilədək ümumi sığorta stajı 31 ildən artıqdır. Yəni, xx.xx.2006-cı il tarixədək onun 25 ildən artıq ümumi sığorta stajı, o cümlədən 11 ildən artıq xüsusi stajı olmuşdur.

3. Cavabdeh iddiaçının müraciətindən imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında və "Azəristiliktəchizat” ASC-nin arayışında onun xx.xx.1995-xx.xx.2006 -cı il tarixləri arasındakı dövr ərzində İstilik Şəbəkəsi və X2 Müəssisəsinin 3 saylı rayon İstilik Qazanxanasında qazanxana maşinisti vəzifəsində işlədiyi qeyd olunmuş, lakin sözügedən arayışda iddiaçının maşinist işlədiyi qazanxananın kömür və şistlə işləyən maşinistlərə (ocaqçılara) aid olub-olmaması barədə məlumat qeyd edilməmişdir.

4. Bakı İnzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) 16 avqust 2023-cü il tarixli, 2-1(112)-4600/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət edilən tarixdən əvvəlki üç il üçün ödəməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar q əbul olunmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov/ sədrlik edən və məruzəçi/, M.N.Tağıyev və K.S.Şirinov) 01 fevral 2024-cü il tarixli, 2-1(103)711/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dai r” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə d air dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahi sə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

10. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahis ələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda ((o cümlədən, 2-1(102)-90/2024 nömrəli xx.xx.2024-cü il tarixli; 2-1(102)1844/2023 nömrəli, xx.xx.2023-cü il tarixli; 2-1(102)-945 /2023 nömrəli, xx.xx.2023-cü il tarixli; 2-1(102)-954/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 2-1(102)-1551/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin, işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

12. Hazırkı iş üzrə cavabdehin imtina məktubunda və a pellyasiya şikayətində göstərildiyi kimi, iddiaçının işlədiyi qazanxananın hansı qaydada işləməsi barədə məlumatın qeyd edilməsi əmək kitabçalarının yazılması, doldurulması və s. məsələləri tənzimləyən qanunvericilik aktında nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi müəssisə isə iddiaçının zərərli iş şəraitində işləməsi barədə əmrlərin nömrəsi, tarixi, əmək haqqı, işə buraxma tarixləri barədə, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilən vəzifə kodunu göstərməklə ətraflı arayış vermişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə). İddiaçının iş stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır və göstərilən müvafiq qeydlər, onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mö təbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni, iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur.

13. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən ed ən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

14. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn t ətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

15. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlilərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

16. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 fevral 2024-cü il tarixli, 21(103)-711/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar