Məhkəmə qərarları › İş №2-1(102)-1668/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1668/2019

19.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1668/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1668/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-203/2019 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin xxxx 1990-cı il tarixli, 6/290 saylı qəra rı və X1 və istismarı birliyinin 67 saylı Bağ Tikinti Kooperativinin 23 saylı orderi əsasında sahəsi 0,12 ha olan 555 saylı bağ sahəsinin ona verildiyini, orderin verilməsi ilə bağlı Bağlar idarəsinin müdiri tərəfindən xxxx 1990-cı il tarixli məktubla 67 saylı kooperativin sədrinə müraciət edərək, onu kooperativin tərkibinə keçirməsini xahiş etdiyini, həmin vaxtdan ailə üzvləri ilə birlikdə göstərilən bağ sahəsindən təyinatı üzrə istifadə etdiyini, şəxsi maliyyə vəsaiti hesabına ona ayrılmış bağ torpaq sahəsini abadlaşdırılaraq, aqrotexniki qulluq göstərdiyini və bağ sahəsini hasara aldığını, xxxx 2018-ci il tarixdə həmin bağın torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə və qanunvericiliklə tələb olunan sənədləri əlavə etməklə cavabdeh inzibati orqana müraciət etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla Bakı şəhər İcraiyyə Komitəsinə xxxx 1990-cı il tarixli, 6/290 saylı qərarı əsasında təqdim edilən 23 saylı orderlə bağlı aidiyyəti təşkilata sorğunun göndərildiyinə, araşdırma zamanı arxivdə orderin nüsxəsinin aşkar olunmadığına, bundan əlavə bağ sahəsində hasarlanma işlərinin tam aparılmadığına və bağ sahəsinin sxematik xəritə ilə uyğun gəlmədiyinə, yəni 555 saylı bağın nömrəsinin göstərilən əraziyə aidiyyətinin olmadığına və göstərilən ərazinin digər şəxsə məxsus ərazi ilə üst-üstə düşdüyünə istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, Bakı şəhəri, Sabunçu rayonu Ləhiş Bağ massivind ə yerləşən 555 nömrəli bağ sahəsinin 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx2018-ci il tarixli, 2-1(82)-2601/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu Ləhiş Bağ massivində yerləşən 555 nömrəli bağ sahəsinin 0.12 ha torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir (hakim - Z.Tağıyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Ko llegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-203/2019 saylı qərarı ilə (sədrlik edən A.B.Nuriyeva, hakimlər V.M.Ağayev və C.A.Yusifov) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırı lmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, İddiaçı müvafiq bağ sahəsinə çıxarış almaq məqsədilə İdarəyə xxxx 2018-ci il tarixdə poçt vasitəsilə müraciət etmiş, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir və müvafiq sənədlərin əsilləri idarəyə təqdim olunmamış, müvafiq bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, 555 saylı bağ sahəsinin göstərilən əraziyə aidiyyəti yoxdur və həmin ərazi “xxxx” MMC-yə məxsus ərazi ilə üst-üstə düşür, müvafiq bağ sahəsində hasarlanma işləri tam aparılmamış, bundan başqa İdarənin arxiv əsaslarında Bakı şəhər İcraiyyə Komitəsinin 6/290 nömrəli, xxxx 1990-cı il tarixli qərarı əsasında t əqdim edilən orderin nüsxəsi aşkar olunmamış, belə ki, müvafiq orderin həqiqiliyi ilə bağlı ciddi şübhələr mövcud olduğundan, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına İdarə tərəfindən qeyd olunan məsələnin aydınlaşdırılması ilə bağlı sorğu ünvanlanmış, müvafiq sorğuya cavab olaraq aidiyyəti təşkilat tərəfindən İdarəyə ünvanlanmış məktubda həmin qərarın Dövlət Arxivinin Bakı Filialı mövcud olduğu, lakin həmin qərarda iddiaçıya bağ sahəsinin ayrılması barədə heç bir məlumat aşkar olunmadığından, ərizənin icrası mümkün olmamış, məhkəmə tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 67, 68, 111.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 9, 11.1-ci maddələrinin tələbləri pozulmuşdur. Cavabdehin vəkili Vəkil məhkəmə kolleg iyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında apardığını və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Ərazi İdarəsinin dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdeh olduğunu qeyd etməklə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müv afiq olaraq izahatı dinlənilmədi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materi allarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkilizahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)203/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xxxx 1990-cı il tarixli, **** saylı qərarına əsasən Bakı şəhər İcraiyyə Komitəsinin X1 və X3 bağlar sahəsindəki 67 saylı kooperativi tərəfindən verilmiş 23 saylı orderə görə BTK nəzdində Ləhiş bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 555 saylı bağ sahəsi İddiaçı ayrılmış, Bakı şəhər İcraiyyə Komitəsinin X1 və İstismarı Birliyi tərəfindən Ləhiş bağlar sahəsindəki 67 saylı kooperativə ünvanlanmış xxxx 1990-cı il tarixli məktuba görə Bakı şəhər soveti İcraiyyə Komitəsinin xxxx 1990-cı il tarixli, ***** saylı qərarına əsasən X2 və İddiaçı 67 saylı BTK-nın tərkibində bağ sahəsi verilməsinə icazə verilmiş, iddiaçı, həmin bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla Bakı şəhər İcraiyyə Komitəsinin xxxx 1990-cı il tarixli, **** saylı qərarı əsasında təqdim edilən 23 saylı orderlə bağlı aidiyyəti təşkilata sorğu göndərildiyinə, İdarənin arxiv əsaslarında orderin nüsxəsinin aşkar olunmadığına, bundan əlavə, bağ sahəsində hasarlama işlərinin tam aparılmadığına və bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğun suzluq təşkil etdiyinə, 555 saylı bağın nömrəsinin göstərilən əraziyə aidiyyətinin olmadığına və göstərilən ərazinin digər hüquqi şəxsə məxsus ərazi ilə üst-üstə düşdüyünə istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqan imtinaya əsas kimi bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluğun olduğuna istinad etsə də, həmin sxematik xəritənin nədən ibarət olması, hansı səlahiyyətli dövlət orqanı və ya vəzifəli şəxsi tərəfindən tərtib və təsdiq edilməsi barədə məlumat verməmiş və buna dair, eləcə də göstərilən ərazinin digər hüquqi şəxsə məxsus olması barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından biri bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən sərəncamlar və icarə müqavilələri hesab olunur, qeyd olunan torpaq sahəsi xxxx 2007-ci ilədək vətəndaşlara bağ torpaq sahələri ayırmaq səlahiyyəti olmuş Birliyin Ləhiş bağlar sahəsindəki 67 saylı kooperativi tərəfindən verilmiş 23 saylı order əsasında iddiaçıya ayrılmış və iddiaçı tərəfindən hər hansı formada qanunsuzluğa yol verilməmiş, iddiaçı isə qanuni əsaslarla ona ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir, həmin sahəyə dair hüquqla bağlı hər hansı bir mübahisələndirilən hal aşkar olunmamış, iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmi n sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmiş, Bakı şəhər XDS İcraiyyə Komitəsinin X1 və X3 bağlar sahəsindəki 67 saylı kooperativi tərəfindən verilmiş 23 saylı order yuxarıda qeyd edilən Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir, iddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin ol unmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq torpaq sahəsi üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmış, Bakı şəhər İcraiyyə Komitəsinin X1 və X3 bağlar sahəsindəki 67 saylı kooperativi tərəfindən verilmiş 23 saylı order hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır, qanunvericilikdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina üçün konkret əsaslar göstərilsə də, cavabdehin imtinası qeyd edilən hallardan heç birinə uyğun deyildir, Ləhiş Bağ massivindəki 0.12 ha torpaq sahəsi olan 555 nömrəli bağ sahəsinin iddiaçınınistifadəsinə verilməsi barədə X1 və X3 bağlar sahəsindəki 67 saylı kooperativi tərəfindən verilmiş 23 saylı order həm in bağ sahəsinin onun adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1-ci maddəsində nəzərdə tutulmuş lazımi sənədləri cavabdeh inzibati orqana təqdim etsə də, sonuncu imtinasında formal mülahizələrə istinad edərək heç bir qanuni əsas olmadan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəç iliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadə və icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Apellyasiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin torpaq sahələrinin hasarlanması və mərzlənməsi adlanan 176-cı maddəsinin torpaq sahəsinin planı və ölçüsünün verilməsi və eləcə də, torpaq sahələrinin dövlət qeydiyyatına alınması ilə bağlı heç bir əlaqəsi yoxdur. Həmin maddəyə görə, torpaq sahələrinin mərzlənməsi dedikdə, torpaq sahəsinin kadastr uçotuna alınması məqsədi ilə torpaq sahələrinin yer üzərində (naturada) sərhədlərinin müəyyən edilməsinə, razılaşdırılmasına, dəqiqləşdirilməsinə, sərhəd nişanlarının bərpa edilməsinə, sərhəd xarakterik (döngə) nöqtələrinin koordinatlarının müəyyən edilməsinə, onların mərz nişanları vasitəsi ilə yer üzərində (naturada) bərkidilməsinə və sərhəd planlarının tərtib edilməsinə dair kadastr işi başa düşülür. 176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan is tifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. 176.2. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki, qonşulardan birimərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. 176.3. Əgər dəqiq sə rhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arsında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Maddənin məzmunundan məlum olur ki, qanun norması hər bir torpaq mülkiyyətçisinin öz xərci hesabına öz sahəsini hasarlamaq hüququnun olmasını təsdiq edir. Mərz çəkilişi isə torpaq sahələri arasında dəqiq sərhədi müəyyən etmək məqsədi güdür. Halbuki, Azərbaycan Respublikası Prezidentinin xxxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Ə sasnamə”nin 3.0.31-ci bəndində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələrinə daxil edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.7-ci maddəsinə əsasən 2007-ci il xxxx müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçü n əsasdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. Məcəllənin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Hüquqların dövlət qeydiy yatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində sadalanmışdır və məhkəmə araşdırması zamanı göstərilən halların heç biri hazırki iş üzrə müəyyən edilməmiş, iddia ərizəsinə etirazda isə imtinaya əsas olan hallar konkret normaya istinadla əsaslandırılmamışdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1 -ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (Van de Huk Niderlanda qarşı iş üzrə xxxx 1994-cü il tarixli Qərar). «İnzibati icraa t haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Qanunun 15.2-ci maddəsinə əsasən qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxsl ər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.1 və 19.2-ci bənd). Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdeh bağ sahəsini qeydə almaqdan imtinasını həmin bağla bağlı digər şəxs tərəfindən müraciət edilməsi ilə əsaslandırsa da, bu halın iş m aterialları ilə sübut olunmadığını, cavabdehin həmin bağ sahəsi ilə bağlı digər şəxsin müraciət etməsini, iddiaçı ilə həmin şəxs arasında bağ sahəsinə dair mübahisənin olmasını təsdiq edən hər hansı sübutu təqdim etmədiyini, bağ sahəsinin iddiaçının istifadəsinə verilməsi barədə X1 və İstismarı Birliyi tərəfindən verilmiş 23 nömrəli orderin torpaq sahəsinin onun adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olduğunu, İddiaçı qanuni istifadəsinə verilmiş bağ sahəsinə dair bütün sənədlər cavabdeh inzibati orqana təqdim edilsə də, cavabdeh orqanın formal mülahizələrə istinad etməklə əsassız olaraq çıxarış verilməsindən imtina etdiyini və onun imtinasının qanunvericiliyin müddəalarına uyğun olmadığını nəzərə alaraq kassasiya şikayətinin məhkəmə tərəfin dən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67, 68 və 111.1-ci maddələrinin pozulması barədə dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-203/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və A zərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-203/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar