Məhkəmə qərarları › İş №2-1(102)-1668/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1668/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1668/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı iş üzrə QƏRAR (Açar sözlər: artıq ödəmə məbləğinin qaytarılması üçün vergi ödəyicisinə rəyin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının nümayəndəsi Nümayəndə və vəkili Firuddin Hüseynbəylinin, üçüncü şəxsin nümayəndəsi Nurlan Ələkbərovun və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (ü çüncü şəxs Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı rəyin verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 17 mart 2020-ci il tarixli, 2-1(103)-759/2020 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kasasiya şikayətlərinə əsasən işə 05 avqust 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə və Maliyyə Nazirliyinə qarşı artıq ödənilmiş 449,748.17 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması barədə vəzifənin aidiyyəti üzrə cavabdehlərin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının hal-hazırda şəxsi hesab vərəqəsində 449,748.17 manat artıq ödəməsi yaranmışdır. 22.07.2019-cu il tarixində Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytarılması barədə ərizə ilə müraciət etmişdir. Lakin 15.08.2019-cu il tarixli cavab məktubunda artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarını cavabdeh g eri qaytarmaqdan imtina etmişdir. Maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar olaraq Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən artıq ödəmənin hesabına qaytarılmasını xahiş etmişdir. İddiaçı MMC birinci instansiya məhkəməsinə iddia ərizəsinə əlavə təqdim edərək 24 iyul 2019-cu il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Vergilərin Nazirliyinin strukturunda aparılmış dəyişikliklərlə əlaqədar olaraq inzibati iş üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin dəyişdirilərək, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi olaraq qeyd olunması, digər cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin isə cavabdehlərdən çıxarılması və üçüncü şəxs qismində işə cəlb olunması barədə müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək artıq ödənilmiş 449,748.17 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 18.12.2019-cu il tarixli, 2-1(82)-3454/2019 nömrəli (sədrlik edən hakim Rauf Daşdəmirov) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı MMC tərəfindən artıq ödənilmiş 449,748.17 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsi nin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh və üçüncü şəxs tərəfindən apelyasiya şikayətləri verilərək,birinci instansiya məhkəməsinin 18.12.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdirlər. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 17.03.2020-ci il tarixli, 2-1(103)-759/2020 nö mrəli (hakimlər Səriyyə Seyidova - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) qərarı ilə birinci instansiya məhkəməsinin 18.12.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,İddiaçı MMC 449748,17 manat məbləğin qaytarılması barədə 22 iyul 2019-cu il tarixli **********979900 nömrəli ərizəsinə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. Müraciətə baxılarkən vergi ödəyicisi tərəfindən təqdim edilmiş ərizədə artıq ödəmənin ödənilmə tarixlərinin düzgün əks etdirilmədiyi aşkar edildiyindən ərizənin icrası mümkün olmamışdır. Belə ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsində ƏDV üzrə olan artıq ödəmə məbləğlərinin vergi ödəyicisinin ərizəsində qeyd edildiyi kimi 26 iyul 2016-cı il, 21 iyul 2016-cı il, 15 iyul 2016-cı il, 06 may 2016-cı il və sairə tarixlərdə deyil, müvafiq olaraq 25 iyul 2016-cı il, 20 iyul 2016-cı il, 14 iyul 2016-cı il, 05 may 2016-cı il tarixlərində ödənildiyi aşkar edilmişdir. Bununla əlaqədar vergi ödəyicisinə 15 avqust 2019-cü il tarixli **********51600 nömrəli məktub göndərilmiş, lakin ötən müddət ərzində vergi ödəyicisi tərəfindən qeyd olunan çatışmazlıq aradan qaldırıldıqdan sonra dürüstləşdirilmiş ərizə ilə müraciət edilmədiyi məlum olmuşdur. Belə ki, iddiaçı tərəfindən dürüstləşdirilmiş ərizə ilə Baş İdarəyə yenidən müraciət edilmədiyindən cavabdeh tərəfindən rəyin verilməsi mümkün olmamışdır. İddiaçının hərəkətsizliyi səbəbindən vergi orqa nı qanunvericilikdə müəyyən edilmiş hərəkətləri edə bilməmişdir. Yəni, iddiaçı tərəfindən dürüstləşdirilmiş ərizə ilə cavabdeh orqana müraciət edilmədiyindən həmin ərizəyə dair nə rəy verilməsi, nə də rəy verilməsindən imtina edilməsi mümkün olmamışdır. Başqa sözlə desək, iddiaçının hərəkətsizliyi nəticəsində vergi orqanı tərəfindən müvafiq qaydalarda müəyyən edilmiş prosedurların həyata keçirilməsi mümkün olmamışdır. Bu barədə birinci instansiya məhkəməsinə vəsatət təqdim edilməsinə baxmayaraq prosessual normaların tələbinə zidd olaraq vəsatətə münasibət bildirilməmiş və qərarda iddianın mümkün hesab edilməsi əsasları qeyd edilməmişdir. Bu səbəbdən də hesab edir ki, ilk öncə məhkəmə tərəfindən iddianın mümkünlüyü düzgün şəkildə yoxlanılaraq iddiaçıya yanlışları aradan qaldırılmış ərizə il ə vergi orqanına müraciət etməsi tövsiyə olunmalı idi. Belə ki, iddiaçı tərəfindən yol veriliş xətalar düzəldilərək cavabdeh orqana müraciət etdiyi və cavabdeh tərəfindən rəy verilməsindən imtina olunduğu təqdirdə iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranardı. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması şəxsi hesab vərəqəsində qeyd edilənlərə müvafiq olaraq yox, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları»na uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olması nı təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Lakin vergi ödəyicisi tərəfindən ərizə, yuxarıda qeyd etdiyi kimi, düzgün şəkildə tərtib edilməmişdir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə artıq ödəməsi mövcud olmadığından 166958,78 (82973,36 + 83985,42) manat hissədə iş üzrə icraata xitam verilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2020-ci il tarixli, 2-1(103)759/2020 saylı qərarının ləğv edilməsi və 166958,78 manat hissədə iş üzrə icraata xitam verilməsi, qalan hissədə iddia tələbinin mümkün sayılmaması barədə qərarın ç ıxarılmasını xahiş etmişdir. Üçüncü şəxsin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iş materiallarından məlum olur ki, İddiaçı MMC 449 748,17 manat məbləğin qaytarılması barədə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə müraciət etmişdir. Müraciətə baxılarkən vergi ödəyicisi tərəfindən təqdim edilmiş ərizədə artıq ödəmənin ödənilmə tarixlərinin düzgün əks etdirilmədiyi aşkar edilmişdir. Eyni zamanda Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 27.09.2019-cu il tarixli etiraz ərizəsində qeyd olunmuşdur ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş ərizədə artıq ödəmənin ödənilmə tarixlərinin düzgün göstərilməmişdir. Buna görə də vergi ödəyicisi tərəfindən təqdim edilən ərizə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hala uyğun olmadığı - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə" ərizədə qeyd edilən məlumatlar düzgün doldurulmadığı üçün vergi ödəyicisinə məlumat verilmiş və yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağı bildirilmişdir. Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə tərəfindən iddia tələbi təmin edilmişdir. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması şəxsi hesab vərəqəsində qeyd edilənlərə müvafiq olaraq deyil. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin16 iyul 2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Art ıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Lakin vergi ödəyicisi tərəfindən ərizə yuxarıda qeyd etdiyi kimi, düzgün şəkildə tərtib edilməmişdir. Həmçinin bildirir ki, Nazirlər Kabinetinin 16 iyul 2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə - yəni ərizədə qeyd edilənlər formal xarakter daşımır və büdcə gəlirlərinin büdcəyə daxilolmasını və xərclərinin büdcə təsnifatına uyğun olaraq xəzinədarlıq vasitəsi ilə ünvanlı istifadəsinə, gəlirlərin, xərclərin və maliyyələşmə mənbələrinin funksional, iqtisadi, inzibati və digər prinsiplər əsasında qruplaşdırılmasına xidmət edir. Bu səbəbdən də hesab edir ki, ilk öncə məhkəmə tərəfindən iddianın mümkünlüyü düzgün şəkildə yoxlanılaraq iddiaçıya sözügedən çatışmazlığı aradan qaldıraraq yenidən vergi orqanına müraciət etməsi tövsiyə olunmalı idi. Belə ki, iddiaçı tərəfindən yol verilmiş xətalar düzəldilərək cavabdeh orqana müraciət etdiyi və cavabdeh tərəfindən rəy verilməsindən imtina olunduğu təqdirdə iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranardı. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs kasasiya şikayətində Bakı Ape lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2020-ci il tarixli, 2-1(103)759/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2-1(103)-759/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İ nzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi N.Ələkbərov da vəkili Vəkil2 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2-1(103)-759/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili F.Hüseynbəyli kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 17 mart 2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 17 mart 2020-ci il tar ixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə də vəkili F.Hüseynbəylinin çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 17 mart 2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi Nail Xəlilov məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsi və vəkilinin, üçüncü şə xsin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin və üçüncü şəxsin kasasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 17.03.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 17 mart 2020-ci il tarixli, 2-1(103)-759/2020 saylı qərarla, cavabdeh və üçüncü şəxsin apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2-1(82)-3454/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən, Vergi Məcəlləsinin 3.2, 3.8, 14.2, 24.0, 24.0.10, 87.1, 87. 3, 87.4-cü maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 15.1, 15.2, 15.3-cü maddələrinə, Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları»nın 1.1, 1.2, 2, 3.1, 3.2, 5.1, 5.1.3, 5.1.4, 7.1-ci bəndlərinə istinad etməklə belə hesab etmişdir ki, yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan açıq şəkildə aydın olunur ki, vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyalarının qalan məbləğləri, vergi ödəyicisinin vergi, faiz, maliyyə sanksiyası və inzibati cərimə üzrə borcu və sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsi barədə razılığı olmadıqda, vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərz ində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları»na müvafiq olaraq vergi orqanı tərəfindən vergi ödəyicisinə qaytarılır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məlum olduğu kimi, İddiaçı MMC cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək artıq ödənilmiş 449748,17 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafıq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması barədə vəzifənin aidiyyəti üzrə cavabdehlərin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının hal-hazırda şəxsi hesab vərəqəsində 449748,17 manat artıq ödəməsi yaranmışdır. 22 iyul 2019-cu il tarixində Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytarılması barədə ərizə ilə müraciət etmişdir. Lakin 15 avqust 2019-cu il tarixli cavab məktubunda artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarını cavabdeh geri qaytarmaqdan imtina etmi şdir. Maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar olaraq Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən artıq ödəmənin hesabına qaytarılmasını xahiş etmişdir. İddiaçı MMC 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsinə əlavə təqdim edərək 24 iyul 2019-cu il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Vergilərin Nazirliyinin strukturunda aparılmış dəyişikliklərlə əlaqədar olaraq inzibati iş üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin dəyişdirilərək, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi olaraq qeyd olunması, digər cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin isə cavabdehlərdən çıxarılması və üçüncü şəxs qismində işə cəlb olunması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra yenidə n iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək artıq ödənilmiş 449748,17 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş şəxsi hesab vərəqəsinə əsasən MMC tərəfindən 22 iyul 2019-cu il tarixə 449748,17 manat məbləğində artıq ödəniş edilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının yarandığı yeni vergi öhdəliklərinin ödənilməsi məqsədi ilə 82973,36 manat məbləği 449748,17 manat məbləğindən iddiaçının razılığı olmadan tutularaq silinmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş məktubda qeyd edilmişdir ki, iddiaçının 18 dekabr 2019-cu il tarixə şəxsi hesab vərəqə üzrə 366744,81 manat martıq ödəməsi mövcuddur. İddia tələbinin 82973,36 manat hissəsində şəxsi hesab vərəqədə artıq ödəmə mövcud deyildir. Məktuba əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, MMC-nin 18 dekabr 2019-cu il tarixə şəxsi hesab vərəqəsində 366774,81 manat məbləğində artıq ödəməsi vardır. Beləliklə, işin təkzibolunmaz faktları ondan ibarətdir ki, iddiaçının 22 iyul 2019-cu il tarixinə vergilər üzrə dövlət büdcəsinə 449748,17 manat artıq ödənişi olmuş, bu tarixdən sonrakı müddət ərzində iddiaçının vergilər üzrə yaranmış olduğu yeni vergi öhdəliklərinin ödənilməsi hesabına cavabdeh tərəfindən iddiaçının razılığı olmadan 82973,36 manat məbləği 449748,17 manat artıq ödənilmiş məbləğindən silinmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sözügedən məsələ Vergi Məcəlləsinin 87.1-ci və 87.1.2-ci maddələri, eləcə də Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları»nın müddəaları ilə tənzimlənir. Belə ki, Vergi Məc əlləsinin 87.1, 87.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 191.5ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibati cərimələr üzrə borclar istisna olmaq şərti ilə, artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları»nın 1.1-ci və 1.2-ci bəndlərinə əsasən bu Qaydalar vergi ödəyicisindən düzgün tutulmamış və ya onun tərəfindən art ıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin (bundan sonra — büdcəyə artıq ödəmələr) qaytarılması qaydalarını müəyyən edir. Bu Qaydalarda «vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar» dedikdə, verginin tam və vaxtında büdcəyə ödənilməsinə nəzarəti həyata keçirən orqanlar nəzərdə tutulur. Həmin Qaydaların 2-ci bəndinə görə vergi ödəyicisi düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikd ir. Həmin Qaydaların 3.1 və 3.2-ci bəndlərinə müvafiq olaraq vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 5.1, 5.1.3 və 5.1.4-cü bəndlərinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar büdcəyə artıq ödəmələrin qalan hissəsinin vergi ödəyicisinə qaytarılması üçün bu Qaydaların müddəalarına uyğun tədbirlər görürlər; Vergi Məcəlləsində başqa hallar müəyyə n edilməmişdirsə, büdcəyə artıq ödəmələrin qalan məbləğlərini vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarırlar. Həmin Qaydaların 6-cı bəndinə görə büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların və maliyyə orqanlarının məsuliyyəti 6.1. Vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. 6.2. Vergi ödəyicisinin və ya sığortaedənin artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə və ya sığortaedənə faiz ödənilmir. Beləliklə, iddiaçının 22 iyul 2019-cu il tarixinə vergilər üzrə dövlət büdcəsinə 44748,17 manat artıq ödənişi olduğu halda, cavabdeh Vergi Məcəlləsinin 87, 87.1.2-ci maddələrinin tələblərini pozaraq iddiaçının razılığı olmadan həmin artıq ödəniş məbləğindən 82973,36 manat məbləğini iddiaçının yaranmı ş olduğu sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid etmişdir ki, bu da qanunun sözügedən müddəalarına ziddir. Cavabdehin və üçüncü şəxsin kasasiya şikayətlərindəki dəlillərinə gəldikdə isə, həmin dəlillər formal mülahizələrə əsaslanmaqla sırf deklarativ və konkret olmayan xarakter daşıdığından əsassızdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2-1(103)759/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin və üçüncü şəxsin kasasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 17 mart 2020-ci il tarixli, 21(103)-759/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar