Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1668/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyini, 55+2 yaş, “nasos qurğularının maşinisti” peşəsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalin in Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-381/2021 saylı, 3 may 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.xxx-ci il tarixdə doğulmuşdur. Hərbi biletə əsasan 10.11.1980-cı ildən 10.11.1982-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. Əmək kitabçasına əsasən iddiaçı 16.08.1978-ciildən 13.10.1978-ci ilədək “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin Tikinti-quraşdırma idarəsində bənna, 13.10.1978-ciildən 05.09.1980-ci ilədək “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin Tikinti-quraşdırma idarəsində dülgər, 12.09.1980-ciildən 27.10.1980-ci ilədək “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsində elmi-tədqiqat və istehsalat işləri sahəsində maşinist, 08.02.1983-cü ildən 01.10.1988-ci ilədək “Siyəzənneft” NQÇİ-nin elmi-tədqiqat və istehsalat işləri sahəsində maşinist, 01.10.1988-ci ildən 15.12.2014-cü ilədək “Siyəzənneft” NQÇİ-nin neftin kompleks hazırlanması sahəsində maşinist peşəsində işləmişd ir, 15.12.2014-cü ildən hal-hazıradək “Siyəzənneft” NQÇİ-nin Elmi-tədqiqat və istehsalat işləri sahəsinə su təchizatı və utilizasiya xidməti sahəsinə 5-ci dərəcəli nasos qurğularının maşinisti peşəsində işləyir.
2. SOCAR “Azneft” İB “Siyəzənneft” Neft və qazçıxarma idarəsinin 07.05.2019cu il tarixli 40 saylı arayışına əsasən iddiaçının 827 saylı 11.09.1980-cı il tarixli əmrə əsasən 12.09.1980-ci il tarixdən 27.10.1980-ci il tarixədək “Siyəzənneft” NQÇİ-nin ET və İİ sahəsində maşinist (nasos qurğularının maşinisti) peşəsində işləməklə iş stajı 01 ay, 15 gün təşkil edir, 108 saylı 09.02.1983-cü il tarixli əmrə əsasən 08.08.1983-cü il tarixdən 01.10.1988-ci il tarixədək “Siyəzənneft” NQÇİ-nin ET və İ İ sahəsində maşinist (nasos qurğularının maşinisti) peşəsində işləməklə iş stajı 05 il, 07 ay, 23 gün təşkil edir, 746 saylı 30.09.1988-ci il tarixli əmrə əsasən 01.10.1988-ci il tarixdən 15.12.2014-cü il tarixədək “Siyəzənneft” NQÇİ-nin NKH və N sahəsində maşinist (nasos qurğularının maşinisti) peşəsində işləməklə iş stajı 26 il, 02 ay, 14 gün təşkil edir, 72/k saylı 15.12.2014-cü il tarixli əmrə əsasən 15.12.2014-cü il tarixdən hal-hazıradək “Siyəzənneft” NQÇİ-nin ET və İİ sahəsində nasos qurğularının maşinisti peşəsində işləməklə iş stajı 04 il, 04 ay, 21 gün təşkil edir. Qeyd olunanlara əsasən iddiaçının güzəştli şərtlərlə ümumi əmək stajı 36 il, 04 ay, 13 gün (otuz altı il, dörd ay, on üç gün) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşəl ərin, vəzifələrin və göstəricilərin Siyahısı”nın X bölməsinə əsasən, güzəştli şərtlərlə, güzəştli ölçüdə dövlət təqaüdü almaq hüququ verir.
3. SOCAR “Azneft” İB “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin 29.08.2019cu il tarixli arayışına əsasən iddiaçı “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin Elmitədqiqat və istehsalat işləri sahəsində 3-cü dərəcəli nasos qurğularının maşinisti peşəsində işləyir və iş yerlərinin attestasiyasının nəticələrinə əsasən zərərli əmək şəraitinə görə onun vəzifə (tarif) maaşına 1.04 artım əmsalı təyin edilmişdir.
4. SOCAR “Azneft” İB “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin 11.12.2019cu il tarixli AB-04/341 saylı arayışına əsasən iddiaçı hal-hazırda “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin Elmi-tədqiqat və istehsalat işləri sahəsində nasos qurğularının maşinisti peşəsində çalışmaqla işlədiyi növbə ərzində təzyiq və məhsuldarlığı eyni olan 2 (iki) NB-125 və 9MQR markalı porşenli texnoloji nasoslara xidmət göstərir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 23.07.2019-cu il tarixli məktubda qeyd olunur ki, iddiaçının idarəyə təqdim etdiyi sənədlərdə 01.10.1988-01.01.2006-ci illər arasındakı dövr ərzində “Siyəzənneft” NQÇİ-nin NKH və N sahəsində əmək fəaliyyəti ilə məşğul olduğu maşinist peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını n təyinatı mümkün hesab edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı 16 dekabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu 29.05.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi işin hallarına uyğun tərtib edilmiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
8. Cavabdehin iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Q anunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni “Əmək pensiyaları haqqında” qanunun qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır, 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması, 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması, 3) iddiaçının işlədiyi peşə nin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməlidir. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. Belə ki, iddiaçının işlədiyi peşə olan “nasos qurğuları maşinisti” peşəsi yuxarıda qeyd edilən Qərarın müvafiq bölməsində mövcud deyildir. Belə olan halda, İddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siya hısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər—57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun qüvvədə olduğu dövrdə İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 12 il 6 ayını tamamlamamışdır. Bu mənada “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müddəalarının İddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Həmçinin, iddiaçının işləmiş olduğu SOCAR “Azneft” İB “Siyəzənneft" neft və qazçıxarma idarəsi tərəfindən təqdim edilmiş Arayışda qeyd edilir ki, iddiaçının işlədiyi peşə olan “nasos qurğularının maşinisti” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında" 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 10-cu bölməsində mövcuddur. Halbuki, həmin Qərara nəzər salsaq görərik ki, 10-cu bölmədə (“Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı”) "nasos qurğularının maşinisti” peşəsi mövcud deyildir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-965/2020 saylı iş) 27 avqust 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 29.05.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını n təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahıya uyğundur (eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na) və qeyd olunan dövrlər güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. İddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının həqiqi hərbi xidmət keçdiyi müddət, yuxarıda qeyd olunan işlədiyi dövr güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı kimi nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı 29.05.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verə rək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı İnzibati Məhkəməsinin mövqeyi razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X1-məruzəçi, X3 və X7, 2-1(103)-381/2021 saylı iş) 3 may 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 27 avqust 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
13. Cavabdeh 24 iyun 2021-ci il tarixdə qərarın surətini almış, 15 iyul 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin d əlilləri
14. Kasasiya şikayətinin dəlilləri iddiaya dair etirazın dəlilləri ilə eynidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
17. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
5. Pensiya seçmək hüququ 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və öd ənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğind ən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (-). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsa latların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 20. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazi rlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 21. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir nö vündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
22. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
82. Mübahisə ilə bağlı şikayət üzrə yenidən baxılmasının hədləri Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
23. Cavabdehin kasasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.
26. İddiaçı xx xxx xxx-ci ildə anadan olmuşdur. Nasos qurğularının maşinisti peşəsində işlədiyini, həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şər tlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda olduğunu bildirib 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
27. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçının işlədiyi “nasos qurğuları maşinisti” peşəsi yuxarıda qeyd edilən qərarın müvafiq bölməsində mövcud deyil. Çünki “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10-cu bölməsində (“Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı”) “nasos qurğularının maşinisti” peşəsi mövcud deyildir.
28. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
29. Əmək pensiyaları haqqında” Qanu nun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
30. İddiaçıya məxsus əmək kitabçasına əsasən, o, 16.08.1978-ci ildən 13.10.1978-ci ilədək “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin Tikinti-quraşdırma idarəsində bənna, 13.10.1978-ci ildən 05.09.1980-ci ilədək “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin Tikintiquraşdırma idarəsində dülgər, 12.09.1980-ci ildən 27.10.1980-ci ilədək “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsində Elmi-tədqiqat və istehsalat işləri sahəsi ndə maşinist, 08.02.1983-cü ildən 01.10.1988-ci ilədək “Siyəzənneft” NQÇİ-nin Elmi-tədqiqat və istehsalat işləri sahəsində maşinist, 01.10.1988-ci ildən 15.12.2014-cü ilədək “Siyəzənneft” NQÇİ-nin Neftin kompleks hazırlanması sahəsində maşinist peşəsində işləmişdir, 15.12.2014-cü ildən hal-hazıradək “Siyəzənneft” NQÇİnin Elmi-tədqiqat və istehsalat işləri sahəsinə Su təchizatı və utilizasiya xidməti sahəsinə 5-ci dərəcəli nasos qurğularının maşinisti peşəsində işləyir.
31. SOCAR “Azneft” İB “Siyəzənneft” Neft və qazçıxarma idarəsinin 07.05.2019cu il tarixli 40 nömrəli arayışına əsasən, iddiaçı 11.09.1980-ci il tarixli 827 saylı əmrə əsasən 12.09.1980-ci il tarixdən 27.10.1980-ci il tarixədək “Siyəzənneft” NQÇİ-nin ET və İİ sahəsində maşinist (nasos qurğularının maşinisti) peşəsində işləmə klə iş stajı 1 ay 15 gün təşkil edir; 09.02.1983-cü il tarixli 108 saylı əmrə əsasən 08.08.1983-cü il tarixdən 01.10.1988-ci il tarixədək “Siyəzənneft” NQÇİ-nin ET və İİ sahəsində maşinist (nasos qurğularının maşinisti) peşəsində işləməklə iş stajı 5 il 7 ay 23 gün təşkil edir; 30.09.1988ci il tarixli 746 saylı əmrə əsasən 01.10.1988-ci il tarixdən 15.12.2014-cü il tarixədək “Siyəzənneft” NQÇİ-nin NKH və N sahəsində maşinist (nasos qurğularının maşinisti) peşəsində işləməklə iş stajı 26 il 2 ay 14 gün təşkil edir; 15.12.2014-cü il tarixli 72/k saylı əmrə əsasən 15.12.2014-cü il tarixdən hazıradək “Siyəzənneft” NQÇİ-nin ET və İİ sahəsində nasos qurğularının maşinisti peşəsində işləməklə iş stajı 4 il 4 ay 21 gün təşkil edir. Qeyd olunanlara əsasən İddiaçı güzəştli şərtlərlə ümumi əmək stajı 36 il 4 ay 13 gün təşkil edir. Qeyd olunanlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın X bölməsinə əsasən güzəştli şərtlərlə, güzəştli ölçüdə dövlət təqaüdü almaq hüququ verir.
32. SOCAR “Azneft” İB “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin 29.08.2019cu il tarixli AB-04/282 saylı arayışına görə, iddiaçı “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin Elmi-tədqiqat və istehsalat işləri sahəsində 3-cü dərəcəli nasos qurğularının maşinisti peşəsində işləyir və iş yerlərinin attestasiyasının nəticələrinə əsasən zərərli əmək şəraitinə görə onun vəzifə (tarif) maaşına 1.04 artım əmsalı təyin edilmişdir.
33. SOCAR “Azn eft” İB “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin 11.12.2019cu il tarixli AB-04/341 saylı arayışına əsasən, iddiaçı hazırda “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin Elmi-tədqiqat və istehsalat işləri sahəsində nasos qurğularının maşinisti peşəsində çalışmaqla işlədiyi növbə ərzində təzyiq və məhsuldarlığı eyni olan iki NB-125 və 9MQR markalı porşenli texnoloji nasoslara xidmət göstərir.
34. İddiaçının iş yerindən verilmiş arayışlarda onun işlədiyi nasos qurğularının maşinisti peşəsinin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olması göstərilmişdir.
35. Apelyasiya instansiyası məhkəməsinin araşdırmasının nəticəsi olaraq iddiaçının işlədiyi nasos qurğularının maşinisti peşəsinin 2 nömrəli Siyahıda nəzərdə tutulan texnoloji nasosların maşinistləri peşəsi ilə həm iş yeri, həm də peşə (işin xüsusiyyətləri, funksiyalar və sair) baxımından eynilik təşkil etdiyi müəyyən olunmuşdur.
36. Arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na istinad edilsə də, eyni peşə həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda əksini tapmışdır.
37. Apelyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, iddiaçının 12.09.1980-ci ildən 2 7.10.1980-ci ilədək, 08.02.1983-cü ildən 01.10.1988-ci ilədək və 01.10.1988-ci ildən 01.01.2006-cı ilədək işlədiyi nasos qurğularının maşinisti vəzifəsi, ümumilikdə 12 il 6 aydan çox olmaqla, 2 nömrəli Siyahının “21300000 - Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı - 21302000 -
2. Neft-qaz və qaz kondensatının hasilatı - 2130200a - a) fəhlələr - 2130200a-14259 - texnoloji nasosların maşinistləri” peşəsində, yəni 2130200a-14259 kodunda nəzərdə tutulmuşdur. 38. 29 may 2019-cu il tarixdə iddiaçının 57 yaşı olarkən hərbi xidmət də daxil olmaqla, 1 yanvar 2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olduğundan apelyasiy a məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
39. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən sübutlar tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
40. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-381/2021 saylı, 3 may 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.