Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1668/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə müddəti bitmiş torpaq sahəsinə icarə hüququnun qeydə alınmasından imtina) 11.09.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair icarə əsasında istifadə hüququnun dövlət reyestrində qeydə alınaraq çıxarışın verilm əsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 fevral 2024-cü il tarixli, 2-1(103)54/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Bələdiyyə torpaqlarının (yaşayış və qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 410 nömrəli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 saylı evin şimal hissəsində yerləşən 20 kv.m torpaq sahəsi yüngül konstruksiyalı ticarət obyektinin (ticarət köşkünün) quraşdırılması məqsədi ilə Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixədək icarəyə verilmişdir.
2. Bakı Apelly asiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı əsasında həmin torpaq sahəsinə dair cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək, sözügedən 20 kv.m torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, torpaq sahəsinə baxış keçirilməsi və texniki çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından, o cümlədən torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyə qərarı, həmçinin tikiliyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən qanunvericiliyə uyğun sənədlər təqdim edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Bundan əlavə, təqdim edilmiş icarə müqaviləsində düzəliş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 410 nömrəli icarə müqaviləsi ilə ona verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 saylı evin şimal hissəsində yerləşən 20 kv.m torpaq sahəsinə dair icarə əsasında istifadə hüququnun dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandırmış və Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 60, 71-ci, Mülki Məcəllənin 139.1, 139.3, 152.1, 178.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8, 9, 11, 12.1, 150-ci maddələrinə istinadən cavabdehin imtinasını əsassız hesab etmişdir.
7. Cavabdeh iddiaya qarşı etirazında imtinasındakı dəlillərə istinad edərək, iddianın təmin olunmamasını xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: Günel Sevdimalıyeva) 13 dekabr 2021-ci il tarixli, 2-1(112)-8979/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 saylı evin şimal hissəsində yerləşən 20 kv.m torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınara q müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan icarə müqaviləsindən görünür ki, Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 saylı binanın şimal hissəsi ünvanında yerləşən, ümumi sahəsi 20 kv.m olan torpaq sahəsi iddiaçının icarəsinə hər hansı tikinti üçün deyil, yüngül konstruksiyalı ticarət obyektinin (ticarət köşkü) quraşdırılması məqsədilə verilmişdir. Göründüyü kimi, torpaq sahəsinin ayrılması məqsədi – yüngül konstruksiyalı ticarət obyektinin (ticarət köşkü) quraşdırılması iddiaçıya torpaq ayrılarkən torpaq sahəsinə dair Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhəri şöbəsinin rəylərinin tələb olunmasını isti sna edir. Həmçinin, cavabdehin imtina üçün qeyd etdiyi icarə müqaviləsinin tarixində edilmiş düzəlişlə bağlı qeyd edilməlidir ki, məhkəmənin sorğusu əsasında Zabrat bələdiyyəsi tərəfindən təqdim edilmiş (3 dəfə) icarə müqaviləsinin surətindən görünür ki, iddiaçı ilə Zabrat bələdiyyəsi arasında Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 saylı binanın şimal hissəsi ünvanında yerləşən, ümumi sahəsi 20 kv.m olan torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin müddətindən bəhs edən 6-cı maddəsində icarə müqaviləsinin xx.xx.2007-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər müddətə bağlandığı qeyd edilmişdir. Sözügedən icarə müqaviləsinin 2022-ci ilədək bağlanması barədə razılıq (üzərinə dəyişiklik olmaqla) tərəflərin imzaları, eləcə də Zabrat bələdiyyəsinin möhürü ilə təsdiq olunmuşdur. Həmçi nin, müqavilənin müddətində sonradan birtərəfli qaydada düzəliş edilməsi məsələsi Zabrat bələdiyyəsi tərəfindən mübahisələndirilməmişdir
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Həmid Həmidov /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Cahangir Yusifov) 13 iyul 2022ci il tarixli, 2-1(103)-1360/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kəmaləddin Bədəlov /məruzəçi/, Nigar Rəsulbəyova və İlqar Hüseynov) 20 dekabr 2022-ci il tarixli, 2-1(102)-2081/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən, torpağın icarəyə verilməsi barədə bələdiyyə qərarı bələdiyyə torpağı üzərində icarə hüququnun dövlət reyestrində qeydə alınmasının hüquqi əsasını təşkil edir. H azırkı iş üzrə iddiaçı tələbinin təmin edilməsinin əsası kimi “Bələdiyyə torpaqlarının (yaşayış və qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” noyabr 2007-ci il tarixli, 410 nömrəli icarə müqaviləsinə istinad edir. Həmin müqavilənin mövcudluğu Zabrat bələdiyyəsi tərəfindən mübahisələndirilməsə də, icarə müqaviləsinin əsasında duran bələdiyyə qərarı iş materiallarına əlavə edilməmiş və işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən bununla bağlı bələdiyyənin özünə, arxiv idarələrinə hər hansı sorğu ünvanlanmamış, hətta sözügedən qərarın mövcudluğu aşağı instansiya məhkəmələrinin araşdırma predmeti olmamışdır. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12, 48 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından, apelly asiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, yuxarıda qeyd olunan xüsusatların araşdırılması üçün iş apellyasiya məhkəməsinə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi bələdiyyə qərarının mövcudluğu istiqamətində araşdırma aparmaqla yanaşı, iddiaçı ilə Zabrat bələdiyyəsi arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 410 nömrəli icarə müqaviləsinin qüvvədə olub-olmaması ilə bağlı da araşdırma aparmalıdır. Belə ki, iş materiallarında olan icarə müqaviləsinin məzmunundan və bələdiyyənin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan (iş v.44) müəyyən olunur ki, icarə müqaviləsi xx.xx.2022-ci ilədək qüvvədədir. Odur ki, müqavilə münasibətlərinin davam edib-etmədiyi ilə bağlı məsələ aydınlaşdırılmalıdır. apellyasiya instansiyası məhkəməsində ikinci ic raat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və Fuad Talışinski) 08 fevral 2024-cü il tarixli, 2-1(103)-54/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia təmin edilməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişlərini nəzərə alan məhkəmə kollegiyası işin təkrar apellyasiya icraatı zamanı işin obyektiv həlli məqsədilə Sabunçu rayon Zabrat bələdiyyəsinə müvafiq sorğu göndərərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 saylı şimal hissəsində yerləşən 20 kv.metr torpaq sahəsinə dair iddiaçı ilə Zabrat bələdiyyəsi arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 410 nömrəli icarə müqaviləsinin qüvvədə olub-olmaması barədə məlumatların, həmçinin Zabrat bələdiyyəsinin xx.xx.2002ci il tarixli, 33 nömrəli qərarının təsdiq edilmiş surətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
18. Sorğuya cavab olaraq bələdiyyənin xx.xx.2024-cü il tarixli, 13/11 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2007-ci il tarixdə Zabrat qəsəbəsi, İstixana Kombinatı 35 saylı binanın şimal hissəsində 20 kv.metr torpaq sahəsi ilə bağlı iddiaçı ilə Zabrat bələdiyyəsi arasında 410 nömrəli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin müddəti xx.xx.2022-ci ilə qədər olmuşdur. 2022-ci ildə icarə müqaviləsinin müddətinin uzadılması barədə vətəndaş müraciət etsə də, 2009-cu ildə “Bələdiyyə torpaqlarının ayrılması və sənədləşdiri lməsi barədə” Qanunda aparılmış dəyişikliyə əsasən, bugünə qədər Zabrat qəsəbəsi inzibati ərazisi daxilində torpaqlara dair xəritə və dövlət aktı verilmədiyi üçün heç bir torpaq sahəsinin ayrılması və ya icarə müqaviləsinin uzadılması barədə hər hansı bir hüquqi akt qəbul edə bilmədikləri barədə iddiaçı məlumatlandırılmışdır. Qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsində qalmaqdadır və istifadə ilə bağlı torpaq vergisi 2023-cü ildə də onun tərəfindən ödənilmişdir.
19. Göründüyü kimi, iddiaçı ilə Zabrat bələdiyyəsi arasında həmin torpaq sahəsi ilə bağlı icarə münasibətləri xx.xx.2022-ci il tarixədək mövcud olmuş və iddiaçının müraciəti mövcud olsa da, müqavilənin müddəti uzadılmamışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hazırda qüvvədə olan icarə müqaviləsi mövcud olmadığından, torpaq sahəsinə dair icarə əsasında istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin tələbləri tam ödənilməmişdir. Belə olan halda, cavabdeh inzibati orqan haqlı olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlaka dair hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğundan və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin tələbləri təmin edilmədiyindən, iddiaçının sözügedən daşınmaz əmlaka istifadə hüququnun dövlət qeydiyyatına alınması üçün ə sas mövcud olmamışdır.
20. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
21. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, sözügdən icarə müqaviləsinin qüvvədə olduğu vaxt ərzində, yəni 2021-ci ilin iyul ayında iddiaçı, həmin 20 kv.metrlik torpaq sahəsinə dair hüquqlarının dövlət reyesterində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edib. Birinci instansiya məhkəməsi iş üzrə öz qərarını qəbul edərkən, həmin icarə müqaviləsi qüvvədə idi. Belə olan halda, birinc i instansiya məhkəməsinin qərarının, apellyasiya instansiyası məhkəməsi tərəfindən indiki halda müqavilənin qüvvədə olmadığı əsası ilə ləğv edilməsi qəbul edilən deyil. Hazırkı iş üzrə məhkəmə prosesi, 2021-ci ildən davam etməkdədir. Məhkəmə prosesinin uzun çəkməsi iddiaçının hüquqlarından məhrum edilməsi üçün əsas ola bilməz.
22. Ali Məhkəmə iş üzrə öz qərarında apellyasiya instansiyası məhkəməsindən tələb edib ki, Zabrat bələdiyyəsinə sorğu göndərilərək sözügedən icarə müqaviləsinə xitam verilib-verilmədiyi müəyyən olunsun. Apellyasiya instansiyası məhkəməsi tərəfindən göndərilmiş sorğuya Zabrat bələdiyyəsinin cavab məktubundan məlum olur ki, Zabrat bələdiyyəsi həmin icarə müqaviləsinə xitam verməyib. Yəni həmin icarə müqaviləsi iddia ərizəsi verilən tarixdə qüvvədə idi. Lakin apellyasiy a instansiyası məhkəməsi qərar qəbul edərkən, Zabrat bələdiyyəsindən gələn cavab məktubunu yanlış qiymətləndirərək belə qənaətə gəlib ki, xx.xx.2022-ci ildə müqavilənin müddəti bitdiyi üçün həmin tarixdən müqavilə artıq qüvvədə ola bilməz. Bu yanaşma isə qəbul edilən deyil. Belə ki, torpaq icarəsi müqaviləsinin müddətinin bitməsi onun qüvvədə olmadığını ifadə etmədiyi kimi, iddia ərizəsinin verildiyi, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qərar qəbul edildiyi anda həmin müqavilə qüvvədə idi.
23. Bundan başqa, sözügedən icarə müqaviləsinin şərtlərindən də məlum olur ki, bağlanmış müqavilənin müddəti bitərsə, ona heç bir tərəf xitam verməyibsə müqavilənin müddəti qeyri-müəyyən müddətə uzadılmış hesab olunur. Məhz bu durum müqavilənin hələ də qüvvədə olduğunu təsdiq edir. Çünki ona tərəflərinin heç biri xitam verməyib. Bundan başqa işdə sözügedən müqavilə ilə icarəyə verilən torpaq sahəsi ilə bağlı xx.xx.2016-cı ilə tarixində tərtib edilmiş plan-ölçü sənədindən də aydın olur ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi qeyri-müəyyən müddətlidir. Lakin apellyasiya instansiyası məhkəməsi bunlara məhəl vermədən qərar qəbul edərək iddiaçının hüquqlarını, müqavilə şərtlərini, o cümlədən qanunvericiliyi pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüqu qu, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüq uqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Maddə 719.2. Torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs h əmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edili r.
27. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 51.1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə 51.3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Maddə 51.4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (v ə ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və se rvitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 28. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜM KÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsini n qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araş dırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının sözügedən torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
36. Apellyasiya instansiyası məhkəm əsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibtədə əlavə olaraq qeyd edir ki, bu qərarın 25-ci bəndində istinad edilən normalara əsasən, torpaq icarə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda, bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina y azılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur.
38. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2007-ci il tarixli, 410 nömrəli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 saylı evin şimal hissəsində yerləşən 20 kv.m torpaq sahəsi Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixədək icarəyə verilmişdir. Göründüyü kimi, tərəflər arasında 20 kv.metr torpaq sahəsi ilə bağlı icarə hüquq münasibətləri xx.xx.2022-ci il tarixədək mövcud olmuşdur. Sözügedən müqavilənin müddətinin uzadılması barədə iddiaçının mü raciəti olsa da, Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsi bundan imtina etmişdir. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq bələdiyyənin xx.xx.2024-cü il tarixli, 13/11 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2007-ci il tarixli icarə müqaviləsinin müddəti xx.xx.2022-ci ilə kimi olmuşdur. 2022-ci ildə icarə müqaviləsinin müddətinin uzadılması barədə vətəndaş müraciət etsə də, 2009cu ildə “Bələdiyyə torpaqlarının ayrılması və sənədləşdirilməsi barədə” Qanunda aparılmış dəyişikliyə uyğun olaraq, bugünə qədər Zabrat qəsəbəsinin inzibati ərazisinə dair xəritə və dövlət aktı verilmədiyi üçün torpaq sahəsinin ayrılması və ya icarə müqaviləsinin uzadılması barədə hər hansı hüquqi akt qəbul edə bilmədikləri barədə iddiaçı məlumatlandırılmışdır.
39. Belə olan halda və bu qərarın 25-ci bənd ində istinad edilən normalara əsasən, tərəflər arasında torpaq icarəsi üzrə hüquq münasibətlərinə icarə müqaviləsinin müddətinin qurtardığı andan xitam verildiyi nəzərə alınmalıdır. Bu, qanunun tələbindən irəli gəlir və belə hallarda torpaq icarəsi müqaviləsinə xitam verilməsi üçün ayrıca inzibati akt qəbul edilməsinə zərurət yoxdur.
40. Yuxarıda istinad olunan normalar baxımından tərəflər arasında hazırda icarə hüquq münasibətləri mövcud olmadığından, iddiaçının qeyd edilən torpaq sahəsinə icarə hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehin hər hansı öhdəliyi də mövcud deyil və bu səbəbdən iddiaçı hazırkı iddia tələbində haqlı sayıla bilməz.
41. Həmçinin qeyd edilməlidir ki, sözügedən müqavilə əsasında iddiaçıya icarəyə verilmiş torpaq sahəsinə dair qanuni qüvvəyə minmi ş məhkəmə qərarı əsasında plan-ölçü sənədinin tərtib olunması həmin icarə müqaviləsinin qeyri-müəyyən müddətə bağlanmış hesab edilməsi anlamına gəlmir. Belə ki, plan-ölçü sənədi hüquqmüəyyənedici sənəd deyil, torpaq sahəsinin faktiki göstəricilərini özündə əks etdirən texniki sənəddir. Həmin plan-ölçü sənədinin verilməsinə əsas olan məhkəmə qərarının preyudisial qüvvəsi isə sözügedən icarə müqaviləsinin qüvvədə olduğu müddətdə əhəmiyyət kəsb edir.
42. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən məhkə mə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 fevral 2024-cü il tarixli, 21(103)-54/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.