Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1668/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: siyahıya alınmış əmlakın satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 03.07.2025 hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegi yasının 2-1(103)735/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri X1 üzrə Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********2 №-li, **********0 №-li və **********9 №-li xx.xx.2023-cü il tarixli qərarlarının surətlərindən müəyyən olunur ki, Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh (VÖEN **********) məxsus əmlakların siyahıya alınması qərara alınmışdır. 2. “Əmlakın siyahıya alınması haqqında” **********2 №-li, **********0 №-li və **********9 №-li xx.xx.2023-cü il tarixli protokollara əsasən alınmış qiyməti 9000 manat 2001-ci il buraxılışı kuzov nömrəsi WDB210021B314054 olan qara rəngli “MERSEDES S 320 minik” markalı 90NA831 dövlət qeydiyyat nişanlı, qiyməti 30.000 manat 2007-ci il buraxılışı kuvoz nömrəsi WDB9702151L234514 olan sarı rəngli “MERSEDES BENZ ATEQO yük” markalı 90RY769 dövlət qeydiyyat nişanlı, qiyməti 15000 manat 2007-ci il buraxılışı kuzov nömrəsi WVGZZZ7LZ7DO79273 olan ağ rəngli “VOLKSWAGEN TOUAREG minik” markalı 99CB788 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri siyahıya alınmış əmlakların sırasına daxildir. 3. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında” xx.xx.2023-cü il tarixli aktlarına əsasən, məsul saxlamaya almış şəxs Cavabdeh- siyahıya alınmış əmlak barəsində sərəncam vermək hüququndan məhrum edildiyi, həmin əmlaka sahiblik və ondan istifadə edilməsinin yalnız vergi orqa nının nəzarəti ilə həyata keçirilə biləcəyi, habelə bu əmlaka dair onun bağladığı əqdlərin etibarsız hesab ediləcəyi və siyahıya alınmış əmlakın israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edildi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin borc məbləğindən xx.xx.2023-cü il tarixə DSMF-yə 2972.54 manat, İcbari Tibbi Sığorta Fonduna 275.34 manat, İşsizlik Sığorta Fonduna 116.82 və dövlət büdcəsinə 28625.12 manat borclarına görə siyahıya alınmış qiyməti 9000 manat 2001-ci il buraxılışı kuzov nömrəsi WDB210021B314054 olan qara rəngli “MERSEDES S 320 minik” markalı 90NA831 dövlət qeydiyyat nişanlı, qiyməti 30000 manat 2007-ci il buraxılışı kuvoz nömrəsi WDB9702151L234514 olan sarı rəngli “MERSEDES BENZ ATEQO yük” markalı 90RY769 dövlət qeydiyyat nişanlı, qiyməti 15000 manat 2007-ci il buraxılışı kuzov nömrəsi WVGZZZ7LZ7DO79273 olan ağ rəngli “VOLKSWAGEN TOUAREG minik” markalı 99CB788 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi orqan (qurum) vəsiqəsilə satılması” bаrədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh (VÖEN **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetimədiyi üçün o nun İcbari Tibbi Sığorta Fonduna, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə, İcbari Tibbi Sığorta Fonduna, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və dövlət büdcəsinə olan borcunun ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2023-cü il tarixli Qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx/xx/2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 2972.54 manat, İcbari Tibbi Sığorta Fonduna 275.34 manat, İşsizlikdən Sığorta Fonduna 116.82 və dövlət büdc əsinə 28625.12 manat yaranan borclarına görə qiyməti 9000 manat 2001-ci il buraxılışı kuzov nömrəsi WDB210021B314054 olan qara rəngli “MERSEDES S 320 minik” markalı 90NA831 dövlət qeydiyyat nişanlı, qiyməti 30000 manat 2007-ci il buraxılışı kuvoz nömrəsi WDB9702151L234514 olan sarı rəngli “MERSEDES BENZ ATEQO yük” markalı 90RY769 dövlət qeydiyyat nişanlı, qiyməti 15000 manat 2007-ci il buraxılışı kuzov nömrəsi WVGZZZ7LZ7DO79273 olan ağ rəngli “VOLKSWAGEN TOUAREG minik” markalı 99CB788 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri siyahıya alınmış və bu barədə xx/xx/2023-cü il tarixli **********8, **********2, **********9 və **********0 saylı Protokollar tərtib edilmişdir. Protokollar siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlaklar siyahıya alındıqdan sonra 30 gün müddətind ə borc fondlara ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin Dövlət Sosial Müdafiə Fonduna 2972.54 manat, İcbari Tibbi Sığorta Fonduna 275.34 manat, İşsizlikdən Sığorta Fonduna 116.82 və dövlət büdcəsinə 28625.12 manat ödənilməmiş borcu qalmışdır.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4751/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin iddiа tələbi qismən təmin еdilmiş, Cavabdeh borc məbləğindən xx.xx.2023-cü il tarixə DSMF-yə 2972.54 manat, İc bari Tibbi Sığorta Fonduna 275.34 manat, İşsizlik Sığorta Fonduna 116.82 və dövlət büdcəsinə 28625.12 manat borclarına görə siyahıya alınmış qiyməti 9000 manat 2001-ci il buraxılışı kuzov nömrəsi WDB210021B314054 olan qara rəngli “MERSEDES S 320 minik” markalı 90NA831 dövlət qeydiyyat nişanlı, qiyməti 15000 manat 2007-ci il buraxılışı kuzov nömrəsi WVGZZZ7LZ7DO79273 olan ağ rəngli “VOLKSWAGEN TOUAREG minik” markalı 99CB788 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, cavabdehin əmlakın siyahıya alınması haqqında qərar ilə tanış olması, protokol və akt tərtib edilərkən iştirakı iş materiallarına əlavə olunm uş sənədlər ilə təsdiqlənir. Lakin iş materialları ilə 2001-ci il buraxılışı kuzov nömrəsi WDB210021B314054 olan qara rəngli “MERSEDES S 320 minik” markalı 90NA831 dövlət qeydiyyat nişanlı və 2007-ci il buraxılışı kuzov nömrəsi WVGZZZ7LZ7DO79273 olan ağ rəngli “VOLKSWAGEN TOUAREG minik” markalı 99CB788 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi cavabdehin mülkiyyətində olması iş materialları ilə təsdiq olunsa da, 2007-ci il buraxılışı kuvoz nömrəsi WDB9702151L234514 olan sarı rəngli “MERSEDES BENZ ATEQO yük” markalı 90RY769 dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehə məxsus olması barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırılması zamanı bu hal aşkar edilməmişdir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismən ləğv edilməsini və iddia tələbin in tam təmin edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)-735/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakimlər: K.Əkbərov sədrlik edən və məruzəçi, M.Tağızadə və N.Nəbizadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən bütü n qeyd olunan məqamlar hərtərəfli qiymətləndirilmədən cavabdehə məxsus siyahıya alınmış əmlaklarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə Baş İdarənin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilmişdir.
13. Eyni zamanda Məhkəmə qərardad qəbul edərkən Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsinpe hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilməsinin nəzərdə tutulmasına dair qanunvericiliyin müddəasını nəzərə almamışdır. TƏTBİQ EDİLƏN HÜQUQU
14. Azərbaycan Respublika sı Vergi Məcəlləsi: Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, hab elə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivlər i barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Maddə 89.4. Vergi ödəyicisi olan hüquqi ş əxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Maddə 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, q eyri-istehsal binaları, minik avtonəqliyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak mü şahidəçilərə və vergi ödəyicisinə(onun nümayəndəsinə)baxış üçün təqdim edilir. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Maddə 90.3. vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı vergi orqanının sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
15. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, ********** nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış cavabdeh qanunla müəyy ən edilmiş müddətlərdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun xx/xx/2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 2972.54 manat, İcbari Tibbi Sığorta Fonduna 275.34 manat, İşsizlikdən Sığorta Fonduna 116.82 və dövlət büdcəsinə 28625.12 manat borcu yaranmış, lakin cavabdeh yaranmış borc məbləğinin büdcəyə ödənilməsini təmin etməmiş və ona görə də, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023cü il tarixli qərarlar çıxarmışdır. Qərarlar əsasında cavabdehə məxsus əmlaklar siyahıya alınmış və bu barədə protokollar tərtib edilmiş, eyni zamanda həmin tarixdə siyahıya alınmış əmlakın məsul saxlanmaya verilməsi haqqında akt imzalanmışdır. Həmçinin c avabdehin əmlakın siyahıya alınması haqqında qərar ilə tanış olması, protokol və akt tərtib edilərkən iştirakı iş materiallarına əlavə olunmuş sənədlər ilə təsdiqlənir.
22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin apardığı araşdırmaları əsaslı və qanuna uyğun hesab edərək bildirir ki, 2001-ci il buraxılışı kuzov nömrəsi WDB210021B314054 olan qara rəngli “MERSEDES S 320 minik” markalı 90NA831 dövlət qeydiyyat nişanlı və 2007-ci il buraxılışı kuzov nömrəsi WVGZZZ7LZ7DO79273 olan ağ rəngli “VOLKSWAGEN TOUAREG minik” markalı 99CB788 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi cavabdehin mülkiyyətində olması iş materialları ilə təsdiq olunsa da, 2007-ci il buraxılışı kuvoz nömrəsi WDB9702151L234514 olan sarı rəngli “MERSEDES BENZ ATEQO yük” markalı 90RY769 dövlət qeydiyya t nişanlı avtomobilin cavabdehə məxsus olması barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırılması zamanı bu hal aşkar edilməmişdir.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından hazırkı iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nət icə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)-735/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.